1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad unversiteti Hacı Niyazi Əlikram oğlu Həsənov biznesin strateji idarə edilməsi (Dərslik)



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə8/158
tarix27.01.2023
ölçüsü6,37 Mb.
#99552
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   158
biznesin startji idara edilmasi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


11 
I FƏSİL
Təşkilatın strateji idarə edilməsi: mahiyyəti və onun əsas
elementləri
 
 
1.1.
 
Strateji idarəetmənın missiyası və 
 məqsədlərinin formalaşması 
Strateji idarəetmə daimi rəqabət mühitində uğurla yaşaya bilməz, əgər 
onun niyə çalışdığına, öz fəaliyyətində nəyə nail olmaq istədiyinə uyğun 
müəyyən məqsəd və ya istiqaməti yoxdursa. Bu vəziyyəti obrazlı şəkildə verən 
qoca və müdrik elm qeyd edir ki, gəmi üçün səmt küləyi yoxdursa, komanda 
hara üzdüyünü bilməz. Lakin biznesin inkişaf strategiyasının düzgün olması, 
şirkətin fəaliyyətinin məqsədli başlanğıcı və dəyişən mühitdə məhv olmaması 
üçün lazım olan zamanda uyğunlaşması üçün çox önəmlidir. 
İlk 
növbədə, biznesin inkişaf strategiyasının fəaliyyətinin məqsədli 
başlanğıcı meydana çıxır, çünki şirkət müəyyən məqsədləri daşıyan insanların 
birliyidir. İnsanlar mənfəət əldə etmək və öz problemlərini həll etmək məqsədi 
ilə şirkətlər yaradırlar. Bu o deməkdir ki, hər bir şirkətin əvvəldən strategiyaya 
uyğun müəyyən məqsədə xidmət edən fəaliyyət istiqaməti olmalıdır. Daha son-
ra, digər insanlar bu şirkətlərə özləri üçün müəyyən iqtisadi nəticə əldə etmək 
üçün daxil olurlar. Bu eyni zamanda, həmin şirkətə müəyyən məqsədli strateji 
uyğunlaşmaya əsas verir. Nəhayət, xarici mühitdən olan insanlar (alıcılar, 
cəmiyyət, 
işgüzar tərəfdaşlar və s.) şirkətlə qarşılıqlı fəaliyyətdə öz 
məqsədlərini güdürlər. Eyni zamanda hər bir sahibkar və ya onun işçisi, bu 
şirkətin gələcək inkişafını müəyyənləşdirir, onun başlanğıc və bütün 
fəaliyyətinə məqsədli strateji istiqamət verməyə çalışır. 
Şirkət, öz-özlüyüdə strateji inkişaf məqsədinə malik deyil və ola da 
bilməz. Biznesdə inkişaf strategiyasının məqsədi şirkətin köməyi ilə məqsədin 
əldə olunmasına çalışan ayrı - ayrı insanların birgə fəaliyyətidir. Təbii ki, bu 
zaman onlar şirkətin xeyrinə nədənsə keçməli, nəisə qurban verməlidirlər. Ayrı-
ayrı insanların arzu və istəkləri, yəni onların məqsədləri, digərlərinin məqsədləri 
ilə adətən ziddiyyət təşkil edir. Məhz bu ziddiyyət əsasında, şirkətin inkişaf 
strategiyasına məqsədli uyğunlaşması menecment elminin imkanları hesabına 
qurulur.
Şirkətlərin qarşılıqlı fəaliyyəti nəticəsində öz problemlərini həll edən, 
əvəzləyici məqsədlərə uyğunlaşma axtaran və yaradan müxtəlif insanlar və ya 
insanlar qrupu menecment elminin tətbiqində aparıcı rol oynayırlar. Əgər me-
necment elmi ayrı - ayrı insanlara və ya insanlar qrupuna öz məqsədlərinə nail 
olmaq üçün rəqabət mühitində şirkətin uğurlu fəaliyyətindən asılı olaraq strateji 


12 
məqsədlərə nail olmağa imkan verən kimi, şirkəti inkişaf strategiyasına uyğun-
laşdıra bilirsə, yalnız bu zaman demək olar ki, menecmet elminin tətbiqi bu 
firma və ya şirkəti doğru istiqamətdə aparır. Lakin əgər ziddiyyət yaranıbsa, 
firma və ya şirkətin inkişaf strateji məqsədinə uyğunlaşmasına imkan vermirsə, 
bu o deməkdir ki, tətbiq edilən menecment özünün əsas rolunun öhdəsindən 
gəlmir.Bugünki biznes təcrübəsindən biz görürük ki, kredit bazarında əsasən 
bankın tərəfdaşlarının 56% - dan çoxu səhmə malik olan dünyanın ən iri dəmir 
filizi xammalı istehsalçılardır.
Strateji idarəetmənin müasir missiyası təqribən aşağıdakı formada təqdim 
oluna bilər. Strateji idarəetmənin müasir missiyasının rolu ən ümumiləşdirilmiş 
və eyni zamanda ən dərin mənada, sanki əlaqə qurulmasından, eyni istiqamətli 
maraqların uyğunlaşdırılmasından və həm şirkətin daxildən, həm də xaricdən 
qavrayan həmin insanların nə gözləyəcəklərindən ibarətdir. Bundan başqa, 
strateji idarəetmənın müasir missiyası şirkətə münasibətdə "daxili" insanların 
maraqlarını " xarici" insanların maraqlarına uyğunlaşdırmağa və ya tabe etməyə 
şərait yaradır. Şirkətin nə üçün mövcud olduğunu və yaradıldığını 
müəyyənləşdirərkən 
strateji 
idarəetmənin 
müasir missiyası, insanların 
qabiliyyətini görmək və onların nə etməli olduğunu təkcə dərk etməyə deyil, 
həm də onlar nə üçün öz fəaliyyətlərini həyata keçirmələrinə icazə verən inkişaf 
strategiyası, ağıllı və məqsədyönlü fəaliyyətə yönəldilməsi vacibdir. Bu 
baxımdan strateji idarəetmə, bazar iqtisadiyyatı şəraitində missiyasının geniş və 
məntiqi mənası vardır. Nəzərə alsaq ki, strateji idarəetmənin geniş və məntiqi 
mənada missiyası - bu, şirkətin bazarda inkişaf strategiyasının fəlsəfəsi və ink-
işafı anlamını daşıyır. 
Şirkətin inkişaf fəlsəfəsi, öz fəaliyyətini bazara uyğun inkişaf strate-
giyasına əsaslanan məntiqlə həyata keçirmək niyyətinə uyğun olan imkanların 
və dəyərlərin, əqidə və pirinsiplərinin strateji inkişafının müəyyənləşdirilməsi 
və idarəedilməsidir. Strateji idarəetmənin təyinatı isə şirkətin gələcəkdə həyata 
keçirməyi 
nəzərdə 
tutduqları 
layihənin 
niyyətləndiyi 
yeni 
fəaliyyəti 
müəyyənləşdirir. Şirkətin inkişaf fəlsəfəsi biznesin inkişaf strategiyasına uyğun 
olaraq dəyişir. Bazar iqtisadiyyatı şəraitində inkişaf strategiyasının missiyanın 
ikinci məntiqi məqsədinə gəldikdə isə şirkətin və onun fəaliyyət mühitində 
mümkün dəyişikliklərin dərinliyindən asılı olaraq dəyişə bilər. 
Dar mənada isə strateji idarəetmənin missiyası – şirkətin, nə üçün və 
hansı səbəbdən yenidən öz inkişaf strategiyasına əsaslanan mövcudluğunu ta-
mamilə təsdiq edən fəaliyyətdir, yəni biznesin inkişaf strategiyasının missiyası 
özünün yenidən təsdiqi kimi başa düşülən mövcud olanın biznesinin yeni ink-
işaf mərhələsinin mənasını verir.
Strateji idarəetmənın missiyanın düzgün müəyyənləşdirilməsi həmişə ink-
işafın ümumi fəlsəfi mənasını kəsb etsə də, hansı şirkət üçün hazırlanıbsa onu 


13 
xarakterizə edərək özündə nə isə qeyri- adi bir inkişaf fəlsəfəsini daşıyır. Bax 
yalnız, strateji idarəetmənin missiyasından və onun geniş mənasından və onun 
inkişaf fəlsəfəsindən, müasir bazar iqtisadiyyatına uyğunluğundan söhbət 
gedəcək. 
Bu baxımdan, strateji idarəetmənın hazırlanması zamanı maraqların 
daşıyıcısı faktorlarını biz dərindən təhlil etməliyik. Əvvəldə də qeyd edildiyi 
kimi, firma və ya şirkətin strateji idarəetməyə uyğun fəaliyyətinin məqsədli 
başlanğıcı müxtəlif insanlar qrupunun maraqları və məqsədləri kimi başa 
düşülməlidir və ya bu şirkətin inkişaf fəaliyyətini insanlarla bağlamalıdır. Bu 
isə onun gələcəkdə funksional proseslərinin göstəricisidir. Şirkətin strateji 
idarəedilməsi 
fəaliyyətinə 
təsir 
göstərən, 
nəhayət, 
onun 
göstəricilərini 
müəyyənləşdirərkən nəzərə alınan əsas insan qruplarına aşağıdakılar daxil edilə 
bilər: 

Şirkəti yaradanlar, fəaliyyətə gətirənlər və özlərinin həyati problemlərini 
bu şirkətin inkişaf strategiyasına uyğun fəaliyyəti, inkişaf problemlərini 
həll etmək üçün sahibləri; 

Şirkətin inkişaf fəaliyyətini öz əməkləri və investisiyaları ilə təmin 
edənlərin, əmtəə və ehtiyatları yaradıb reallaşdıranlar öz əməklərinə görə 
məvacib və ya pay alanlar, özlərinin həyati məsələlərini bunun hesabına 
həll edənlər; 

Şirkət tərəfindən gələcəkdə inkişaf strategiyasına əsasən təklif edilən 
məhsulun əvəzində öz resurslarını verən (pul hesabına), bu məhsulun 
hesabına öz tələbatını ödəyə bilən şirkətin məhsullarının alıcıları; 

Biznesin inkişaf strategiyasına uyğun şirkətlə formal və qeyri – formal 
işgüzar münasibətdə olan, kommersiya və qeyri – kommersiya xidməti 
göstərən və öz xidmətinə görə məvacib alan bu firma və ya şirkət 
tərəfindən analoji xidmət alan şirkətin işgüzar tərəfdaşları; 

Gələcəkdə inkişaf strategiyasına uyğun firma və ya şirkətlə qarşılıqlı 
əlaqədə olan, firma və ya şirkətin, ilk növbədə, ekoloji və sosial mühitin 
inkişaf əsasında formalaşmış və böyük gücə malik yerli əhali; 

Cəmiyyətin rifahını və inkişafını təmin edən, həmçinin cəmiyyətin və 
təşkilatın istifadə etdiyi yerlər üçün firma və ya şirkətdən müəyyən 
maliyyə 
vəsaiti 
alan, bütövlükdə cəmiyyət, ilk növbədə, dövlət 
institutları, bu şirkətin qarşılıqlı əlaqədə olduğu siyasi, hüquqi, iqtisadi və 
makromühitin digər sahələri aiddir. 
Strateji idarəetmənın missiyası böyük və ya kiçik həcmdə subyektlərin 
maraqlarını əks etdirməlidir. Strateji əsasda inkişaf missiyasının yaradılması 
səviyyəsində maraqların hər biri bu şirkətin hansı ölçüdə olmasından, gələcəkdə 
biznesdə hansı mövqeyi tutmasından, harada yerləşməsindən və s. prinsiplərdən 
asılıdır. Strateji idarəetmənın missiyasına əhəmiyyətli, güclü və spesifik təsir 


14 
göstərilməsi şirkətin sahiblərinin, əməkdaşlarının və alıcılarının maraqları 
haqqındakı təsəvvürlərindən asılı olmalıdır. Buna görə də strateji idarəetmənın 
missiyası bu üç insan qrupunun maraqları ilə üst – üstə düşməsi ilə 
formalaşdırılmalıdır. Müasir şəraitdə biznesdə missiyanın işlənməsi amilləri, F. 
Kotlerin qeyd etdiyi kimi (Kotler, səh.45) missiya aşağıdakı beş amil nəzərə 
alınaraq idarə olunmalıdır: 

Şirkətin tarixi, yəni şirkətin fəlsəfəsinin işlənməsi, onun profilinin və 
stilinin formalaşması, fəaliyyəti, bazardakı yeri və s. 

İdarəedici heyətin və əməkdaşların fəaliyyət üsulları və davranış stilinin 
mövcudluğu; 

Şirkətin hansı mühitdə yaşama vəziyyəti; 

Şirkətin məqsədlərinə nail olmaq üçün fəaliyyətə gətirilən resurslar; 

Şirkətə xas olan məxsus xüsusiyyətlər. 
Strateji idarəetmənın missiyası şirkətin gələcəkdə necə olacağını və necə 
olmağa çalışdığını, həmçinin şirkətin digərlərindən nə ilə fərqlənəcəyini özündə 
əks etdirməlidir. Bunun üçün strateji idarəetmənın missiyasının yaradılmasında 
aşağıdakı əsas faktorlar nəzərə alınmalıdır: 

Şirkətin yenidən məqsədli uyğunlaşması, yeni qərarlar əsasında şirkətin 
fəaliyyətinin hansı məsələləri həll etdiyi və uzunmüddətli perspektivdə şirkət 
öz fəaliyyətində inkişafa uyğun çalışdığı nəzərə alınmalı; 

Şirkətin gələcək fəaliyyət sahəsi, yeni inkişaf strategiyasına əsasən 
gələcəkdə alıcılara hansı məhsulları təklif edəcəyi və şirkət öz məhsullarını 
hansı bazarlarda reallaşdıracağı nəzərə alınmalıdır; 

Şirkətin fəlsəfəsi, şirkətin qəbul etdiyi dəyərlər və inancların 
yaradılması; 

Şirkətlərin fəaliyyətinin mövcudluğunun imkanları və üsulları, şirkətin 
inkişaf strategiyasına uyğun uzunmüddətli perspektivdə hansı güc və 
imkanlarla 
yaşayacağı, 
gələcəkdə 
şirkətin işinin hansı üsullar və 
texnologiyaların köməyilə yerinə yetirəcəyi, bunun üçün hansı nou-hau və 
ötürücü texnologiyaya malik olacağı nəzərə alınmalıdır. 
Strateji 
idarəetmənın 
missiyası 
zamanı 
sadalanmış 
menecment 
xüsusiyyətləri ilə yanaşı, inkişaf strategiyasına uyğun yeni missiyanın 
formalaşması və saxlanmasında şirkətin əldə etdiyi imicin də nəzərə alınması 
vacib məsələdir.
Strateji idarəetmənın missiyasının formalaşmasının məqsədləri müəyyən 
edilməlidir ki, yenidən
 
missiya nə üçün formalaşmalıdır və bu şirkətin 
fəaliyyəti üçün zəruri nə verəcəyinə baxaraq səmərəli təhlil etmək lazımdır. 
Birincisi, strateji idarəetmənın konkret şirkət üçün yeni missiyası xarici 
mühitdəki subyektlərlə özü haqqında hansı təsəvvürlərə malik olması, 
gələcəkdə nə üçün çalışması, öz fəaliyyətində yeni hansı vasitələrdən istifadə 


15 
etməyə hazır olması və s. haqqında ümumi təsəvvür olmalıdır. Bundan başqa, o 
xarici mühitdəki subyektlərin göstəricisi olan şirkətin müəyyən olunmuş imicini 
yeni iqtisadi fəlsəfəsi üzərində formalaşdırmağa və möhkəmlətməyə özündə əks 
etdirən faktorları təhlil etməlidir. 
İkincisi, strateji idarəetmənin missiyası, şirkətin yeni ali vəziyyətini əks 
etdirir və korporativ ruhu daha da möhkəmlədir. Bu özünü aşağıdakılarda 
göstərir: 

Strateji idarəetmənin yeni missiyası şirkətin göstəricilərini və yeni 
ümumi məqsədlərini əməkdaşlara aydınlaşdırır. Nəticədə əməkdaşlar öz 
fəaliyyətlərini yeni, lakin eyni istiqamətdə uyğunlaşdırır; 

Strateji idarəetmənin yeni missiyası əməkdaşların asanlıqla şirkətə 
uyğunlaşmalarına kömək edir. Yeni missiya şirkətə özünü yenidən 
uyğunlaşdıran əməkdaşların fəaliyyətlərində çıxış nöqtəsi kimi hesab edilir

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx 
Biznesin 
inkişaf 
strategiyasının 
yeni missiyası şirkətin bazarda dəqiq iqlimini yaratmağa kömək edir, belə ki, 
onun vasitəsilə şirkətin yeni fəlsəfəsi, fəaliyyətin yenidən qurulması və 
mövcudluğunda əsas olan dəyər və pirinsiplər insanlara çatdırılır. 
Üçüncüsü, biznesin inkişaf strategiyasının yeni missiyası şirkətin daha 
güclü fəaliyyəti üçün yeni imkanlar yaradır, belə ki, o: 

Şirkətin yeni məqsədlərinin yaradılması üçün bazadır, məqsədlər 
dəstinin yaradılmasını təmin edir, həmçinin şirkətin daha yeni strategiyasının 
hazırlanmasına zəmin yaradır, şirkətin yenidən formalaşmasında yol verilən 
həddi və istiqamətini yaradır; 

Şirkətin resurslarını bölüşdürməyə yeni ümumi yanaşma imkanı verir 
və onlardan istifadəni qiymətləndirmək üçün zəmin yaradır; 

İşçilər üçün yeni məna kəsb edir və onların fəaliyyətinin saxlanılmasını 
artırır və həmçinin, mütərəqqi motivasiya üsullarını dəyişdirməyə geniş 
imkan verir; 
Biznesin inkişaf strategiyasının yeni missiyası şirkətə nəyi hansı müddətə 
və necə yerinə yetirəcəyini konkret göstərməməlidir. O şirkətin yeni əsas 
hərəkət istiqamətini və proseslərə yeni münasibətini və xüsusilə də, onun daxili 
mühitə himayəçiliyinə imkan verməlidir. Bu halda şirkətlə qarşılıqlı əlaqədə 
olan, xüsusilə də, onun bütün üzvlərinə aid olan subyektlərə aydın olacaq şəkil-
də yenidən formalaşmalıdır. Bununla yanaşı biznesin inkişaf strategiyasının 
yeni missiyası imkanları eyni istiqamətdə formalaşdırmalıdır, lakin bununla 
yanaşı şirkətin inkişafında çeviklik və yaradıcılıq üçün azadlıq yaratmalıdır. 
Biznesin inkişaf strategiyasına uyğun olaraq şirkətin missiyası, yaranmış 
iddianın formalaşdırılması kimi, adətən ali rəhbərlik və peşəkar mütəxəsislər 
tərəfindən hazırlanır. İnkişaf strategiyasının missiyası zaman –zaman şirkətin 
əsası kimi yenidən formalaşdırılır. Lakin şirkətdə həmişə yalnız bir missiyanın 


16 
mövcud olduğunu demək olmaz, hətta əgər o missiyanın mövqeyi 
adlandırılması kimi yazılıb və formalaşsa da. İnkişaf strategiyasına əsasən 
şirkətin yeni missiyasının mövcudluğunu reallıqda düşünmək üçün şirkətin 
bütün üzvləri olmasa da, əksər əməkdaşları yeni missiyanın formalaşmış 
mövqeyini təsdiqləməlidir. Bunun üçün də formalaşmış yeni missiya – təkcə 
şirkətdə 
missiyanın 
mövqeyinin 
hazırlanması 
deyil, 
həmin 
mövqeyin 
əməkdaşlara çatdırılması və bu mövqeyi sonuncu kimi qəbul etməkdir. Şirkətdə 
o vaxt yeni missiya əldə edilir ki, şirkətin bütün üzvləri onunla razı olur və öz 
fəaliyyətlərində yeni mövqeyə əməl edirlər. 

Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə