A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   2   3   4   5   6   7   8   9   ...   61
id55880

 
 
 
ŞİRSİZ SAXSI MƏMULATI
Şirli keramika məmulatının texnoloji və bədii cəhətdən formalaşıb inkişaf 
etdiyi dövrə qədər orta əsr əhalisinin məişətində şirsiz saxsı məmulatının xüsusi rolu 
olmuşdur. 
Ucuz materialı və çox da mürəkkəb olmayan texnoloji prosesinə görə VIII-
X əsrlərdə şirsiz məişət keramikası şirli keramikaya nisbətən daha çox istehsal 
edilirdi. Sənətkar ustalar tərəfindən əsasən dulus təkərində hazırlanan bu dövr şirsiz 
keramika məmulatı başlıca olaraq məişət və təsərrüfatda istifadə edilirdi. Sadə 
formalı bu qabların bəzəyində adi bəzək üsulları tətbiq edilir və onlar adi dekor 
motivləri ilə bəzənirdi. Bakı, Beyləqan, Şabran, Şamaxı, Mingəçevir və digər orta 
əsr şəhərlərindən məlum olan şirsiz keramika öz forma, bəzək üsulları və ümumi 
dekor quruluşunu uzun əsrlər boyu saxlamış, demək olar ki, çox az dəyişilmişdir. 
Sırf məişət və təsərrüfatla bağlı olduğundan onların materialı və bəzəyi çox vaxt 
səliqəsiz və kobud işlənmişdir. 
IX əsrdən başlayaraq şirsiz keramika məmulatının keyfiyyəti xeyli 
yaxşılaşmağa başlayır və onların bədii görünüşü müxtəlif dəyişikliyə məruz qalır. Bu 
dövrün keyfiyyətli gildən hazırlanmış nazik divarlı qabları plastik formalarına, dəqiq 
işlənmələrinə görə xüsusilə seçilirlər. IX əsrdən başlayaraq, keramika məmulatının 
bəzəyində müxtəlif dekor vasitələrindən daha geniş istifadə edilirdi. 
IX-X əsrin yarımşar formalı iki və ya dörd lentvari qulpları olan qazanlar, 
qabarıq gövdəsi oturacağa doğru nazikləşən iri küplər, mərkəzində qulpu olan disk 
formalı qazan qapaqları, səhəng, kuzə, kasa, nimçə və digər sadə formalı məişət 
məmulatının dekorunda əsasən bir neçə xarakter bəzək üslubundan istifadə edilirdi. 
Dekorativ vasitə kimi cızma bəzək üslubu xüsusilə geniş yayılmışdı və 
əsasən qabların boğaz və çiyin hissələrində şaquli, ya da dalğavari naxışlarla 
cızılırdı. Tək, paralel zolaqlar, yaxud da daraq dişlərinin izini xatırladan dalğavari 
naxışlar xüsusilə səciyyəvidir. Nadir qab nümunələrində cızma bəzəyi ritmik surətdə 
təkrarlanan batıqlar, çox da dərin olmayan oyuqlar əvəz edir. 


28 
IX-X əsr şirsiz keramika məmulatının dekorunda işlədilən xarakterik bəzək 
vasitələrindən biri də yapışdırma naxışlardır. Nadir qab nümunələrində təsadüf 
edilən bu bəzək motivləri əsasən yastı gil düymələrdən ibarət olub, qabların 
qulplarına, boğaz və çiyin hissəsinə bərkidilirdi. Bəzən qabların üstünə 
yapışdırılmış şaquli lentlərdə təkrarlanan çıxıntılar da verilirdi. Sadə dekor 
motivlərilə yanaşı dekorativ cəhətdən nisbətən zəngin işlənmiş yapışdırma relyef 
təsvirlər Beyləqan qazıntılarından məlum olan IX-X əsr nümunələrinin dekoru üçün 
çox xarakterikdir. Əsasən onların çiyin hissəsinə və ya enli qulplarına yapışdırılmış 
bu təsvirlər balıqqulağına bənzər dekor motivlərindən, qoyun buynuzu və 
simmetrik əyintili ilan təsvirlərindən ibarətdir. Mənşəyi etibarilə çox qədim olan bu 
motivlər, çox güman ki, öz ayin xarakterli xüsusiyyətlərini bu dövrdə də saxlaya 
bilmişdir. Bunu dini mərasimlərdə işlədilən XII-XIII əsrin zəngin dekorlu irihəcmli 
küpləri də təsdiq edir. 
VIII-X əsr şirsiz keramika məmulatının xarici səthi çox vaxt ağ anqobla 
örtülürdü. Keyfiyyətli gil məhlulu olan anqob qabın divarlarına hopub onun 
dənəvərli səthini hamar göstərir, gilin tünd rəngini örtürdü. Ağ anqob yerlikdə 
cızma bəzək motivləri kontrast surətdə canlanır, yarışdırma relyef motivlər isə 
qabarıq surətdə üzə çıxırdı. 
Şirsiz keramika məmulatının bəzəyində, ağ anqob qatının tətbiq 
edilməsinin məişət keramikasının bədii cəhətdən formalaşmasında xüsusi rolu 
olmuşdur. Anqobun şirlə vəhdətdə tətbiqi isə məişət keramikasının hələ ilk inkişaf 
mərhələsində bədii cəhətdən çox görümlü, zəngin kolorlu məişət məmulatının 
yaranmasına səbəb olmuşdur. 


29 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə