Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
165
 
 
beyin  aktivliyi  nəticəsində  yaranır  və  əsl  mahiyyətini 
beyin  fəaliyyətləri  ilə  yenidən  birləşdikdə  qazanır.  Bu 
səbəbdən  qətiyyətlə  deyə  bilərik  ki,  nitqyaratma  prosesi-
nin  nəticəsi  olaraq  meydana  çıxan  nitq,  onun  mənbəyi 
funksiyasını daşıyan dil struktur vahidlərieləcə də onla-
rın bir fərd tərəfindən yaradılıb digər fərd tərəfindən mə-
nimsənilməsini  təmin  edən  beyin  fəaliyyəti  və  təfəkkür 
prosesləri də ümumi və aktiv dil sisteminin ayrılmaz tərkib 
hissələridir.  Qısaca  şəkildə  belə  deyə  bilərik  ki,  dilin 
struktur  vahidləri  və  beyin  fəaliyyəti  ümumi  və  aktiv  dil 
sisteminin tərkib hissələridir.  
Biz burada dil dedikdə, onu bütün struktur vahidləri ilə 
birlikdə nəzərdə tuturuq. Dili nitqyaratma prosesi daxilin-
də  və  beyin  aktivliyi  nəticəsində  informasiya  mübadiləsi 
ehtiyacını  ödəyən  linqvo-psixoloji  kateqoriya  kimi  qəbul 
edirik.  Ünsiyyət  vasitəsi  kimi  dilin  funksiyalarını  nəzər-
dən keçirdikdə onun struktur vahidlərini arxa plana keçir-
mirik.  Əksinə,  bu  və  ya  digər  funksiyanın  icra  mexaniz-
mini  məhz  dil  struktur  vahidləri  əsasında  müəyyənləş-
diririk. Dil struktur vahidlərinin yaranma mexanizmini də 
onun  funksiyaları  əsasında  izah  etməyə  çalışırıq.  Çünki 
dilin  hər  bir  struktur  vahidi  məhz  bu  və  ya  digər  funksi-
yanı  icra  etmək,  informasiya  mübadiləsi  ehtiyacını  ödə-
mək,  bu  ehtiyacın  ödənilməsini  asanlaşdırmaq  məqsədi 
daşıyır və bu məqsədə xidmət etmək üçün yaranmışdır. 
 
 
 
 
 
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
166
 
 
NƏTĠCƏ–REZÜME  
 
Bizi “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlı bu konsep-
siyanı yaratmağa sövq edən başlıca səbəb bu günə qədər psixo-
linqvistika sahəsində mövcud olan və bir-birindən müəyyən də-
rəcədə fərqlənən üç və ya beş istiqamət yaxud da məktəb tərə-
findən irəli sürülən nəzəriyyələrdə  gördüyümüz  çatışmazlıqlar 
və  onları  aradan  qaldırmaq  istəyimizdir.  Minimal  vahidlər, 
ilkin  əsaslar  və  başlıca  meyarlar  baxımından  həmin  istiqamət 
və ya məktəblərin qısa xarakteristikası aşağıdakı kimidir.  
Biheviorizm  adlandırılan  və  yaradıcısının  Ç.Osqud
1
  olduğu 
qəbul  edilən  birinci  psixolinqvistik  istiqamətin  istinad  etdiyi 
psixoloji  əsaslar  D.Uotson  tərəfindən  irəli  sürülən  “stimul-
reaksiya” sxemi, linqvistik əsasları L.Blumfild
2
 tərəfindən irəli 
sürülən “dilin tənzimləmə funksiyası”dır. Biheviorizmin tətbiq 
etdiyi metodologiyalar sırf psixoloji metodologiyadır. Qoyulan 
və həll olunan problemlər sırf psixoloji mahiyyət daşıyır
3

Neobiheviorizm  adlandırılan,  yaradıcısının  Ç.Osqud
4
  və 
N.Xomski olduğu qəbul edilən ikinci psixolinqvistik istiqamət 
və ya məktəbin istinad etdiyi psixoloji əsaslar Ç.Morrisin irəli 
sürdüyü “stimul-dispozisiya-reaksiya” sxemi, linqvistik əsasla-
rı N.Xomski tərəfindən irəli sürülən “transformativ qrammati-
ka”
 5
 nəzəriyyəsidir.  
Nitq  fəaliyyəti  nəzəriyyəsi  adlandırılan  və  yaradıcısının 
A.Leontyev olduğu qəbul edilən üçüncü psixolinqvistik istiqa-
mətin istinad etdiyi psixoloji əsaslar L.Vıqotskinin və A.R.Lu-
                                                           
1
  Psycholinguistics.  A  survey  of  theory  and  research  problems.  Ed.  By  Ch.E. 
Osgood and T.A. Sebeok. Baltimore, 1954. 
2
 Блумфильд Л. Язык. Москва, «Прогресс», 1968, 607 с. 
3
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı, 
“Elm və təhsil”, 2011, s. 39-42. 
4
 Osgood Ch.E. Psycholinguistik//Psycholinguistik. Darmstadt, 1980, 242 s. 
5
 Хомский Н. Язык и мышления. Москва, “МГУ”, 1972, 122 с. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
167
 
 
riyanın
1
  irəli  sürdüyü  “fəaliyyət  nəzəriyyəsi”dir.  Linqvistik 
əsaslar  kimi  L.Vıqotski  tərəfindən  “işə  çevrilmiş  söz”
2

A.Leontyev  tərəfindən  isə  “real  və  virtual  işarə”
3
  anlayışları 
irəli  sürülsə  də,  linqvistik  əsasların  yalnız  adda  mövcud 
olduğunu desək, heç də səhv etmərik. 
Konneksianist  psixolinqvistikanın  psixoloji  əsası,  təbii  ki, 
konneksianist  psixologiya,  linqvistik  əsasları  isə,  yenə  də 
N.Xomskinin törədici qrammatika nəzəriyyəsidir.  
Konneksianist  model  belə  şərh  olunur  ki,  insan  yaddaşını 
əmələ gətirən beyin hüceyrələri bir-biri ilə reseptorlar vasitəsilə 
birləşmiş  modullardan  ibarətdir.  Kənardan  alınan  istənilən 
informasiya  həmin  reseptorlardan  axaraq  bütün  modullardan 
keçir  və  onların  hər  birində  öz  izini  qoyur,  yəni  onların  hər 
birində qeyd olunur.
4
.  
Koqnitiv  psixolinqvistikanın  psixoloji  əsasını,  koqnitiv 
psixologiya təşkil edir. Bu nəzəriyyənin müəllifləri Jan Piaje və 
Robert  Solso  hesab  olunur.  Jan  Piajenin  bu  nəzəriyyəyə 
gətirdiyi  elmi  yenilik  0-15  yaşlı  uşaqlar  üzərində  aparılan 
eksperimentlərin  nəticələrinə  əsaslanır  və  intellektin  inkişaf 
mərhələlərindən bəhs edir
5
.  
Robert Solso tərəfindən koqnitiv psixologiyaya
6
 gətirilən ən 
ən  başlıca  elmi  yenilik  isə  ondan  ibarətdir  ki,  yaddaş  müvəq-
qəti  və  daimi,  dəyişən  və  stabil,  toplayıcı  və  ümumiləşdirci, 
primitiv  və  təkmilləşmiş  və  s.  kimi  müxtəlif  proposizyalar 
şəklində  nəzərdən  keçirilir.  Bununla  belə,  şüurun  mərhələli 
                                                           
1
 Лурия А.Р. Язык и сознание. Москва, “МГУ”, 1979, 320с. 
2
  Выготский  Л.С.  Мышление  и  речь.  Москва,  Издательство  “Высшая  школа”, 
1959, 254 с. 
3
  Леоньтев  А.А.  Эвристический  принцип  в  восприятии,  порождении  и 
усвоении речи // Вопросы психологии 1974, № 5, с. 34-53. 
4
 Солсо Р. Когнитивная психология. Изд. 6, СПб, Питер 2011, с. 288-289 
5
  Пиаже
 
Ж

Психология
 интеллекта.  – 
В
 кн.:  Избранные 
психологические 
труды. М.: Просвещение, 1969, с. 55-231.
 
6
 Солсо Р. Когнитивная психология. 6-е изд, СПб, Питер 2011, 589 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə