Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
159
 
 
Bu  tədqiqat  çərçivəsində  şərh  etdiyimiz  müddəalar  və 
ümumpsixoloji rəy baxımdan “fikir yaratmaq” və ya “dü-
şünmək” bir beyin aktivliyi olub, baş beyindəki məlumat-
ların müəyyən kriteriyalar əsasında seçilməsi, sıralanması, 
düzülməsi və ya başqa bir şəkildə analiz edilməsidir.  
Baş  beyində  olan  məlumatların  mahiyyətini  anlamaq 
üçün  onların  da  psixoloji  köklərini  eyni  əsaslara  uyğun 
olaraq ümumi şəkildə nəzərdən keçirək:  
baş  beyində  olan  məlumat  -  gerçəklik  elementlərinin 
bəlli  xüsusiyyətlərinin  hiss  orqanlarına  təsiri  nəticəsində 
mənimsənilməsi yolu ilə toplanan informasiyadır. 
Fikri  yaradan,  formalaşdıran  apellyativ  vahidin  və  ya 
təfəkkür  prosesinin  əsas  elementinin  dil  olduğunu  qəbul 
etsək,  o  halda  bunu  da  qəbul  etməliyik  ki,  baş  beynimiz-
dəki  məlumatlar  yalnız  dil  struktur  vahidlərindən,  yəni 
sözlərdən  formalardan  və  ya  söyləmlərdən  ibarətdir. 
Çünki söz, forma və ya söyləm olmadan dilin hər hansı bir 
funksiyanı  icra  etməsi  mümkün  olmadığı  kimi,  dilin 
sözdən,  formadan  və  ya  söyləmdən  başqa  bir  funksional 
aləti və ya apellyativ vahidi də yoxdur. 
Bu  vəziyyətdə  qəribə  bir  seçim  qarşısında  qalırıq.  Ya 
qəbul etməliyik ki, söz  qarşılığı olmayan,  yəni adı olma-
yan  əşyanı,  varlığı,  vəziyyəti,  hərəkəti  anlamırıq,  dərk 
etmirik.  Yəni  baş  beynimizdə  söz  qarşılığı  olmayan  heç 
bir  anlayış  yoxdur.  Ya  da  qəbul  etməliyik  ki,  baş  beyni-
mizdə  mövcud  olan, amma söz qarşılığı  olmayan heç  bir 
anlayışla bağlı düşünməyə, fikirləşməyə qadir deyilik. 
Əslində  isə  sadəcə  adı  deyil,  özü  də  məlum  olmayan 
minlərlə  varlıq  kəşf  və  icad  olunmuşdur.  “Dilsiz  fikir  ya-
rana bilməz” prinsipindən çıxış etsək, bu kəşf və icadlarla 
bağlı yəqin belə deməliyik ki, onları “düşünmədən etdik”, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
160
 
 
“fikirləşmədən oldu”.  
Bu isə məntiqsizlikdən başqa bir şey deyil. 
Aparılan araşdırmalar dərketmə və təfəkkür kimi beyin 
fəaliyyətlərinin  də  dil  və  onun  söz,  forma,  söyləm,  nitq 
kimi  vahidləri  ilə  yox,  intellekt  obrazları  və  kodları  ilə 
reallaşdığını  göstərir.  Dərketmə  və  təfəkkür  kimi  beyin 
fəaliyyətləri  ilə  bağlı  aparılan  araşdırmalar  nəticəsində 
məlum  olmuşdur  ki,  sinktual  dərketmə  istisna  olmaqla, 
digər  dərketmə  növlərində  dil  və  onun  struktur  vahidləri, 
yalnız  dərketmə  aktının  birinci  fazasında  və  sadəcə 
gerçəklik  elementi  ilə  bağlı  məlumatın  əldə  edilməsi 
yollarından  biri  kimi  müşahidə  olunur.  Dərketmənin 
sonrakı fazalarında isə dil, ümumiyyətlə, iştirak etmir.  
Bu  tədqiqat  boyu  təqdim  edilən  nəzəri  mövqedən  ya-
naşmaqla dillə bağlı irəli sürülən başlıca müddəaların psi-
xoloji qayda və normalar əsasında şərh edildiyini gördük. 
İstənilən dil struktur vahidinin və intellektual nitqin sink-
tual dərketmə nəticəsində və hazırlıq mərhələsindən sonra 
gələn dərketmə aktının birinci və ikinci fazalarında, kom-
munikativ  nitqin  dərketmə  aktının  üçüncü  və  dördüncü 
fazalarında  yarandığını,  yaradılmış  nitqin  mənimsənilmə-
sinin isə, dərketmə aktının birinci və ikinci fazalarında baş 
verdiyini müşahidə etdik.  
Digər  tərəfdənsə,  gördük  ki,  insanın  hər  bir  əməli  və 
psixoloji  fəaliyyətinin  əsasını  təşkil  edən,  bu  fəaliyyətin 
hərəkətverici  qüvvəsi  kimi  çıxış  edən  ehtiyac  və  motiva-
siya burada nitq ehtiyacı və onun ödənilməsi motivasiyası 
şəklində  təzahür  edir.  İnformasiya  mübadiləsi  kimi  ən 
başlıca  funksiyasını  icra  edərkən  dil  və  onun  struktur 
vahidləri psixoloji norma və prinsiplərə tabe olduğu kimi, 
bütün  linqvistik  qanun  və  normalara  da  tabe  olur.  Dilin 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
161
 
 
özünün ümumilikdə nitq ehtiyacından, onun maddi əsasını 
təşkil edən struktur vahidlərinin isə yuxarıda analiz olunan 
psixoloji proseslər nəticəsində yarandığını nəzərə almaqla 
dilin ikili, yəni həm linqvistik, həm də psixoloji mahiyyətə 
malik bir kateqoriya olduğunu söyləyə bilərik. 
Əsas xüsusiyyətləri ilə bağlı tədqiqat boyu qeyd olunan 
müddəalara istinadən linqvo-psixoloji kateqoriya kimi dili 
belə  xarakterizə  edə  bilərik:  Ünsiyyət  zamanı  okkazional 
şəkildə  yaranan  dil  struktur  vahidləri  və  söyləmlər  əks 
etdirdiyi  gerçəklik  elementinin  yaddaşdakı  intellekt 
obrazları ilə birləşdikdə dilə çevrilir 
Dilin strukturu, yəni onu əmələ gətirən vahidlər və hətta 
dilin özünün də daxil olduğu qlobal sistemlərlə bağlı elmi 
ədəbiyyatda  bir-birinə  daban-dabana  zidd  olan  çoxsaylı 
mülahizələr  mövcuddur.  Burada  biz  əsas  diqqəti  onların 
yanlış və ya doğru olmasının analizinə deyil, öz mövqeyi-
mizin  şərhinə  yönəltməyi  daha  məqsədəuyğun  hesab 
edirik.  Çünki  həmin  mülahizələrin  əksəriyyətinə  əvvəlki 
fəsil və paraqraflarda kifayət qədər münasibət bildirmişik 
və onları yenidən təkrarlamağa ehtiyac duymuruq. 
Sadəcə V.Humboldtun “mahiyyət etibarilə dil dərketmə 
və ya təfəkkürdən asılı deyil
1
 fikrinə münasibət bildirmək 
istərdik. Belə ki, bu fikir nə dilin yaranması, nə də praktik 
olaraq  ondan  istifadə  baxımından  doğru  hesab  edilə  bil-
məz.  Çünki  ümumilikdə  dilin,  eləcə  də  nitqin  yaranması 
sinktual  dərketmə,  onun  kommunikativ  funksiyası  isə 
vizual-verbal  dərketmə  ilə  birbaşa  bağlıdır.  İnsanın 
yüksək psixoloji fəaliyyətlər qrupuna daxil olan nitqyarat-
                                                           
1
 Гумбольдт В. Избранные труды по языкознанию. Москва, «Прогресс», 1984, 
с.78. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə