3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

77 
 
mərhələsində  liberalizmin  və  neoliberalizmin  (bazar  sər-
bəstliyi  tərəfdarlarının)  əsassızlığını  sübut  edən,  habelə 
ölkənin  təsərrüfat  həyatı  üzərində  sosial  (dövlət,  ictimai, 
qeyri-dövlət)  nəzarətin  zəruriliyini  əsaslandıran  ilk  iqti-
sadçılardan  biri  olmuşdur.  O,  iqtisadi  nəzəriyyə  və  təlim-
lər tarixində  yeni bir metodoloji üsulun - texniki determi-
nizmin  (qarşılıqlı  səbəb-nəticə  əlaqəsinin,  sosial-texniki 
amillərin bir-birinə təsirinin) əsasını qoymuşdur. 
T.Veblen  «Avara  sinfin  nəzəriyyəsi»  və  «Təsərrüfat 
və  cəmiyyət»  adlı  əsərlərində  yaşadığı  cəmiyyəti,  həmin 
mühitin iqtisadi-sosial nöqsanlarını kəskin tənqid etmişdir. 
Müəllifin  fikrincə,  cəmiyyətdə  iqtisadi  nəzəriyə  ilə 
onun  sərt  reallığı  arasında  çox  böyük  bir  uçurum  vardır. 
İqtisadi nəzəriyyə cəmiyyətdə ahəngdarlıq, tarazlılıq prin-
siplərinə  əsaslandığı  halda,  cəmiyyətdə  fasiləsiz  təkamül 
istiqamətində  yaşamaq  uğrunda  amansız  mübarizə  get-
məkdədir.  Gündəlik  həyat  tələbatları  üçün  zəruri  olan 
müxtəlif təyinatlı məhsulların faydalılığı ilə həmin nemət-
lərin  əldə  olunması  çətinlikləri  arasında  çırpman  iqtisadi 
insan  (homo  economicus)  modeli  T.Veblenin  tədqiqatla-
rına  görə  artıq  köhnəlmişdir.  Çünki,  əslində  cəmiyyətdə 
insanların fəaliyyəti və davranış qaydaları bir çox amillər-
lə bağlıdır. İnsanın anadangəlmə, irsi genləri ilə bağlı xü-
susiyyətlərilə  yanaşı,  onun  davranış  və  rəftarına  yaşadığı 
mühitin  ənənələri,  əxlaq  normaları,  habelə  özünütəsdiq, 
nüfuz amilləri də güclü təsir göstərir. 
Ona  görə  də,  cəmiyyətdə  baş  verən  iqtisadi  proses-
ləri  öyrənib  təhlil  edərkən  həm  ənənələri,  mentalitetlə 
bağlı cəhətləri, həm də mövcud qayda-qanunları, müxtəlif 
təşkilatların,  idarələrin,  orqanların  müvafiq  qanunlar  əsa-
sında  fəaliyyətini  hökmən nəzərə  almaq lazımdır. T.Veb-


78 
 
len  tərəfindən  bu  amillərin  birinci  qismi  -  «institutsiya», 
ikinci  qismi  isə  -  «institut»  kimi  səciyyələndirilmişdir. 
«İnstitut» dedikdə, T.Veblen dövləti, ailəni, mənəvi, hüqu-
qi normaları nəzərdə tutmuşdu. 
O,  yazırdı  ki,  artıq  elə  bir  vaxt  gəlib  çatmışdır  ki, 
iqtisad elmi ayrı-ayrı təsərrüfat subyektlərinin deyil, siyasi 
partiyaların,  həmkarlar  təşkilatlarının,  birləşmiş  sahibkar-
ların  kollektiv  fəaliyyətini  tədqiq  etməyə  səy  göstərmə-
lidir.  Eyni  zamanda  iqtisad  elminin,  istehsalın  müxtəlif 
sahələrində  çalışıb,  öz  rollarına  görə  fərqlənən  əkinçiləri, 
fəhlələri,  sahibkarları  (kapitalistləri),  mühəndis-  texniki 
işçiləri, bir təsərrüfat subyekti kimi öyrənməyə  də ehtiyac 
vardır. 
T.Veblenin  fikrincə,  bazar  iqtisadiyyatının  ilk  mər-
hələlərində mülkiyyət və hakimiyyət sahibkarların, habelə 
iş adamlarının  əlində  olur. Lakin, sonralar  bu hakimiyyət 
parçalanaraq, tədricən kapital sahibləri və istehsalın təşki-
latçılarının  ixtiyarına  keçir.  Daha  sonra,  o  fikrini  davam 
etdirərək göstərirdi ki, kapital sahibləri yalnız öz sərvətlə-
rini  artırmaq  haqqında  düşünürlər.  Ona  görə  də  kapitalla-
rını  istehsalın  genişləndirilib  inkişaf  etdirilməsi  əvəzinə 
kreditə  verməyi,  yaxud  əmanət  şəklində  banklarda  saxla-
mağı üstün tuturlar. Deməli, tədricən bu təbəqəyə mənsub 
olanların  sərvəti  istehsalın,  yaxud  iqtisadiyyatın  real  böl-
məsinin hesabına deyil, maliyyə dairəsində dövr edən qiy-
mətli kağızların, səhmlərin hesabına yaranır. Bu meyl isə, 
kapital  sahiblərini  tüfeyli  və  avara  bir  həyat  sürən  qrupa 
çevirir. 
Belə  vəziyyətdə  fəhlələr  və  istehsalın  təşkilatçıları, 
habelə texniki mütəxəssislər əsl məhsuldar sinif kimi çıxış 
edirlər.  Lakin  onların  öz  sərmayəsi  olmadığından,  tüfeyli 


79 
 
və  avara  sinfin  kreditə  verdiyi  kapitaldan  istifadə  etməyə 
məcburdurlar. 
Yaşadığı cəmiyyətin ziddiyyətlərini özünəməxsus bir 
tərzdə  açıb  tənqid  edən  müəllif,  belə  vəziyyətdən  çıxış 
yolunu hakimiyyətin texniki mütəxəssislərin əlinə keçmə-
sində görürdü. O zaman kapitalın xüsusi mülkiyyət forma-
sı  dəyişərək  (transformasiya  edərək),  səhmdar  kapitalına 
çevriləcəkdir. Deməli, avara və tüfeyli sinif kimi səciyyə-
lənən  kapital  sahiblərinin  xüsusi  mülkiyyəti  tədricən  ara-
dan qalxacaqdır. 
T.Veblen  öz  mülahizələrində  diqqəti  belə  bir  cəhətə 
də  cəlb  etmişdir  ki,  sərbəst  rəqabətin  bazarda  inhisarlarla 
əvəz  olunduğu  şəraitdə,  bazarın  «ağası»  artıq  istehlakçı 
yox, iri inhisarlardır. Onun müşahidələrinə görə, istehlak-
çılar (alıcılar) özləri də hiss etmədən, ciddi ictimai və psi-
xoloji  təsir  altına  düşüb,  inhisarların,  habelə  nəhəng  iqti-
sadi birliklərin mənafeyinə uyğun  yaşayıb düşünməyə, öz 
zövqlərini  formalaşdırmağa,  gündəlik  fəaliyyətlərini  qur-
mağa çalışırlar.  
İnstitusional iqtisadi-nəzəri istiqamətin hüquqi prob-
lemlərə üstünlük verən variantı C.Kommonsun adı ilə bağ-
lıdır.  O  özünün  «Kapitalizmin  hüquqi  əsasları»,  «İnstitu-
sional  iqtisadiyyat»,  «İqtisadi  tsikllər.  Problem  və  onun 
qoyuluşu» adlı  əsərlərində, cəmiyyətdə  baş verən iqtisadi 
münasibətləri,  təsərrüfat  həyatı  ilə  əlaqədar  meydana  çı-
xan  narazılıqları,  müxtəlif  iqtisadi  prosesləri  hüquqi  yol-
larla tənzimləməyin zəruriliyini əsaslandırmışdı. 
C.Kommons yazırdı ki, hər hansı bir cəmiyyətdə rast 
gəlinən  sosial  narazılıq  və  konfliktlərə  həll  edilməz  prob-
lem  kimi  baxmaq  olmaz.  Cəmiyyətin  sosial  tərəqqisi  və 
ictimai  təkamülü  üçün  bu  tipli  konfliktlər  hətta  zəruridir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə