A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   2   3   4   5   6   7   8   9   ...   61
id55880

 
 
 
 
İLK ORTA YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT 
VII yüzilliyin ikinci yarısında Azərbaycan Xilafətin tərkibinə daxil edilir. 
Azərbaycanda islam dininin yayılması xalqın taleyində dönüş oldu, onun mənəvi-
mədəni inkişafına təkan verdi. İslamaqədərki mədəniyyətin məzmunu dəyişərək yeni 
keyfiyyət kəsb etdi. Azərbaycan mədəniyyəti ümumislam mədəniyyəti ilə qovuşdu. 
Ölkənin şimali və cənubunun xilafətin tərkibində birləşdirilməsi siyasi sabitlik üçün 
zəmin yaratdı, xalqın birləşməsinə kömək etdi. 
IX əsrin ortalarında xilafətin əsaslarının sarsılması Azərbaycanda yeni feodal 
dövlətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Feodal dövlətlərinin 
qüvvətlənməsi və inkişafı ilə əlaqədar olaraq Azərbaycanın iqtisadi və mədəni əlaqələri 
xeyli güclənmişdi. Yaxın, Orta Asiya və Avropa ölkələri ilə geniş ticarət əlaqələri 
ölkənin iqtisadiyyatının canlanmasına, inkişaf yoluna düşməsinə səbəb olurdu. 
Xarici ölkələrlə və ölkə daxilində şəhərlərarası ticarət əlaqələri orta əsr 


26 
Azərbaycan şəhərlərinin inkişafına, onların çoxlu əhalisi olan iri şəhərlərə çevrilməsinə 
şərait yaradırdı. IX əsrdən başlayaraq böyük bazar meydanları olan yeni tipli iri şəhərlər 
formalaşırdı. Bərdə, Bakı, Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Ərdəbil, Təbriz, Marağa, 
Urmiya və digər şəhərlər ölkənin təsərrüfat həyatında böyük əhəmiyyəti olan ticarət 
və sənətkarlıq mərkəzləri kimi məşhur idilər. 
İri şəhərlərin əhalisinin əsasını sənətkarlar təşkil edirdi. Müxtəlif sənətkarlıq 
sahələrinin şəhərlərdə mərkəzləşməsi və istehsal edilən məmulatın ticarəti ölkənin 
iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyətə malik idi. Feodal hakimiyyətdən asılı 
olan sənətkarlar şəxsi və mülki təhlükəsizliklərini qorumaq üçün həmkar (eyni peşə 
sahibi) adı ilə məşhur təşkilatlarda cəmləşirdilər. Onlara baş usta (ustad) rəhbərlik 
edirdi. Həmkarlar orta əsr şəhərlərinin siyasi və iqtisadi həyatında çox böyük rol 
oynamaqla bərabər həm də peşəyə tam mənasında yiyələnməkdə, peşənin sirlərinin 
mühafizə edilib saxlanılmasında və nəsildən-nəslə keçirilməsində çox böyük 
əhəmiyyətə malik idi. 
Əsasən qala divarları və şəhər ətrafında yerləşən sənətkarlıq 
emalatxanalarında metal, gil, şüşə, yun və s. materiallardan müxtəlif sənətkarlıq 
məhsulu istehsal edilirdi. Sənətkarlığın müxtəlif sahələrinin inkişafı üçün mövcud 
xammalın böyük əhəmiyyəti var idi. Ticarət yolları üzərində yerləşən orta əsr 
Azərbaycan şəhərləri nadir xammalın alınması və istehsal edilən məhsulun ticarəti 
üçün çox əlverişli şəraitə malik idilər. Toxuculuq bu dövrün ən inkişaf etmiş sənət 
sahələrindən idi. X əsrin ərəb coğrafiyaşünaslarından əl-Müqəddəsi və Məsudinin 
verdiyi məlumata görə, Azərbaycan sənətkarları satış üçün yun və pambıqdan çoxlu parça 
və geyim hazırlayırdılar. Gəncədə istehsal edilən yun parçalar xüsusilə məşhur idi. 
Şamaxı, Bərdə, Şəki, Gəncə ipək istehsalı mərkəzləri kimi şöhrət qazanmışdı. Təbriz 
xalçalarının sorağı çox uzaq ölkələrdən gəlirdi. 
Orta əsr dekorativ sənət nümunələrinin ən çox yayılmış və inkişaf etmiş 


27 
sahələrindən birini dulusçuluq sənəti təşkil edirdi. Məişətlə sıx bağlı olan bu sənət 
növü demək olar ki, Azərbaycanın bütün şəhər və kəndlərində istehsai edilirdi. VIII-
X əsr dulusçuluq sənəti əsasən bir istiqamətdə inkişaf etmişdir. Bu da məişət 
məmulatı istehsalı ilə əlaqədar olmuşdur. Məişət və təsərrüfatla sıx bağlı olan şirsiz 
saxsı məmulatı ilə yanaşı yüksək bədii keyfiyyətli, müxtəlif dekorativ üslublu və 
mürəkkəb dekorlu şirli saxsı məmulatı paralel olaraq inkişaf etmişdir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə