1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad unversiteti Hacı Niyazi Əlikram oğlu Həsənov biznesin strateji idarə edilməsi (Dərslik)



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə11/158
tarix27.01.2023
ölçüsü6,37 Mb.
#99552
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   158
biznesin startji idara edilmasi

Biznes mühitin təhlili 
Biznesin missiya və məqsədinin 
müəyyənləşdirilməsi 
Biznesin inkişaf 
strategiyasının 
seçilməsi 
Biznesin inkişaf strategiyasının 
yerinə yetirilməsi 
Biznesin inkişaf strategiyasının 
qiymətlə ndirmə sinə və real-
laşdırmasına nəzarət 


28 
Biznesin inkişaf strategiyasında mühitin təhlili üç tərkib hissənin 
öyrənilməsini nəzərdə tutur: 

Makromühit 

Ətraf mühit 

Təşkilatın daxili mühiti 
Biznesin inkişaf strategiyası zamanı xarici mühitin təhlili (makro və ətraf 
mühit faktorlarına əsasən) şirkətlərdə uğurlu iş aparılarsa gələcəkdə nəyə ümid 
edə biləcəyinə arxayın olmalıdır.Bundan əlavə şirkətlər üçün mühitin gətirdiyi 
mənfi faktorların qarşısını vaxtında ala bilməməsi səbəbindən və ya dəqiq 
müəyyənləşdirilməməsi yarana biləcək hansı gözə görünməyən çətinliklərin 
onu gözlədiyini aydınlaşdırmadan hərəkət etməsi çox qorxulu nəticələrə gətirib 
çixara bilər. 
Biznesin inkişaf strategiyası qurulduğu zaman, makromühitin təhlilinin, 
iqtisadiyyata təsir imkanlarının, hüquqi tənzimləmə və idarəetmənin, siyasi 
proseslərin, 
təbii 
mühit və ehtiyatların, cəmiyyətin sosial və mədəni 
məsələlərinin, elmi – texniki və texnoloji inkişafın, infrastrukturun və s. 
öyrənilməsi vacibdir. 
İnkişaf strategiyasının tərtib olunması zamanı ətraf mühitin özündə əsasən 
bu komponentlərin təhlili vacibdir: 
- birinci alıcılar; 
- ikinci təchizatçılar; 
- üçüncü rəqiblər; 
- dördüncü işçi qüvvəsi. 
Daxili mühitin təhlili rəqabətli mübarizə şəraitində şirkətin öz məqsədinə 
çatmaq prosesinə ümid etdiyi yeni potensialları və imkanları açır. Bu zaman 
daxili mühitin təhlili həmçinin şirkətin məqsədini aydınlaşdırmağa, missiyanı 
düzgün formalaşdırmağa, onun fəaliyyətinin istiqamətlərini və digər imkanları 
müəyyənləşdirməyə imkan verir. Həmişə yadda saxlamaq lazımdır ki, şirkət 
mühit üçün məhsul istehsal edən, həmçinin öz üzvlərinin mövcudluğu üçün 
onlara iş verən, onlara mənfəətdə iştirak etməyə imkan yaradan, onların sosial 
təminatına zəmanət verməklə və əlbəttə, digər imkanlarla da təmin etməyə 
çalışır. 
Biznesin inkişaf strategiyası zamanı daxili mühit aşağıdakı istiqamətlər 
üzrə təhlili həyata keçirilir: 

Şirkətlərin kadrları, onların potensialı, peşəkarlığı, maraqları və s. 

Şirkətlərdə idarəetmənin təşkili. 

İstehsal və onun əməliyyat və texniki – texnoloji xarakteristikası və 
elmi tədqiqatlar və hazırlanması. 

Şirkətin maliyyəsi. 

Şirkətlərdə marketinq. 


29 

Korporativ mədəniyyət. 
Aparılmış bütün təhlillərdə göründüyü kimi, şirkətlərdə giriş və çıxışı 
arasındakı balansı saxlamaq biznesin inkişafı üçün əsas vəzifələrindən biri 
sayılır. Biznesin inkişaf strategiyası üçün az olmayan digər mühüm vəzifə 
təşkilatın fəaliyyətində maraqlı olan və təsir göstərən müxtəlif sosial institutlar 
və 
insan qruplarının maraq balansının qurulmasıdır. Bazar iqtisadiyyatı 
şəraitində şirkətin hansı istiqamətdə hərəkət edəcəyini, onun missiya və 
məqsədinin 
oriyentasiyası 
zamanı 
maraqlar 
çərçivəsində 
balansı 
müəyyənləşdirilir. 
Biznesin inkişaf strategiyasının proseslərinin biri kimi baxılan şirkətlərin 
müasir missiya və məqsədlərinin müəyyənləşdirilməsi hər biri böyük və son 
dərəcə məsuliyyətli iş tələb edən üç altprosesdən ibarətdir. Birinci alt prosesə 
diqqətimizi yönəltsək görərik ki, bu formada şirkətin mövcudluğunu bildirən, 
şirkətin missiyasının formalaşmasıdır. Missiya şirkətlərə orijinallıq verir, 
xüsusilə də iş yerlərini peşəkar mütəxəsislərlə doldurur. Ardınca altproses kimi 
müəyyənləşdirilmiş uzunmüddətli məqsədlər gəlir. Bu hissə biznesin inkişaf 
strategiyasının idarə edilməsinin altprosesinin qısamüddətli məqsədlərinin 
yaradılması ilə başa çatır. Şirkətin missiyasının formalaşması və məqsədlərinin 
qurulması, şirkətin nə üçün fəaliyyət göstərdiyinə və çalışdığına səbəb olanları 
müəyyənləşdirərək aydınlıq gətirir. 
Biznesin inkişaf strategiyasının
 
seçilməsi zamanı, missiya və məqsədlər 
müəyyənləşdirildikdən sonra təhlil və inkişaf strategiyanın seçilməsi mərhələsi 
başlayır. Bu mərhələdə şirkətin hansı vasitələrlə məqsədlərə nail olmağı ilə 
bağlı qərarlar qəbul olunur. Biznesin inkişaf strategiyasının hazırlanması 
prosesi haqlı olaraq strateji inkişafın özəyi sayılır. İnkişaf strategiyasının 
müəyyənləşdirilməsi, ayrı-ayrılıqda bazara təklif olunan məhsullar və ya 
xidmətlərlə nə etməyi, şirkətin necə və hansı istiqamətdə inkişaf edəcəyi
bazarda hansı yeri tutacağı və s. məsələlər barədə hansı qərarlar qəbul 
edilməlidir suallarına cavab tapmalıdır. 
Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi prosesinin xüsusiyyəti 
onun həyata keçirilməsi prosesindən deyil, yalnız şirkət tərəfindən qoyulmuş 
məqsədlər və inkişaf strategiyasının reallaşdırılması üçün baza yaratmaqdan 
ibarətdir. Təhlillər göstərir ki, şirkət tərəfindən seçilmiş inkişaf strategiyasını 
həyata keçirmək iqtidarında olmadığı hallar tez – tez müşahidə olunur. Bu ya 
təhlilin düzgün aparılmadığının, ya da xarici mühitdə gözlənilməz dəyişiliklər 
baş verdiyinin nəticəsi ola bilər. Yaddan çıxarmaq lazım deyil ki, biznesdə 
inkişaf strategiyası tez – tez həyata keçirilmir və ona görə də inkişaf 
strategiyasının 
reallaşdırılması 
üçün 
şirkətlədə 
potensialın 
hal-hazırda 
mövcudluğuna lazımınca diqqət yetirmək çox vacib məsələlərdəndir. Bu 
məsələlərin müasir təcrübədə xüsusilə də insan potensialında istifadəyə istinad 


30 
edilir. 
Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi mərhələsinin əsas 
vəzifəsi həmin inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün zəruri 
şərait yaratmaqdan ibarətdir. Beləliklə, biznesin inkişaf strategiyasının yerinə 
yetirilməsi, bu şirkəti bu vəziyyətə gətirən bazardakı strateji dəyişikliklərin 
həyata keçirilməsi və özünün qurduğu düzgün inkişaf strategiyasının təşkilinin 
həyata keçirilməsi olacaqdır. 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə