-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

Kompüterdə quraşdırılmış başqa proqramlar kimiAccess 2003 proqramını

da başlatmağın ən asan yolu Windows sisteminin 

Start menyusundan istifadə et -

məkdir. Bunun üçün aşağıdakı addımlar atılmalıdır:



1. Windows sisteminin 

Start menyusunu açın.



2. 

Start menyusunun yuxarı hissəsindəki All Programs sətrini seçin.



3. Açılan yeni menyudan əvvəlcə 

Microsoft Office, sonra isə

Microsoft Office Access 2003 bəndini seçin.

Bundan sonra Access 2003 proqramı yüklənməyə başlayacaq və ekrana proq -

ramın baş pəncərəsi çıxacaq (şəkil 2.1).

Şəkil 2.1. MS Access proqramının baş pəncərəsi

MS Access mühitinin interfeysi MS Office paketinə daxil olan başqa proqram

mühitlərinin interfeysinə çox bənzəyir. Pəncərənin yuxarı hissəsində menyu

zolağı  [menu bar] və alətlər zolağı [toolbar] yerləşir. Sağda tapşırıqlar paneli

[task pane] açılır.  



Başlıq zolağı 

Menyu zolağı 

Alətlər zolağı

Tapşırıqlar paneli 

20



2.

VERİLƏNLƏR

BAZASI

21

Verilənlər bazası mühitində işləmək üçün bütün komandalar, başqa proqram



mühitlərində olduğu kimi, menyu sistemində toplanıb. Daha çox istifadə olunan

menyu komandaları həm də düymələr şəklində alətlər zolağında yerləşdirilib. Ve -

ri lən lər bazasının müxtəlif obyektləri ilə iş zamanı alətlər zolağında, məhz həmin

re jim üçün  gərəkli olan düymələr əks olunur. 

Başqa proqram mühitlərində proqramın başladılması ilə eyni zamanda yeni

sə nə din pəncərəsi də açılır, ancaq MS Access mühitində yeni verilənlər bazası

yaratmaq üçün 

Getting Started panelində  Create a new file sətrini seçmək

lazımdır.  Tap şı rıqlar  panelində 

New File paneli açılacaq. Oradan Blank data-

base bəndini seçmək lazımdır. Bu komandanın yerinə yetirilməsi nəticəsində

pəncərə açılacaq ki, orada yeni verilənlər bazasının adını daxil etmək və saxlan-

cağı qovluğu seçmək lazım gə ləcək. Yalnız bundan sonra verilənlər bazasının baş

pəncərəsi açılacaq (bax şəkil 2.2). 

Verilənlər bazası ilə iş cədvəllərin yaradılmasıyla başlayır. Cədvəlin yaradıl-

ması iki mərhələdə aparılır:

cədvəlin strukturunun yaradılması;



cədvəlin verilənlərlə doldurulması.

Cədvəlin strukturu konstruktor rejimində yaradılır. Konstruktor rejimində

cəd vəlin strukturunun blankı açılır (bax şəkil 2.3).



Cədvəlin strukturunun yaradılması üçün

1. Sahələrin adlarını 

Field Name sütununa daxil etmək;



2.

Data Type sütunda siyahıdan sahələrdəki verilənlərin tipini

seç  mək;

3. Açar sahəni qeyd etmək;

4. Sahələrin əlavə xassələrini 

General vərəqəsində göstərmək la -

zımdır.

MS Access sistemində verilənlərin aşağıdakı tiplərini təyin etmək olar: 



Mətn,

Memo, Ədəd, Tarix/ Zaman, Pul, Sayğac, Məntiqi, OLE obyekti, Hiperistinad. 

Cədvəlin strukturunun yaradılması kimi, onu nəzərdən keçirmək və dəyiş -

dirmək üçün də konstruktor rejimindən istifadə edilir. Cədvəli verilənlərlə

doldurmaq üçün isə cədvəl rejiminə keçmək lazımdır.

1. Verilənlər bazasının idarəolunması sistemi nədir?

2.  MS Access mühitinin baş pəncərəsinin əsas elementlərini sadalayın.

3. MS Access mühitində verilənlər bazası cədvəlinin yaradılması mərhələləri hansıdır?

4. MS Access sistemində verilənlər hansı tiplərə aid ola bilər?



22

PRAKTİKUM. 

VERİLƏNLƏR BAZASI STRUKTURUNUN YARADILMASI

• Yeni verilənlər bazasını necə yaratmalı

• Sahənin  ölçüsünü necə dəyişdirməli

• Başlıca açar nədir və bu, nəyə lazımdır

Hər biriniz coğrafi atlasdan istifadə

etmisiniz. Orada əsas coğrafi ob yekt  -

lər – qitələr, ölkələr, şəhərlər, okean lar,

dənizlər, çaylar və s. haq qın da infor-

masiya xəritələr vasitəsilə təq 

dim


olunur. Bəzən isə xəritələrlə yanaşı, hər bir ölkənin bayrağı, sahəsi, əhalisi, pul

vahidi və s. haqqında əlavə informasiyalar da yerləşdirilir.

Atlasda informasiyanın axtarışı çox vaxt aparır. Axtardığınız şəhərin hansı

ölkədə, hansı qitədə yerləşdiyini bilmirsinizsə, həmin şəhəri xəritədə tapmaq

müş külə çevrilə bilər. Şəhərin yeri haqqında nə qədər çox informasiyanız olarsa,

onu daha tez tapa bilərsiniz. Ən sürətli axtarış yolu isə obyektin coğrafi enliyi və

uzunluğuna görə axtarılmasıdır.

Coğrafi obyektlər haqqında informasiyanı təqdim etməyin daha səmərəli üsu -

lu isə verilənlər bazasından istifadə etməkdir. Belə bir verilənlər bazasını ya rat -

ma ğa  çalışaq.



Map [Xəritə] adlandıracağımız bu verilənlər bazası üç cədvəldən ibarət ola-

caq: QitələrÖlkələrYaşayış məntəqələri. Bu cədvəllərin hər birinin struktu-

runu təsvir edək.

2.3.

Sahə 


Açar sahə 

Başlıca açar



S

Ö

Z

L

Ü

K


Qitələr cədvəlinin strukturu

Ölkələr cədvəlinin strukturu

Yaşayış məntəqələri cədvəlinin strukturu

Hər bir sahənin mənası adından aydın olur. Hər cədvəldə 

Sayğac

[AutoNumber] tipli sahə verilmiş və o, açar sahə kimi qeyd olunmuşdur. 



Başlıca açar [primary key] hər hansı cədvəldə xüsusi sahədir.

Praktiki olaraq hər bir cədvəlin başlıca açarı olmalıdır, çünki cəd-

vəldəki yazılar avtomatik olaraq başlıca açara görə sıralanır. Bunun

da sayəsində cədvəldə verilənlər həmişə nizamlanmış olur. 



Qitələr və Ölkələr cədvəllərində qitənin adını və ölkənin adını da açar sahə

kimi elan etmək olardı. Lakin proqram mühitində ədəd tipli sahələrlə işləmək daha

“asandır”.  Yaşayış məntəqələri cədvəlində isə açar olaraq iki sahəni –

CoğrafiEnlik və CoğrafiUzunluq sahələrini birgə götürmək olardı. Lakin açar kimi

Sayğac tipli sahədən istifadə etmək daha məqsədəuyğundur, çünki sadə açarla

işləmək,  iki ədəddən ibarət mürəkkəb açarla işləməkdən daha rahatdır.

Açar sahə

Sahənin adı

Verilənlərin tipi

#

MəntəqəninKodu



MəntəqəninAdı

CoğrafiEnlik

CoğrafiUzunluq

MəntəqəninTipi (şə hər, kənd...)

Əhalisi

Sayğac


Mətn

Ədəd


Ədəd

Mətn


Ədəd

Açar sahə

Sahənin adı

Verilənlərin tipi

#

ÖlkəninKodu



ÖlkəninAdı

DövlətQuruluşu

PulVahidi

ÖlkəninSahəsi

İnternetÜnvanı

Sayğac


Mətn

Mətn


Mətn

Ədəd


Hiperistinad

Açar sahə

Sahənin adı

Verilənlərin tipi

#

QitəninKodu



QitəninAdı

QitəninSahəsi

Sayğac


Mətn

Ədəd


2.

VERİLƏNLƏR

BAZASI

23



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə