Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
168
 
 
inkişafı  ilə  bağlı,  yəni  dərketmənin  ontologiyası  məsələsində 
uşaqların  tədrici  inkişafı  prosesi  yenə  də  ilkin  meyar,  ilkin 
analogiya  kimi  təqdim  olunur.  Beləliklə  də,  ilkin  sözün  və 
nitqin  yaranması  prosesi  ilə  uşağın  dil  açması  prosesi  arasına 
bərabərlik  işarəsi  qoyulmaqla  eyni  metodoloji  səhv  olduğu 
kimi qalır.  
Biheviorizm  və  klassik  neobiheviorizmdən  fərqli  olaraq 
həm koqnitiv, həm də konneksianist psixologiya eksperimental 
şəkildə  müşahidəsi  mümkün  olmayan  psixoloji  prosesləri  də 
ümumi tədqiqatın tərkibinə daxil edir.  
 
Təqdim  edilən  linqvo-psixoloji  vəhdət  (LPV)  nəzəriyyəsi 
yuxarıda qeyd edilən bütün nəzəriyyə, məktəb və istiqamətlərin 
müsbət  cəhətlərindən  faydalanmaq,  səhvlərini  düzəldib,  çatış-
mazlıqlarını aradan qaldırmaq nəticəsində  yaranmış,  formalaş-
mışdır. Minimal vahidləri, reallaşma mexanizmi, ilkin əsasları, 
tədqiqat  obyekti  və  üsulları  baxımından  isə,  bu  günə  qədər 
mövcud  olan  bütün  psixolinqvistik  nəzəriyyələrdən  əsaslı 
şəkildə fərqlənir.  
Gerçək  aləm  ayrı-ayrı  vahidlərdən  təşkil  olunmuşdur.  Nə 
obyektiv  aləmi,  nə  də  onun  vahidlərini  bir  anda  və  axıracan 
dərk  etmək  mümkün  deyil.  Gerçək  və  obyektiv  aləmin  dərki 
deyərkən,  məhz  onu  əmələ  gətirən  vahidlərin  dərk  olunması, 
vahidlərin  dərk  olunması  deyəndə  isə,  həmin  vahidlərin  ən 
üzdə  olan  əlamət  və  xüsusiyyətlərinin  dərk  edilməsi  nəzərdə 
tutulur.  Gerçəklik  vahidlərinə  aid  olan  həmin  əlamət  və 
xüsusiyyətlər  bu  tədqiqat  çərçivəsində  gerçəklik  elementi 
adlandırılır. Dərk edilən gerçəklik vahidləri həm maddi əşya və 
varlıqlar,  həm  də  abstrakt  və  xəyali  təsəvvürlər  ola  bilər.  Bu 
baxımdan  gerçəklik  elementi  bütün  növlərdən  olan  gerçəklik 
vahidlərinin ən üzdə olan əlamət və xüsusiyyətləridir.  
Birinci nəticə: ətraf aləmlə bağlı dərk olunan yeganə  şey - 
gerçəklik elementidir.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
169
 
 
 
Gerçəklik  elementi  öz-özünə  yadda  qala  bilməz.  Onun 
yadda qalmasını ən kiçik dərketmə və təfəkkür vahidləri təmin 
edir.  Bu  tədqiqat  çərçivəsində  həmin  dərketmə  və  təfəkkür 
vahidlərinə intellekt obrazı deyilir.  
Ġkinci  nəticə:  dərketmənin  reallaşmasının    təmin  təfəkkür 
vahidi - intellekt obrazıdır.  
 
İnsan  hiss  orqanları  vasitəsilə  obyektiv  aləm  və  onun 
vahidləri  ilə  vizual  (görməməklə),  vokal  (eşitməklə),  friktual 
(toxunmaqla), tastual (dadmaqla), attaral (qoxulamaqla) təmas-
da  olur.  Bu  təmas  nəticəsində  hər  bir  gerçəklik  elementlərinə 
ekvivalent  olan  intellekt  obrazı  yaranır  və  həmin  gerçəklik 
elementi ilə birlikdə iki elementli kod şəklində əsas yadda qeyd 
olunur.  2  elementli  intellekt  kodu  aşağıdakı  tərkib  hissələ-
rindən ibarətdir:  
1)  gerçəklik  elementi;  2)  gerçəklik  elementinin  yadda 
qalmasını təmin edən 1-ci sıra intellekt obrazı. 
Bütün  dərketmə  və  təfəkkür  prosesləri  1-ci  sıra  intellekt 
obrazları  və  ya  kodları  vasitəsilə  həyata  keçir.  Dərketmə  və 
təfəkkür  prosesləri  ardıcıl  şəkildə  cərəyan  edən  aktlardan,  hər 
bir akt isə sıra ardıcıllığı heç bir zaman pozulmayan 4 fazadan 
ibarətdir.  
Birinci  faza  –  gerçəklik  vahidi  ilə  təmas  və  onunla  bağlı 
informasiyanın  operativ  yaddaşa  qəbulu  fazasıdır.  Bu  fazada 
gerçəklik elementi müəyyən olunur və ona ekvivalent olan 1-ci 
sıra intellekt obrazı yaranır.    
İkinci faza – gerçəklik vahidi ilə bağlı informasiyanın əsas 
yaddaşa  qeyd  olunması  fazasıdır.  Bu  fazada  gerçəklik 
elementi  və  ona  ekvivalent  olan  1-ci  sıra  intellekt  obrazı 
iki tərkib hissədən ibarət kod şəklində əsas yaddaşa qeyd 
olunur.  
Göründüyü  kimi  ilk  iki  faza  dərketmə  və  təfəkkür 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
170
 
 
proseslərinin birinci yarımaktıdır. Əslində, dərketmə pro-
sesi bu yarımaktda tamamlanmış olur. Növbəti iki faza isə 
dərketmə  və  təfəkkür  proseslərinin  ikinci  yarımaktıdır  və 
bu yarımaktda təfəkkür prosesi icra olunur.   
Üçüncü  faza  –  gerçəklik  vahidi  ilə  bağlı  informasiyanın 
xatırlanması fazasıdır. Bu fazada gerçəklik vahidinə ekvivalent 
olan  1-ci  sıra  intellekt  obrazı  əsas  yaddaşdakı  milyonlarla 
bənzər intellekt obrazları arasından seçilərək operativ yaddaşa 
gətirilir. Onunla eyni kodda olan gerçəklik elementi ilkin qəbul 
olunduğu  formada  və  ya  sonrakı  dərketmə  aktının  tələbinə 
uyğun olan başqa bir formada tam şəkildə açılır.  
Dördüncü  faza  –  gerçəklik  vahidi  ilə  bağlı  informasiyadan 
praktik şəkildə istifadə fazasıdır. Bu fazada gerçəklik vahidinə 
aid  informasiyadan  əməli  fəaliyyətdə  və  ya  əməli  fəaliyyətə 
istiqamət verən əqli fəaliyyətdə istifadə olunur. 
Üçüncü nəticə: gerçəklik elementinin müəyyən edilməsi və 
ona  ekvivalent  olan  intellekt  obrazının  əmələ  gəlməsi 
nəticəsində  yaranan  iki  elementli  intellekt  kodunun  əsas 
yaddaşa qeydi dərketmədir; dərk edilmiş gerçəklik elementləri 
ilə  bağlı  reallaşan  psixoloji  proseslər  isə  təfəkkürdür;
 
hər  bir 
dərketmə aktı ardıcıl şəkildə cərəyan edən 4 fazadan ibarətdir.  
 
Təqdim  edilən  linqvo-psixoloji  vəhdət  (LPV)  nəzə-
riyyəsinin psixoloji əsasını S+K+F=D (stimul + kod + fəaliyyət 
= dərketmə) sxemi təşkil edir.  
Nəzəriyyənin  linqvistik  əsası  isə  ondan  ibarətdir  ki,  okka-
zional  şəkildə  ünsiyyət  ehtiyacından  yaranan  dil  struktur 
vahidləri  və  söyləmlər  əks  etdirdiyi  gerçəklik  elementinin 
yaddaşdakı intellekt obrazları və ya kodları ilə birləşdikdə dilə 
çevrilir.  Dil,  bir  tərəfdən,  öz  struktur  vahidləri  olan  forma  və 
nitq söyləmləri ilə birlikdə təfəkkür proseslərinin son məhsulu 
kimi meydana çıxır. İkinci bir tərəfdənsə, bir güzgü kimi məhz 
dərk  olunmuş  gerçəklik  elementlərini  əks  etdirir.  Linqvo-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə