Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
162
 
 
ma  fəaliyyətini,  eləcə  də  ünsiyyəti  dərketmədən  kənarda 
təsəvvür  etmək  belə  mümkün  deyil.  V.Humboldtun  bu 
fikrinin tam əksinə olaraq, biz belə hesab edirik ki,  insan 
təfəkküründən  kənarda  mənasız  söz  yığını  və  işarələr 
zəncirindən başqa bir şey olmayan dil vahidi və ya nitqin 
əsl  mahiyyəti  məhz  dərketmə  və  təfəkkür  proseslərində 
üzə çıxır. 
 Biz  o  mövqenin  tərəfdarıyıq  ki,  ünsiyyət  yaratmaq  və 
informasiya  ötürmək  ehtiyacının  ödənilməsinə  xidmət 
edən bütün formalar, formayaratma, nitqyaratma proses və 
fəaliyyətləri təfəkkürün aktiv sistemlərindən biri olan dilin 
daxili elementi, struktur vahidi və reallaşma metodudur.  
Bu  mövqedə  bizim  opponentlərimiz  –  dili  lüğət  tərki-
bindən  və  nitq  prosesindən  kənarda  mövcud  olan  və 
sadəcə  qrammatik  forma,  norma  və  qaydalardan  ibarət 
müstəqil sistem hesab edənlərdir.  
Qismən tərəfdaşlarımız – dili qrammatik forma, norma 
və qaydalardan başqa, lüğət tərkibini və nitq prosesini də 
əhatə edən ümumi sistem hesab edənlərdir.  
Tam tərəfdarlarımız isə – dili qrammatik forma, norma 
və qaydalardan başqa, lüğət tərkibini və nitq prosesini də 
əhatə  etməklə  yanaşı,  beyin  aktivliyindən  yaranan  və  əsl 
mahiyyətini  yenidən  beyin  aktivliyi  ilə  birləşdikdə  qaza-
nan ümumi  aktiv sistem,  yaxud linqvo-psixoloji kateqori-
ya kimi qəbul edənlərdir. 
Bu tədqiqat çərçivəsində dilin struktur vahidləri adı al-
tında  nəzərdən  keçirdiyimiz  formalardan  yalnız  qramma-
tik formaları müstəqil dil sistemini əmələ gətirən vahidlər 
kimi  qəbul  edən  opponentlərimizin  nəzərinə  çatdırmaq 
istərdik  ki,  lüğət  tərkibi,  yəni  leksik  və  leksik-qrammatik 
formalar,  xüsusilə  də  nitqyaratma  prosesi  olmadan  bu 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
163
 
 
anlayışı  dil  adlandırmaq  mümkün  olmadığı  kimi,  sistem 
hesab  etmək də  mümkün deyildir. Bu, sadəcə  qrammatik 
formalardan  ibarət  cərgələr,  yəni  morfoloji  və  sintaktik 
forma,  norma  və  qaydaları  əks  etdirən  paradiqmalar  sil-
siləsidir.  
Dili  ümumi  sistem  kimi  qəbul  edə  bilmək  üçün, 
birincisi,  onun  ilkin  mənbə,  qaynaq  mahiyyəti  daşıyan 
bütün  dil  struktur  vahidlərini,  ikincisi,  onları  ətraf  aləmə 
yönəldən mexanizm mahiyyəti daşıyan nitqyaratma funk-
siyasını  və  üçüncüsü,  bu  yolda  fəaliyyət  axınının  cərəyan 
etdiyi  xətlər  mahiyyəti  daşıyan  qrammatik  formalardan 
ibarət  paradiqmalar  silsiləsini  kompleks  şəkildə  nəzərə 
almaq  lazımdır.  Dili  eyni  zamanda  aktiv  sistem  olaraq 
qəbul edə bilmək üçün, dil baxımından hər cür mənbələri 
yaradıb  yeniləmək  qabiliyyətinə  malik  olan  beyin  aktiv-
liyini və təfəkkür proseslərini də buraya əlavə etməliyik.  
Dilin struktur vahidləri dilin əsas funksiyası olan infor-
masiya  mübadiləsi  ehtiyacını  ödəmək  və  ya  onu  asanlaş-
dırmaq məqsədi ilə yaranır. Haqqında informasiya vermək 
lazım  gəlməyən  gerçəklik  elementi  ilə  bağlı  dil  vahidi 
mahiyyəti daşıyan forma, ümumiyyətlə, yaranmır. Ehtiyac 
olmadığı  halda  fərdi  təşəbbüslə  yaradılsa  belə,  dilə  daxil 
ola bilmir, lazımsız yarandığı kimi, izsiz də yox olur. 
Artıq qeyd etdiyimiz kimi, hələ insanlar arasında infor-
masiya  mübadiləsi,  sadəcə,  nitqdən  istifadə  yolu  ilə  real-
laşır.  Nitqin  də  yeganə  apellyativ  vasitələri  dil  struktur 
vahidləridir. Göründüyü kimi, yuxarıda deyilən fikrin əksi 
də dil struktur vahidlərinin informasiya mübadiləsi ehtiya-
cını  ödəmək  və  ya  asanlaşdırmaq  məqsədi  ilə  yaranmış 
olduğunu sübut edir.  
Nitq  və  onun  vahidləri  olan  söyləmlərin  yaranması, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
164
 
 
ötürülməsi  və  qəbulu,  əslində,  insanlar  arasında  reallaşan 
informasiya  mübadiləsi  prosesinin  özüdür.  Adda  bu  pro-
sesə  xidmət  etdiyi  iddia  olunan,  amma  opponentlərimiz 
tərəfindən “müstəqil sistem” damğası vurulmaqla prosesin 
özündən  kənarda  mövcud  olduğu  iddia  edilən  “dil  sis-
temi”  anlayışı  çox  da  məntiqli  görünmür.  Qrammatik  və 
sintaktik  forma,  qayda  və  normaları  əks  etdirən  paradiq-
malar  silsiləsinə  “müstəqil  dil  sistemi”  deyən  opponent-
lərimizin diqqətinə bunları çatdırmaq istərdik: 
Ümumi anlayış olaraq sistem - mənbə, proses və nəticə 
faktorları  üzərində  qurulan  fəaliyyət  sxemidir  və  heç  bir 
sistem reallaşmasına xidmət etdiyi prosesi özündən və ya 
özünü ondan ayrı tuta bilməz.  
Beyin  aktivliyi  və  ya  təfəkkür  prosesləri  dil  struktur 
vahidlərinin  yaranmasını  və  mənimsənilməsini,  eləcə  də 
nitqin  yaranmasını  və  ötürülməsini,  qəbulunu  və  mənim-
sənilməsini şərtləndirən əsas amillərdəndir.  
Lüğətlərdəki  sözlərin,  qrammatika  kitablarındakı  qay-
daların,  formaların,  qəliblərin,  paradiqmaların  hamısı  be-
yin aktivliyi nəticəsində yaranmış dil struktur vahidləridir. 
Qəzetlərdə, jurnallarda, kitablarda və s. yazılan məqalələr, 
şeirlər,  hekayələr,  formasından,  üslubundan  və  məzmu-
nundan asılı olmadan hər cür yazılar, radioda, televiziyada 
və s. yayımlanan verilişlər insanın beyin fəaliyyəti nəticə-
sində  yaranmış  yazılı  və  ya  şifahi  nitq  nümunələridir. 
Amma  bunlar  insan  tərəfindən  qəbul  olunub  mənimsənil-
mədikcə,  yəni yenidən aktiv beyin fəaliyyətləri ilə birləş-
mədikcə  ağ kağız  üzərindəki  mənasız qara əyri xətlərdən 
və efir boşluqlarında axan maqnit dalğaları selindən başqa 
bir şey deyil.  
Nəzərə  almaq  lazımdır  ki,  istənilən  forma  və  ya    nitq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə