A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   4   5   6   7   8   9   10   11   ...   61
id55880

 
 
 
 
 


35 
BƏDİİ METAL 
Azərbaycanın Təbriz, Gəncə, Naxçıvan, Marağa, Ərdəbil və başqa 
şəhərlərində olmuş səyyahların gündəliklərində bu yerlərin mədənlərindən çıxarılan 
mis, qızıl, gümüş və s. metallardan düzəldilən qab-qacaq və zinət əşyalarından bəhs 
edilir. Bu dövrdə yaradılmış məişət əşyaları içərisində Mingəçevirdən arxeoloji 
qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan tarixi muzeyində nümayiş 
etdirilən qab-qacaqlar xüsusi maraq doğurur. Gümüşdən düzəldilmiş nimçə öz incə 
naxışları və gözəl forması ilə həmişə tamaşaçıların nəzərini cəlb edir. Ölçülərinə 
görə adi müasir nimçələri xatırladan bu nimçə üç tərəfdən qabarıq xətlərlə və 
bunların arasında ustalıqla yerləşdirilmiş üzüm salxımı rəsmləri ilə bəzədilmişdir. 
Nimçənin üzərindəki ardıcıl təkrar olunan qabarıq xətlər onu çox baxımlı edir. Bu 
xətlər işıq və kölgə əmələ gətirməklə nimçəyə bədiilik verir. Azərbaycan tarixi 
muzeyində nümayiş etdirilən həmin dövrə aid çox zərif aftafa da belə qabarıq 
xətlərlə bəzədilmişdir. Haqqında bəhs etdiyimiz əşya üslub xüsusiyyətinə görə 
"Sasani incəsənəti”nə aid edilən və bir çox dünya muzeylərində saxlanan sənət 
nümunələrini xatırladır. Bu da əbəs deyildir, çünki islamla əlaqədar olan sənət 
nümunələrimizə biz yurdumuzda çox sonralar rast gəlirik. Hətta XII-XIII yüzillikdə 
belə sənət nümunələrimizin 
üzərində "Sasani incəsənəti"nə 
xas süjet və kompozisiya 
üsullarını izləmək olur. 
Vaxtilə Dağıstandan 
tapılmış, 
hazırda 
Sankt-
Peterburq 
Ermitajında 
saxlanan bürünc məcməyi 
milli məişət əşyalarımızdandır. 
Diametri 73,5 sm olan bu 
məcməyinin bəzək elementləri 
onun 
ilkin orta əsrlərdə 
hazırlandığını 
göstərir. 
Məcməyinin üzərinə döymə 
üsulu ilə həkk edilmiş gül, 
çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə 
görə bu orijinal sənət əsərini VII-X yüzilliyə aid edir. Məcməyinin ortasında böyük 
medalyonda verilən nəbati ornament motivləri xüsusi maraq doğurur. Burada 
simmetrik olaraq altı ədəd üç şaxəli yarpaq rəsmi həkk edilmişdir. Aparılan elmi 
araşdırmalar göstərir ki, bu tipli təsvirlər ilk orta əsrlərdə "Müqəddəs ağac"ın rəmzi 
olmuşdur. 
Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə məişət əşyaları yox, 
zərif zinət işləri də hazırlayırdılar. Mil düzündə, Qəbələdə, Mingəçevirdə, 
Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər 


36 
hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərdə 
nə qədər yüksək səviyyədə olduğunu göstərir.
1956-1960-cı illərdə Mil düzündəki Üçtəpə kurqanlarından tapılmış 
zərgərlik nümunələri xüsusilə maraqlıdır. Zərgərliyin ən mürəkkəb texniki üsulları 
(şəbəkə, basma, qələm işi və s.) ilə bəzədilmiş bu sənət nümunələri öz orijinal 
formaları və zərif işlənməsi ilə fərqlənir. Maraqlı orasıdır ki, bu əsr zərgərlik 
nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara beşguşəli ulduz və 
s. motivlər dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarımız tərəfindən 
işlənməkdədir. 
İlk orta əsrlərdə bürüncdən düzəldilmiş plastik sənət nümunələri 
dövrümüzədək gəlib çatmışdır. 
Həmin sənət nümunələri varlı təbəqələrin məişətində geniş istifadə edilirdi. 
Bu nümunələrdə qədim əsatir obrazları getdikcə öz dini mərasim məzmununu 
itirmiş, daha çox bəzək xarakteri almışdır. Mingəçevirdən tapılmış bürünc toqqalar 
qrifon (qartal başlı, aslan bədənli antik əfsanəvi heyvan) şəklində işlənilmişdir. 
Kiçik ölçülü bu fiqurların icrasında ön plana dekorativ xüsusiyyətlər çıxır. Burada 
əməli əhəmiyyətə malik olan əşya ilə qədim motivin qarşılığı abidəyə yüksək bədii 
xüsusiyyət verir. Toqqanın məhz bu heyvan obrazında işlənməsi də 
diqqətəlayiqdir. Araşdırmalar göstərir ki, bədii sənətkarlıqda ən qədim və geniş 
yayılmış sinkretik obrazlardan biri qrifon olmuşdur. Bu surətdə uzaq keçmişlərdən 
bəri Yaxın, Orta Şərq və Qədim Altay incəsənətində təsadüf edilir. Qrifon təsvirli 
ən qədim tapıntı Şumerlərin adı ilə bağlı olub, e.ə. III minilliyə aiddir. Azərbaycan 
incəsənətində də bu obraz qədim tarixə malikdir. Onun ən qədim təsvirləri Cənubi 
Azərbaycanın Ziviyə mahalından tapılmış qızıl döşlük üzərində verilmişdir. 
Görkəmli özbək alimi Q.A.Puqaçenkovanın fikrincə, qrifonlar keçmişdə cəmiy-
yətdə yüksək vəzifə tutan şəxslərə aid əşyalar üzərində işlənmiş və onun sahibinin 
mühafizəkarı kimi rəmzi məna kəsb etmişdir. Bu baxımdan Naxçıvanın Zağallı 
kəndindən tapılmış və ilk orta əsrlərə aid edilən iki eyni tipli qrifon fiquru xüsusilə 
diqqətəlayiqdir. Hazırda onlardan biri Sankt-Peterburqda Dövlət Ermitajında, digəri isə 
Bakıda Nizami adına Ədəbiyyat muzeyində nümayiş etdirilir. Zağallıdan tapılmış bu 
fiqurlar qartal başlı, aslan bədənlidir. Fiqurun sinəsində aşağıya doğru ensizləşən 
nəbati ornamentli medalyon verilmişdir. Fiqurun başı daha cazibədar işlənmişdir. 
Qrifonun ağzı üzərinə qatlanmış ağır dimdiyi, geniş açılmış gözləri, onların üzərinə 
qabarmış qapaqları, dik qulaqları, ağzının qırağında sanki gərilmiş güclü əzələləri 
vardır. Bütün bu detallar birlikdə təsviri bir tərəfdən vahiməli, digər tərəfdən isə 
möhtəşəm edir. 
Qrifonun beli şaquli istiqamətdə işlənmiş yoğun bürünc dirəyə söykənib. 
Onun sinəsi irəliyə gərilmiş, boynu və ayaqları isə bir qədər arxaya çəkilmişdir. 
Beləliklə, fiqurun təsvirində müəyyən bir dalğavarilik nəzərə çarpır. Bu yolla 
sənətkar obrazın işlənməsində məğrurluq, qüvvə və canlılığı vəhdətdə göstərməyə 
nail ola bilmişdir. Alimlərin fikrincə, bu fiqurlar vaxtilə hansısa bir hökmdarın 
taxtının ayaqları olmuşdur. 


37 
Hələ XIX yüzilliyin axırlarında Naxçıvandan tapılmış ilkin feodalizm 
dövrünə aid digər plastik sənət nümunəsi hazırda Sankt-Peterburq Dövlət 
Ermitajında saxlanır. VII yüzilliyə aid bürünc atlı fiquru çoxdandır ki, alimlərin 
diqqətini cəlb edir. 35,6 sm hündürlükdə olan həmin fiqur Azərbaycanın erkən 
feodalizm dövrünün tanınmış tədqiqatçısı K.Treverin fikrincə, Qafqaz 
Albaniyasının hökmdarı Cavanşirin (638-670) fiqurudur. Cavanşir dəbdəbəli, 
zəngin naxışlı libasda atın üstündə oturmuşdur. 
Atın əzəmətliyi, möhkəmliyi Cavanşirin qüdrətini və məğlubedilməzliyini 
tərənnüm edir. Ümumiyyətlə, türkdilli xalqlarda at bir totem olub, sudan törəyən
yaxud günəşdən gələn müqəddəs heyvan sayılırdı. Belə ki, bir sıra türkdilli xalqların 
rəvayətlərinə görə, igidlərin atları Günəşdən gəlmişdir. Bizcə, Cavanşirin atının bu 
səpkidə verilməsi yuxarıda deyilənləri təsdiq edir. 
Fiqurun dördkünc altlığında da təsvirlər vardır. Onun üz tərəfində iki aslan və 
dağ keçisi, yan tərəfində isə ovçunun aslan ilə mübarizə səhnəciyi, fil, tülkü və bitki 
ornamentləri verilmişdir. Təsvirlər xeyli şərti şəkildə icra olunub. Fiqurun altlığı, 
oradakı təsvirlərin məzmunu Cavanşirin plastik obrazının açılışına xeyli kömək edir. 
Arxeoloq Q.Əhmədov alban tarixçisi Musa Kalankatukluya əsaslanaraq 
göstərir ki, Cavanşirin başındakı tac, qulağındakı sırğa və əynindəki gözəl paltar 
vaxtilə ona Sasani hökmdarları tərəfindən bəxş edilmişdir. 
Altlıqda olan aslan təsvirləri Cavanşirin hərbi bayrağındakı surətlərə 
işarədir. Həmin bayrağı ona Sasani hökmdarı Ş.Yəzdəgird (632-651) 
bağışlamışdır. Altlığın yan tərəfindəki fil təsviri isə Cavanşirin ərəb xilafəti ilə 
siyasi ittifaqının rəmzidir. Mənbələrdən məlumdur ki, bu fili ona məhz ərəb 
əyanları bəxş etmişdilər. 
İlk orta əsrlərə aid olan digər bədii sənət nümunəsi Azərbaycan Tarixi 
muzeyində saxlanılır. Bürüncdən hazırlanmış bu fiqur irəli atılan aslanı təsvir edir. 
Aslanın hərəkəti, xüsusilə onun qabağa atılmış pəncələri çox canlı təsir bağışlayır. 
Aslanın ağzı və gözü dərin oyma xətlərlə, tükləri isə bəzi yerlərdə iti alətlərlə 
cızılaraq işlənmişdir. 
Fiqurun arxa hissəsi səthidir. Ola bilsin bu fiqur vaxtilə hansısa bir əşyanın 
qabartma şəkilli bəzəyi olmuşdur. 
Masallı rayonunun Boradigah kəndindən tapılmış bürünc aslan heykəlciyi 
hazırlanma tarixi etibarilə yuxarıda qeyd etdiyimiz fiqura yaxındır. Lakin ondan 
görünüşü, işlənmə üsulu ilə fərqlənir. Bu fiqur həcmlidir və əvvəlkindən daha 
sxematik işlənmişdir. Onun başına günəşi andıran dairə bənd edilmişdir. 
İlk orta əsrlərdə aslan təsvirinə tez-tez təsadüf edilməsi səbəbsiz olmamışdır. 
Aslan hələ uzaq keçmişlərdə günəş allahını təmsil edən bir heyvan idi. Xalq arasında 
onu yerin hökmdarı, işığı adlandırırdılar. 
VII-VIII əsrlərdə hazırlanmış və hazırda Sankt-Peterburq Dövlət 
Ermitajında saxlanılan bir neçə heyvan (dağ keçisi, qaz və ördək) fiqurlu 
lüləyənlərin də Azərbaycan sənətkarları tərəfindən hazırlanması şübhə doğurmur. 
Dağ keçisinin və qazın statik tərzdə və bəzəksiz icra olunmasına baxmayaraq, hər 


38 
ikisi monumentallığı və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Ördək heykəlciyi isə xeyli 
dekorativ səpkidə işlənmişdir. Onun balaca başı, iri gövdəsi və böyük quyruğu vardır. 
Fiqurun qanadları və quyruğu stilizə olunmuş halda təsvir edilmişdir. Bu sənət 
abidəsində dekorativ xüsusiyyətlər ön planda verilmiş və canlandırılan surətin daxili 
məzmunu ona tabe edilmişdir. 
Məşhur rus alimi, professor K.V.Trever hesab edir ki, bu tipli bürünc 
fiqurların Mingəçevirdən tapılmış fiqurlu gil qablarla genetik yaxınlığı vardır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə