-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

Müasir dünyanın görünməmiş bir sürətlə dəyişməsi biliklərin daha

çevik və ucuz ötürülməsi üsullarının tətbiq olunmasını tələb edir.

Günümüzün bu kəskin probleminin həllini mümkün edən vasitələrdən

biri elektron öyrənmə, yaxud e-öyrənmədir [e-learning]. 

Bundan öncəki təhsil sistemlərində kompüterlər tədrisin daha yaxşı, daha

səmərəli aparılması üçün yardımçı bir vasitə idi. Lakin sürətli İnternet şə bə kə si nin

meydana çıxması “müstəqil öyrənmə” və “ömrü bo yu  öyrənmə” anlayışlarını orta -

ya çıxardı. 

Getdikcə genişlənən e-öyrənmənin bir sıra xüsusiyyətləri vardır:  

• Zaman və məkan məhdudiyyəti yoxdur.

• Öyrənən (şagird, tələbə) mövzunu öyrənənə qədər onun üzərində

çalışa bilir.

• Hər kəs öz qavrama qabiliyyətinə uyğun olaraq öyrənə bilir. 

• Öyrənən mövzunu başa düşmədiyi halda kommunikasiya va si tə lə ri

ilə müəllim və digər öyrənənlərlə əlaqə qura bilər.

Yaşadığımız informasiya cəmiyyətinin dinamik inkişafı üzvlərindən bütün

ömrü boyu, fasiləsiz təhsil almasını tələb edir. Bu, insana zamanla ayaqlaşmaq,

lazım gəldikdə peşəsini dəyişmək, cəmiyyətdə özünə layiqli yer tutmaq imkanı

verir. 

İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq məktəbəqədər və orta məktəb təh-



sili, peşə təhsili, ixtisasartırma və yenidən hazırlanma sistemi, əlavə təhsil və s.

də daxil olmaqla,  fasiləsiz təhsil sistemi yaratmağa başlamışlar.

E-öyrənməyə elektron dərsliklər, tədris xidmətləri və texnologiyaları aiddir.

Elektron dərsliklər, yaxud elektron tədris nəşrləri və resursları mürəkkəb məhsul

olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris

metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla

müqayisədə elektron tədris nəşrləri və resursları üçün müəyyən proqram-texniki

kompleks tələb olunur. Lakin elektron audiovizual tədris sistemləri bu gün üçün

məlum olan mətn, nitq, musiqi, foto, video, qrafika, animasiya və hətta, virtual

reallığın kombinə edilmiş interaktiv komponentlərini də özündə əks etdirən bütün

təqdimetmə növlərini özündə birləşdirir.



E-öyrənmə İnternet, yaxud İntranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə

gerçəkləşən, biliyin əldə olunmasında zaman və məkan hüdudlarını tanımayan, ömür

boyu öyrənməyə imkan verən bir təhsil sistemidir. 

Azərbaycan höku 

mə 

ti ilə Dünya Ban 



kı 

nın Beynəlxalq İnkişaf Assosiasiyası arasında

bağlanmış saziş əsasında Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivə sin də “Azərbaycan

Res   publikasında  fa silə siz  pedaqoji  təhsil  və  müəllim  hazırlığının  milli  konsepsiyası  və

strategiya sı” layihəsi hazırlanmışdır.

13

1. 



İNTERNET

XİDMƏTLƏRİ




Elektron tədris vəsaitləri

Elektron multimedia nəşri/resursu yalnız mürəkkəb elmi-texniki məhsul

deyil, o həm də məzmunun dolğunluğu, metodik tapıntı, yaradıcılığın yüksək

səviyyəsi, başqa sözlə, əsl incəsənətdir.



1. Hansı dərslərinizdə elektron dərsliklərdən istifadə edirsiniz?

2. Tədris prosesində e-öyrənmədən necə istifadə etmək olar?

3. E-öyrənmənin ənənəvi təhsillə müqayisədə müsbət və mənfi cəhətlərini

sadalayın. 

4. Hansı internet təhsil resurslarından istifadə etmisiniz?

14



2

VERİLƏNLƏR 

BAZASI

VERİLƏNLƏR BAZASI VƏ ONUN OBYEKTLƏRİ  

..................................................................................................................

16

VERİLƏNLƏR BAZASININ İDARƏOLUNMASI SİSTEMİ  



.....................................................................................................

18

PRAKTİKUM. 



VERİLƏNLƏR BAZASI STRUKTURUNUN YARADILMASI  

....................................................................

22

PRAKTİKUM. 



CƏDVƏLLƏRARASI ƏLAQƏLƏR. 

VERİLƏNLƏRİN DAXİL EDİL MƏ Sİ VƏ UZAQLAŞDIRILMASI 

..............................................................

28

VERİLƏNLƏRİN ƏKS ETDİRİLMƏSİ. FORMALAR 



................................................................................................................

34

PRAKTİKUM. 



FORMALARIN YARADILMASI VƏ VERİLƏNLƏRİN FORMAYA DAXİL 

EDİLMƏSİ 

.................................................................................................................................................................

37

VERİLƏNLƏRİN SÜRƏTLİ AXTARIŞI. ARAMA, ÇEŞİDLƏMƏ, SÜZMƏ 



.........................................................................

43

PRAKTİKUM. 



VERİLƏNLƏRİN AXTARIŞI, ÇEŞİDLƏNMƏSİ VƏ SÜZÜLMƏSİ 

.........................................................

46

SORĞULAR. HESABATLAR 



...........................................................................................................................................................

49

PRAKTİKUM. 



SORĞULARIN YARADILMASI. HESABATLARIN YARADILMASI VƏ REDAKTƏSİ 

.....................

53

2.10.

2.9.

2.8.

2.7.

2.6.

2.5.

2.4.

2.3.

2.2.

2.1.



16

VERİLƏNLƏR BAZASI VƏ ONUN OBYEKTLƏRİ

• Verilənlər bazası nədir

• Verilənlər bazasının əsas obyektləri hansılardır

• Sahə nədir. Yazı nədir

• Verilənlər bazasında neçə cədvəl ola bilər

İnformasiya və informasiya prosesləri ilə tanış olarkən insanın istənilən

fəaliyyət sahəsinin informasiya ilə əlaqəli olması qeyd olunmuşdu. İnformasiya

ilə işləmək və xüsusən də nəsildən-nəslə ötürmək üçün, onun saxlanmasının

xüsusi əhəmiyyəti var. İnsan cəmiy yəti inkişaf etdikcə, informasiyanı saxlamaq

üçün müxtəlif vasitələr düşünülmüş və onlar zaman-zaman təkmilləşdirilmişdir.

Ancaq informasiyanın, sadəcə, saxlanması ye tərli deyildir. İnformasiya elə

saxlanmalıdır ki, lazım olduqda onu asanlıqla əldə etmək mümkün ol sun. Məhz

axtarışları asanlaşdırmaq məqsədi ilə əlifbalı qeyd kitabçaları düzəldilmiş,

kitabxanalarda isə əlifba və  mövzular üzrə kataloqlar yaradılmışdır.

Belə bir misalı nəzərdən keçirək. Məlum dur

ki, avtomobil müfəttişliyində avtomobil-

lərin qeydiyyatı apa rılır. Xüsusi kartotekada

hər bir avtomobil haq qında informasiya –

maşının nömrəsi (dövlət nişanı), markası,

rəngi, sahibi haqqında məlumat sax lanılır.

Kar 

totekada bütün məlumatlar maşınların



nömrəsinə görə nizamlanır, ona görə də ma -

şı nın nömrəsi məlumdursa, istənilən maşın haqqında məlumatı asanca tapmaq

olar.

Təəssüf ki, bəzi hadisələr zamanı maşının nömrəsi həmişə mə lum olmur.



Məsələn, qəza törə dən sürücü hadisə ye rindən qaçdıqda, hadisənin şahidləri çox

zaman maşının nömrəsini deyə bilmirlər; ən yaxşı halda onlar maşının mar kasını

və rəngini xatırlaya bilirlər. Ağ rəngli “Mersedes”i tapmaq üçün bütün kar-

totekanı “ələk-vələk etmək” lazım gəlir. Bu hal son za man laradək belə idi.

Əlbəttə, bir neçə ayrı-ayrı kartoteka

düzəltmək olardı. Məsələn, avto 

mo 

-

billəri birində nömrələrinə görə, baş -



qasında rənglərinə görə, üçüncü sündə

isə ayrı bir əlamətə görə nizamlamaq

olardı. Ancaq belə təkrarlanmalar işin

həcmini əhəmiy 

yətli dərəcədə artırır,

çünki hər bir avtomobil haqqında bir neçə kart doldurmaq lazım gəlir.

Verilənlər

Verilənlər bazası

Sahə

Yazı


Cədvəl 

S

Ö

Z

L

Ü

K

2.1.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə