A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   2   3   4   5   6   7   8   9   10   ...   61
id55880

 
 
 


33 
BƏDİİ ŞÜŞƏ 
Azərbaycanın VIII-X əsr tətbiqi sənət növlərinin xarakter qrupunu bədii 
şüşə məmulatı təşkil edir. Şəffaf, parıldayan və istehsal prosesi zamanı plastikliyi ilə 
seçilən (şüşə kütləsini isti halda istənilən formaya salmaq olur) şüşə kütləsi bu 
dövrün sənətkarlığında çox geniş istifadə edilmişdir. Qədim Gəncə, Bakı, Mingəçevir, 
Qəbələ, Beyləqan, Şamaxıdan tapılan müxtəlif formalı rəngli şüşə məmulatı orta əsr 
əhalisinin məişətində şüşə qabların geniş yer tutduğunu sübut edir. 
Bədii şüşə məmulatının ilk orta əsr nümunələrinin mürəkkəb forması və 
dekor üsulları Azərbaycanda şüşə istehsalının çox qədim ənənələri olduğunu göstərir. 
Lakin VIII əsrdən başlayaraq şüşə məmulatının forma və dekorunda əsaslı 
dəyişikliklər baş verir. Bu dəyişiklikləri Şamaxı, Mingəçevir və Qəbələdən tapılan 
şüşə fraqmentlərində aydın izləmək olur. VIII əsrə aid Şamaxı nümunələri öz forma və 
dekoruna görə əvvəlki dövr şüşə məmulatı ilə çox sıx bağlıdırsa, Mingəçevirdən tapılan 
şüşə məmulatı bu cəhətdən fərqli görünüşə malikdir. Forma və dekorundakı lokal 
xüsusiyyətlərlə yanaşı, Mingəçevirin ilk orta əsr şüşə məmulatında Qəbələ və 
Beyləqanın VIII-X əsr şüşə məmulatı ilə bədii şüşə nümunələrini xarakterizə etməkdə 
Qəbələ və Beyləqanın şüşə məmulatı xüsusilə qiymətlidir. Digər orta əsr şəhərlərinə 
nisbətən burada şüşə məmulatının müxtəlif formalı növləri tapılmış və onların isteh-
sal tarixi dəqiq müəyyənləşdirilmişdir. 
VIII-X əsr bədii şüşə məmulatının iki növü məlumdur - məişət və bəzək 
predmetləri. Vaza formalı qablar, piyalələr, qrafinlər, ətir qabları kimi məişət 
predmetləri çox yayılmışdır. 
Bəzək predmetlərindən ən çox müxtəlif rəngli və quruluşlu bilərziklərə təsadüf 
edilir. Üzük, üzük qaşı, muncuqlar da bəzək predmetləri kimi geniş istifadə 
edilmişdir. 
VIII-X əsrlərdə müxtəlif çalarlı yaşıl rəngi olan şüşə məmulatı əsas yer tutur. 
Bəzən sarı, sürməyi və qırmızımtıl qəhvəyi rəngli şüşə qab nümunələrinə də təsadüf 
edilir. 
Şüşənin əsas tərkib hissələrindən olan təbii kvarsdakı (təbii süxur) gil torpaq 
və dəmir oksidi şüşənin rəngini sarı və yaşıl edir. Tamamilə rəngsiz şüşə əldə 
edilməsi üçün bu rəngləri dəf etmək lazımdır. Onun üçün şixta (şüşə kütləsi) bişən 
zaman buraya marqanes peroksidi qatılır. Rəngli şüşə alınması üçün şüşəyə müxtəlif 
metal oksidləri qatılırdı. 
Müxtəlif metal oksidlərindən müxtəlif rənglər alındığı kimi, eyni metal oksidi 
şüşəni bir neçə rəngə boyaya bilirdi. Misal üçün marqanes-bənövşəyi və qara, mis-mavi və 
yaşıl, dəmir-sarı, yaşıl, boz-mavi rənglərə boyayırdı. Dəmir birləşmələrindən boyaq 
kimi istifadə edilmirdi. Göstərildiyi kimi torpağın və əhəngin tərkibindəki dəmir şüşəni 
onsuz da rəngləyirdi. Lakin şüşəyə çoxlu miqdarda dəmir birləşmələri qatıb, qara az 
əlavə olunduqda isə qəhvəyi rəngə boyanmış şüşə əldə edilirdi. Şüşənin rənglənməsi 
üçün istifadə edilən bu boyaqlar çox qədimdən məlum idi. 
Əsasən üfürmə üsulu ilə hazırlanmış bədii şüşə məmulatı ilə yanaşı, VIII-X 


34 
əsrlərdə qəliblərdə hazırlanmış şüşə məmulatı nümunələri də az deyil. Zaqafqaziya və 
Orta Asiyada hələ eramızın birinci əsrindən məlum olan üfürmə üsulundan - metal və 
ya gil ucluqlu qarğı borulardan istifadə edilirdi. Borunun ucuna, sorulmuş şüşə 
kütləsinə dərhal hava üfürüldüyündən yumşaq şüşə kütləsi qovaqlaşır, şar şəkli 
alırdı. Boru hərləndikcə şüşəyə istənilən forma verilir, sonra şüşə formanı borudan 
kəsib onun üstündə bədii əməliyyat aparılır, qabın ayrılıqda hazırlanmış detalları 
yapışdırılırdı. 
Qəliblə tökmə üsulunda isə 
içərisi 
xüsusi 
formaya 
malik 
qəliblərdən istifadə edilirdi. İsti şüşə 
kütləsi qəliblərin içərisinin formasını 
alırdı. 
Üfürülmə üsulu ilə nazik 
divarlı, tökmə üsulu ilə isə qalın divarlı 
şüşə predmetlər və bəzək şeyləri - 
bilərziklər, üzüklər və s. hazırlanırdı. 
Orta əsr əhalisinin həyatında 
şüşədən 
bəzək 
predmetləri 
hazırlanması üçün çox geniş istifadə 
edilmişdir. 
Şüşədən 
hazırlanmış 
bilərzik, muncuq, üzük və üzük 
qaşlarının forma və rəng müxtəlifliyi, 
eləcə də onların küllü miqdarda 
istehsalı göstərir ki, metala nisbətən şüşə bəzək predmetləri içərisində bilərziklərə daha 
çox təsadüf edilir. En kəsiyi dairəvi, yanmdairəvi və üçbucaq formalı bu bilərziklərin 
əsasən iki növünə təsadüf edilir: saya və eşmə bilərziklər. Yaşıl, sürməyi, qara, ağ, 
abı, firuzəyi və s. rəngli bilərziklərin rəngi şüşə kütləsinə qabaqcadan əlavə edilmiş 
metal oksidləri vasitəsilə əldə edilirdi. Bəzən isə bilərziklərin üstü əlavə olaraq 
rənglənirdi. 
Uzunsov, şar və oval formalı, üzəri dilimlənmiş müxtəlif rəngli muncuqlar 
bütün orta əsr şəhərlərinin qazıntıları üçün xarakter olub, bəzək şeyləri kimi geniş 
yayılmışdır. 
Şüşə kütləsindən üzük və üzük qaşlarının hazırlanmasında da istifadə 
edilmişdir. Çox sadə formalı (en kəsiyi dairəvi) üzüklərlə yanaşı qaş yeri oval və 
dairəvi çıxıntı şəklində həll edilmiş üzüklərə təsadüf edilir. 
Orta əsr şəhərlərindən tapılmış çoxlu dairəvi, oval, kvadrat və düzbucaqlı 
forması olan şüşə lövhəciklər onlardan üzük qaşı kimi istifadə edilməsini göstərir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə