A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   5   6   7   8   9   10   11   12   ...   61
id55880

DAŞ OYMALAR 
İlkin orta yüzillikdə Azərbaycanda müxtəlif formalarda hazırlanmış və 
bəzədilmiş daş abidələrə təsadüf edilir. Onlar qabarıq relyeflər, həcmli (dairəvi) 
heykəllər səpkisində olmuşdur. 
Hazırda Qarabağda, Mil, Muğan düzlərində köhnə qəbiristanlıq və dağ, təpə 
üzərində rast gəlinən bu plastik sənət nümunələri azəri xalqının adət-ənənə, dini-əqidə 
və estetik zövqü haqqında məlumat verən qiymətli amillərdəndir. 
Bu günədək məlum olan azəri plastik sənəti nümunələri içərisində tarix 
etibarilə ən qədimini insan fiqurları təşkil edir. 
Qazax, Ağdam, Bərdə, Şamaxı və Astara şəhərləri ətrafından tapılmış bu 
monumental sənət nümunələri dünya alimləri arasında maraq oyatmışdır. 
Tovuz şəhərindən bir xeyli aralı Qəribli kəndi yaxınlığından tapılmış heykəl 
çox böyük deyildir. Ağ qum daşdan yonulmuş bu heykəl baş, bədən və ayaqları ilə 
birlikdə 83 sm-dir. 
Fiqurun ağzı, çənəsi, gözləri, qulaqları və burnu çox simmetrik şəkildə 
yonulmuş, başına isə 28 sm hündürlükdə konusvari papaq qoyulmuşdur. 
Stilistik baxımdan və baş geyimindən bu fiqur Qazaxıstanda və 
Semireçiyedə tapılmış heykəlləri xatırladır. Lakin onlardan nisbətən dəqiq 
işlənilməsi ilə fərqlənir. 
Bu baxımdan Şamaxının Xınıslı və Dağkolanı kəndi yaxınlığından tapılmış 
kişi heykəlləri xüsusilə diqqəti cəlb edir. Bunların ən böyüyünün hündürlüyü 2,26 
m, ən kiçiyi isə 1,35 m ucalığındadır. 
Şamaxının Dağkolanı yaxınlığında Allahəkbər deyilən yerdən tapılmış heykəl 
daha maraqlıdır. Bu heykəlin ümumi hündürlüyü 1,35 m, kürəklərinin eni 60 sm-dir. 
Fiqurun bir az böyük ölçülü başı, ümumiyyətlə, yaxşı yonulmuşdur. Sifəti monqol 
tipini xatırladır. Sol əli ürəyinin, sağ əli isə qarnının üstündədir. Bədənində geyim 
olduğunu bildirən xətlər vardır. Kürəyinin yuxarı hissəsindən başa tərəf uzanan 
dalğavari xətlər, təsvir olunan şəxsin uzun saç saxladığını göstərir. Heykəlin dairəvi 
yonulmuş altlığı da var. Arxeoloqlar tərəfindən ilk orta əsrlərə aid edilən bu daş 
fiqurda yuxarıda qeyd etdiyimiz abidə kimi mərkəzi Asiya və cənubi rus çöllərində 
rast gəlinən monumental heykəltəraşlıq əsərlərini xatırladır. 
İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1971-ci ildə Ağdamın 


39 
Boyəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusi 
ilə maraqlıdırlar. 
Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə 
qədər Azərbaycan ərazisində tapılan ən orijinal plastik sənət örnəklərindəndir. Çox 
sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulub düzəldilməsinə 
baxmayaraq, bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insana güclü 
təsir bağışlayır. 
İndi təsəvvür etmək olar ki, azı min, min beş yüz il bundan əvvəl 
yolayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər öz dövrünün 
adamlarına necə təsir edərmiş. Xüsusilə fiqurun göylərə baxan gözü, döşünün 
üstündə qatlanıb yuxarı asılmış əlləri çox orijinal təsvir edilmişdir. 
Bu heykəllərin ən böyüyünün hündürlüyü 3 m-ə yaxındır. Bu heykəllər ilk 
nəzərdə üslub etibarilə Tovuz və Şamaxıdan tapılmış fiqurlardan fərqlənsələr də, 
onları bir-birinə bənzədən çoxlu şərtlər də vardır. Bunları onların statik duruşunda, 
əllərinin vəziyyətində, etnik tipində, uzun saçlı olmalarında və s. görmək olur. 
Azərbaycan ərazisində tapılmış daş insan fiqurlarının maraqlı 
xüsusiyyətlərindən biri onların bəzəklərində yazı nümunələrinin aşkar edilməsidir. 
Məsələn, Bərdənin Şatırlı kəndi yaxınlığındakı insan fiqurlarında alimlərimiz "Tanrı 
əfv etsin, ay atacan...", "Kaqan Şakir" və s. sözləri oxuya bilmişlər. 
VII əsrin tarixçisi Musa Kalankatuklu "Ağvan tarixi" əsərində Azərbaycan 
ərazisində yaşayan tayfaların daşdan heykəllər yonub ona sitayiş etdiyini, onların 
şərəfinə qurbanlar verdiklərini, bu tayfaların uzun saç saxlayıb mahir ox atan 
olduqlarını xüsusi qeyd edir. 
Şübhəsiz, VII əsrin axırlarından başlayaraq, Azərbaycanda ərəb istilası ilə 
əlaqədar insan fiqurlarının düzəldilməsi dayandırılır. 
Həmin heykəlləri bu ərazidə yaşamış əcdadlarımızın hərbi-quldarlıq 
ideologiyası əsasında yaradıldığını zənn etmək olar. Bu ideologiyanın başlıca 
prinsipləri köçəri qəbilə başçıları və igidlərinin qəhrəmanlığını təbliğ etmək və 
əbədiləşdirməkdən ibarət olmuşdur. Belə heykəllər, çox güman ki, vuruşmalarda 
qəhrəmanlıqla həlak olmuş döyüşçülərin və eləcə də qəbilə başçılarının qəbirləri 
üstündə qoyularmış. Onların öldürdükləri düşmənlərin sayı qədər yonulmamış daşlar 
(bal-ballar) isə qəbrin önündə sıra ilə düzülərmiş. Belə daşların hər biri döyüşdə 
məğlub edilmiş düşməni təmsil edirmiş. Bu daşların qalib döyüşçünün qəbri 
üstündə düzülməsi ayinindən sonra, həmin daşların sahibləri, yəni məğlub edilmiş 
düşmənlər, axirət dünyasında əbədi olaraq heykəlin sahibinə - qalib döyüşçüyə qul 
kimi xidmət etməli imişlər. Belə bir dini ayin daha sonrakı dövrdə, VII-IX əsrlərdə 
şərqi türklərin yaşadığı Mərkəzi Asiyada geniş miqyasda yayılmışdı. 
İlk orta əsrlərə aid edilən daş bəzəklərindən danışarkən 1948-ci ildə 
Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə 
edilmiş, elm aləmində alban kapiteli adını almış abidəni xüsusi qeyd etməliyik. 
Arxeoloqlarımız tərəfindən V-VI əsrlərə aid edilən bu abidə bizim üçün xüsusilə 
maraqlıdır, çünki onun üzərində olan ornamental kompozisiyaya sonralar el sənəti-


40 
mizin bir çox növlərində rast gəlirik. 
Qabartma səpgisində yonulmuş bu abidənin yan üz tərəfində dik uzanan 
bir bitki ətrafında simmetrik səpkidə qurulmuş iki tovuz quşu fiquru təsvir 
olunmuşdur. Tovuz quşlarının hər ikisinin boyunlarından elə bil havada yellənən 
uzun baftalar asılmışdır. Bu detala xüsusi fikir vermək lazımdır, çünki alimlərin 
fikrincə, ilk orta əsrlərdə bu baftalar simvolik məna kəsb edərək, onu daşıyan quş 
və heyvanın müqəddəs olduğunu 
bildirirdi. 
Tovuz quşunun keçmişdə 
müqəddəs sayılması, onun od və 
günəş 
ilahəsinin 
rəmzi 
olması 
haqqında çox maraqlı məlumatlar 
vardır. 
Hələ 
VII-VIII 
əsrlərdə 
Mərkəzi Asiyada yaşayan türk 
xaqanlarının qəbulunda olmuş əcnəbi 
səyyahlar onların bu quşu müqəddəs 
sayaraq ona 
sitayiş etdiklərini 
bildirmişlər. 
Bu barədə böyük Azərbaycan 
şairi Nizami Gəncəvinin fikri də 
qiymətlidir. Nizami "İskəndərnamə" 
poemasında Nüşabənin Bərdədəki 
sarayını təsvir edərkən bir neçə dəfə 
ipək parçalar üzərinə salınmış tovuz 
quşları 
rəsmlərindən 
danışaraq 
onların 
türk 
xalqları 
arasında 
müqəddəs sayıldığını bildirir. 
Təsvir etdiyimiz abidədəki 
tovuz quşları arasından uzanan bitki də bu nöqteyi-nəzərdən diqqətimizi cəlb edir. 
Araşdırmalar göstərir ki, insanlar uzaq keçmişdə kainatın varlığını təmsil edən "su, 
od, torpaq və hava" kimi dörd təbii ünsürün məhsulu olan bitkiyə sitayiş etmişlər. 
Zaman dəyişdikcə bu hər dövrün öz ideoloji və estetik xüsusiyyətlərinə uyğun 
olaraq müxtəlif forma və şəkillərdə olmuşdur. Məlum olduğu kimi, keçmiş 
zamanlarda "Müqəddəs ağacı" palıd, zeytun, əncir, sərv ağacı, bəzən isə hətta adi 
çiçək və ya yarpaq da təmsil etmişdir. 
Bitki müqəddəs xarakter daşıdığı üçün dekorativ-tətbiqi sənət növləri 
üzərindəki kompozisiyalarda həmişə diqqət mərkəzində olurdu. Bitki ətrafında 
simmetrik şəkildə verilən quş, heyvan, insan fiqurları isə, adətə görə, müxtəlif 
cinslərdən (erkək, dişi) olmalı idi. 


41 


42 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə