Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə127/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   122   123   124   125   126   127   128   129   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 295 – 
 
3.
 
Allen  K.  Current  trends  affecting  providers  of  business  information  //  Business  In-
formation Review. – 2011. – 28(1). – P. 39. 
 
 
Sevda Karimova 
 
BUSINESS ENVIRONMENT AND ELECTRONIC 
INFORMATION RESOURCES 
 
Summary 
İn the article were analyzed the role of libraries and electronic information resources in 
the development of modern business. For this purpose, were investigated the service to users 
of digital information environment and were explored ways to solve existing problems.   
Keywords: Business, resource, library, information, economy. 
 
 
 
 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 296 - 
Günay Məmmədova 
AMEA Mərkəzi Elmi Kitabxana, mütəxəssis 
memmedovagunay0@gmail.com 
 
 
“VĠKĠPEDĠYA”- MÜASĠR, ELEKTRON ENSĠKLOPEDĠK 
BĠBLĠOQRAFĠYA VƏ ĠSTĠFADƏSĠNƏ DAĠR TƏKLĠFLƏR 
 
Açar sözlər: vikipediya, istifadəçi, elmi məqalə, elektron baza, oxucu. 
 
Elektron  məlumatlardan  istifadənin  gündən-günə  artması  hər  kəsə  aydındır.  Bu  məlu-
matlar müasir intellektual informasiya bazalarında cəmləşir. Belə bazalardan biri isə ―Vikipe-
diya‖dır.  ―Vikipediya‖  hər  kəs  üçün  açıq,  azad  elektron  ensiklopediyadır.  Yəni,  o  elə  bir 
ensiklopediyadır  ki,  hər  bir  kəs  onun  müəlliflərindən  biri  ola  bilər.  İlk  növbədə  vurğulamaq 
lazımdır ki, buradan bir çox elmi anlayış, terminologiya, ictimai məsələlərlə ilə bağlı məlumat 
əldə etmək mümkündür.  
Bu  bazanın  yaranması  tarixinə  baxdıqda  onun  vəzifəsi  daha  aydın  görmək  olur.  Hətta 
onun  yaranmasına  qədər  olan  proseslər  burada  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki, 
―Vikipediya‖, təsisçilərinin bu yöndə olan ilk layihəsi deyil. Onlar bu işə ―Nupedia‖ layihəsi 
ilə  başladılar.  Bu  layihəni  ―Vikipediya‖dan  fərqləndirən  əsas  cəhət  onun  ciddi  yoxlamalar 
tətbiq etməsi oldu. Belə ki, portala yerləşdirilmək üçün gələn hər bir məqalə xüsusi komissiya 
tərəfindən  uzunmüddəti  əhatə  edən  bir  intervalda  attestasiya  edilirdi.  Məhz  bu  səbəbdən 
fəaliyyət  göstərdiyi  4  il  ərzində  ―Nupedia‖da  cəmi  24  məqalə  yerləşdirildi.  Bu  isə  hazırkı 
―Vikipediya‖ ilə müqayisə edilə bilməyəcək dərəcədə az idi.  
Sonra isə təsisçilər portala daha tez və çox sayda məqalə toplamaq üçün bu yoxlamaları 
aradan  qaldırmağa  qərar  verdilər  və  ―Vikipediya‖nı  yaratdılar.  Bu  zaman  isə  yerləşdirilən 
məqalələrin etibarlılığı məsələsi ortaya çıxdı. Tapılan çıxış yolu isə məntiqli idi: yeni portalda 
yerləşdiriləcək məqalələr yalnız ciddi yoxlamalardan keçmiş və tam etibarlı mənbələr əsasın-
da mülahizəsiz (obyektiv) olaraq formalaşdırılmalı idi. Yəni, bir baxımdan bura yeni məqalə-
lər və orjinal işlər üçün deyil, öz təsdiqini tapmış yazıların ümumiləşdirilmiş şəkildə yerləşdi-
rildiyi  bir məlumat  bazası  idi. Göründüyü kimi  ―Vikipediya‖ oxucularla elmi  məqalələr, eti-
barlı yazılar arasında vasitəçilik göstərən intellektual bazadır, bir baxımdan biblioqrafiyadır.  
Yuxarıda  göstərilənlər  bu  məsələnin  elmi  aspektidir.  Digər  tərəfdən  isə  ―Vikipediya‖ 
çox güclü bir təbliğat vasitəsidir. Qan yaddaşımızın, Azərbaycan reallıqlarının dünyaya tanı-
dılmasında  bu  platforma  əvəzolunmaz  üstünlüklərə  malikdir.  Həmçinin  ―Vikipediya‖nın  da 
tərkibində olduğu ―Vikimedia‖ layihəsinin digər proyektlərində Azərbaycanın turizm imkan-
larının  da  nümayişi  mümkündür.  Belə  olan  zaman  Azərbaycanın  istirahət  zonaları,  gəzməli-
görməli yerləri hər hansı xarici özəl turizm şirkətinin təhrifinə yol vermədən bu layihələr vasi-
təsi  ilə  birbaşa  müştəriyə  göstərilə  bilər.  Bu  təbliğatın  effektivliyi  isə  ―Vikipediya‖da  Azər-
baycan dilindəki və Azərbaycanla bağlı xarici dillərdəki məlumatların zənginliyindən asılıdır.  
 Hər bir dildə əlçatan olan məlumatların həcmi ―Vikipediya‖ iştirakçılarının fəallığından 
asılıdır. Qeyd edək ki, Azərbaycan dilindəki ―Vikipediya‖nın yaranmasından, yəni 2004-cü il-


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 297 – 
 
dən  2016-cı  ilin  fevral  ayının  sonuna  qədər  bu  platformada  103  mindən  çox  məqalə 
yaradılmışdır. İlk baxışda bu rəqəm yüksək görünə bilər amma qonşu dövlətlərlə olan müqa-
yisə mövcud vəziyyətlə bağlı daha düzgün məlumat verir.  
Aşağıdakı diaqramda bunu açıq bir şəkildə görmək mümkündür.   
 
 
 
Mənbə: Vikipediya 
Qeyd: Göstəricilər 2016-cı il fevral ayının sonu üçündür. 
 
Göründüyü  kimi  Azərbaycan  dilində  olan  məqalələr  region  üzrə  yalnız  Gürcü  dilində 
olan məqalələrlə eyni saydadır, digərlərindən isə azdır.  
Bəs bunun səbəbi nədir? İlk arqument kimi bu sahəyə olan marağın azlığı səsləndirilir. 
Bu amil nəticədə bir qədər rol oynasa da, həlledici faktor deyildir. Çünki, hazırda Azərbaycan 
dilində  olan  ―Vikipediya‖da  qeydiyyatdan  keçmiş  istifadəçilərin  sayı  məqalələrin  sayından 
çoxdur. Bu onu deməyə imkan verir ki, qeydiyyatdan keçən hər bir istifadəçi məqalə yaratmır 
və ya yarada bilmir.  
Sonuncu hal daha real görünür. Belə ki, bu portalda məqalə yerləşdirmək ilk başlayanlar 
üçün  o  qədər  də  asan  olmur.  Çünki,  ―Vikipediya‖da  yerləşdiriləcək  məlumatlar  xüsusi 
tələblərə  cavab  verməlidir.  Əks  halda  istifadəçi  öz  məqaləsini  yerləşdirməyi  bacarsa  belə, 
digər peşəkar idarəçilər tərəfindən bu məqalə silinəcəkdir. Bu isə yeni iştirakçını ruhdan salır 
və əksər hallarda istifadəçi ikinci dəfə cəhd etmir.  
Həmçinin  bu  portalda  məqalə  yerləşdirmə  zamanı  iki  cür  redaktə  üsulundan  istifadə 
edilir:  ―əsas‖  və  ―vizual‖  redaktə.  Bunlardan  ilkinin  istifadəçiyə  verdiyi  imkanlar  çox  geniş 
olsa da həm öyrənilməsi, həm də bu redaktor vasitəsi ilə məqalə tərtib edilməsi çox vaxt tələb 
edir.  Digəri  (―vizual  redaktə‖)  isə  istifadə  baxımında  çox  rahat  və  öyrənilməsi  isə  asandır. 
Adətən, ―Vikipediya‖ya daxil olan yeni istifadəçi ―əsas redaktə‖yə daxil olmağa istiqamətlən-
dirilir ki, bu da bir az əvvəl qeyd etdiyimiz problemləri yaradır və istifadəçilərin çox azı sona 
qədər öyrənməyə can atır, əksəriyyəti isə  çətinliklərlə qarşılaşır və bu portaldakı fəaliyyətini 
dayandırır. 
Bu  vəziyyətdən  çıxış  yolu  isə  maarifləndirmə  tədbirlərinin  təşkili  ola  bilər.  Xüsusilə, 
elm  ocaqlarında  həyata  keçiriləcək  təlimlər  öz  sahəsində  ixtisaslaşmış  şəxslərin  bu  bazada 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə