1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Dəmir yollarının layihələndirilməsi və tikintisi



Yüklə 10,11 Mb.
səhifə4/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   2   3   4   5   6   7   8   9   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

10.Dəmir yollarının layihələndirilməsi və tikintisi
Yük stansiyaları layihələndirilən zaman yol inkişafı, yükləmə-boşaltma cəbhəsinin anbarları və meydançası, platformalar və konteyner meydançaları hesablanmalıdır. Yolların sayı qatarların hərəkət ölçülərindən, vaqonların yük həyətinə və ya çeşidləmə stansiyasına verilməsindən əvvəl qəbul, göndərmə və yığılması zamanı yolların tutulma vaxtından asılıdır. Yük qurğularının (anbarlarının, meydançalar) sahələri aşağıdakı düsturla hesablanır:

burada Qil – illik yük dövriyyəsi, tonla;


α -
ts – yükün saxlanma vaxtı;
k-anbarda yükün qalaqları arasında gediş və keçidləri nəzərə alan əmsal;
p- yükün növündən asılı olaraq 1 m2 sahəyə düşən yükləmə norması, tonla.
Dəmir yolu xətti boyunca yükləmə-boşaltma cəbhəsinin uzunluğu (m-lə), sutka ərzində verilən vaqonların n – sayından, vaqonun uzunluğundan və sutka ərzində cəbhəyə verilən vaqonların sayından asılı olaraq hesablanır:

11.Əyrinin parametrləri
Əyrinin əsas parametrləri: dönmə bucağı φ, əyrinin radiusu R, əyrinin uzunluğu K və tangensindən (əyrinin başlanğıcı və sonundan dönmə nöqtəsinə qədər olan məsafədən) ibarətdir.
Əyrinin göstərilən parametrləri bir-biri ilə həndəsi əlaqədədir, belə ki, R-dən və φ-dən asılı

olaraq tangensi və əyrinin uzunluğunu asanlıqla tapmaq olar. Kiçik radiuslu əyrilər hərəkətin sürətini azaltmaqla yanaşı relsin yandan yeyilməsinə, hərəkət tərkibinin təkərlərinin yeyilməsinə, yolun uzanmasına, hərəkətə müqavimətin artmasına və görmə qabiliyyətinin azalmasına səbəb olur. Kiçik radiuslu əyrilərdə görmənin zəifləməsi iokomotiv maşinistlərinin qatarı idarəetmə işini çətinləşdirir, yol-təmir işləri görülərkən və kontakt şəbəkəsinin təmiri zamanı əlavə işarəvericilərin qoyulması zərurətini yaradır. Bütün bunları nəzərə alaraq yeni dəmiryol xətləri layihələndirilən zaman yolun kateqoriyasından və yerli şəraitdən asılı olaraq əyrilərin radiusları cədvəldə göstərilən ölçülərdə qəbul edilir.

Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə