Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə125/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   122   123   124   125   126   127   128   129   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 290 - 
6. korporativ kitabxana-informasiya şəbəkələrinin yaradılması istiqamətində
7. vahid kitabxana informasiya sistemində informasiya təhlükəsizliyinin təmini (icazəsiz 
istifadəyə, virusa qarçı mübarizə və s.) istiqamətində; 
8. Bir sıra linqvistik, tezaurus, rubrikalaşma, əlifba kodlaşması və s. istiqamətində olan 
problemlər və s. 
Azərbaycanda  bir  çox  kitabxanalar  artıq  10  ilə  yaxındır  ki,  modernləşməyə  hazırlıq 
dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır. 
Lakin yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqa-
mətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur. Bunun üçün ilk növbə-
də  MARC 21 standartına keçid  zəruridir. Keçid  kitabxana-informasiya,  yüksək kommunika-
siya texnologiyaları, akademik qurumlar və təhsil müəssisələri, maliyyə, qanunvericilik, icra 
və başqa strukturları təmsil edən mütəxəssislərdən formalaşdırılmış multidissiplinar işçi qrupu 
tərəfindən  həyata  keçirilməli  və  vahid  mərkəzdən  əlaqələndirilməlidir.  Keçidin  icraçıları 
universal əlaqələndirilmiş elektron kataloq əsasında çalışan kitabxana-informasiya mərkəzləri 
olmalıdır. 
MARC formatının tətbiqi kitabxana əməliyyatlarının idarə olunması zamanı kitabxana-
çılara  mövcud  avtomatlaşdırılmış  kitabxana  sistemlərindən  istifadə  etmək  imkanı  verir.  Ha-
zırda müxtəlif səviyyəli kitabxanalarda istifadə olunan əksər sistemlər məhz ―MARC‖ formatı 
ilə  işləyir.  Bu  format  müxtəlif  AKİS-lərdən  istifadə  edən  kitabxanalara  öz  biblioqrafik 
məlumatlarını bir sistemdən digərinə etibarlı köçürmək imkanı verir. 
Müasir dövrün tələblərinə cavab verə bilən kitabxana avtomatlaşdırılmalı, kağız resurs-
lardan rəqəmsal resurslara keçməli, qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına 
malik olmalı, fəaliyyətində universal elektron kataloq sistemini tətbiq etməlidir. 
 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 
inkişafı üzrə Dövlət Proqramı‖. Bakı: 2008. 
2.
 
http://www.ifla.org/VII/s13/frbr/frbr.pdf (son hesabat) 
3.
 
http://www.dnb.de/eng/standardisierung/formate/mab.htm  (Almaniya  Milli  kitabxa-
nasının MAB veb səhifəsi, ingilis dilində) 
4.
 
http://www.loc.gov/marc/authority/ecadhome.html 
5.
 
http://www.loc.gov/marc/holdings/echdhome.html (fond məlumatları)  
6.
 
http://www.loc.gov/marc/classification/eccdhome.html (təsnifat məlumatları) 
7.
 
http://www.loc.gov/marc/community/eccihome.html  (cəmiyyət  haqqında  məlumat-
lar) 
 
 
 
 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 291 – 
 
Aygun Safarova 
 
THE PROBLEMS AND PROSPECTS OF USINGCOMMON STANDARD OF 
BIBLIOGRAPHICDESCRIPTION IN LIBRARIES IN AZERBAIJAN 
 
Summary 
The article primarily reflects the information on standard concept. Furthermore the ar-
ticle depicts  information on bibliographic description standards applied worldwide. Finally, 
the article gives  reflection on the problems and perspectives  of  the related to  application of 
integrated bibliographic description standards used in libraries of Azerbaijan Republic. 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 292 - 
Sevda Həmid qızı Kərimova  
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, doktorant 
sevda.kerimova1@gmail.com 
 
 
BĠZNES MÜHĠTĠ VƏ ELEKTRON ĠNFORMASĠYA RESURSLARI 
 
Açar sözlər: Biznes, resurs, kitabxana, informasiya, iqtisadiyyat. 
 
Sahibkarlıq fəaliyyətində informasiya və biliklərdən istifadənin başlıca istiqaməti infor-
masiya  və  biliyin  resurs  mənbəyi  olduğu  informasiya  istehsalının  inkişaf  etdirilməsi,  müəs-
sisələrin  səmərəli  işləməsi  və  rəqabət  gücünü  artırması  üçün  bu  informasiya  və  biliklərdən 
istifadə olunmasıdır. Bəzən ictimai istehsalın müasir sistemini yeni elmi biliklərə, informasiya 
texnologiyalarına, informasiya xidmətləri və məhsullarına əsaslanan innovativ istehsal olaraq 
xarakterizə edirlər. 
Bu baxımdan, iqtisadi artımın informasiya tipinin yaranması və informasiya iqtisadiyya-
tının nəzəriyyəsi kimi inteqral elmi intizamın meydana gəlməsi haqqında sual yaranır. Müasir 
iqtisadiyyatın  strukturunda  informasiya  sektoru  mövcuddur  və  inkişaf  etməkdə  davam 
edir. İnformasiya  mülkiyyətinin  dəyəri  məlumatlardan  birbaşa  istifadə  yolu  ilə  əldə  edilə 
bilər.  Hər  hansı  müəssisə  məlumatlar  əsasında  gəlirlərin  artmasına  və  xərclərin  azalmasına 
yönəldilmiş bir sıra qərarlar qəbul edə bilər. 
Son  onilliklərdə  informasiya  iqtisadi  fəaliyyət  üçün  mühüm  resurs  rolunu  oynamışdır. 
Elektron  hesablama  maşınlarının  və  fərdi  kompüterlərin  istifadəsi  iqtisadiyyat  sahəsində  də 
münasibətlərin  və  texnoloji  əsasların  kökündən  yenilənməsinə  gətirib  çıxarmışdır.  Tələb  və 
təkliflə bağlı əminliyin artması onların inkişaf dinamikası üçün marketinq araşdırmaları nəti-
cəsində əldə edilmiş kommersiya məlumatlarına ehtiyac yaradır. Mühüm məlumatlar maliyyə, 
elmi – texniki və statistik xarakteli məlumatlar hesab olunur.  
Biznes  üçün  ən  böyük  risklərdən  biri  etibarlı  olmayan  məlumatların  əldə  edilməsidir. 
Belə məlumat mənbələrinə misal olaraq yanlış məlumatların yer aldığı və istehlakçını çaşdıra 
biləcək  əsassız  reklamları  qeyd  etmək  olar.  Digər  sahibkarlıq  subyektinin  itki  verməsinə 
səbəb ola bilən və ya onun işgüzar nüfuzuna zərər vura bilərək çaşqınlıq yarada bilən yalan, 
qeyri-dəqiq və  ya təhrif olunmuş məlumatların yayılması haqsız rəqabət hesab olunur. Ümu-
miyyətlə, reklamı təkliflərin verilməsinə dəvət kimi qəbul etmək daha düzgün olardı. Reklam 
- intellektual fəaliyyətin nəticəsidir və müəllif hüquqları obyektlərinə aiddir. 
Biznes  mühitin  öyrənilməsi  üçün  bazarının  vəziyyətini,  onun  inkişaf  perspektivlərini, 
tələb və təkliflərin dəyişməsi tendensiyalarını qiymətləndirməyə imkan verən ümumi statistik 
məlumatlardan  istifadə  olunur.  Bu  informasiya  mənbələri  sektoru  dövlət  statistikası,  iqtisadi 
proqnozlar, müxtəlif təşkilatların və ekspertlərin həyata keçirdikləri analitik tədqiqatlar, icti-
mai rəy sorğuları və sosioloji tədqiqatların nəticələrini əhatə edir. Hesabat-statistik xarakterli 
informasiyaların  Məlumat  bazaları  beynəlxalq  təşkilatlar  səviyyəsində  (məsələn,  Dünya 
Bankı), milli səviyyədə - dövlət statistika orqanları, gömrük orqanları, Ticarət və Sənaye Pa-
latası və elmi-tədqiqat institutları tərəfindən işlənib hazırlanır. Bu təşkilatların əksəriyyətinin 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə