-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

7

ması kimi təşkilati işlər aparıcıya həvalə olunur. Konfrans iştirakçılarının tərkibi

və sayına, həmçinin, onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr,

hətta, yarım il də çəkə bilər. Öz məruzəsini, yaxud məlumatını təqdim edən işti-

rakçı ayrıca bir adresata deyil, konfransın bütün iştirakçılarına müraciət edir.

Adətən, telekommunikasiya şəbəkəsində eyni vaxtda müxtəlif mövzularda çoxlu

sayda konfranslar keçirilir və istifadəçi onların istənilən birində iştirak edə bilər.   

“On-line” ünsiyyət. Bəzən hər hansı problemi

operativ olaraq dialoq prosesində müzakirə

etmək zərurəti yaranır. Belə hallarda onlayn

(ingiliscə on-line – xətdə) adlandırılan real za -

man rejimində ünsiyyət texnologiyasından isti-

fadə olunur.

• 

Onlayn rejim informasiyanın ötürülməsi üçün maksimal opera-

tivliyin tələb olunduğu hallarda, məsələn, birjalarda, bank iş lə -

rində çox tətbiq olunur. Bu üsuldan kütləvi informasiya vasitələri

interaktiv sorğular, “canlı” dialoqlar zamanı geniş istifadə edir lər. 

• 

Adi istifadəçilər də ünsiyyət üçün onlayn xidmətlərdən yarar-



lana bilərlər. Son zamanlar İnternet istifadəçiləri arasında mətn

şəklində replikalar mübadiləsi geniş yayılıb. Real zaman reji-

mində belə söhbətlərin aparılmasını təmin edən sistemlər “gap

otaqları” (chat room) adlanır. Gaplarda həmsöhbətlərdən birinin

kom 


püterində yığılmış mətn eyni zamanda başqasının da

ekranında görünür.

• 

Gənclər arasında İnternet vasitəsilə daha bir ünsiyyət növü –



İnternet-peycerlər geniş yayılıb. Elektron poçtda olduğu kimi,

burada da real zamanda qısa məlumatların və hətta, faylların

mübadiləsini aparmaq olar.

Ən məşhur İnternet-peycinq sistemi ICQ (ay-si-kyu)

proq ramıdır. Ənənəvi İnternet xidməti olan elektron poçtdan

fərqli olaraq ICQ şəbəkəsində məlumatlar ani ötürülür. İn ter -

net-peycinqin hər bir abonentinin fərdi nömrəsi olur və şəbəkə ünsiyyətinin

Telefonla ünsiyyət həmişə on-line  rejimində baş verir. Teleqram göndə rərkən siz blankı



off-line rejimində doldurursunuz, sonra teleqrafçı on-line rejimində teleqramı rabitə xət-

tilə ötürür; sonra isə teleqramın ünvanlandığı şəxs onu off-line rejimində oxu yur. 

1. 

İNTERNET


XİDMƏTLƏRİ


həvəskarları bir-birlərinə təkcə elektron poçt ünvanlarını deyil, həmçinin ICQ

nömrələrini (ICQ#) də verə bilərlər.



İnternet-telefoniya.  İnternetdə danışıq və ya səs siqnallarını ötürmək üçün

İnternet-telefoniya texnologiyasından istifadə olunur. Da nışıq zamanı səs siqnal-

ları sıxılıb kodlaşdırılaraq verilənlər paketinə çevrilir. Sonra bu paketlər İnternet

vasitəsilə əks tərəfə gön dərilir. Adresata çatan paketlər dekodlaşdırılaraq yenidən

səs siqnalına çevrilir. 

İnternet-telefoniyada danışıq haqqı adi telefon rabitəsi ilə müqayisədə bir

neçə dəfə aşağıdır (xüsusən, beynəlxalq danışıqlar üçün).  

1. “On-line” nədir? Bu termindən harada istifadə olunur?

2. ICQ simvollar yığını nə deməkdir?

3. Telekonfrans hansı İnternet xidməti növünə aiddir?

4. İnternet-telefoniyanın ənənəvi telefon rabitəsindən hansı üstünlükləri var?

ŞƏBƏKƏ ETİKASI

• Şəbəkədə davranış normaları nəyə lazımdır

• Elektron yazışmalarda hansı qaydalara əməl olunmalıdır

• Gapda həmsöhbətlərlə necə davranmalı

• Telekonfranslarda davranış qaydalarının hansı xüsusiyyətləri var

İctimai yerlərdə davranış qaydalarını

uşaqlıqdan öyrədirlər. Virtual ün siy -

yət gerçək həyatda baş verən ün siy -

yətdən fərqlənir. Həmsöhbət 

ləriniz


si zi görmürlər, onlar nə sizin üstün-

lüklərinizi, nə də çatışmazlıqlarınızı

bilirlər, heç kəsi sizin ictimai möv -

qeyiniz maraqlandırmır. Bəzən vir-

tual ünsiyyət zamanı həmsöhbət 

-

lərdən kimsə öz davranışına görə heç bir cəza alma yacağını bilərək, başqalarını



təhqir edə, özündən çıxara, yaxud, sadəcə, zəhləsini tökə bilər. Buna görə də,

ICQ termini ingilis dilindəki “I seek you” (“Mən səni axtarıram”) ifadəsindən yaranıb.

Ünsiyyət etikası

Nik


Smaylik

S

Ö

Z

L

Ü

K

1.2.

8



şəbəkədə iş zamanı ümumi qəbul olunmuş müəyyən qaydalara – ünsiyyət etikası-

na riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üsulunun öz etik qaydaları var.

Onların bəzilərini nə zər dən keçirək.



Gap ünsiyyəti. Gənclər arasında çox geniş yayılmış gap xidməti ən demokratik

şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məs-

ləhətdir: 

• İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə

edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir.

• Özünüzü ağıllı göstərməyə çalışmayın. Bu, həmsöhbətinizi sizin

əley  hinizə çevirə bilər. Məlumatları sadə və aydın şəkildə gön -

də rin.


• Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirlərsə, gap-

dan uzaq  laşsanız daha yaxşı olar.

• Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin

mövzusundan kənara çıx mayın. Sözün həqiqi mənasında gap

etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.

• Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksə riy -

yəti izlənilir: etikanı pozan “ağzıyavalar” serverdən uzaq 

laş 


-

dırılır.


Daha bir neçə qayda:

• Qondarma addan (ing.  nik) istifadə edin, çünki gaplar qeyri-

rəsmi ünsiyyət üçündür.

•  


Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma

adınızı  dəyiş mə yin.

• Gapa daxil olanda salamlaşın.

• Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın,

çün ki sizin haq qınızda hövsələsiz, yaxud zəhlətökən həmsöh-

bət təəssüratı yarana bi 

lər. Cavab almaq üçün bir qədər

gözləyin – o, gecikə də bilər.



Elektron poçt ünsiyyəti. Elektron poçt vasitəsilə yazışma məktublaşanlar

arasında münasibətdən asılı olaraq işgüzar, yaxud şəxsi ola bilər.

Şəxsi məktublara etika baxımından ciddi tələblər qoyulmur. Yaxın dostunuza

yazdığınız istər adi, istərsə də elektron məktubda özünüz üçün məqbul olan

istənilən sözdən istifadə edə bilərsiniz. Şəxsi yazışmada məktubun üslubu və

ifadə tərzi məktublaşan insanların tanışlıq səviyyəsindən asılı olur. 

9

1. 


İNTERNET

XİDMƏTLƏRİ




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə