Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə126/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   122   123   124   125   126   127   128   129   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 293 – 
 
lazımi  məlumatları  əldə  etmək  imkanını  təmin  edən  öz  elektron  informasiya  saytları  vardır. 
Lakin, bu məlumatların çoxu giriş üçün açıq deyildir və ödənişli əsaslarla həyata keçirilir. 
Hal-hazırda bazarda sahibkarlıq subyektinin məlumat bazasının formalaşmasının xarici 
mənbələri  ola  biləcək  və  onu  əhatə  edən  kommersiya  mühiti  barəsində  məlumat  mənbələri 
kimi çıxış edən müxtəlif tipli məlumat bazalarına rast gəlmək olar. Qeyri – orijinal, müəllifsiz 
mənşəli  məlumat  bazalarını  məqalə  və  materiallar  ―toplusu‖na  aid  etmək  olmaz,  onlar 
sənədlərin  (və  ya  faylların)  toplusunu  təqdim  edirlər  və  maddi  xarakterli  mübadilə  predmeti 
ola bilərlər [1, 141]. 
Biznes  üçün  müxtəlif  idarələrin  işgüzar  məlumatlarına  sadələşdirilmiş  girişin  mövcud 
olduğu  əsas  məlumat  strukturu  lazımdır. Aydın  görünür  ki,  iqtisadi  mühitin  ən  böyük  prob-
lemlərindən  biri  onun  subyektlərində  mövcud  olan  informasiya  qeyri-şəffaflığıdır.  İnforma-
siya axınının bolluğuna baxmayaraq, ölkədə mövcud olan ayrı-ayrı müəssisələr haqqında çox 
az etibarlı analitik informasiya mövcuddur. Bu cür informasiya vəziyyəti investisiya mühiti-
nin yaxşılaşdırılması üçün əlverişli deyil. Əlbəttə ki, informasiya ehtiyaclarının artdığı bir şə-
raitdə  informasiya  xidmətləri  bazarı  da  inkişaf  etməlidir.  Öz  növbəsində,  mövcud  problem-
lərin  uğurlu  həlli  potensial  informasiya  istifadəçiləri  ilə  münasibətlərin  formalaşdırılması 
üçün normal əsas yaradacaqdır.  
Rəqəmsal informasiya mühitində istifadəçilərə xidmət informasiya texnologiyaları, tele-
kommunikasiya vasitələri, informasiyanın yaradılması, mühafizəsi və yayılmasına yeni yanaş-
malar  vasitəsilə  həyata  keçirilir.  Elektron  resurslar  dedikdə  elektron  kataloqlar,  biblioqrafik 
məlumat  bazaları,  biblioqrafik  göstəricilər,  tammətnli  məlumat  bazaları,  kompakt  disklərdə 
olan elektron sənədlər və  elektron nəşrlər,  yəni,  çap sənədlərinin  rəqəmsal  surətləri başa dü-
şülür. Elektron informasiya mühitində istifadəçilərə xidmətin prioritetləri bunlardır: a) infor-
masiya resurslarının əldə edilməsinin texniki, proqram və texnoloji təminatı; b) informasiya-
nın  əldə  edilməsi  şərtlərinin  müəyyən  edilməsi;  c)  istifadəçilərə  xidmətin  səmərəliliyinin 
monitorinqinin həyata keçirilməsi [2, 18-19].  
Tədqiqatlar  göstərir  ki,  istifadəçilərə  təqdim  olunan  elektron  informasiya  resurslarının 
56  %-i  internet  resurslarının,  35  %-i  kitabxananın  daxili  resurslarının,  29  %-i  isə  məlumat 
bazalarının  payına  düşür.  Müxtəlif  yaş  qruplarına  daxil  olan  biznes  nümayəndələrinin  infor-
masiya tələbatlarını araşdırarkən məlum olur ki, 40 yaşa qədər olan istifadəçilər daha çox mü-
asir,  yeni elektron formada olan resurslara, 40-65  yaş  arası məlumat  istifadəçiləri isə əsasən 
çap formasında olan sənədlərə müraciət edirlər. İstifadəçilər daha çox elektron formada olan 
jurnal, qəzet və avtoreferatlardan istifadə edirlər. 
Elektron informasiya mühitində xidmətin texniki təminatı oxucu yerlərinin və avtomat-
laşdırılmış işçi yerlərinin sayı ilə təyin olunur. Elektron kataloqda oxucu tərəfindən seçilmiş 
sənədin biblioqrafik təsviri, təsviri kataloqda isə əlifba kataloqunun elektron surəti əks olunur. 
―EBSCO  HOST‖,  ―East  View‖,  ―Cambridge  Journals‖,  ―Emerald‖,  ―The  World  Bank‖, 
―Bowker‘s Global Books In Print‖, ―ProQuest‖ və s. kimi məlumat bazaları elektron kitabları, 
həmçinin,  elektron  elmi  jurnalların  və  qəzetlərin  icmal  siyahısını  təqdim  edir.  Bu  məlumat 
bazalarına  istifadəçilərin  maraq  səviyyəsini  araşdırarkən  məlum  olur  ki,  57  %  daim,  32  % 
bəzən,  8  %  çox  az,  3  %  isə  onlara  heç  bir  maraq  göstərmirlər.  Kitabxanalarda  istifadəçilərə 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 294 - 
sənədlərin elektron halda təqdim olunması xidməti, virtual məlumat xidməti, elektron kitabxa-
naçı xidməti mövcuddur. 
Resurslardan istifadənin  səmərəliliyinin monitorinqini aşağıdakı üsullarla həyata keçir-
mək olar: 
- Elektron resurslara olan müraciətlərin statistik analizi
- Yerli sosioloji tədqiqatlar
- Xidmət prosesində istifadəçilərlə münasibət. 
Məsələnin həlli yolları
Rəqəmsal informasiya mühitində istifadəçilərin elektron resurslardan daha səmərəli isti-
fadə edə bilməsi üçün aşağıdakı prioritet istiqamətləri qeyd etmək olar: 
-
 
İstifadəçilərin informasiya mədəniyyətinin yüksəldilməsi; 
-
 
İstifadəçilərin  kitabxananın  mövcud  resurs  və  xidmətləri  barəsində  məlumatlandırıl-
ması; 
-
 
Elektron kataloqun xidmət funksiyalarının artırılması; 
-
 
İstifadəçilərin elektron sənədlərə girişinin təmin edilməsi
-
 
Uzaqda olan istifadəçilərə məlumat biblioqrafiya xidmətinin göstərilməsi
-
 
Ümumi məlumat resurslarından korporativ istifadənin təmin edilməsi [3, 39]. 
Biznes mühitinin inkişafı üçün resursların inkişaf meyllərinə yekun vuraraq, aşağıdakı-
ları vurğulamaq lazımdır: 
-  Növbəti onillikdə  yalnız biznes məlumat istehsalçıları deyil, eyni  zamanda akademik 
nəşriyyatlar da öz elektron məhsullarının istehsalını genişləndirməyə çalışacaq. Bununla əla-
qədar  olaraq,  kitabxana  fondlarının  komplektləşdirilməsi  istər-istəməz  elektron  nəşrlər  vasi-
təsilə komplektləşdimə istiqamətində yönələcəkdir. Bu inkişaf edən professional məlumat ba-
zarının tələb etdiyi mühitdə yaşamaq üçün bir vasitə kimi çıxış edəcək. 
- Elektron mühit getdikcə daha çox elmi və biznes məlumatlarının ənənəvi formaların-
dan (kitablar, məqalələr, hesabatlar) uzaqlaşır. İnformasiya təminatçıları hər il istifadəçi ehti-
yaclarını daha  geniş  əhatə etmək və  gənc nəslin informasiya  tələbatlarını  ödəmək məqsədilə 
təklif olunan elektron resurslarının strukturunu çətinləşdirirlər. 
İnformasiya bazarınının  əsas seqmentləri və qanunauyğunluqları haqda  əldə edilən bi-
liklər kitabxanaçılara kitabxana fondlarının komplektləşdirilməsində edilə biləcək səhvlərdən 
uzaqlaşmağa və qarşıdan gələn onillik ərzində rəqəmsal mühitin yeni tələblərinə hazır olmağa 
kömək edəcək.  
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Долгополова,  Е.  Е.  Информационное  обеспечение  маркетинга:  теория  и  прак-
тика: научно-практическое пособие / Е.  Е. Долгополова. - Минск : Новое зна-
ние, 2010. - 141, [1] c. - (Профессионалам библиотечного дела). 
2.
 
Мытарев  Ф.Ю.  Информационные  ресурсы  как  предмет  бизнеса  //  ИнформА-
ционные Ресурсы России. – 2007. - №3. – с. 19. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə