A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   2   3   4   5   6   7   8   9   ...   61
id55880

ŞİRLİ KERAMİKA MƏMULATI 
Saxsı məmulatını müxtəlif təsirlərdən qorumaq və davamlı etmək üçün onun 
üzərinə şir çəkilirdi. Qabın divarlarına möhkəm yapışan şüşəyə bənzər, parıldayan şir 
qatı onun üzərindəki boyalı dekoru mühafizə edib saxlamaqda əvəzsiz əhəmiyyətə 
malik idi. 
VIII-X əsr şirli məişət keramikasında qurğuşun tərkibli şəffaf şirdən istifadə 
edilirdi. Onun tərkibinə metal oksidləri qatmaqla müxtəlif rənglər alınırdı. VIII-X 
əsr şirli məişət keramikasında açıq-sarı (dəmir oksidi), açıq-yaşıl (mis oksidi, nadir 
hallarda zümrüdü - yaşıl) və bənövşəyi (marqans oksidi) rəngli şəffaf şirdən istifadə 
edilirdi. Şəffaf şir altından görünən dekor şirin rəngindən asılı olaraq rəng 
kontrastlığı, ya da rəng ahəngdarlığı ilə canlanırdı. Bu isə keramika məmulatının 
bəzək, kolorit imkanlarını zənginləşdirirdi. 
Tərkibi və görünüşü etibarilə şüşəylə yaxın oxşarlığı olan şir məişət 
keramikasında VIII əsrin sonu, IX əsrin əvvəllərindən tətbiq edilməyə başlanmışdır. 
Keramika məmulatı ilə paralel istehsal edilən qədim tarixə malik bədii şüşə nümunələri 


30 
yüksək inkişaf prosesi keçirdiyi halda, keramika məmulatında şirdən çox gec istifadə 
edilmişdir. Lakin VI-VIII əsr şirsiz məişət keramikasında şüşə fraqmentlərindən 
bəzək vasitəsi kimi istifadə edilmiş nümunələr göstərir ki, orta əsr dulusçuları 
texniki və bədii axtarışlara biganə olmamışlar, sadə görünüşlü qabları yeknəsəqlikdən 
qorumuş, maraqlı bədii görünüşlü keramika nümunələri yaratmışlar. 
Şirli məişət keramikasının ilk nümunələri Qəbələ, Qədim Gəncə
Beyləqan, Şabran, Mingəçevir, Şamaxı qazıntılarından məlumdur. İstər 
hazırlanması, istərsə də forma və bədii xüsusiyyətlərinə görə onların çox oxşar 
olmasına baxmayaraq, ayrı-ayrı şəhərlərin bəzək üsulları, rəng qamması, dekorunun 
üslub xüsusiyyətlərilə fərqlənən keramikası yaranırdı. 
VIII-X əsrlərdə bədii cəhətdən yenicə formalaşan şirli saxsı məmulatın 
texnoloji üsulları Yaxın Şərqin bədii keramikası ilə sıx əlaqədə və xronoloji 
cəhətdən eyni vaxtda inkişaf edirdi. Yerli keramika məmulatının dekorunda Yaxın 
Şərqdə məlum olan bütün texnoloji üsullar öz əksini tapmışdı. Qab üzərində 
anqobla rəsm, anqobla və rəngli boyalarla birgə rəsm, anqoblaşmış yerlik üzərində 
rəngli boyalarla rəsm və cızma dekorla işləmə üsulu geniş inkişaf tapmışdı. Lakin 
Azərbaycan şirli keramikasının ilk orta əsr nümunələri tamamilə özünəməxsus 
xüsusiyyətlərə malik olub, Zaqafqaziya və Yaxın Şərqin eyni dövr keramika 
məmulatından tamamilə fərqli, orijinal dekor üslublu sənət nümunələri kimi fərqlənir. 
Anqobla rəsm və qabın anqoblaşmış səthində polixrom rəsm üsulu əgər IX 
əsrdən məlumdursa, anqoblu səth üzərində cızma rəsmin rəngli boyalarla birgə 
işlənmə üsulu X əsrə təsadüf edir. Bütün bu texniki vasitələr orta əsr keramika 
məmulatının dekorunda əsaslı dönüş etmiş və şirli keramikanın hələ ilk inkişaf 
mərhələsində yüksək bədii sənət nümunələrinin meydana çıxması üçün geniş imkan 
yaratmışdır. Bu ilkin texniki və bədii vasitələr, sonrakı dövr (XII-XIII əsrlər) şirli 
keramika məmulatının əsas dekor vasitələri kimi inkişaf edib, orta əsr keramikasının 
yüksək sənət növü kimi formalaşmasında xüsusi rol oynamışdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə