Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə27/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 
69 
 
Qeyd  olunanlarla  yanaşı,  antropogen  relyef  formaları  landşaftın  transformasiyasına  daha  çox 
təsir göstərmişdir.  
 
Meşələrin  qırılması,  mal-qaranın  sistemsiz  otarılması,  çoxsaylı  gediş-gəliş  yollarının  yaradılması 
eroziyanı intensivləşdirmiş, yamaclarda ekzogen prosesləri, xüsusi ilə sürüşmələri fəallaşdırmışdır.  
 
Belə ki, Böyük və Kiçik Qafqazın alçaq və orta dağlıq zonalarında formalaşan çöl, meşə-çöl və meşə 
landşaftlarının  50-60%-dən  çoxu  orta  və  kəskin  dərəcədə  eroziya  prosesinə  məruz  qalmışdır. 
Azərbaycanın  yüksək  dağlıq  ərazilərində  subalp  və  alp  çəmənlərinin  səthi  yarğan,  qobu,  çoxsaylı 
şırımlarla kəskin parçalanmışdır. Çılpaqlaşmış yamaclarda asan yuyulan süxurlar səthə çıxmışdır. 
 
Böyük Qafqazın cənub yamacında tez-tez müşahidə edilən sellər, eyni zamanda şimal-şərq, cənub-şərq 
yamaclarında  yol-tikinti  işlərinə  ciddi  zərər  vuran  sürüşmələr,  yüksək  dağlıqda  tez-tez  baş  verən 
uçqunlar və s. antropogen təsirlərlə bilavasitə bağlıdır.  
 
Meşələrin  qırılması,  talaların  yaradılması,  torpaq  səthinin  pozulması,  su  obyektlərinin  sahəsinin 
dəyişməsi,  qoruyucu  meşə  zolaqlarının  salınması,  suvarma,  müxtəlif  meliorativ  tədbirlər  və  s. 
aqrolandşaftların,  seliteb  komplekslərin  kəskin  mənimsənilməsinə  və  mikroiqlim  göstəricilərinin 
transformasiyaya məruz qalmasına səbəb olmuşdur 
 
İnsanların hidroqrafik şəbəkəyə təsirləri suvarma, su anbarlarının tikintisi, quraq ərazilərin su ilə təchiz 
edilməsi, müxtəlif meliorativ tədbirlər vasitəsi ilə həyata keçirilir. Arxeoloji, tarixi və həmçinin köhnə 
kartoqrafik  materialların  təhlili  göstərir  ki,  ölkənin  hidroqrafik  şəbəkəsi  son  yüzilliklərdə  kəskin 
dəyişikliyə  məruz  qalmışdır.  Kür-Araz  ovalığının  kanal  və  kollektor-drenaj  şəbəkəsinin  daha  sıx 
olduğu  suvarılan  hissələrində  relyef  səthinin  süni  parçalanması  bir  neçə  dəfə  artmışdır.  Suvarma 
əkinçiliyinin  inkişafı  relyefin  süni  parçalanmasını  daha  da  artırmış,  yer  səthində  kiçik  qalxma  və 
çökmələr əmələ gətirmişdir.  
 
 
Antropogenləşmə  dərəcəsinə  görə  ölkə  ərazisindəki  landşaftları  aşağıdaki  təbii  komplekslərdə 
qruplaşdırmaq olar. 
 
1.
 
Dəyişilməyən  təbii  komplekslər  -  Bu  komplekslər  ölkənin  10%-dən  az  ərazisini  tutur.  Onlar 
əsasən  yüksək dağlıqda  formalaşmış, antropogen təsirlər çox vaxt  burada təsadüfi, epizodik  xarakter 
daşıyır.  Landşaftın  biokomponentləri  xüsusilə  torpaq  və  bitki  örtüyü  çox  zəif  inkişaf  edib,  kəskin 
ekstremal iqlim mühiti təbii ekzogen proseslərinin fəallığını artırır. 
2.
 
Zəif  dəyişilmiş  komplekslər-  Bu  komplekslər  ölkənin  yüksək  dağ  landşaftlarını  əhatə  edir. 
Onların  təbii  strukturu  tamamilə,  bəzən  də  qismən  saxlanılır,  antropogen  təsirlər  burada  qeyri-
müntəzəm  xarakter  daşıyır.  Əsasən  kəskin  parçalanmış  yüksək  dağ  yamaclarında  və  suayrıcılarda 
yerləşən subalp və alp çəmən komplekslərini əhatə edən bu qrupa daxil olan landşaftlarda antropogen 
təsirlər  may  ayının  axırından  avqust  ayına  qədər  davam  edir.  İntensiv  yüklənmə  dövründə  yay 
otlaqlarının səthi kəskin dəyişilir. Çoxsaylı cığırlar, şırımlar   yaranır, ot örtüyünün bütövlüyü pozulur, 
deqradasiya güclənir.  
3.
 
Orta dərəcədə dəyişilmiş komplekslər - Bu komplekslər ölkənin yüksək dağlıq qurşaqlarının 
subalp çəmən otlaqları, orta dağlığın meşə, meşədən sonrakı meşə-kollu-çəmən, alçaq dağlığın çəmən-
çöl,meşə-çəmən-biçənəkləri dağətəyi və dəniz sahili düzənliklərin düzən-çəmən-meşə, meşə-kolluq və 


 
70 
 
s.  landşaftlarını  əhatə  edir.  Bu  komplekslərin  əksəriyyətində  antropogenləşmə  0,5-dən  azdır.  Qeyd 
etmək  lazımdır  ki,  orta  dərəcədə  antropogen  transformasiyaya  məruz  qalmış  landşaftların  çox  vaxt 
təbii torpaq və bitki örtüyü, heyvanlar aləmi daha intensiv dəyişilir. İqlim şəraiti, relyef, litoloji özül və 
s. zəif dinamikliyə malik komponentlər nisbətən az transformasiyaya məruz qalır. 
4.
 
Kəskin  dəyişilmiş  təbii  komplekslər  -  Bu  komplekslər  ölkənin  əkinçilik  regionlarında  geniş 
əraziləri  tutur.  Bunlara  dağ  meşələrinin,  meşə  kolluqların,  meşədən  sonrakı  çöllərin,  meşə-çöllərin, 
bozqır  çöllərin,  arid  seyrək  meşə  və  kolluqların,  düzən-meşə-çəmən  komplekslərin,  yarımsəhraların, 
hidromorf  çəmən-bataqlıqların,  çəmən-çalaların  və  s.  yerində  yaradılan  dəmyə  və  suvarılan  bağ-
plantasiya, seliteb-bağ, əkin, biçənək və s. vahidləri əhatə edir. 
5.
 
Əsaslı  transformasiya  olunmuş  komplekslər  -  Bu  komplekslər  orta  və  alçaq  dağlıqda, 
dağətəyi  maili düzənliklərdə, Mərkəzi  Aranda və dənizsahili  ovalıqlarda geniş  yayılır.  Orta dağlıqda 
çox kiçik əraziləri əhatə edir, başlıca olaraq xətti arealları ilə seçilir. Məs: yollar, antropogen mənşəli 
yarğan,  qobular,  karxanalar  və  s.  Dağətəyi  və  alçaq  dağlıqda,  həm  sahəvi,  iri  areallı  (iri  şəhərlər, 
müəssisələr,  sənaye  obyektləri),  həm  də  xətti  (kanal,  neft  və  qaz    kəmərləri,  dəmir  və  şose  yolları) 
komplekslər  mövcuddur.  Bura  eyni  zamanda  tamamilə  meşəsizləşmiş  ərazilərin  aqrolandşaftları, 
düzən  meşələrinin,  çəmən-bataqlıqların,  çöllərin,  quru  çöllərin,  yarımsəhraların  əsaslı  şəkildə 
dəyişilmiş  ərazi  vahidləri  də  daxildir.  Onların  karbonatlı  meşə-qəhvəyi,  boz-qonur,  boz-çəmən 
torpaqları  suvarma  və  intensiv  becərmə  ilə  əlaqədar  olaraq  boz  qəhvəyi,  çəmən-boz,  çəmən-qəhvəyi 
torpaqlarla əvəz olunur. (bax əlavə: landşaft xəritəsi) 
 
Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə landşaft quruluşuna vizual təsirləri gözlənilir. 
Xüsusilə,  ABEM  üzrə  hibrid  stansiyalarının  (külək,  günəş  və  bioqaz)  müvafiq  qurğularının  tikintisi, 
enerjinin  nəqli  qurğularının  yerləşdirilməsi  və  nəqli,  yeni  xidməti  yolların  çəkilməsi  və.s  nəticəsində 
landşaft quruluşuna təsirlər ehtimal edilir. Landşafta təsirlər  yuxarıda biomüxtəliflik  üzrə analizlərdə 
və cədvəldə öz əksini tapmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə