Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 
71 
 
6.7.
 
Maddi-mədəni irs, turizm obyektləri 
Azərbaycan Respublikası  Konstitusiyasının 77-ci  Maddəsinə görə tarix və  mədəniyyət  abidələrini 
qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Bu əsasda mövcud 
Tarix və  mədəniyyət abidələrinin qorunması  haqqında Azərbaycan Respublikasının Qanununu 
(10  aprel  1998-ci  il,  470İQ)  
 
Mədəniyyət  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (21 
dekabr 2012-ci il) maddi-mədəni irsin mühafizəsi baxımından əsas qanunlardır. 
Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli  800  nömrəli  Fərmanı  ilə  təsdiq 
edilmiş  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasına  əsaslanan  “Daşınmaz  tarix  və 
mədəniyyət  abidələrinin  bərpası,  qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  fəaliyyətinin 
təkmilləşdirilməsi  və  inkişafına  dair  2014-2020-ci  illər  üzrə  Dövlət  Proqramı”  milli  mədəni  irsin 
qorunması  istiqamətində  aparılan  islahatların  davamı  olaraq,  daşınmaz  tarix  və  mədəniyyət 
abidələrinin,  tarixi  ərazilərin,  tarix  və  mədəniyyət  qoruqlarının  mühafizəsinin  müasir  səviyyədə 
təşkilinə,  daşınmaz  mədəni  irsin  bərpası,  öyrənilməsi,  təbliği  və  inkişafı  üzrə  tədbirlərin  həyata 
keçirilməsinə yönəldilmişdir.
  
Mədəniyyət  haqqında  Azərbaycan  Respublikasının  Qanununa  (21  dekabr  2012-ci  il)  əsasən, 
mədəni  irs  nümunələri  –  özündə  bir  xalqın,  milli  azlığın  maddi  və  qeyri-maddi  mədəni  irs 
nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu olub, buraya yeraltı, yerüstü və sualtı mədəni irs 
nümunələri aiddir.  
Bu Qanuna  əsasən, maddi  mədəni  irs  –  daşınmaz arxeoloji,  memarlıq, bağ-park, monumental, xatirə 
abidələri,  dekorativ-tətbiqi  sənət  nümunələri,  o  cümlədən  mədəniyyət,  memarlıq,  bədii,  etnoqrafiya, 
təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq 
ansamblları,  dini  ocaqlar  və  etnoparklar,    mədəni  irs  nümunələri  –  özündə  bir  xalqın,  milli  azlığın 
maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu hesab edilir. 
Bura yeraltı, yerüstü və sualtı mədəni irs nümunələri aiddir. 
 
Azərbaycan  Respublikası  ərazisində  dövlət  mühafizəsinə  götürülmüş  daşınmaz  tarix  və  mədəniyyət 
abidələrinin  əhəmiyyət  dərəcəsinə  görə  bölgüsü  2001-ci  ildə  təsdiq  edilmişdir.  Hazırda  Azərbaycan 
Respublikasının  ərazisində  6308  tarix  və  mədəniyyət  abidəsi  dövlətin  mühafizəsindədir,  27  dövlət 
tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.  
 
Bütün başqa ölkələrdə olduğu kimi Azərbaycanda da mədəni irsin qorunması beynəlxalq təşkilatlarla 
qarşılıqlı  əlaqə,  əməkdaşlıq  nəticəsində  həyata  keçirilir.  Belə  ki,  1972-ci  ilə  YUNESKO-nun 
tərkibindəki  Ümumdünya Mədəni  və  Təbii Irsinin Qorunması  haqqında Konvensiya  (1972-ci il) 
və  Tarixi  Ansamblların  Qorunması  üzrə  Tövsiyələr  (1976)  hazırlanmışdır.  Konvensiyanın  əsas 
nəticəsi  beynəlxalq  mədəni  əməkdaşlıq  sisteminin  yaradılması  olmuşdur. Komitənin  Ümumdünya 
Mədəni  Irsinin  Siyahısına  Azərbaycan  memarlığının  bir  neçə  abidə  ansamblı  və  abidəsi  daxil 
edilmişdir: Naxçıvanda Əcəmi yaradıcılığının şah əsəri Mömünə xatun və Yusif ibn Küseyr türbələri, 
Bakıda Qız qalası, Şirvanşahlar sarayı ansamblı, Şəki Xan sarayı.  
 
Bu abidələrin dünya mədəni irsinin siyahısına daxil olması həmin abidələrin sivilizasiyaların təsiri ilə 
əlaqələndirilərək,  onların  beynəlxalq  səviyyədə  müdafiəsini  təmin  edir.  2000-ci  ildə  “İçərişəhər” 
dövlət  tarix-memarlıq  qoruğu,  o  cümlədən  Şirvanşahlar  sarayı  kompleksi  və  Qız  qalası,  2007-ci  ildə 
“Qobustan” dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.  


 
72 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2007-ci  il  6  noyabr  tarixli  172  nömrəli  Qərarı  ilə 
“Qobustan” dövlət tarixi-bədii qoruğuna milli qoruq statusu verilmişdir. “Qobustan” dövlət tarixi-bədii 
qoruğunun  yüksək  əhəmiyyəti  nəzərə  alınaraq,  “Qobustan  dövlət  tarixi-bədii  qoruğu  ərazisində 
yerləşən  tarixi  və  mədəni  sərvətlərin  qorunması  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 
2007-ci il 11 iyun tarixli 2213 nömrəli Sərəncamı imzalanmışdır.  
Ölkə  ərazisində  yerləşən  bir  sıra  abidələrdə,  o  cümlədən  Bakı  şəhərində  “Şirvanşahlar  Sarayı 
Kompleksi”, “Məhəmməd” məscidi, “Kiçik Karvansaray”, “Bazar meydanı”, “Məktəb-məscid”, Şəki 
rayonunda  “Şəki  Xan  Sarayı”,  qala  divarları,  “Kiş”  alban  məbədi,  “Aşağı  Karvansaray”, 
“Şəkixanovların  evi”,  Quba  rayonunun  Xınalıq  kəndində  Əbu-Müslüm  və  Xıdır  Nəbi  məscidləri, 
Naxçıvan  şəhərində  “Möminə  Xatun”,  Şərur  rayonunda  “Qudi-Xatun”  türbələri,  Culfa  rayonunda 
“Xanəgah”  memarlıq  kompleksi,  Babək  rayonunda  “Əshab-ül-Kəhf”  ziyarətgahı  dini  mədəni  abidə 
kompleksi, Qusar rayonunda “Şeyx Cüneyd” türbəsi, Qax rayonunda “Kürmük” məbədi, “Sumuqqala” 
abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda “Pir Hüseyn” xanəgahı və 
digərləri mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdir.  
Son  illər  ərzində  Azərbaycan  Respublikasının  ərazisində  Azərbaycan  Respublikasının  Prezidenti 
tərəfindən  “Yanardağ”  dövlət  tarix-mədəniyyət  və  təbiət  qoruğu,  “Atəşgah  məbədi”  dövlət  tarix-
memarlıq qoruğu, “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu və “Xınalıq” dövlət tarix-memarlıq və 
etnoqrafiya qoruğu yaradılmışdır.  
Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  mühafizəsi  xüsusilə  dövlət  nəzarətində  olmaqla,  bir 
çoxlarının  konservasiya  işləri  görülmüş,  habelə  təbii  fəlakətlər,  antropogen  təsirlərdən  mühafizə 
edilməsi üçün mühafizə zonalarının zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. 
 
Qeyd  etmək  lazımdır  ki,  turizm  müvafiq  olaraq  bu  tarixi  və  maddi-mədəni  abidələrin  yerləşdiyi 
məkanlarda  xüsusilə  inkişaf  etmişdir.  Bununla  yanaşı,  ölkə  üzrə  digər  turizm  obyektləri,  kurortlar, 
çimərliklər, meşə və dağlarda gəzinti yerləri, qış-yay turizm sahələri  və digər ərazilər müxtəlif iqtisadi 
rayonlarda rast gəlinməklə  qiymətləndirilməsi aparılmışdır. 
Müvafiq olaraq, turizm zonaları üzrə aşağıdakı xəritədə verilmişdir:


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə