1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad unversiteti Hacı Niyazi Əlikram oğlu Həsənov biznesin strateji idarə edilməsi (Dərslik)


 Müasir şəraitdə biznes mühitinin təhlili və nəticələrin şərhi



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə12/158
tarix27.01.2023
ölçüsü6,37 Mb.
#99552
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   158
biznesin startji idara edilmasi

 
1.4. Müasir şəraitdə biznes mühitinin təhlili və nəticələrin şərhi 
 
San Dieqo Beynəlxalq Universitetinin fəxri professoru, aparıcı korporasi-
yalarda praktik təcrübəyə malik, çox məşhur və biznesin inkişaf strategiyası 
məsələləri üzrə mütəxəssis və transmilli korporasiyaların inkişaf strategiyala-
rının hazırlanması və idarə olunması üzrə tanınmış amerikalı ekspert Igor 
Ansoffun tərəfindən yazılmış kitablar bu gün öz aktuallığı ilə seçilir. Bunlardan 
"Strateji idarə etmək üçün strateji planlaşdırma", "Korporasiyalar strategiyası", 
"Strateji İdarəetmə əsasları" kitablarını qeyd etmək olar. 
I. Ansoffin biznesin inkişaf strategiyası sahəsində yazdığı bu əsərləri 
əvvəlcə Amerikanın aparıcı jurnallarında məqalələr formasında, sonradan isə 
kitab halında çap etdirilmişdir. Yuxarda deyilən kitablar sanballı əsərlərdir və 
digər əsərlər arasında özünəməxsus xüsusi yer tuturlar. Bu əsərlərdə müasir 
dövrdə şirkətlərin fəaliyyətlərinin əsas mahiyyətinə əsaslanan funksiyaları, 
tarixi baxımdan biznesin nəzəri əsasları və inkişaf strategiyasının təşkili və 
idarə olunması aspektləri hərtərəfli təhlil edilmişdir. 
Sovet 
hakimiyyətinin 
süqutundan sonra, ölkəmizin iqtisadiyyatının 
idarəedilməsinin 
radikal 
şəkildə yenidən qurulması iqtisadi mexanizminin 
bütün aspektlərində köklü dəyişikliklər aparılması tələb olunurdu. Sosialist 
istehsal münasibətlərində sonra yaranmış bazar iqtisadiyyatı iştirakçılarının real 
iqtisadi maraqlara əsaslanan iqtisadi modelin yaranması və bir ictimai-iqtisadi 
farmasiyadan 
digərinə 
keçid yeni biznesin inkişaf strategiyasının yeni 
modellərini 
yaratmağı 
tələb 
edirdi. 
Əlamətdə 
dövlət 
biznes inkişaf 
strategiyalarını, iqtisadi müstəqillik olmadan qura və həyata keçirə bilməz. 
Yaranmış yeni dəyərlərə malik mühasibat uçotu , şübhəsiz ki, təşkilati və yeni 
iqtisadi mexanizm çərçivəsində şirkətlərin yeni iqtisadi istehsal və idarəetmənin 
bütün funksiyalarının müasir dövrdə, həyata keçirilən yeni üsulların ciddi 
dəyişməsinə səbəb oldu ki, bu da bazarın əsas iqtisadi əlaqələrinin bağlantısının 
bütün fəaliyyətin qiymətləndirilməsi üçün iqtisadi meyarları vurğulamağı tələb 
etdi. Əvvəlki sistemi ilə müqayisədə, xüsusilə, planlaşdırma sahəsində dərin 


31 
dəyişikliklər baş verməkdədir. İqtisadiyyatın bütün səviyyələrində strukturun 
nisbəti , istiqamət və uzunmüddətli perspektivdə bazar iqtisadiyyatı və onun 
əsas 
bölmələrinin 
inkişaf 
tempinin 
formalaşdırılması, 
dövlətin 
bazar 
iqtisadiyyatı çərçivəsində inkişaf siyasəti və strategiyası, yaranmış biznes 
şəbəkəsinin innovativ funksiyasiyalarının gücləndirilməsindən asılıdır. 
Dövlət qlobal bazar iqtisadiyyatı şəraitində milli iqtisadi idarəetmə 
sisteminin yeni inkişaf strategiyasını milli iqtisadi sistemlə bağlamaqla yanaşı, 
regional inkişafın da ən mühüm vəzifələrinə diqqət yetirməlidir və bu baxımdan 
biznesin inkişaf strategiyasının gücləndirilməsi vacib məsələlərdəndir və yəqin 
ki, gələcəkdə də belə qalacaqdır. Dövlət əsasən dolayı yollarla səmərəli 
normalar sistemini tövsiyyə etməklə, indikativ planlaşdırma , rəqəmlərə nəzarət, 
eləcə də bir neçə məhdudiyyətlər vasitəsilə şirkətləri idarə etmək üçün yeni 
metod 
və 
metodogiyaları 
öyrənməlidir. 
Dövlət 
sifarişlərinin 
vacib 
qanunvericilik 
sistemi çərçivəsində keçirməklə, yalnız milli və digər 
ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğunu yaddan çıxarmaq lazım deyil. 
Bazarın getdikcə rəqabət qabiliyyətini artırmaqla xarici aləmə açılması üçün 
dövlətin tənzimləyici rolununun artırması vacib vəzifələrdəndir . 
Bazar iqtisadiyyatı mühitində müxtəlif xarakterli şirkətlər birbaşa öz 
bizneslərinin 
inkişaf 
strategiyalarının 
funksiyalarını 
aydınlaşdırmalıdırlar. 
Müasir dövrdə iqtisadiyyatın idarəedilməsinin radikal olaraq yenidən qurulması 
şəraitində dövlət, şirkətlərin müstəqilliyini saxlamaqla onları dövlət sifarişləri 
ilə təmin etməklə, istehlakçı tələbinə cavab verən məhsul və xidmətləri 
―yaradılmasına, sosial ehtiyacları‖ ödənilməsinə şərait yaradaraq biznesin 
inkişaf strategiyasına dəstək verilməlidir .Bu şirkətlər arasında iqtisadi 
rəqabətin inkişafı xüsusiyyətinə əhəmiyyət verərəkdən inkişaf strategiyası 
planlaşdırılmalıdır. Şirkətlərin müstəqillyi üçün bazarın real tərəfləri arasında 
sənaye və istehlak mallarına tələb əsasında, maliyyə və istehsal arasında bir 
balans əldə edilməlidir, bazar iştirakçılarının müqavilələrə və qanunlara əməl 
etmələri bütün iqtisadi fəaliyyətin əsasını təşkil etməlidir.Bu siyasət sahibkara 
öz biznesi üçün heç bir real qorxunu görməyə əsas vermir, istehlakçının 
ehtiyaclarının vaxtında və kefiyyətlə yerinə yetrilməsinə şərait yaradır. Bu 
vəziyyət, biznesin inkişaf strategiyasını planlaşdırmağa indi daha fərqli tələb 
olduğunu 
qarşıya 
qoyur. 
Əhəmiyyətli dərəcədə prinsiplərin işlənməsi, 
şirkətlərin öz bizneslərinin inkişaf strategiyasının hazırlanması və həyata 
keçirilməsi məsələləri günün aktual probleminə çevrildiyi hamıya aydın 
olmalıdır. 
Hər bir şirkət müəyyən mühitdə yerləşir və fəaliyyət göstərir. İstisnalığı 
olmayan bütün şirkətlər də hər hansı bir fəaliyyət, əgər mühit həmin fəaliyyəti 
həyata keçirməyə yol veririsə, o zaman mümkün olur. Şirkətlərin daxili mühiti 
onun həyat fəaliyyətinin mənbəyidir. Bu şirkətin fəaliyyət göstərməsinə, 


32 
müəyyən müddət yaşamağa və yaşatmağa imkan verən potensialı əks etdirir. 
Amma daxili mühit əgər şirkətin lazımi fəaliyyət göstərməsini təmin etməsə, bu 
zaman şirkət məhv ola bilər və hətta bazarda problemlərin mənbəyi də ola bilər. 
Xarici mühit şirkətin daxili potensialını lazımi səviyyədə saxlamaq üçün 
zəruri olan ehtiyatlar mənbəyidir. Bu zaman şirkət xarici mühitlə daimi 
mübadilə vəziyyətindədir və o bununla da özünə uzun bir dövr üçün fəaliyyət 
imkanını təmin edir. Lakin yaddan çıxarmaq olmaz ki, xarici mühitin ehtiyatları 
qeyri – məhdud deyildir. Bu ehtiyatlara mühitdə yerləşən bir çox digər şirkətlər 
iddia edirlər. Ona görə də həmişə ehtimal var ki, xarici mühitdən lazımi 
ehtiyatları daima almaq olmaz. Bu, şirkət üçün bir çox mənfi nəticələrə gətirib 
çıxarar və onun potensialını zəiflədə bilər. Biznesin inkişaf strategiyasının 
idarəedilməsinin vəzifəsi şirkətin potensialını bir səviyyədə saxlamağa imkan 
verən, onun məqsədinə nail olmaq üçün lazımi və uzunmüddətli perspektivdə 
ona yaşamaq imkanı verən mühitlə onun qarşılıqlı fəaliyyətinin təmin 
olunmasından ibarətdir.
Şirkətin inkişaf strategiyasını müəyyənləşdirmək üçün və bu strategiyanı 
həyata keçirmək üçün idarə olunanın daxili mühiti, onun potensialı və inkişaf 
meyilləri haqqında təsəvvürlərin olmasının vacibliyi kimi, xarici mühitin və 
onun inkişaf meyilləri və şirkətin bu mühitdə tutduğu yer haqqında da biliklərə 
malik olmalıdır. Bu zaman daxili mühit şirkətin güclü və zəif tərəflərini açmaq 
üçün öyrənilir, lakin xarici mühit şirkətin öz biznesinin inkişaf strategiyasının 
məqsədlərini müəyyənləşdirəndə və onlara nail olmaq üçün ilk növbədə, strateji 
inkişafın idarə olunmasını öyrənir. 
Biznesin inkişaf strategiyasının idarə olunmasının üç vasitəsini ümumi 
məcmu kimi ətraflı nəzərdən keçirək. Bunlar makromühit, ətraf mühit, şirkətin 
daxili mühitidir. Biz ayrı-ayrılıqda hər bir mühitin təhlilinin necə aparıldığına 
dair elmi-nəzəri və praktiki bilikləri ətraflı öyrənəcəyik. 
Makromühit şirkətin xarici mühitdə yerləşməsinin ümumi şərtlərini 
yaradır. Əksər hallarda makro mühitin ayrıca şirkətə istinad edən spesifik 
xüsusiyyəti yoxdur. Halbuki, makromühitin vəziyyətinə təsir dərəcəsi müxtəlif 
şirkətlərdə müxtəlif cürdür. Bu eyni zamanda fəaliyyət sahələrində, həm də 
şirkətin daxili potensialında mövcud olan fərqlərlə bağlıdır. 
Makromühitin iqtisadi komponentlərinin öyrənilməsi ehtiyatların necə 
formalaşdığını və bölündüyünü başa düşməyə imkan verir. Tamamilə aydındır 
ki, şirkətə daxil olmaq vəziyyəti müəyyənləşdirən ehtiyatlardan istifadənin 
səviyyəsindən asılıdır və bu digər şirkət üçün həyati əhəmiyyətlidir. Bazar 
iqtisadiyyatının öyrənilməsi, ümumi daxili məhsulun həcmi, inflyasiya tempi, 
işsizlik səviyyəsi, faiz dərəcəsi, əmək məhsuldarlığı, vergi normaları, ödəniş 
balansı, tədiyyə balansı və s. məsələləri ilə yanaşı bir sıra göstəricilərin təhlilini 
nəzərdə 
tutur, bazar iqtisadiyyatı komponentlərinin öyrənilməsi zamanı 


33 
iqtisadiyyatın inkişafının ümumi səviyyəsi, təbii ehtiyatların hasilatı, iqlim, 
rəqabət mühitündə münasibətinin tipi və inkişaf səviyyəsi, əhalinin strukturu, 
işçi qüvvəsinin təhsil səviyyəsi, yüksək əmək haqqı kimi amillərə diqqət 
yetirmək lazımdır. 
Biznesin inkişaf strategiyasının təşkili və idarə olunması üçün sadalanan 
göstəricilərin və amillərin öyrənilməsi elə də böyük maraq kəsb etmir. İlk 
növbədə, bizə biznesin aparılması üçün hansı imkanlar verildiyi önəmli maraq 
kəsb edir. Həmçinin biznesin inkişaf strategiyasının təşkili və idarə olunmanın 
maraq sahəsinə ayrı – ayrı iqtisadi komponentləri təşkil edən şirkət üçün 
təhlükə potensialını müəyyən etmək və açmaq lazımdır. Dünya təcrübəsindən 
görünür ki, çox tez- tez imkanların və təhlükələrin ciddi şəkildə bir-biri ilə bağlı 
olduğu proseslər baş verir. Məsələn, işçi qüvvəsinin əməyinin aşağı 
qiymətləndirilməsi bir tərəfdən xərclərin azaldılmasına gətirib çıxarır, lakin 
digər tərəfdən o əməyin keyfiyyətinin azalması təhlükəsini özündə saxlayır. 
Bazarın iqtisadi komponentlərinin təhlili heç bir halda onun ayrı-ayrı 
hissələrinin 
təhlilinə 
uyğun olmamalıdır. İqtisadi komponentlərin təhlili, 
bazarın vəziyyətinin kompleks qiymətləndirilməsinə istiqamətlənməlidir. İlk 
növbədə, bu, risk səviyyəsini, rəqabət mühitinin gərginlik dərəcəsini və işgüzar 
mühitin cəlbedicilik səviyyəsini təyin edir. 
Biznesin inkişaf strategiyasının təşkili və idarə olunması zamanı, qanun 
və digər normativ aktların öyrənilməsini nəzərdə tutan, hüquqi normalar və 
münasibətlər çərçivəsində yaranan hüquqi tənzimləmənin təhlili şirkətə digər 
subyektlərlə qarşılıqlı münasibətdə özünün maraqlarını hüquqi və münasib 
üsullarla müdafiə etməyə, həmçinin fəaliyyəti üçün yol verilən sərhədlərini 
müəyyənləşdirmək imkanları verir. Hüquqi tənzimləmənin öyrənilməsi yalnız 
hüquqi aktların məzmununun aydınlaşdırılmasına uyğun olmamalıdır. Hüquqi 
mühitin bazar iqtisadiyyatına təsiri, bu sahədə yaranmış ənənələr və 
qanunvericiliyin prosesual cəhətdən təcrübi olaraq həyata keçirilməsi kimi 
aspektlərə diqqət yetirmək vacib məsələlərdəndir.
 
Biznesin inkişaf strategiyasının təşkili və həyata keçrilməsinin idarə 
olunmasında makromühitinin hüquqi komponentlərinin öyrənilməsində hüquqi 
müdafiə dərəcəsi, hüquq mühitinin dinamikası, cəmiyyətin hüquq sisteminin 
fəaliyyətinə 
ictimai 
nəzarətin 
səviyyəsi 
maraqlandırır. Fəaliyyətin hüquqi 
normalarının məcburilik dərəcəsi, həmçinin, onun bütün şirkətlərın fəaliyyətinə 
şamil olduğunu və ya qaydalarda istisnalar mövcud olduğunu aydınlaşdırmaq, 
nəhayət 
təşkilatda 
hüquqi normaların pozulduğu hallarda ona qarşı 
sanksiyaların 
tətbiqinin 
labüdlüyünün 
aydınlaşdırması 
vacib 
vəzifələrdən 
biridir. 
Biznesin inkişaf strategiyasının təşkili və həyata keçirildiyi dövrdə biz 
siyasi komponentləri nəzərə almaya bilmərik və bu baxımdan, makromühitin 


34 
siyasi komponenti, ilk növbədə, hökümət öz siyasətini həyata keçirmək, 
mühitin və cəmiyyətin inkişafı ilə bağlı hökümətin niyyətini dəqiq təsəvvür 
etmək üçün öyrənilməlidir. Siyasi komponentin öyrənilməsi müxtəlif partiya 
strukturları tərəfindən hansı proqramın həyata keçirməyə çalışdığını, dövlət 
hakmiyyəti orqanlarında hansı lobbiçilik qrupunun mövcud olduğunu, hökümət 
ölkənin regionları və iqtisadiyyatının müxtəlif sahələrinə necə yanaşdığını, 
iqtisadi prosesləri tənzimləyən yeni qanun və yeni normativ aktların qəbul 
edilməsi 
nəticəsində 
qanunvericilikdə 
və 
hüquqi 
tənzimləmədə 
hansı 
dəyişikliklərin 
mümkünlüyü aydınlaşdırılmalıdır və gələcək fəaliyyət bu 
istiqamətə cəmlənməlidir. 
Bu zaman siyasi sistemin baza xüsusiyyətlərindən olanlarının vacibdliyi 
bunlardır:
hökümətin 
siyasətini 
hansı 
idealogiyanın 
müəyyənləşdirməsi, 
hakimiyyətin nə dərəcədə sabitliyi, onun nə dərəcədə öz siyasətini həyata 
keçirdiyi, ictimai narazılığın dərəcəsidir və müxalif siyasi qurumlar nə dərəcədə 
güclü olduğunun aydınlaşdırılması vacibdir. 
Makromühitin siyasi komponentinin əsas prosesi hakimiyyət uğrunda 
mübarizədir. 
Hakimiyyət 
öz 
növbəsindən 
pul 
münasibətlərinin 
necə 
tənzimləməsi ilə bağlı problemləri necə həll edir, məsələsi də önəmlidir. 
Hakimiyyət bir tərəfdən pulu əldə etməyi necə həyata keçirməyi, digər tərəfdən 
isə dövlət ehtiyaclarına görə təşkilat necə və nə qədər pulu özgəninkiləşdirməyi 
müəyyənləşdirir. Bu iki proses şirkətin fəaliyyəti üçün imkan və təhlükə 
mənbəyidir. 
Biznesin 
inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi 
zamanı 
sosial 
komponentlərin 
təhlilini 
də 
yaddan 
çıxarmaq 
olmaz. 
Makromühitin sosial komponentinin öyrənilməsi iş və həyat səviyyəsinə 
insanların münasibəti, cəmiyyətdə mövcud olan adət və inanclar, insani 
dəyərlərin bölüşdürülməsi, cəmiyyətin demoqrafik strukturu, əhalinin artımı, 
təhsil səviyyəsi, insanların təşkilatlanması və s. kimi sosial hadisə və 
proseslərin 
biznesə 
təsirini 
aydınlaşdırmağa 
istiqamətlənməlidir. 
Sosial 
komponentlər makromühitin digər komponentlərinə təsir etdiyi kimi, şirkətin 
daxili mühitinə də təsir xüsusiyyətləri də mövcuddur. Sosial proseslərin digər 
fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, onlar nisbətən ləng dəyişir, 
amma təşkilati mühitin əhəmiyyətli dəyişikliklərinə gətirib çıxarır. Ona görə də 
şirkət sosial dəyişikliklərin mümkünlüyünü ciddi şəkildə izləməlidir. 
Xarici mühitin sosial komponentində gedən proseslər şirkətin girişi kimi, 
çıxışına da təsir göstərir. Məhz, bu komponent istehlakçı tələbatının həcmi və 
istiqamətindən çox asılı olan şirkətin öz məhsulunu reallaşdırmaq imkanı, 
bazarda istehlak tələblərinin formalaşmasına daha çox təsir göstərir. 
Biznesin 
inkişaf strategiyasında, texnoloji komponentin təhlili yeni 
məhsul 
istehsalı, istehsal olunan məhsulun təkmilləşdirilməsi və istehsal 


35 
texnologiyasının müasirləşdirilməsi və məhsulların satışı üçün elm və 
texnikanın inkişafnın açdığı imkanlar da öz növbəsində nəzərə alınmalıdır. Elm 
və texnikanın tərəqqisi şirkət üçün özündə böyük imkanlar və böyük təhlükələr 
daşıyır. Bir çox şirkətlər yeni açılan perspektivləri görmək iqtidarında deyil, 
çünki onlar sahənin köklü dəyişikliklərinin həyata keçirilməsi üçün əsas 
yaradan texniki potensialdan kənarda fəaliyyət göstərdikləri faktı da təhlil 
edilməlidir. Müasirləşmədən geri qalaraq onlar bazar payını itirirlər ki, bu da 
onlar üçün son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər. 
Biznesin inkişaf strategiyası zamanı yaddan çıxarmaq olmaz ki, məhsul 
və texnologiyaların yeniləşdirilməsinin güclü proseslərindən biri olan onların 
hazırlanması, laboratoriya şəraitində işlənməsi, yüksək texnologiyalı sahədə 
istehsal, müxtəlif sahələrin məhsullarını istehsalçıların əldə edə biləcəkləri 
bazara çıxarılması, texnologiyanın köçürülməsi prosesi adlanır. Uzun illər 
ərzində yaradılan və ayrı- ayrı məhsul növlərini ənənəvi bazarlarda saxlayan bu 
proseslər nəticəsində bir anda təcrübi olaraq kardinal dəyişikliklərə məruz qala 
bilər. Bu komponentlərin inkişafı nəticəsində nəzarət mexanizmləri bazarı ilə, 
mexaniki inteqral sxeminin tətbiqi nəticəsində bu bazarda, rəqəmli səsyazma 
sisteminin yaradılması nəticəsində audiotexnika bazarıda inqilab baş verdi. Bir 
çox inqilabi dəyişikliklər yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində 
aparılan bu araşdırmalar nəticəsində yeni məhsul istehsalında gözlənilir. 
Biznesin inkişaf strategiyası zamanı, texnologiyanın inkişaf prosesinin 
izlənməsi təkcə yeni texnoloji nailiyyətlərdən istifadənin vaxtında başlamasının 
lazım olmağı ilə bağlı deyil, həmçinin firma və ya şirkətlərdə istifadə olunacaq 
texnologiyadan istifadəni qabaqcadan görmə və proqnozlaşdırmaq və lazımı 
məqamında imtina etmək bacarığı vacibdir. Bu o deməkdir ki, makromühitin 
texnoloji komponentlərinin öyrənilməsi prosesi texnoloji yeniliklərə başlayanda 
gecikməyə və yeni məhsul istehsalı və qabaqcıl texnologiyadan uzun müddət 
istifadəni 
ləngitməyə 
icazə 
verməyən 
qərarlar 
seçimini etməyə kömək 
edəcəkdir. 
Biznesin inkişaf strategiyasını tərtib edərkən, makromühitin müxtəlif 
komponentlərini öyrənərkən aşağıdakı iki məqamı həmişə nəzərə almaq çox 
vacibdir. Birincisi odur ki, makromühitin bütün komponentləri bir – birinə çox 
güclü 
təsir 
edir. 
Bu 
komponentin 
dəyişilməsi 
makromühitin 
digər 
komponentlərinin dəyişilməsinə mütləq gətirib çıxarır. Ona görə də onların 
öyrənilməsi və təhlili ayrıca deyil, sistemli şəkildə aparılmalıdır ki, ayrıca 
komponentin dəyişilməsini təkcə izləmək yox, həm də bu dəyişikliklərin 
makromühitin digər komponentlərinə təsirini aydınlaşdırmaqda mümkün olsun. 
İkincisi, makromühitin ayrı-ayrı komponentlərinin təsir dərəcəsi müxtəlif 
şirkətlər üçün müxtəlifdir. Xüsusilə də, təsir dərəcəsi şirkətin ölçüsündən, onun 
sahə mənsubiyyətindən, yerləşdiyi ərazidən və s. asılıdır. Hesab edilir ki, iri 


36 
şirkətlərin makromühitdən böyük asılılığı var, nəinki kiçik olan şirkətlərin. 
Makromühitin öyrənilməsində bunu nəzərə almaq üçün şirkət makromühitin hər 
bir komponentinə aid edilən, onun fəaliyyətinə əhəmiyyətli təsir göstərən xarici 
amillərdən hansının özü üçün lazım olduğunu müəyyən etməlidir. Bundan 
başqa şirkət üçün təhlükə daşıyan bütün xarici amillərin siyahısını tərtib 
etməlidir. Şirkət üçün əlavə imkanlar yaradan dəyişikliklər üçün xarici amillərin 
siyahısını hazırlamaq vacibdir. 
Biznesin inkişaf strategiyasını qurarkən və ya bu strategiyanı həyata 
keçirərkən xarici mühitin izlənməsi sisteminə xüsusi diqqət yetirmək lazımdır. 
Şirkətdə makromühitin komponentlərinin məhsuldar vəziyyətinin öyrənilməsi 
üçün xarici mühitin izlənməsinin xüsusi sistemi yaradılır. Bu sistem hansısa 
xüsusi hadisələrlə bağlı olan xüsusi müşahidələrin aparılması və şirkətin xarici 
amilləri üçün mühim vəziyyətin müntəzəm izlənməsi (adətən ildə bir dəfə) 
həyata keçirilməlidir. Müşahidələrin aparılması çoxlu müxtəlif üsullarla həyata 
keçirilə bilər. Ən geniş yayılmış müşahidə üsulları aşağıdakılardır: 

Kitablarda, dövrü mətbuatda, digər informasiya orqanlarında dərc 
olunmuş materialların təhlili; 

Peşəkar konfranslarda iştirak; 

Təşkilatın fəaliyyət təcrübəsinin təhlili; 

Təşkilatın əməkdaşlarının fikrinin öyrənilməsi; 

Təşkilat daxilində sərbəst toplaşmaq və müzakirələrin keçirilməsi. 
Makromühitin komponentlərinin öyrənilməsi onların əvvəllər və ya indi 
hansı vəziyyətdə qaldıqlarını bəyan etməklə bitməli deyil. Ayrı- ayrı mühüm 
amillərin vəziyyətinin dəyişdirilməsi üçün səciyyəvi olan meyilləri açmaq 
vacibdir və təşkilatı hansı təhlükələrin gözlədiyini və gələcəkdə onun qarşısında 
hansı imkanları açdığını görmək üçün bu amillərin inkişaf prosesləri 
proqnozlaşdırılmalıdır. 
Biznesin inkişaf strategiyasını tərtib edərkən nəzərə almaq lazımdır ki, 
makromühitin təhlili sistemini əgər ali rəhbərlik dəstəkləyibsə və o zəruri 
informasiya ilə təmin olunubsa və şirkətin strateji- planlaşdırma sistemi ilə sıx 
bağlıdırsa və nəhayət, bu sistemdə işləyən analitik, makromühitin vəziyyəti və 
şirkətin biznesinin inkişaf strategiyasına uyğun məsələləri haqqında məlumatlar 
arasında əlaqəni izləmə və bu informasiyaları təhlükə nöqteyi-nəzərdən 
qiymətləndirə və şirkətin inkişaf strategiyasının əlavə imkanlar hesabına 
həyyata keçirmək iqtidarında olan strateji məsələlər üzrə mütəxəsislərin işləri 
ilə uzlaşarsa lazımi səmərə verəcəyinə heç bir şübhə ola bilməz. 

Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə