1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu



Yüklə 10,11 Mb.
səhifə3/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   2   3   4   5   6   7   8   9   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

7. Mənfəət və tentabellilik
Dəmiryol nəqliyyatı və onun müəssisələrinin təsərrüfat fəaliyyətini özündə birləşdirən iqtisadi göstəricilərindən biri də mənfəətdir.
Mənfəət - daşıma prosesindən, dəmiryol nəqliyyatının xidmət sahələrindən, xətti müəssisələrindən və s. təsərrüfat bölmələrindən əldə edilən gəlirdən ΣGm daşımaların istismar xərcini çıxdıqda yerdə qalan hissəsinə deyilir:

Daşımaların maya dəyəri aşağı düşdükcə, mənfəət də artacaqdır. Dəmir yol nəqliyyatı müəssisələrinin əsas istismar fəaliyyətindən əldə edilən gəlir, dövlət büdcəsinin formalaşması və əsaslı vəsaitin maliyyələşdirilməsi üçün ən vacib şərtlərdən biridir.


Dövriyyə vəsaitlərinə isə dövriyyə istehsalat fondları (xammal, materiallar, yanacaq, ehtiyat hissələri) və tədavül fondları (anbarda olan hazır məhsullar, yolda olan yüklənmiş mallar, material və yanacaqlar, müəssisənin (təşkilatın) kassa və ya bank hesabında qalan pul vəsaitləri) daxildir. Lakin mənfətin mütləq qiyməti ilə yanaşı, onun əsas istehsal fondlarının (Əf) və dövriyyə vəsaitlərinin (Dv) dəyərinə olan nisbəti, rentabellik - R səviyyəsi də (% -lə) təhlil edilməlidir.


8. Fondverimi və fondtutumu
Dəmir yolunun əsas istehsal fondlarına istehsalat və xidməti binalar, tikililər, yol şəbəkəsi, elektrik ötürmə və rabitə xətləri, vaqon və lokomotivlər, cihaz və mexanizmlər, metal kəsən və ağac emal edən dəzgahlar, yükqaldırıcı nəqliyyat vasitələri və digər texnoloji avadanlıqlar daxildir, Əsas istehsal fondlarından istifadənin səviyyəsi fondverimi (Fyd) və fond tutumu (Ft) parametrləri ilə xarakterizə olunur və ayrıca olaraq yük dövriyyəsi və mənfəətə görə hesablanır:

Fond tutumu fond veriminin tərs qiyməti ilə hesablanır. Dəmiryol nəqliyyatının yuxarıda nəzərdən keçirilən iqtisadi göstəriciləri bir-birindən bilavasitə asılıdır. Əmək məhsuldarlığı artdıqca daşımaların maya dəyəri aşağı düşür, mənfəət, rentabellik və s. isə artır.

9. Dəmiryol nəqliyyatında əndazələr.
Dəmir yolu, ayırma zolağında yerləşən və qatarların hərəkətinin təşkil edılməsi üçün nəzərdə tutulmuş mühəndis tikililər və qurğular kompleksidir.
Dəmir yolunun əsas vəzifəsi hərəkət tərkibinin təkər cütlərindən relslərə düşən mövcud və perspektiv yük və hərəkət sürəti ilə qatarların təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməkdir.
Dəmir yol xəttinin torpaq yatağı qaşı səviyyəsində keçən ox trassa adlanır.
Yolun istiqamətləndirici relsi düz sahələrdə bu oxdan yol eninin S0 yarısı məsafəsində dayanmalıdır.
Xəttin uzununa profili müstəviyə açılmış trassa üzrə şaquli kəsikdir. Trassanın üfüqi proyeksiyası xəttin planı adlanır.
Dəmir yolu üst və alt qruluşlardan ibarətdir. Üst quruluş: 1-ci torpaq yatağı üzərinə qoyulan, 2-ci körpülərdə tətbiq edilən və körpü yatağı adlanılan 3-cü tunellərdə qoyulan quruluşlara ayrılır. Yolun üst quruluşuna aiddirlər: reslər, bağlayıcılar,res altı dayaqlar, ballast qatı, körpü yatağı, yol birləşmə və kəsişmələri və digər xüsusi konstruksiyalar. Alt qruluşuna torpaq yatağı, su buraxıcı və süni qurğular daxildirlər.
Torpaq yatağı yer səthini düzləndirir, hərəkət tərkibindən və yolun üst quruluşu yüklərini qəbul edir və onları yer səthinə ötürür.
Torpaq yatağının əsas növlərinə tökmə, qazma, yarımtötmə, yarımqazma və sıfır yerləri aiddirlər.
Müxtəlif qurğu və qruluşları yoldan elə məsafədə yerləşdirirlər ki, onlar hərəkət tərkibinin hərəkətinə maneçilik törətməsinlər. Hərəkət tərkibinin ən böyük icazə verilən ölçüləri və onların cizgisi elə olmalıdır ki, hərəkət vaxtı onlarla tikinti arasında fəza boşluğu ehtiyatı təmin olunsun. Bu dövlət standartı ilə müəyyənləşdirilmiş tikiliyə yaxınlaşma və hərəkət tərkibi əndazələri ilə təyin edilir.
Tikiliyə yaxınlaşma əndazəsi – tikili və qurğuların heç bir hissəsinin daxilinə girməmək şərti ilə, son dərəcə eninə (yolun oxuna perpendikulyar) haşiyəsidir.



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə