Aleksandr düma q a f q a z “Qafqaz” Bakı 2010



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə22/203
tarix26.01.2018
ölçüsü4,04 Mb.
#22602
1   ...   18   19   20   21   22   23   24   25   ...   203

54

Qabaqda yolun daha təhlükəli olmasına baxmayaraq, Novo-Uçrejd yonnaya 

stanitsasında mühafizə üçün bizə yalnız beş kazak verə bildilər. Postun rəhbəri 

də bunun az olduğunu etiraf etdi və əgər əlavə mühafizəyə ehtiyac varsa, o biri 

kazakların qayıdıb gəlməsini gözləməyi təklif etdi. Mən ondan soruşdum:

– Əgər biz sizin adamlarınızın qayıtmasını gözləsək, gecəyə düşmə rik ki?

 O bizə cavab verdi ki, yox, gecəni postda yatarıq, sabahısı gün isə on beş-

iyirmi adamla yola düşərik.

 – Yolda bizə hücum eləsələr, sizin bu beş nəfəriniz yaxşı vuruşa caqlarmı?

– Onların əvəzinə mən cavabdehəm: bu adamlar həftədə üç dəfə dağlılarla 

atışırlar, heç biri qorxaqlıq edib bir addım geri çəkilməz, – de di.

– Deməli, biz səkkiz nəfər olacağıq; vəssalam, artıq heç kim lazım deyil. 

Yolçu yolda gərək, – ayrılanda dedim.

Yolda  hücuma  məruz  qalsaq,  necə  hərəkət  etmək  lazım  gəldiyini  yol-

daşlarıma bir daha başa saldım, müdafiə planını izah etdim və yalnız bundan 

sonra yorğa yerişlə yola düşdük.

Günəş  tezliklə  üfüqə  endi  –  Qafqaz  onun  ecazkar  şəfəqlərilə  işıq landı. 

Nəhəng  dağ  silsiləsində  qürub  edən  günəş  şüalarının  sirli  ahəngini,  son  vida 

şəfəqlərinin  dağlarda  buraxdığı  izləri  Salvador  Roza

*

  belə,  dahi liyinə  bax-



mayaraq, fırçası ilə əks etdirə bilməzdi.

Dağların ətəklərində tünd mavi, zirvələrində çəhrayı, orta hissələ rində isə 

bənövşəyidən yasəmən rənginə qədər bütün çalarlar öz əksini tapmışdı.

Səma qızılı rəngə boyanmışdı.

Rənglərin belə cəld dəyişilməsini nə fırça ilə çəkmək, nə də qələm lə təsvir 

etmək mümkün idi. Kağızda çəkmək istədiyin obyektə diqqətin hələ yönəlməmiş, 

bir də görürsən ki, həmin obyektin rəngi və forması dəyişdi.

Biz üç-dörd verst aralıda qara xətt kimi uzanan meşəni görürdük. Meşənin 

o biri tərəfindən iki yol keçirdi.

Bu iki yoldan biri – Mozdoka və Vladiqafqaza gedən yol Qafqazı yarıya 

bölür və Daryal dərəsini keçərək Tiflisə gedib çıxır.

Təhlükəli  olmasına  baxmayaraq,  bu  böyük  poçt  yoludur;  ancaq  poçt 

əlaqəsini kəsə biləcək qədər təhlükəli deyil.

Bir hissəsi Dağıstandan keçən o biri yol isə Şamilin iqamətgahın dan iyirmi 

verst aralıdır və hər addımda düşmən tayfalarla rastlaşmaq mümkündür, odur ki, 

burada poçt əlaqələri altmış, yaxud səksən verstdən bir kəsilir.

Bax,  mən  həmin  bu  yolla  getməyi  qərara  almışdım:  Tiflisdən  keçib, 

qayıdanbaş Daryal dərələrini, Tereki görmək istəyirdim.

Deməli, heç kimin qorxudan cəsarət edib getmədiyi bu təhlükəli yol məni 

Temirxan Şuradan – Dərbənddən ta Şamaxıya və Bakıya qədər aparacaqdı.

Doğrudan  da  bu  yolda  adam  hər  an  təhlükə  ilə  üz-üzə  gəlir;  heç  vaxt 

düşmənin hansı dəlikdən çıxacağını dəqiq bilmirsən – o hər an, hər yerdə peyda 

*

    Salvador Roza – məşhur italyan rəssamı (1615-1673).




55

ola bilər. Bir ağaclıq gördünmü, düşməndir, dərə, yarğan, qaya – bunların hamısı 

düşməndir. Burada düşmənin dəqiq yeri bəlli de yil, bütün ətraf elə düşməndir.

Hər görünən yerin elə özünün adı onun haqqında çox şey deyir – bura 

Qanlı meşədir, bu isə Oğrular dərəsidir, buranın adı Qatil qayadır.

Əslində, Baryatinskinin imzalayıb verdiyi kağız sayəsində bizim üçün bu 

adların təhlükəsi xeyli azalmışdı; həmin kağıza görə, biz, şərait tələb etdikdə 

mühafizə dəstəmizə nə qədər istəsək, adam götürə bilərdik.

Ancaq bədbəxtlikdən, bu icazə vərəqi hər zaman özünü doğrultmur du. 

Bizim dəstəmizə iyirmi nəfərlik mühafizə dəstəsi kifayət edirdi; an caq nəzarət 

məntəqəsində cəmi yeddi nəfər gözətçi var idisə, biz iyirmi adamı haradan tapa 

bilərdik?

Biz  sürətlə  meşəyə  yaxınlaşarkən  yanımızdakı  kazaklar  tüfənglərini 

çıxardılar, onların içində güllə olub-olmadığını yoxladılar və bizə də ehti yatlı 

olmağı tapşırdılar.

Şər qarışırdı.

Qalın  meşəyə  təzəcə  girmişdik  ki,  bir  kəklik  havaya  qalxıb  iyirmi  beş 

addım aralıdakı çəmənliyə qondu. Qeyri-iradi ovçuluq həvəsim baş qaldırdı. 

Dərhal Lefoşe güllələrindən ikisini silahımın sandığından çəkib çıxartdım və 

onların yerinə iki qurğuşun güllə qoydum, faytonu saxladıb yerə tullandım.

Moyne və Kalino da əllərində tüfəng, tarantasın üstündə ayağa qalxdılar 

və hazır vəziyyətdə dayandılar ki, işdir, lazım gəlsə, mənə kömək etsinlər.

İki nəfər kazak – biri sağ, o birisi isə sol tərəfimdə irəliləyirdi.

Çəmənlikdə  təzəcə  iki  addım  atmışdım  ki,  kəkliklər  pırıltı  ilə  ha-

vaya qalxdılar; onlardan biri dəstədən ayrıldı və bu onu vurmağımı daha da 

asanlaşdırdı. Mənim ikinci gülləmdən sonra kəklik yerə düşdü və tarantasımızda 

saxladığımız cüllütlərin arasına qarışdı.

Sonra mən asta addımlarla faytona qayıtdım və biz yorğa yerişlə yenidən 

yola düşdük.

– Hər halda indi, – kazaklardan biri dilləndi, – azərbaycanlılar istə sələr, 

bizə hücum edə bilərlər, çünki güllə səsləri onlar üçün xəbərdarlıq oldu. 

Azərbaycanlılar haradasa başqa yerdə idilər; biz təhlükəli yolu keçdik və 

axşam düşməmiş sürətimizi artırıb sağ-salamat Şukovayaya çatdıq.

Kazaklardan birini özümüzdən on dəqiqə qabaq göndərdik ki, stansiya 

komandirinə bizim üçün mənzil hazırlatmağı bildirsin. Şukova yada hərbi post 

yerləşirdi  və  buna  görə  də  biz  burada  Qızlardakı  kimi,  polismeysterə  deyil, 

hərbi polkovnikə müraciət etməli idik.

Postdakı qarovulçular kəndə nəzarət edirdilər və orada tam bir batalyon, 

yəni  minə  yaxın  kazak  olmasına  baxmayaraq,  əvvəlki  məntəqə lərdə  olduğu 

kimi, burada da ehtiyat tədbirlərinin görüldüyü nəzərə çarpırdı.

Bizə iki otaq ayırdılar; bu otaqlarda artıq iki cavan rus zabiti yerləşmişdi. 

Bunlardan biri Moskvadan – ata-anasının yanından ezamiy yətdən qayıtmışdı 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə