Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə129/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   122   123   124   125   126   127   128   129   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 301 – 
 
Qorqud‖ dastanında aydın görürük. Dastanın ―Qanlı Qoca oğlu Qanturalı‖ boyunda qəhrəman 
evlənmək üçün Trabzonun xristian başçısının qızı - sarı donlu Selcan xatunu seçir. Oğuz bəy-
ləri üçün bu dini mənsubiyyət heç bir mənada mənfi qarşılanmır. Dastan boyu Selcan xatuna 
dini baxımdan heç bir ögeylik nümayiş etdirilmir. Əksinə, onun müsəlman olan sevgilisi Qan-
turalı  ilə  təkur  döyuşçülərini  dəf  etməsi  kimi  qəhrəmanlığın  təsvirində  şəxsinə  mərhəm  bir 
münasibət ifadə olunur. Selcan obrazı timsalında ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi 
təmizlik və qəhrəmanlıq nümunəsi sərgilənir.  
Multikultural dəyərlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin də ya-
radıcılığında  müstəsna  yer  tutur.  Nizami  Gəncəvi  öz  dövrünün  elmlərini  mükəmməl  öyrən-
miş,  həmçinin  qədim  yunan  tarix  və  fəlsəfəsini  dərindən  mənimsəmişdir.  Onun  beşlik  olan 
―Xəmsə‖sində  multikulturalizm  ideyaları  özünü  xüsusilə  göstərməkdədir.  Şair  ―Sirlər  xəzi-
nəsi‖  poemasında  hökmdarlara  ağıllı,  tədbirli,  ədalətli  olmağın  yolunu  ilahi  təlimatlara  əməl 
etməkdə görür. Poemada Məhəmməd peyəmbərin tərifi ilə yanaşı İsa Məsihi də xatırladır: 
 
Hər kəs ki, İsa kimi duyub, sevib insanı 
İnsafı sayəsində tutub cümlə cahanı. [3, 120]  
 
―Yeddi  gözəl‖ poemasında isə çoxmədəniyyətli  mühitin həyati bir mənzərəsi  canlanır. 
Müəllif  fərqli  milli-mənəvi  dəyərləri  özündə  daşıyan  qadın  tiplərini  –  hind,  rum,  slavyan, 
Məqrib,  Xarəzm,  Çin,  türk  qadınlarını  hökmdar  Bəhramın  ətrafında  toplayır.  Və  oxucusuna 
Bəhramın multikultural mühitdən keçərək bir şəxsiyyət kimi kamilləşməsi prosesini çatdırır.  
Multikulturalizm  ideyaları  dahi  şairimiz  Məhəmməd  Füzulinin  ―Leyli  və  Məcnun‖ 
poemasında da öz izini büruzə etdirir. Şair Qeysin doğulması təsvirində onun İsa kimi kamil, 
gözəl olmasını vurğulayır:  
 
Əlqissə, ədəmdən oldu peyda 
Bir tifli-müzəkkərü müzəkka. 
Xurşid kimi kəmalə qabil
İsa kimi tifillikdə kamil. [1, 278] 
 
Azərbaycan  multikulturalizm  ideyaları  Rusiya  işğalına  düçar  olduğu  zamanlarda  da 
mütəfəkkirlərimizin  yaradıcılığında  bariz  nümunələr  nümayiş  etdirmişdir.  Hüseyn  Cavidin 
―Şeyx  Sənan‖  əsərində  mütərəqqi  müsəlman  gənci,  icma  lideri  sevdiyi  gürcü  qızı  Xumarla 
evlənmək  üçün  xristian  din  xadimlərinin  onu  alçaltması  müqabilində  tolerantlığa  söykənən 
addımlar atır və çox mədəniyyətliliyin əsrarəngiz bir nümunəsini nümayiş etdirir.  
Həmçinin  gündəmin  mübahisəli  əsərlərindən  olan  ―Əli  və  Nino‖  romanında  da  Azər-
baycanda yaranan multikultural bir mühirin təsvirləri sərgilənir. Əsərdə müsəlmanların heç də 
hamısının  İslam  dininə  etiqad  etməməsinin,  Bakı  milyonçusu  Ağa  Musa  Nağıyevin  Bəhai 
dinini qəbul etməsinin, bununla bağlı tərəfdaşlarının ona tolerant münasibətinin şahidi oluruq. 
O cümlədən əsərdə müsəlman oğlu Əli ilə gürcü qızı Ninonun sevgi macərası, bu iki xalq nü-
mayəndələrinin qarşılıqlı dini etiqadlarına, milli-mənəvi dəyərlərə üstünlük vermələri, onların 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 302 - 
birliyi,  problemlərə  tolerant  yanaşmaları  nəticəsində  Azərbaycan  Cümhuriyyətinin  inkişafı 
uğrunda əzmkarlıqları xüsusi diqqətə çatdırılır. 
Dünya  və  Azərbaycan  ədəbiyyatında  multikulturalizm  dəyərlərini  müzakirə  etməkdə 
məqsəd bu anlayışa olan fərqli cəhətləri üzə çıxarmaqdır. Təhlil nəticəsində aydın oldu ki, bir 
çox  Avropa  ölkələrində  milli-adət-ənənələrin  qorunması  məsələsi  əsasən  insan  hüquqları 
kontekstində  həll  olunur.  Qeyd  etməliyik  ki,  XXI  əsrin  əvvəllərində  bir  çox  Qərb  dövlətləri 
multikulturalizm siyasətinin iflasa uğradığını bildirmiş, entik-mədəni müxtəlifliklərin tənzim-
lənməsində  ciddi  problemlərlə  üzləşdiklərini  bildirmişlər.  Qərb  dövlətlərinin  mövqelərini 
Böyük Britaniyanın baş naziri David Kameron 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükə-
sizlik  Konfransındakı  çıxışında  bildirib  ki,  ―"Dövlət multikulturalizmi" doktrinası müxtəlif 
mədəniyyətləri öz  adət-ənənələri  ilə  yaşamalarına  dəstək  verməklə  cəmiyyətdə  inteqrasiya 
proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, müsəlman icması 
cəmiyyətdəki  liberal  dəyərləri  inkar  edərək  demokratik  cəmiyyətin  dəyərlərinə  zidd  olan 
dəyərləri təbliğ edirlər.  Bu isə, dini ekstremizmin baş qaldırması  üçün şərait  yaradır‖ [4, 3]. 
Lakin Azərbaycan dövləti multikulturalizm siyasətinin əsas qayəsinə etnik, dini, irqi, mədəni 
mənsubiyyətindən  asılı  olmayaraq  bütün  xalqların,  etnik  qrupların  mili-mənəvi  dəyərlərinin 
qorunması aspektindən yanaşır. Qeyd etməliyik ki, David Kameronun fikrinin təkzibi olaraq 
Azərbaycan Respublikasının müdrik şəxsiyyəti Heydr Əliyev bildirmişdir ki, ―Dövlət, ölkə nə 
qədər  çox  xalqı  birləşdirsə,  bir  o  qədər  zəngin  olur,  çünki  onların  hər  biri  ümumdünya 
mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir‖ [5]. 
Elə buna əsasən etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar 
ölkə daxilində özlərini yad hiss etməməlidirlər. Bu gün Azərbaycan dövlətinin əsas hədəflə-
rindən biri də budur. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Məhəmməd Füzuli. Əsərləri. 6 cilddə: II cild. Bakı: Şərq-Qərb. 2005, 354 s. 
2.
 
Multikulturalizmin  həyat  tərzinə  çevrildiyi  Azərbaycan  //  19  мая  2015  года  /  http: 
www.gumilev-center.az 
3.
 
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı: Lider nəşriyyatı. 2004, 264 s. 
4.
 
525-ci qəzet.- 2016.- 28 yanvar. 
5.
 
http://www.xalqqazeti.com/az/news/culture/66695 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə