1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad unversiteti Hacı Niyazi Əlikram oğlu Həsənov biznesin strateji idarə edilməsi (Dərslik)


Şirkətin güclü və zəif tərəflərinin təhlili



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə14/158
tarix27.01.2023
ölçüsü6,37 Mb.
#99552
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   158
biznesin startji idara edilmasi

Şirkətin güclü və zəif tərəflərinin təhlili 
Sahə 
Amillər 
Təhlil üçün suallar 
Kadrlar 

Idarə heyəti; 

Əməkdaşların əxlaqı və ixtisas-
laşması; 

Sahə üzrə orta hesabla və rəqiblə-
rin analoji göstəriciləri ilə müqayi-
sədə işçilərin əmək haqqlarının 
məcmusu; 

Kadr siyasəti; 

İşin yerinə yetirilməsinin motiva-
siyası üçün stimuldan istifadə; 

İşçi qüvvəsinin istehsal dövrünə 
nəzarət etmək imkanları; 

Kadr axıcılığı; 

Əməkdaşların xüsusi ixtisaslaş-
ması; 

Təcrübə 

Ali 
rəhbərlik 
hansı 
idarəetmə 
üsullarından istifadə edir? 

Ali 
rəhbərliyin 
dəyər 
sistemində 
dominant nədir? 

Ali rəhbərlik nə qədər müddət bu cür 
mövqedədir və nə qədər müddət təşkilat 
onda qalmaq niyyətindədir? 

Orta səviyyəli menecerlərin ixtisaslaş-
ması nə dərəcədə onlara xərclərin azaldıl-
ması və keyfiyyətin artırılması, fəaliyyətin 
təqvim qrafikinə aid olan planlaşdırma və 
nəzarət məsələlərinin öhdəsindən gəlmə-
sinə imkan verir? 

Təşkilatdakı 
işçilərin 
ixtisaslaşması 
onların cari və gələcək vəzifələri yerinə 
yetirməsinə uyğundurmu? 

Işçilərin ümumi yerləşməsi vəziyyəti və 
təşkilatda onların işi hansı motivlər əsasın-
da qurulub? 

Digər təşkilatdakı eyni ixtisaslı işçilərlə 
müqayisədə təşkilatda əməyin ödənilməsi 
siyasəti necədir? 
Təşkilat-
da ümu-
mi idarə-
etmə 

Təşkilati struktur; 

Firmanın imici və nüfuzu; 

Təşkilatda kommunikasiya sis-
temi; 

Bütün təşkilat üçün ümumi nəza-
rət sistemi (effektivlik və istifadə); 

Təşkilati mühit, mədəniyyət; 

Qərar qəbul etmə prosesində sis-
temləşdirilmiş proses və texnikalar-
dan istifadə; 

Ali 
rəhbərliyin 
maraqları, ix-
tisaslaşması və peşəkarlığı; 

Strateji planlaşdırma sistemi; 

Firmadaxili sinergiya (çoxsahəli 
firmalar üçün) 

Təşkilatda hüquq və səlahiyyətlərin 
bölüşdürülməsi dəqiqdirmi? 

Təşkilati təcrübədə idarəetmə xərcləri-
nin azaldılması mövcuddurmu? 

Təşkilatın məqsədlərinə nail olma prose-
sində 
müxtəlif 
struktur 
bölmələrinin 
qarşılıqlı fəaliyyəti səmərəlidirmi? 


42 
İstehsal 

Tədarükçülərlə 
münasibətdə 
xammalın dəyəri və mövcudluğu; 

Ehtiyatların 
nəzarət 
sistemi, 
ehtiyatların dövriyyəsi; 

Istehsal binalarının olduğu yer, 
yerləşməsi və gücündən istifadə; 

Istehsal miqyasında qənaət; 

Istehsal 
gücünün 
texniki 
səmərəliliyi və onun yüksəlməsi; 

Üst podratçı sistemindən istifadə; 

Şaquli inteqrasiya səviyyəsi, xalis 
məhsul və gəlir; 

Avadanlıqlardan 
istifadənin 
səmərəsi; 

Məhsul hazırlanması prosesinə 
nəzarət; 

Işçilərin layihəyə uyğun hazırlan-
ması, iş cədvəlinin tərtibi

Satınalınma; 

Keyfiyyətə nəzarət; 

Rəqiblərlə münasibətdə və eyni 
sahə üzrə xərclərin həcminin müqa-
yisəsi; 

Tədqiqatlar 
və 
araşdırmalar, 
innovasiya; 
Patent, ticarət markaları və malın 
anoloji hüquqi müdafiə formaları. 

Rəqabət uyğun tələblərinin istehsal gücü 
bu 
günə 
uyğundurmu, 
onlar 
ən 
müasiridirmi və ya onlar mənəvi cəhətdən 
köhnəlibmi? 

Istehsal gücündən istifadə nə dərəcədə 
səmərəlidir, tam istifadə olunurmu və 
istehsal bazasını yeniləşdirmək üçün 
imkanlar mövcuddurmu? 

Tədqiqatlar, 
işləmələr nə dərəcədə 
faydalıdır? 
ETİ 
prinsipcə 
yeni 
məhsulun 
yaradılmasına gətirirmi? 
Marke-
tinq 

Firma tərəfindən istehsal edilən 
məhsul (xidmət); 

Bazar haqqında zəruri informasi-
yanın toplanması; 

Malların (xidmətlərin) nomenkla-
turası və genişləndirmə potensialı; 

Əsas məhsulun həyat tsikli; 

Bölüşdürmə kanallarının sayı, əhatə 
dairəsi, nəzarət; 

Təşkilatda satış: alıcıların tələbatını 
bilmək; 

Malların (xidmətlərin) imici, nüfuzu 
və keyfiyyəti; 

Bazarda malların irəlilədilməsi və 
reklam; 

Qiymət siyasəti; 

Bazarla əks əlaqə yaradan proseslər; 

Yeni məhsullara xidmət və bazarla-
rın inkişafı; 

Satışdan sonrakı xidmət və məhsul 
satışını izlənməsi; 

Markaya münasibət. 

Təşkilatın məhsulunun güclü və zəif 
tərəfləri 
nədir: 
dizayn, 
keyfiyyət, 
çatdırılma, zəmanət; 

Təşkilatın qiymət siyasəti necədir, o 
liderdimi və ya qiymət davamçısıdır? 

Bazar payı nə qədərdir və təşkilat onu nə 
qədər möhkəm saxlayır, bazar payının 
dəyişilməsi tendesiyası necədir? 

Yeni məhsullarla bazara çıxmaq üçün və 
ya yeni bazarları mənimsəmək üçün 
imkanlar varmı? 

Təşkilat 
bazarda 
apardığı 
araşdırma 
nəticəsində alıcıların tələblərinə uyğun öz 
fəaliyyətlərinin istiqamətlənməsinə icazə 
verən zəruri informasiya ilə təmin edə 
bilirmi? 


43 
Mühasi-
bat- 
uçotu 

Qısamüddətli 
kapitalın 
cəlb 
edilməsi imkanları; 

Uzunmüddətli 
kapitalın 
cəlb 
edilməsi imkanları; 

Eyni sahə ilə müqayisədə kapitalın 
dəyəri 
və rəqiblərin kapitalının 
dəyəri; 

Vergiyə münasibət; 

Səhibkarlara, investorlara, sahiblərə 
münasibət; 

Alternativ maliyyə strategiyaların-
dan istifadə imkanı; 

―İşçi‖ kapitalı: kapitalın çevik 
strukturu; 

Məsrəflərin effektivliyinə nəzarət, 
məsrəflərin azaldılması imkanları, 

Xərclərin uçot sistemi, büdcənin 
tərtibi və gəlirin planlaşdırılması 

Təşkilatın 
fəaliyyətinin 
maliyyə 
göstəricilərinin dəyişməsində tendesiya 
necədir? 

Ayrı-ayrı bölmələrin təminatında gəlirin 
faizi nə qədərdir? 

Gələcəkdə istehsal ediləcək tələbatların 
təminatı 
üçün əsaslı kapital xərcləri 
kifayətdirmi? 

Təşkilatın rəhbərliyinə maliyyə institutu 
lazımi hörmətlə yanaşırmı? 

Aqressiv və vergi siyasətinin dərin bilikləri 
əsasında idarəetmə təmin edilirmi? 
 
Yuxarıdakı cədvəldə bizim məntiqi fikrimizi tamamlamaq üçün təşkilati 
mədəniyyətinin təhlili də vacib faktorlardandır və bu baxımdan şirkətin daxili 
mühitinin müxtəlif aspektlərinin öyrənilməsi sırasında, həmçinin təşkilati 
mədəniyyətin təhlili də böyük məna kəsb edir. Elə bir şirkət yoxdur ki, onun 
təşkilati mədəniyyəti olmasın. Bu faktorlardan hər bir şirkətin əməkdaşları öz 
vəzifələrini yerinə yetirirərkən onların bir-birinə, həmçinin öz şirkətləri ilə 
münasibətləri necədir bax bu faktorları öyrənilməlidir. Təşkilati mədəniyyət 
şirkətin güclü çıxış etməsini, onun strukturunun rəqabət şəraitində yaşaya 
bilməsini təmin edir. Lakin yadda saxlamaq lazımdır ki, təşkilati mədəniyyət 
şirkəti zəiflədə bilər, hətta onun yüksək maliyyə və texniki – texnoloji 
potensialı olduğu halda belə onu uğurlu inkişafı təminatı oluna bilməz. Biznesin 
inkişaf strategiyasını quran zaman şirkətin hansı strateji iarəetməni seçməsi 
üçün təşkilati mədəniyyətin təhlilinin xüsusi əhəmiyyəti onun təkcə şirkətlərdə 
insanlar arasındakı münasibətin hansı səviyyədə olunacağında deyil, həmçinin 
bu şirkətin xarici mühitlə qarşılıqlı əlaqəni hansı formada qurmasından, öz 
müştəriləri ilə necə rəftar etməsindən və rəqabət mübarizəsi üçün gələcəkdə 
hansı metodları seçməsindən aslıdır. 
Şirkətlərdə təşkilati mədəniyyət aşkar şəkildə təzahür edilmədiyi üçün 
onu öyrənmək çox çətindir. Lakin buna baxmayaraq, şirkətin güclü və zəif 
tərəflərini qiymtələndirməyə kömək edən təşkilati mədəniyyətin bir neçə sabit 
xüsusiyyətləri vardır. Təşkilati mədəniyyət haqqında informasiyanı şirkətin 
özünün təqdim etdiyi müxtəlif informasiya mənbələrindən almaq olar. Güclü 
təşkilati mədəniyyətə malik olan şirkət orada çalışan insanların vacibliyini 
vurğulayır, öz fəlsəfəsinin izahına, özünün dəyərlərinin təbliğinə böyük diqqət 


44 
yetirir. Həmçinin zəif təşkilati mədəniyyətə malik olan şirkət öz fəaliyyətinin 
keyfiyyət aspektlərindən və təşkilatın formal vəziyyətindən öz nəşrlərində 
danışmağa çalışır. 
Təşkilati mədəniyyət haqqında təsəvvürlər öz iş yerlərində əməkdaşların 
necə çalışdıqlarını, onlar bir – birləri ilə necə qarşılıqlı əlaqədə olduqlarını, 
danışdıqlarında nəyə üstünlük verdiklərini göstərir. Təşkilati mədəniyyəti başa 
düşmək üçün şirkətdə karyera sistemini necə qurmaq lazım olduğunu və 
işçilərin inkişafı üçün hansı kriteriyalara üstünlük verdiyini bilmək lazımdır. 
Əgər təşkilatda işçilər tez irəliləyirlərsə və nəticədə fərdi nailiyyətlər əldə 
edirlərsə, o zaman güman etmək olar ki, zəif təşkilati mədəniyyət mövcuddur. 
Əgər əməkdaşların karyeraları uzunmüddətli xarakter daşıyırsa və kollektivdə 
yaxşı işləmək bacarığı olanların irəlilədilməsinə üstünlük verilirsə, o zaman 
belə şirkətin güclü təşkilati mədəniyyətə malik olduğu aydındır. 
Təşkilati mədəniyyət anlayışı şirkətin davamlı tələbi olan yazılmamış 
davranış normaları, ənənəvi fəaliyyətləri və s. məsələləri öyrətməyə şərait 
yaradır və bu şirkətin əməkdaşları bütün bunlardan nə dərəcədə məlumatlıdırlar 
və nə dərəcədə bütün bunlara ciddi yanaşmalıdırlar. Əgər əməkdaşlar öz 
şirkətlərinin tarixi haqqında yaxşı məlumatlıdılarsa, qayda, qanunlara, təşkilati 
simvola ciddi və hörmətlə yanaşırsa, bu zaman təşkilat güclü təşkilati 
mədəniyyətə malikdir. 


45 

Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə