1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad unversiteti Hacı Niyazi Əlikram oğlu Həsənov biznesin strateji idarə edilməsi (Dərslik)



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix27.01.2023
ölçüsü6,37 Mb.
#99552
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   158
biznesin startji idara edilmasi

 
 
 



Hörmətli oxucularım! 
Sizə ―Biznesin strateji idarə edilməsi‖ dərsliyinin birinci nəşrini təqdim 
edirəm. Ön söz olaraq qeyd etmək istərdim ki, idarəetmə üzrə ali məktəb 
tələbələri və magistrlər üçün Azərbaycan dilində olan dərsliklər arasında ilk 
dəfə olaraq bu dərslikdə müasir strateji idarəetmənin elmi-nəzəri əsaslarının 
kompleks şərhi verilmişdir.
Onu qeyd etmək istərdim ki, mənim yazdığım əvvəlki dərsliklərdə
strateji idarəetmənin ayrı–ayrı məqamları işıqlandırılmışdır, lakin hal-hazırda 
bazar iqtisadiyyatının rəqabətli mühitinin tələblərinə cavab verə biləcək 
dərsliyin 
olmaması məni bu dərsliyi yazmağa sövq etdi. Tələbələrin, 
magistrların və ya biznesmenlərin fəaliyyətində istifadə olunacaq bu dərslikdə
strateji 
idarəetmənin 
müasir dünya təcrübəsinin ümumi baxışları əks 
olunmuşdır. Hesab edirəm ki, gələcək illərdə də bu dərslik öz aktuallığı ilə 
gərəkli olacaqdır. 
Müasir dövrdə strateji idarəetmə, bu sahənin elm adamları və menecerlər 
daha çox diqqət yetirməyə başlayıblar. Hal-hazırda menecmentə böyük diqqət 
göstərilməsi, bizim fikirlərimizin doğru olduğunu göstərir. Strateji idarəetmə 
məsələlərinə maraq daima diqqət mərkəzində olub. Mənim fikrimcə, bu təkcə 
biznesin inkişaf strategiyasında menecmentin çox mühim rol oynaması ilə 
deyil, həmçinin menecmentin praktiki fəaliyyət kimi daima inkişaf etməsi, öz 
mahiyyətinə görə elmi-nəzəri və praktiki cəhətdən düzgun idarə etmə nümunəsi 
sayılması ilə bağlıdır.
Məhz buna görə, strateji idarəetməni əsaslı bildikdən sonra menecmentin 
imkanlarından səmərəli istifadə etməklə, rəqiblər qarşısında öz şirkətinin 
üstünlüyünü təmin etmək mümkündür. Bu da o deməkdir ki, sahibkarlar daima 
strategiyada yeni, orijinal yollar axtarmalıdırlar və axtarırlar. Əgər şirkətlərin 
sahibləri və ya onların menecerləri rəqibləri kimi, qəbul edilmiş qayda və stan-
dartlar üzrə hərəkət edərlərsə, o zaman həmin şirkət öz inkişafında heç bir 
nailiyyətə nail ola bilməz. Başqa sözlə öz rəqiblərini rəqabət mühitində arxada 
qoya bilməzlər. 
Səmərəli və ya daha dəqiq desək, mənfəətli menecment məhs o menec-
mentdir ki, düzgün olanı etməyə yox, mümkünsüz olanı etməyə çalışsın. 
Strateji idarəetmə ənənələrlə deyil, maraqlara uyğun qurulması müasir dövrün 
tələbidir və məhz buna görə də o, daima axtarış vəziyyətindədir. Bütün bunları 
nəzərə alaraq, daima yaxşı (ən innovativ) strategiya təcrübəsinin, strategiya 
fəaliyyətinin ən uğurlu nümunələrini əks etdirən, strateji idarəetmə nəzəriyyəsi 
daha dərindən öyrənilməlidir.
Əlbəttə ki, strateji idarəetmənin ayrı – ayrı komponentləri mövcuddur. 
Çətin və nisbətən dayanıqlı nəzəriyyə əsasında təkcə bu komponentlər təsvir 



edilmir, həmçinin bu komponentlər çərçivəsində strateji fəaliyyəti necə, həyata 
keçirmək lazım olduğu göstərilir. Əgər söhbət strateji idarəetmədən gedirsə, ilk 
növbədə ali rəhbərliyin fəaliyyətinin nəzəri əsasları, menecmentin tərkib hissəsi 
olduğunu, rəqabət şəraitində bu mübarizəsinin hər bir iştirakçısının qələbə qa-
zanmaq üçün əlindən gələni etməyə çalışdığı bir mühitdə şirkətin səmərəli 
fəaliyyət göstərməsinə köməklik edən düzgün qərarların axtarışına yönəldil-
məsini başa düşmək lazımdır. 
Elmi ədəbiyyatlarda tez – tez rast gəlirik ki, yaxşı nəzəriyyəyə üzərində 
qurulan təcrübə kimi faydalı heç nə yoxdur. Fikrimcə, bu tamamilə doğrudur. 
Bu baxımdan, nəzərə almaq lazımdır ki, yaxşı nəzəriyyə məhz o nəzəriyyədir 
ki, təcrübədə çox faydalı ola bilir. Bunun üçün nəzəriyyə təcrübənin 
xüsusiyyətlərinə adekvat olmalıdır. 
Strateji inkişafın xüsusiyyəti də ondan ibarətdir ki, onda çox az köhnə 
prosedurlar və ənənələr vardır, lakin orada çoxlu yaradıcılıq mövcuddur və bu 
yaradıcılığın rolu çox əhəmiyyətlidir. Ona görə də strateji inkişaf nəzəriyyəsinin 
inkişafın məsələlərinin uğurlu həlli təcrübəsinin ümumiləşdirilməsi əsasında 
ayrı-ayrı idarəetmə sxemlərini və iddialarını formalaşdırır. Bilmək lazımdır ki, 
nəyin köməkliyi əsasında uğurlu nəticə əldə etmək mümkündür və bunu nəyin 
əsasında müəyyən etmək olar? Başqa sözlə, strateji inkişaf nəzəriyyəsi biznesin 
inkişafı üçün, şirkətin bazarda uğur əldə etməsinə köməklik edə bilər. Strateji 
inkişaf nəzəriyyəsi bizə əmr etmir ki, ― Bu cür davran və sən uğur əldə 
edəcəksən.‖ Bu nəzəriyyə bizə izah edir ki, əgər müəyyən şəkildə daha fərqli 
hərəkət etsək, uğur qazanmaq mümkündür. Ən azı, əvvəllər bizim fərqli 
strategiyamız 
bu 
şirkətə 
uğur 
gətirib. 
Biznesin 
strateji 
idarəetmə
nəzəriyyəsində 
nə 
olmadan 
idarəedici öz vəzifələrinin öhdəsindən gələ 
bilmədiyi və nəyi bildikdə onların verəcəyi qərarların düzgünlüyünə təminat 
verməsi təhlil edilmişdir. 
Hörmətli oxucularım, bununla əlaqədar olaraq icazə verin diqqətinizi 
dərsliyi öyrənərkən biznesin inkişaf strategiyasının mahiyyətinin və vəzifələ-
rinin nə olduğuna, onun həyata keçirilməsinin necə baş verdiyinə yönəldim. 
Lakin buna baxmayaraq, Siz hansı proses və hərəkətlərinizə və əsasən, biznesin 
strateji inkişafına zəmanət verməsi sualına bir mənalı cavab tapa bilməyə-
cəksiniz, çünki bu sualın cavabı yoxdur və prinsip etibarilə biznes daima 
inkişafda olduğu üçün tapıla bilməz. 
Dərslik müasir işgüzar biznesin mühim tərkib hissəsi kimi, strateji 
idarəetmənin konsepsiyasının üç əsas sahəsini əhatə edir:
1) strateji inkişaf və xarici fəaliyyətdə davranışın işlənməsi və həyata 
keçirilməsi;
2) biznes məhsulunun hazırlanması stategiyasının işlənməsi və həyata 
keçirilməsi;



3) şirkətin strateji idarəetmədə kadrlarla bağlı olan münasibətinin
hazırlanması və həyata keçirilməsi. 
Dərslikdə strateji inkişafın bu 3 sahəsinin bir – biri ilə qarşılıqlı əlaqədə 
olduğu öz əksini tapmışdır. Bu baxımdan, strateji idarəetmənin müasir dövürdə 
kompleks formada baxışlarının müasir təhlili aparılmışdır. 
Strateji 
idarəetmənin 
üç sahəsinin tətbiqinin təzahürləri dərsliyin 
strukturunda öz əksini tapmışdır. Onların hər biri müstəqil fəsillərdən ibarətdir. 
Lakin hər bir bölmənin materialını öyrənərkən onları strateji inkişafın ümumi 
baxış prizmasından qəbul etmək lazım olduğunu yaddan çıxarmaq olmaz. Əgər 
biz, strateji idarəetməni ümumi konsepsiya konteksindən öyrənməsək, onda 
strateji idarəetməni bütöv şəkildə başa düşmək bizə çox çətin olar.
Strateji idarəetmənin xüsusiyyəti kimi bu fənnin tədrisində intizam 
vacibdir. Tələbələrin və magistrlərin bu prosesində yeni biliklər üzərində mü-
tərəqqi idarəetmə metodlarının elm-nəzəri və praktiki cəhətdən öyrənilməsi va-
cib məsələdir. Təklif edilən bu dərsliyin vəzifəsi nəzəri və praktiki təhlillər va-
sitəsi ilə sistemləşdirilmiş bilikləri formalaşdırmaqla, tələbələrə və magistrlərə 
təqdim etməkdir. Strateji idarəetmənin nəzəri və praktiki biliklərini verməklə
idarə etmədə yeniliklərə əsaslanan vərdişlər yaratmaqdan ibarətdir.
―Biznesin strateji idarə edilməsi‖ dərsliyində, strateji əsaslara uyğun 
konkret təcrübələrlə inkişafı, daha doğrusu konkret situasiyaların təsviri 
verilmişdir. Təəssüflər olsun ki, bizdə hələ strateji inkişaf üzrə konkret situasi-
yalar kifayət qədər çox deyil. Lakin buna baxmayaraq, hər bir bölmənin 
əvvəlində fikirləşmək üçün konkret situasiya verilmişdir. Dərslikdə, strateji 
idarəetmə təcrübələrə aid kiçik qeydlər verilmişdir.
Mən çox gözəl başa düşürəm ki, bu dərslikdə ətraflı konkret inkişaf situa-
siyalarının mövcud təqdim edilməsi, bütün hallarda hamının problemini həll 
edilə bilməz. Lakin, hal–hazırkı mərhələdə dərsliyə daxil edilənlər barəsində 
onu demək olar ki, fikirləşmək üçün situasiyalar və real inkişaf təcrübəsindən 
qısaca misalların olması müəyyən qədər bu çatışmazlığı azaltmağa imkan verir.
Dərslikdə, nə üçün konkret inkişaf strategiyası lazımdır və bu kitabdan 
lazımlı məsələləri oxuyub-öyrənib, bazardakı problemlərə necə yanaşmaq 
lazımdır? Bu suala birmənalı cavab yoxdur və məhz tədris materiallarının 
xüsusiyyətləri məhs bununla bağlıdır. Sualların qavranılması, fikirləşmək üçün 
situasiyanın təsviri, hər bir oxucunun fərdi xarakterindən asılıdır. Burada, real 
gerçəklikdə olduğu kimi, hərə biznesdə baş verən prosesləri və hadisələri bir 
cür görür. Yaxşı olardı ki, oxucu bu dərsliyi oxuduqdan sonra, özündən cavab 
almaq istədiyi sualları formalaşdırsın. Nəzərə almaq lazımdır kı, suallar konkret 
olmalıdır, fakt və hadisələrlə bağlı təsvir edilməlidir. Bu sualların qurulması 
üçün ayrı-ayrı sahələri göstərmək olar: 
1). Strateji idarəetmədə qərarların düzgün qəbulunun təsviri nə üçün 



edilib?
2). Strateji idarəetmə zamanı onun təsvirində yaranan problemlərin 
səbəbi nədir?
3). Strateji idarəetmə məsələləri indiyə qədər necə həll edilib və 
gələcəkdə necə həll edilməlidir?
Nəzərə almaq lazımdır ki, strateji idarəetmənin müxtəlif situasiyalarda 
problemlərin xırdalıqlarının həllinin konkret modeli yoxdur. Bəzən ilk baxışdan 
lazımsız və əhəmiyyətsiz detal, yaxud bu və ya digər qərarın qəbul edilməsinin 
motivləri nəticəyə nəzərə çarpacaq dərəcədə təsir göstərə bilər, bəzən isə yox.
Dərslik aşağıdakı kimi tərtib edilmişdir. Hər mövzu ayrıca bir fəsildə 
verilmişdir onun məzmunun tələblərə uyğun olaraq əhatə edilmişdir, sonda 
düşünmək 
üçün 
konkret 
situasiyalara 
uyğun 
suallar, 
termin 
və 
terminalogiyaların şərhi verilmişdir. Proqrama uyğun hazırlanmış bu dərsliyin 
sonunda istifadə edilmiş ədəbiyyat siyahısı ilə başa çatır. Dərsliyin sonunda 
oxucuya materialları hansı dərəcədə mənimsədiyini yoxlamaq üçün, köməkçi 
suallar çox önəmli əhəmiyyət daşıyır.
Yaxşı olardı ki, oxucu mövzuların materiallarını öyrəndikdən sonra 
konkret situasiyaya özü tərəfindən qoyulan suallara yenidən qayıtsın və artıq 
öyrəndiyi elmi-nəzəri biliklərlə onları cavablandırmağa çalışsın.
Hörmətli oxucularım, mövzuların fəsillərdə verilmiş başlıqlarına mütləq 
diqqət yetirin. Əvvəlcə, onlar yerlərinə görə bəzi çaşqınlıq yarada bilər, lakin 
mövzular proqrama uyğun olduğu üçün Sizi çaşdırmamalıdır. 
Sonda qeyd etmək istərdim ki, dərslik üzərində iş həmkarlarımın, yəni 
Azərbaycan Dövlət İqtisad Universitetinin ―Biznesin idarə edilməsi‖ kafedra-
sının bütün əməkdaşlarının elmi məsləhətləri və yardımları olmadan ərsəyə gə-
tirmək çox çətin olardı. Mən müzakirə zamanı kitabın əlyazmasının redaktoru 
olan ―Biznesin idarə edilməsi‖ kafedrasının müdürü i.ü.f.d.dos. Əliyev Məhəm-
mədə çox önəmli məsləhətlərinə görə, ümumilikdə bütün kollektivə dəstək 
olduqları üçün hörmət və təşəkkürümü bildirirəm.
Əlbətdə ayrı-ayrılıqda rəyçilərim i.e.d., professor A. Ş. Şəkərəliyevə, 
i.e.d., i.e.d., professor A. M. Məhərrəmova, i.e.d., professor T. N. Əliyevə, 
i.e.d., professor T. İ. İmanova və i.e.d.prof. R. Ş. Muradova öz dəyərli 
fikirlərinə görə, qəlbdən dərin minnətdarlığımı bildirirəm. 

Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə