Ake met indd



Yüklə 35,99 Mb.
Pdf görüntüsü
səhifə17/296
tarix31.10.2018
ölçüsü35,99 Mb.
#77394
1   ...   13   14   15   16   17   18   19   20   ...   296

  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

36

yerə bölünür: ümumi, anali  k  və qrup 



halında annotasiya. Ümumi annotasiya 

ən müxtəlif məlumatları (müəllif haq-

qında biblioqrafi k  məlumatları,  əsərin 

yazılma tarixi şərai    haqqında və s.) 

özündə  əks etdirə bilər, lakin burada 

başlıca məqsəd  əsərin ideya və fak  ki 

məzmununun, onun həmin mövzu üçün 

əhəmiyyə  nin ümumi dəqiqliklə  səciy-

yələndirilməsidir. Anali  k annotasiya sə-

nədin məzmununun bir hissəsini açır və o 

vaxt tətbiq olunur ki, annotasiya yazılan 

əsər bütövlükdə deyil, qismən vəsai  n 

mövzusuna aiddir. Anali  k annotasiyanın 

başlıca vəzifəsi  əsərdə  vəsai  n  möv zu-

suna və ya bu əsərin verildiyi bölməyə 

dair məluma  n nədən ibarət olmasını və 

harada verilməsini dəqiq göstərməkdən 

ibarətdir. Anali  k annotasiyalar iki nö-

vünə görə  fərqlənir:  əsərin müəyyən 

nöqteyi-nəzərdən məzmununu açan və 

əsərin müəyyən hissəsini – fəslini, bir 

bölməsini, ayrı-ayrı müddəalarını gös-

tərən annotasiya. Qrup annotasiyası 

məzmun e  barilə (və ya hər hansı başqa 

əlamə  nə görə) bir-birinə yaxın olan bir 

neçə  sənədi birləşdirir və onların ümu-

miləşdirici səciyyəsini verir ki, bu da 

annotasiya yazılan əsərlərdəki ümumi və 

xüsusi cəhətlərin daha dəqiq və  təkrar 

olunmadan göstərilməsinə imkan yaradır. 

Qrup annotasiyaları üç növünə görə 

fərqlənir: - bir və ya müxtəlif müəllifl ərin 

bir neçə müstəqil  əsərlərini (kitablarını 

və ya məqalələrini) səciyyələndirən an-

notasiya; – vahid nəşriyyat formasına 

görə birləşdirilmiş  əsərləri, məsələn, 

mövzu məcmuəsini səciyyələndirən və 

məcmuənin mövzusunun ümumiləşmiş 

təhlilini, sadəcə olaraq onun bölmələrinin 

və orada verilmiş  əsərlərin adlarını  əks 

etdirən annotasiya; – haqqında anno-

ta siya  yazılan  əsərlə  əlaqəsi olan digər 

əsərlər haqqında məlumatları da özündə 

əks etdirən annotasiya. Beləliklə, anno-

tasiyalar öz xarakterinə görə son dərəcə 

müxtəlif ola bilər. Biblioqraf bir çox 

amilləri nəzərə almaqla hər bir konkret 

halda məhz hansı annotasiyanın vəsai  n 

ideyasına, annotasiya yazılan  əsərin 

məz mununa  və  əhəmiyyə  nə daha çox 

uyğun gəldiyini həll edir. Annotasi 

ya-


laşdırmanın metodiki qaydalarını sadəcə 

mənimsəmək vasitəsilə öyrənmək olmaz 

(belə  mənimsəmə  işin yalnız başlan-

ğıcıdır). Annotasiya yazmaq biblioqraf-

dan geniş elmi və peşə biliyi, təcrübə, 

müəyyən  ədəbi bacarıq və  vərdiş  tələb 

edən yaradıcı prosesdir. (Yaxşı annotasiya 

yazmaq bacarığı öz peşə ustalığını ar-

 rmaq  sahəsində inadla işləməyin nə-

 cəsində  əldə edilir). İş prosesində bib-

lioqrafl ar tərəfi ndən annotasiyalara qarşı 

olan tələblər kodeksi yaradılmışdır. Belə 

tələblər kodeksi demək olar ki, böyük 

həcmli kitabxanaların  əksəriy yətində 

möv cuddur. Çap olunan vəsait lərdə ya-

zının daha yaxşı  nəzərə çarp ması üçün 

təsvir və an notasiya mət ninin  müxtəlif 

şri  lərlə ya zıl ması məq sədə müvafi qdir.



ANNOTASİYALAŞDIRILMIŞ MÖVZU 

PLANI (AMP) – nəşriyya  n bir ildə plan-

laşdırdığı  nəşrlərin annotasiyalı siya 

hı-

sından ibarət biblioqrafi k  nəşrdir. Onlar 



haqqında məlumat vermək, sifarişlərin 

qə bulu  və op  mal   rajın müəyyən edil-

məsi məqsədilə tər  b edilir.

ANNOTASİYALI KATALOQ KARTOTEKASI 

(AKK) – kitabxanaların kataloqlaşdırılması 

və kitabxana fondunun annostasiyalı çap 




  

AZƏRBAYCAN KİTABXANA ENSİKLOPEDİYASI

37

kataloq kartotekasıdır. AKK, sənədlərin 



mərkəzləşdirilmiş kataloqlaşdırılması for-

ma sında olub, kitabın   rajını, pereplet 

(cild) ölçülərini, təsnifat indeksini, müəllif 

işarəsini, kitabın beynəlxalq standart 

nöm rəsini (İ S B N)  və annotasiyasını 

əhatə edir. Əsasən, ümumacıq (kütləvi) 

kitabxanalar üçün nəzərdə tutulur. AKK-

nın üstünlükləri;  ədəbiyya  n  məqsəd-

yönlü seçilməsi, mükəmməl (etalon) bib-

lioqrafi k  təsvir, dəqiq təsnifat indeksi 

və tövsiyə annotasiyasının olmasıdır. 

1925-ci ildə AKK-nı buraxmaq üçün BSMI 

yanında mərkəzi kataloqlaşdırma Bürosu 

yaradılmışdır. 1930-36-cı illərdə Dövlət 

Nəşriyyat Birliyinin Tənqid-Biblioqrafi ya 

İns   tutu 1937-1939-cu illərdə PSFSR XMK-

nın Kitabxanaşünaslıq və biblioqrafi ya 

ETİ, 1940-1945-cı illərdə-RSFSR XMK-nın 

Dövlət kitabxanasının biblioqrafi ya nəş-

riyya  , 1946–1954-cü illərdə Dövlət 

Mədəni-Maarif nəşriyya  , 1956-1963-cü 

illərdə ÜKP-nın nəşriyya  ,1964–1992-

də Kitab nəşriyya   AKK-nı çap etmişdir. 

1950-1990-cı illərdə AKK-nı kütləvi ki-

tab 

xanalar üçün həftəlik buraxılışını 



sə nəd lərin məcburi nüsxələri  əsasında 

RDK hazırlamışdır. Bu AKK-nı kütləvi ki-

tabxanaların komplektləşdirilməsi üçün 

nəşrlərin elmi və  bədii  əhəmiyyətini 

nə zərə almaqla ölkə üzrə bütün bilik 

sahələrinə dair sənəd axınını seçmə 

yolu ilə  əks etdirirdi. RDK kütləvi ki tab-

xanaların   plərinə görə  (şəhər, rayon, 

kənd, məktəb kitabxanaları) AKK-nı 4 

komplek  ni çap etdirirdi. 1983-cü ildə 

bu nəşrin iki komplek  ni  (kütləvi və 

məktəb) buraxılması haqqında qərar 

qəbul olundu. Y.N.Malevic tərəfi ndən 

tövsiyə olunan nümunəvi kataloqda bib-

lioqrafi k informasiya sisteminin pers pek-

 vlilik forması  nəzəri cəhətdən  əsas lan-

dırılmışdı. 1992-ci ildə AKK-nın abunə 

az lığından çapı dayandırıldı. 1998-ci ildən 

“Mir” biblioqrafiya jurnalında seçmə 

yolu ilə kitabların AKK-sı (250 dən 200-dək 

kartoteka hər nömrədə) cap olunur.

ANONİM  –  əsərində öz adını gizlədən 

müəllif; müəllifi nin  adı  bəlli olmayan 

əsər; müəllifi nin adı göstərilməyən əsər; 

imzasız  əsərlər.  Şifahi xalq ədəbiyya   

əsərlərinin çoxu – nağıl, mahnı, lə  fə, 

bayatı  və s. imzasız  əsərlər sayılır. 

“Kitabi-Dədə Qorqud” əsəri də bu qəbil-

dəndir. Orta əsrlər Azərbaycan  ədəbi 

məxəzlərində müəllifi   naməlum  əsərlər 

adətən “Laədri”, yəni “dərk eləmədik, 

tanımadıq” qeydi ilə verilmişdir. Klassik 

sa  rik ədəbiyyatda imzasız  əsərlərə çox 

təsüdüf edilir. Azərbaycanın məşhur 

sa  ra jurnalı “Molla Nəsrəddin”də əsər-

lərin çoxu imzasız çap olunmuşdur.  İm-

zasız  əsərin müəllifi   onun  geniş  təhlili, 

başqa ədəbi-tarixi məxəzlərin, əsərin dil 

və üslub xüsusiyyətlərinin tədqiqi yolu ilə 

müəyyənləşdirilir.

ANONS (fr. annonce – kütləvi bildiriş, 

elan) – qəzet, jurnal, kitab, tamaşa, 

konsert, kinofi lm,  kütləvi tədbir və s. 

haqqında  əvvəlcədən verilən müxtəsər 

elandır.

АNTİK DÖVR KİTАBХАNАLАRI – An  k 

ölkələrin sakinləri Misir, Aralıq dənizinin 

şərq sahili, Anadolu (Kiçik Asiya), Ön 

Qafqaz,  İkiçayarası (Mеsоpotamiya), Orta 

Asiya və Hindistanla az-çox tanış idilər. 

Bəzi qədim Yunanıstan və Roma tarixçiləri 




Yüklə 35,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə