-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

10

Adi işgüzar yazışmalarda qəbul olunmuş “qızıl” qaydalar isə bunlardır:

• Yalnız məğzini verməklə, fikirlərinizi qısaca ifadə edin.

• Savadlı yazın.

• Başqalarından nəzakət tələb edirsinizsə, özünüz də nəzakətli

olun.


• Aldığınız məktubun cavabını gecikdirməyin.

• Ümumi ifadələrlə “canınızı qurtarmayın”. Deməyə sözünüz

yox dursa, bunu nəzakətlə bildirib, yazışmaya son qoyun. 

Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır: 

• 

Subject (mövzu) sahəsini doldurun. İstifadəçilərin çoxu virus-



ların qor xu sundan mövzusu olmayan, yaxud mövzusu şübhəli

olan məktubları oxumadan uzaqlaşdırırlar.

• Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın.

• Məktubunuzun sonunda kimliyinizi bildirin.

• Qabaqcadan arxivləşdirmədən böyük həcmli fayllar göndərmə -

yin.


• Əgər məktubunuzda adresatların hamısı üçün mühüm və faydalı

informasiya yoxdursa, onu bir neçə ünvana “səpələməyin”.

Sizin ünvanınızı arzuolunmaz adresat kimi “qara siyahıya” sala

bilərlər.

• Elektron yazışmalarda emosiyaları bildirmək üçün çox zaman

sözlərin yerinə simvollar ardıcıllığından (smaylik-



lərdən) istifadə olunur. Smayliklərdə istifadə olunan

hər simvolun öz anlamı var: “ikinöqtə” gözü, “defis”

burnu, “mötərizə” ağzı bildirir. Aşağıda geniş isti-

fadə olunan smayliklərdən bəziləri göstərilib.



Simvollar ardıcıllığı

Mənası

:)

:))))



;)

:(

:((((



:-0

Təbəssüm


Gülüş

Hiyləgər təbəssüm

Məyusluq

Ümidsizlik

Təəccüb



11

Telekonfrans ünsiyyəti. Elə qaydalar var ki, onlar həm dostcasına söhbətlər,

həm işgüzar ünsiyyət, həm də elmi polemikalar üçün məqbuldur:

• Fikirləriniz üst-üstə düşməsə də, başqalarının fikirlərinə hörmət lə

yanaşın.


• Səhvlərinizi etiraf etməyi bacarın.

• Fikirlərinizi təsdiq etmək üçün dəlil-sübutlara əsaslanın.

• Mənasız danışıqları vaxtında kəsməyi bacarın.

Telekonfranslarda insanlar müəyyən bir mövzunu müzakirə etməyə yığışırlar.

Əlbəttə, yuxarıda sadalanan qaydalara burada da əməl etmək gərəkdir, ancaq

telekonfranslara başqa normalar da xasdır:

• Məlumatlar qısa olmalıdır.

• Söylənilən fikirlər problemin mahiyyətinə uyğun olmalıdır.

• Məlumatlar bütün həmsöhbətlərə ünvanlanmalıdır.

• Özünü reklam yolverilməzdir.

• İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır.

1. Şəbəkədə hansı ünsiyyət qaydalarına əməl olunmalıdır?

2. “Nik” nədir və ondan nə vaxt istifadə olunur?

3. Nümunə üçün bir neçə elektron mıəktub götürün. Onların məzmununu yazışma

etikası baxımından təhlil edin. Çatışmazlıqları və düzgün məqamları qeyd edin.

4. Hər hansı mövzunu müzakirə etmək üçün sinif yoldaşlarınızla telekonfrans qu -

run. Ünsiyyət zamanı etik normalara diqqət edin.

1. 


İNTERNET

XİDMƏTLƏRİ




ELEKTRON TƏHSİL

• Uzaqdan təhsil nədir.

• E-öyrənmə nədir və onun hansı üstünlükləri var

• Fasiləsiz təhsil sistemi nə deməkdir

• Elektron tədris vəsaitlərinin ənənəvi vəsaitlərdən fərqi nədədir

Təhsil sistemi həmişə dövrünün tex 

nologiyalarından yararlanmağa ça 

lışır.


İnformasiya texnologi yalarının inki şafı və  İnternetin yaranması tədris pro  sesində

özündən qabaqkı texno lo giyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır.

Telekommunikasiya texnologiyaları

və İnternet şəbəkəsinin resursları yeni

tədris tipini – uzaqdan təhsili  (distant

təhsili) meydana çıxarıb. Uzaqdan təh-

silin subyekti, yəni öyrənən (şagird,

tələbə və s.) pedaqoqdan, tədris vasitələrindən və təhsil resurslarından uzaqda

olur. Bu təhsil növü üçün də tədris prosesinə xas olan bütün komponentlər – məz-

mun, məqsədlər, təşkilat formaları, təlim vasitələri, nəzarət sistemi və nəticələrin

qiymətlən dirilməsi  xarakterikdir. 

Uzaqdan təhsil zamanı məlumatları öyrənənlərə çatdırmaq üçün müxtəlif

üsullardan istifadə olunur. Tətbiq olunan texnologiyaların artıq bir neçə nəsli

(ənənəvi çap məhsullarından ən müasir kompüter texnologiyalarınadək) bir-biri-

ni əvəz etmişdir. Lakin, texnoloji yeniliklərin meydana çıxmasına baxmayaraq,

bir çox hallarda hələ də daha sadə üsullara üstünlük verilir. Məsələn, Hindistanda

uzaqdan təhsil üçün radiodan istifadə edilməsi geniş ya yılmışdır. Çünki radio

oradakı əhalinin əksəriyyəti üçün daha əlverişlidir və əlavə infrastruktur yarat-

mağa gərək yoxdur. 

Hazırda uzaqdan təhsil məqsədilə İnternet ünsiyyət vasitələrinin hamısından

– elektron poçtdan, forumlardan, gap xidmətlərindən, tele- və videokonfranslar-

dan istifadə olunur.

İndi iri şirkətlərin çoxu öz işçi heyətinin hazırlığını standartlaşdırmaq, bu

məq 

sədlə çəkilən xərcləri azaltmaq və keyfiyyəti yüksəltmək üçün öz tərki-



blərində uzaqdan təhsil mərkəzləri yaradırlar. Demək olar ki, heç bir müasir

şirkət bunsuz keçinə bilməz. Məsələn, Microsoft şirkəti öz işçilərini, onun məh-

sullarından istifadə edənləri, yaxud alıcıları və proqram təminatı hazırlayanları

öyrətmək üçün böyük öyrədici portal yaratmışdır. 

Uzaqdan təhsil

Öyrənən 


E-öyrənmə 

Fasiləsiz təhsil



S

Ö

Z

L

Ü

K

1.3.

Əslində uzaqdan təhsilin tarixi daha “qədimdir”. Belə ki, ötən əsrin əvvəllərində radio-

nun ixtirasından sonra ilk radiokurslar yayımlanmağa başladı. Analoji kurslar 1950-ci

illərdə telekanallarda açıldı. 1960-cı ildə ilk dəfə Çində orta təhsil vermək üçün radio və

televiziyadan istifadə etməyə başladılar.

12



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə