Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə1/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
  1   2   3   4   5   6   7   8   9   ...   38
Biznes əlaqələri 80 SUAL


BIZNES ƏLAQƏLƏRİ.

  1. Biznes əlaqələri” fənninin predmeti və vəzifələri

Biznes fəaliyyətinin təşkili və idarəedilməsi prosesində müxtəlif tərəfdaşlıq əlaqələri qurulur. Bu əlaqələr qarşıya qoyulan məqsədə nail olmaq və mənfəəti artırmaq üçün sahibkarlarla tərəfdaşlar arasında hərəkətləri razılaşdırmağa, koordinasiya etməyə imkan verir. Tərəfdaşlıq əlaqələri istehsal, əmtəə mübadiləsi, ticarət və maliyyə münasibətləri sferalarında qurulur və inkişaf edərək dərinləşir. Tərəfdaşların seçilməsi çox vacib və eyni zamanda çətin məsələdir. Biznesin uğurla nəticələnməsi üçün tərəfdaşların düzgün seçilməsinə böyük önəm verilməlidir. Biznesin xarici mühitində axan proseslərin qarma-qarışıqlığına baxmayaraq onun əsas əhəmiyyətli xüsusiyyətlərini ayırmaq mümkündür. Bu xüsusiyyətlər aşağıdakı kimi təsvir olunur:
1. Xarici mühitin çətinliyi – müəssisənin reaksiya verməyə məcbur edən amillərin sayı və müxtəlifliyi. Xarici təsirlərin analizi və müxtəlif problemlər üzrə əsas amillərin təyini, bir qayda olaraq, çoxlu vaxt və güc tələb edir.
2. Xarici mühitin çevikliyi - xarici mühitdə baş verən bütün proseslər daima hərəkətdədir, onlar yüksək sürətlə və fasiləsiz dəyişirlər.
3. Xarici mühit amillərinin ardıcıllığı və qarşılıqlı asıllığı - bir amilin (müxtəlif dərəcədə) dəyişikliyi və yaxud bir amilin dəyişməsi digərlərinə də təsir göstərir.
4. Xarici mühitin burulğanlığı - xarici mühitdə dəyişikliklər qeyri-müəyyənliyin və gözlənilməzliyin yüksək dərəcəsiylə baş verir.
5. Mühitin idarə edilməməzliyi - öz fəaliyyətinin xarici kontekstinə təsir etməsi üçün müəssisə olduqca məhdud imkanlara malikdir.
Beləliklə biznesin xarici mühitini lokal və qlobal olaraq iki hissəyə ayırmaq mümkündür.
Lokal mühit (birbaşa təsir mühiti) – şirkətin fəaliyyətinə bilavasitə təsir edən amillərdir. Lokal mühitinin obyektləri sırasına istehlakçıları, təchizatçıları, rəqibləri, qanunları və dövlət orqanlarını, həmkarlar ittifaqlarını aid etmək olar.
Qlobal mühit (qismən təsir göstərən mühit) - şirkətin fəaliyyətiylə bilavasitə bağlı olmayan ancaq biznesin kontekstini bütovlükdə formalaşdıran ümumi qüvvələr, hadisələr və tendensiyalardır. Həmin qüvvələri altı qrupa bölmək olar: ictimai-mədəni, texnolojı, iqtisadi, ekoloji, siyasi və hüquqi qüvvələr.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə