A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   2   3   4   5   6   7   8   9   ...   61
id55880

 
BOYALARLA RƏSM 
Bu növ keramika məmulatı dekorunun üslub xüsusiyyəti, müxtəlif 
variasiyalı ornamental kompozisiyaları və zəngin koloritinə görə IX-X əsr şirli 
keramika növləri içərisində xüsusi yer tutur. Əsasən həndəsi və stilizə edilmiş nəbati 
naxışlarla zəngin bu keramika məmulatının bəzəyində nadir hallarda heyvan, quş və 
insan təsvirinə də rast gəlinir. 
Ayrı-ayrı orta əsr Azərbaycan şəhərlərinin üslubu etibarilə çox oxşar 
keramika məmulatı çox vaxt fərqli dekor və kolorit xüsusiyyətlərinə malikdir. 
Bu cəhətdən Bakıdan müxtəlif vaxtlarda tapılmış sarımtıl şəffaf şirlə 
örtülmüş iki qab fraqmentinin dekoru çox xarakterikdir. 
Kasaya aid olan birinci fraqmentdə həndəsi xarakterli dekor qabın 
kənarında cəmlənmişdir. Enli haşiyələrdə verilmiş sınıq xətlər və kəsişən dairələr 


31 
tünd-bənövşəyi rənglərlə (marqanes boyası) işlənmiş, haşiyələr isə kərpici-qırmızı 
anqobla çəkilmişdir. İkinci fraqmentdə isə əlavə olaraq tünd-yaşıl anqob boyadan 
istifadə edilmişdir. 
Nisbətən böyük sahəli ikinci 
kasa parçasının həndəsi xarakterli 
dekorunu daha yaxşı təsəvvür etmək olur. 
Qabın kənar və mərkəzində yaşıl disklər 
çəkilmişdir. Mərkəzdəki diskdə içərisi ağ 
anqoblu bənövşəyi ləkələr olduğu halda
qabın kənarındakı diskin bənövşəyi 
konturu ağ anqob ləkələrlə işlənmişdir. 
Hər iki qab fraqmentləri istər 
forma və materialı, istərsə də bəzək 
üsuluna görə çox oxşardırlar. Qabların 
oturacağından kənara doğru çox açılmış 
tərəfləri, kobud qəhvəyi-qırmızı rəngli 
gili, dekorundakı oxşar motivlər və rəng 
koloriti göstərir ki, onlar eyni vaxtda və 
eyni mərkəzdə istehsal edilmişdir. 
Bu növ keramika məmulatı 
Azərbaycanın digər şəhərlərindən və 
eləcə də Zaqafqaziyadan məlum deyil. 
Həndəsi üslublu dekoru və qırmızı anqob 
boyası Orta Asiyanın uzaq Əfrasiyab və Xarəzm keramikasının eyni dekorlu 
növlərini xatırladırsa da, bu fraqmentlər yerli keramika istehsalı ilə əlaqədardır. 
Bənövşəyi rəngli dekorun ağ anqobla birgə işlənməsinə anqoblanmış keramika 
nümunələrində çox rast gəlinir. 
Anqob yerlik üzərində boyalarla rəsm edilmiş keramika məmulatı 
içərisində Beyləqan keramikası xüsusi yer tutur. Onların özünəməxsus xüsusiyyətləri 
vardır. Beyləqan keramikasının dekorunda işlədilmiş yeni və keyfiyyətli anqob 
rənglər və çəhrayı anqob yerlik tamamilə fərqli kolorit və dekor üslubu 
yaratmışdır. Açıq-yaşıl, sarı və bənövşəyi rənglərin birgə tətbiqi çox şux və saf 
rəng koloriti yaranmasına səbəb olmuşdur. Üslubu etibarilə Bakıdan tapılmış 
keramika növünə oxşar nümunələr belə yerli xüsusiyyətləri ilə fərqlənir. 
Boyalarla rəsm edilmiş Beyləqan keramikasının ikinci qrupunu xüsusi 
dəqiqliklə işlənmiş, çox şux, təmiz və dolğun koloritə malik keramika məmulatı 
təşkil edir. Onların dekorunda çox geniş tətbiq edilən bənövşəyi mühitli açıq-sarı və 
şux yaşıl rəngli naxışlar xüsusi ilə qüvvətli bədii təsir buraxır. Açıq-çəhrayı anqob 
fonda bu rənglərin birgə tətbiqi təravətli və şux görkəm yaradır. 
Əsasən stilizə edilmiş nəbati və həndəsi dekoru olan bu qabların 
dekorunda nadir hallarda təsvirlərə də təsadüf edilir. 
Geniş yayılmış dekorativ motiv palmetka (xurma ağacı yarpağı) və stilizə 


32 
edilmiş sərv ağacı müxtəlif variasiyalı kompozisiya quruluşunda istifadə 
edilmişdir. Fiqurların əyrilərinin, nazik xətlərlə ustalıqla çəkilməsi göstərir ki
onların dekoru bacarıqlı ustaların əlindən çıxmışdır. Zəngin dekoru və gözəl koloriti 
olan bu qab nümunələri yüksək bədii keyfiyyətlərinə görə seçilir. Onların dekoru bir 
tərəfdən qədim ənənələrdən qidalanırsa (arxaik palmetka motivi Sasani mədəniyyəti 
nümunələrinin dekorunu xatırladır), digər tərəfdən yaxın ölkələrin müasir keramika 
məmulatı ilə çox oxşardı. 
Rəngli boyalarla işlənmiş keramika məmulatında canlı təsvirlərin nadir 
nümunələrinə rast gəlinir. Bakıdan tapılan qab fraqmentində quş, Beyləqandan məlum 
olan qab fraqmentində pələng və heyvan başının bir hissəsinin təsviri istisna edilsə, 
XII-XIII əsr keramikası üçün səciyyəvi olan insan, quş və heyvan təsvirlərinə bu 
dövrdə demək olar ki, çox az rast gəlinir. 
Beyləqandan tapılan bir qab fraqmentində təsvir olunmuş ov edən atlı 
fiquru bu cəhətdən çox maraqlıdır. Bu fraqmentdə atlının bədəninin aşağı hissəsi 
salamat qalmışdır. Ov səhnəsi təsvir edilmiş süjetli kompozisiyada, şərti üslubda 
işlənmiş atlı fiquru (böyük atın üstündə çox kiçik insan fiquru) şərti rənglərlə də 
rənglənmişdir. At yaşıl, it bənövşəyi, qaçan heyvanlar sarı rəngdə verilmişdir. Atlının 
sarı yəhər üstündə çəkilmiş ayağı və atın sarı qotazlı bəzəyi xüsusi kontrastlıqla 
qeyd edilir. Qabın rəng kontrastlığı prinsipi əsasında qurulmuş koloriti, fiqurların 
hərəkətindəki mürəkkəb ritm və fondakı əlavə böyük motivləri (yaşıl yarpaq və 
qönçələr) onu bədii cəhətdən xüsusilə görkəmli edir. 
IX-X əsr Yaxın Şərqin şirli saxsı məmulatında insan təsviri, xüsusən onun 
süjetli təsviri məlum deyildir. Beyləqandan 1957-ci ildə tapılmış at başı, Qəbələdən 
məlum olan, anqobla rəsm edilmiş quş təsviri göstərir ki, canlı təsvirlərinə 
Azərbaycanın ilk dövr şirli keramika məmulatında az da olsa təsadüf edilir. 
Beyləqan və Qəbələ keramikasındakı təsvirlərin ustalıqla işlənməsi göstərir ki, şirli 
keramikanın ilk inkişaf mərhələsində ustaların müəyyən bədii təsvir vərdişi olmuş 
və onlar yüksək bədii zövqlü sənət əsəri yaratmaq bacarığına malik olmuşlar. 
VIII-X əsrin dekorlu, boyalarla işlənmiş şirli keramikası Beyləqanda 
özünün yüksək inkişafını keçirmişdir. Bu növ keramika Zaqafqaziya, İran, Orta 
Asiya, Xəzər xaqanlığının Sarkel şəhərindən tapılan analoji keramika növlərilə çox 
oxşar xüsusiyyətlərə malikdir. Əgər Beyləqan keramikası İran və Orta Asiya 
keramikasının yeniliklərinə biganə qalmamışsa, Vizantiyada və Xəzər xaqanlığının 
keramikasına böyük təsiri olmuşdur. Zaqafqaziyadan bu növ keramikanın nadir 
nümunələri məlumdursa, Beyləqanda o yüksək inkişaf səviyyəsinə çatmışdır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə