Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 
57 
 
6.5.
 
Torpaq  
 
Azərbaycan  Respublikası  torpaqlarını  onların  yayılmasının  coğrafi  və  geomorfoloji  xüsusiyyətlərinə, 
əsasən, dağlıq və düzənlik torpaqlarına bölmək olar. Azərbaycan torpaqlarının təsnifatı verilmişdir: 
 

 
Alp  və  subalp  çəmənlərinin  və  çəmən-bozqırlarının  torpaqları  -  dağ-çəmən,  dağ  meşə 
çəmən, dağ çəmən bozqır tipi; 

 
Rütubətli və yarım rütubətli subtropiklərin torpaqları - dağ–meşə- sarı, podzollaşmış sarı, 
sarı-qleyli torpaq tipləri; 

 
Mezofil meşələrin torpaqları -  qonur dağ-meşə, çimli karbonatlı dağ-meşə, dağ qara torpaq 
tipləri; 

 
Kserofil  meşələrin,  kolluqların  və  dağ  bozqırları  zonasının  torpaqları  -  qəhvəyi,  çəmən 
qəhvəyi,  boz-qəhvəyi,  çəmən-boz-qəhvəyi,  boz,  çəmən–boz,  bataqlıq,  çəmən  bataqlıq, 
avtomorf şoranlar, hidromorf şoranlar, qumlar; 

 
Çay vadilərinin torpaqları - çaybasar çəmən meşə, çaybasar çəmən. 
 
6.5.1. Torpaq ehtiyatları 
 
Azərbaycan  Respublikasının  ümumi  torpaq  fondu  8655.5  min  km
2
  (12%  meşələr,  1.7%  su  hövzəsi, 
54.9%  yararlı  torpaqlar,  cümlədən  31.1  %  otlaq  və  biçənəklə,31.4%  sair  torpaqlar,  mənbə  AR 
Statistika  Komitəsi)  təşkil  edir  ki,  onun  4534,6  min  hektarı  kənd  təsərrüfatına  (52,4%)  yararlıdır. 
Ümumi ərazinin 16,5 %-i suvarılan torpaqlardır. 
Ölkəmizin  ümumi  torpaq  fondundan  kənd  təsərrüfatına  yararlı  torpaqlarla  az  təmin  olunmuş  dünya 
ölkələri  arasında  ön  sıralarda  durur.  Hazırda  bu  kateqoriyadan  olan  torpaqların  hər  adama  düşən 
miqdarı  0,12-0,14  ha  arasında  (Lənkəran  vilayətində  0,06  ha)  dəyişir  ki,  bu  da  olduqca  az  göstərici 
hesab olunur.  
 
Torpaq  balansı  üzrə  kənd  təsərrüfatına  yararlı  sahənin  1724,8  min  hektarı  əkin  yeridir.  Bu  əkin 
ərazilərinin  188,4  min  hektar  sahəsi  Ermənistanın  işğalı  altındadır.  Kənd  təsərrüfatına  yararlı  torpaq 
sahəsinin 167,7 min hektarı çoxillik əkmələr, 109,0 min hektarı biçənəklər, 2492,6 min hektarı örüşlər, 
40,9 min hektarı isə dincə qoyulmuş sahələrdir. Ölkə üzrə həyətyanı sahələr 261,9 min hektar (ondan 
227,6 min hektarı kənd təsərrüfatına yararlı), meşə sahələri isə 1040,3 min hektar təşkil edir. 
 
Suvarılan əkin sahələrinin ildən ilə artması (1,3-1,4 milyon hektar) iqlimin istiləşməsi ilə yanaşı, həm 
də  əkinçilikdə  yüksək  məhsuldarlığın  əldə  olunması  ilə  də  bağlıdır.  Hazırda  ölkədə  suvarılan 
torpaqların  sahəsi  istifadəyə  yararlı  torpaqların  yalnız  25,2%-ni  təşkil  edir.  Ölkədə  həyata  keçirilmiş 
torpaq  islahatı  nəticəsində  2000-ə  qədər  dövlət  təsərrüfatı  özəlləşdirilərək  800  minə  qədər  ailənin 
xüsusi mülkiyyətinə (2,1 mln. hektar) verilmişdir. 
 
6.5.2. Torpaq problemləri 
 
Kənd təsərrüfatında ictimai-dövlət mülkiyyətinin hökm sürdüyü dövrlərdə (1930-1990-cı illər) torpaq-
əkin  sahələri  intensiv  surətdə  mənimsənilmiş,  təbii  münbitliyin  itirilməsi  amillərinə  (şorlaşma, 
şorakətləşmə,  bataqlaşma,  eroziyaya  uğrama,  texnogen  çirklənmə  və  s.)  çoxaldığıdan  kənd 


 
58 
 
təsərrüfatına yararlı torpaqların 650-750 min hektarı şərti yararsız hala düşmüş və bazar iqtisadiyyatı 
şəraitində xüsusi torpaq mülkiyyətçilərinə miras qalmışdır.  
 
Əhalinin  artımı  ilə  əlaqədar  olaraq  torpaqların  qeyri-kənd  təsərrüfatı  obyektlərinə  və  fərdi  tikintilər 
altına  ayrılması,  digər  tərəfdən  isə  torpaqların  eroziyaya  uğraması,  bununla  yanaşı,  Xəzər  dənizinin 
səviyyəsinin  qalxması  nəticəsində  yeraltı  suların  səviyyəsinin  yüksəlməsi,  meliorasiya  tədbirlərinin 
lazımınca aparılmaması, əkinçilik texnologiyasının pozulması və s. ilə əlaqədar yararlı əkin sahələrini 
azaltmaqdadır.  
 
Torpaq eroziyası 
 
Dağlıq ərazilərdə torpaqların 40 faizə qədəri müxtəlif dərəcədə eroziyaya uğramışdır.  
 
Böyük  və  Kiçik  Qafqazın  dağlıq  hissəsində  məhəlli  eroziya  bazisinin  dərinliyi  800-1600  m,  bəzi 
yerlərdə isə daha çoxdur. Eroziya bazisinin dərinliyi Talışın dağlıq hissəsində 600-1000 m, Kür-Araz 
ovalığında, Talışın Xəzərsahili, Naxçıvanın Arazsahili düzənliyində və Abşeron yarımadasında 50 m 
təşkil edir. Böyük Qafqazın ön hissəsində olan Qobustan, Ceyrançöl və Boz dağın cənub yamaclarında 
asanlıqla  yuyulan  süxurların  olması  burada  səthi  və  qobu  eroziyasının  geniş  yayılmasına  səbəb 
olmuşdur. 
Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. İqlim dəyişmələri – quraqlıq və ardınca 
güclü  leysan  yağıntıların  torpağın  məhsuldar  qatının  tamamilə  korlanmasına  və  yuyulmasına  səbəb 
olur.  Xüsusilə,  respublikanın  dağlıq  hissəsində  müşahidə  edilən  leysan  yağışlarının  intensivliyi  çox 
(dəqiqədə 10 mm-dən artıq) olub və bunun da nəticəsində sel və daşqın hadisələri baş verir. 
 Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında müşahidə 
edilir.  Ə.C.Əyyubovun  (1962)  məlumatına  görə  Böyük  Qafqazın  cənub  yamacında  bir  gündə  50-60 
mm  miqdarda  düşən  leysanlar  hər  il  və  80-100  mm  miqdarda  düşən  leysanlar  isə  20  ildə  bir  dəfə 
müşahidə  edilir.  Bu  leysanlar  çılpaq  yamaclarda  eroziya  prosesinin  şiddətli  getməsinə  və  sel 
hadisələrinin baş verməsinə səbəb olur.  
 
Ümumilikdə ölkə ərazisində torpaq eroziyasına məruz qalmış ərazi tiplərinin səciyyəsi aşağıdakı 
kimi qruplaşdırılmışdır: 
 
1. Torpaq səthinin zəif yuyulması və yerlərdə tək-tək qobuların əmələ gəlməsi - respublikanın bəzi 
hündür  hissələrində  (Kiçik  Qafqazda  –  Slavyanka,  Kəlbəcər  və  başqa  yaylalar;  Böyük  Qafqazın 
dağətəyi  zonasında  –  Turut-Sarıca  və  Ceyrançöl  bozqırları),  habelə  Xanabad,  Kiçik  və  Böyük  Turut 
hövzələrində yayılmışdır.  
 
2.  Çoxlu  sayda  qobuların  olması,  torpaq  səthinin  orta  dərəcədə  yuyulması  -  Böyük  Qafqazın 
şimal-şərq  yamacında  və  Qobustandan  şimal-qərbə  doğru  geniş  bir  qurşağı  tutur.  Böyük  Qafqazın 
cənub  yamacında orta dərəcədə  yuyulmuş torpaqlar şimal-qərb istiqamətində  yayılaraq Şəki-Zaqatala 
massivinin  orta  dağ  qurşağında  müşahidə  olunur.  Kiçik  Qafqazda  bu  tipli  eroziya  Gürcüstan 
sərhədindən başlayıb cənub-şərqə doğru uzanaraq həm cənub, həm də şimal yamaclarda dağətəyi, orta 
və  hündür  dağ  zonasını  əhatə  edir.  Lənkəran  zonasında  çoxlu  qobu  olması  və  torpaq  səthinin  orta 
dərəcədə yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir.  


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə