-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

Bundan başqa, real informasiya sistemlərində çoxsaylı müxtəlif veri lənlər

saxlanılır. Belə sistemlərdə axtarışın hansı əlamətə (yaxud əlamətlərə) görə

aparılacağını qabaqcadan demək mümkün olmur. Bu cür məsələlərin həlli, yəni

lazım olan informasiyanın məqbul zamanda tapılması yalnız kompüterlərin mey-

dana çıxmasından sonra mümkün oldu. 

Kompüterlərdə informasiyanı saxlamaq və axtarmaq üçün verilənlər bazası

adlandırılan xüsusi proqram sistemlərindən istifadə olunur. Verilənlər bazası



[database]  informasiyanın, yaxud verilənlərin nizamlı yığınıdır. Məlumatların

kompüterdə verilənlər bazası şəklində saxlanması həmin məlumatların çevik

olaraq tapılmasını, çap olunmasını, istifadəsini asanlaşdırır.

Verilənlər bazası haqqında əyani təsəvvürə malik olmaq üçün haqqında da -

nışdığımız avtomobillər kartotekasına bir neçə avtomobil haqqında məlumat

daxil edək.

Verilənlər bazasının mərkəzi obyekti cədvəldir [table]. Bu gün cədvəl əsasın-

da yaradılmış verilənlər bazası daha çox yayılıb. Ən sadə verilənlər bazasında da



azı bir cədvəl olur. Ümumiyyətlə isə, verilənlər bazasında, adətən, onlarca cəd-

vəl olur. Cədvəl sətirlərdən və sütunlardan ibarətdir.

Yuxarıda nəzərdən keçirdiyimiz misalda

cədvəlin hər bir sətri özündə 1 avtomobil

haqqında informasiyanı saxlayır. Verilənlər

bazası sistemlərində, adətən, sətir əvəzinə



yazı [record] termini işlədilir. Beləliklə,

verilənlər bazasının hər bir cədvəli yazılar-

dan ibarətdir. 

Cədvəlin hər bir sütunu avtomobilin bir

xarakteristikasını təs vir edir. Verilənlər ba zasında belə sütunları sahə [field] ad  -

landırırlar. Beləliklə, hər bir yazı sahələrdən təşkil olu nub.



Nömrə

Marka

Rəng

Buraxılış

ili

Qeydiyyat ili

Sahibi

1

10BD123 “VAZ-2106”



Qara

1999


2000

Qarayev A.

2

90LX432 “Mersedes”



2005


2007

Məmmədli Z.

3

10ON010 “TOYOTA”



Qırmızı

2007


2007

Bağırzadə E.

4

10UD324


“BMW”

Gümüşü


2000

2002


İvanova A.

5

90JU725



“TOFAŞ”

Qara


2003

2004


Hacımuradov Ş.

Sütun (Sahə)

Sətir

(Yazı)


17

2.

VERİLƏNLƏR



BAZASI


18

Yuxarıdakı cədvəldə hər bir yazı 6 sahədən ibarətdir (əslində, avtomobil

müfəttişliyinin gerçək verilənlər bazasında daha çox sahə olur).

Hər bir sahə adı və verilənlərin tipi ilə xarakterizə olunur. Avtomobillərlə

bağlı yuxarıda baxdığımız verilənlər bazasında Nömrə, Marka, Rəng, Buraxılış

ili, Qeydiyyat ili, Sahibi sahələrdir. Verilənlər bazasında sahələrin müxtəlif tipləri

ola bilər: mətn, ədəd, tarix, zaman, pul və s. Baxdığımız nümunədə sahələrin

adları birinci sətirdə, hər bir sahənin qiymətləri isə uyğun sütunda göstərilib.

1. Verilənlər bazası nədir?

2. Verilənlər bazası hansı obyektlərdən ibarətdir?

3. Verilənlər bazasında cədvəlin sətir və sütunları necə adlanır? 

4. Müəyyən fəaliyyət sahəsinə aid olan obyektlərin parametrlərini cədvəl şəklində

gös tərin. Cədvəldə sahələri və yazıları göstərin. 

VERİLƏNLƏR BAZASININ İDARƏOLUNMASI SİSTEMİ

• Verilənlər bazasının idarəolunması sistemi nədir

• Microsoft Access necə başladılır

• Cədvəl strukturunun yaradılması texnologiyası necədir

Verilənlər bazasında axtarışın opeativ -

li 


yini və keyfiyyətini təmin et 

mək


üçün  bu  prosesi  avto mat laş dır maq  la -

zım  dır.  Müasir  kom   püter  texnologiya -

la rı  müxtəlif  cür  informa siya  ların

elekt  ron  şəkildə  sax lan ması  və  emalını

təşkil etməyə imkan verir. Kompü ter -

də verilənlər bazasını bir neçə üsulla yaratmaq olar. Birincisi, Basic, Pascal, C++

və s. kimi proqramlaşdırma dillərinin köməyilə. Bu üsuldan təcrübəli proq ram -

çılar istifadə edirlər. İkincisi, verilənlər bazasının idarəolunması sistemi (VBİS)

ad landırılan xüsusi proqram mühitində. Belə sistemlərlə işləmək üçün kompüter-

lə işləmək bacarıqlarına malik olmaq və verilənlər bazasının işlənib hazırlanması

nəzəriyyəsinin əsaslarını başa düşmək lazımdır.     

İstənilən verilənlər bazası sahə və yazı adlandırılan sadə obyektlərdən ibarətdir. Sahə və

yazıların toplusu daha iri obyekt – cədvəl əmələ gətirir. Başqa sözlə, cədvəl yazılardan,

yazılar isə sahələrdən təşkil olunur.

Verilənlərin saxlandığı yeri – sahəni bir otaq kimi təsəvvür etsək, onda yazılara bir mən -

zi lin  otaqları, cədvəllərə isə bir blokda olan mənzillər kimi baxmaq olar. 

Verilənlər bazasının idarəolunması

sistemi 

Microsoft Access

Alətlər zolağı

Tapşırıqlar paneli



S

Ö

Z

L

Ü

K

2.2.


Ueyn Retliff

(19...........) 

19

Verilənlər bazasının idarəolunması sistemi (VBİS), verilənlər

bazasının yaradılması üçün proqram vas itələrinin toplusudur.

Hazırda bir neçə növ VBİS vardır ki, onlardan ən məşhurları bun-

lardır: Access, Oracle, MySQL, Yukon. Bu sistemlərin hər birinin öz

üstünlükləri və çatışmazlıqları var. Bunlardan geniş istifadə olunanı Microsoft

Office paketinə daxil olan Microsoft Access sistemidir. Adları çəkilən digər sis-

temlər isə şəbəkələr üçün daha güclü verilənlər bazasını yaratmaq məqsədi

daşıdığından onlardan az sayda mütəxəssislər istifadə edirlər.

Verilənlər bazasının idarəolunması sistemi

• verilənlər bazasının strukturunun yaradılmasını,

• bazanın verilənlərlə doldurulmasını,

• bazada olan verilənlərin redaktəsini (dəyişdirilməsini),

• informasiyanın vizuallaşdırılmasını

təmin edir. İnformasiyanın vizuallaşdırılması dedikdə, verilənlərin seçilməsi,

onların nizamlanması, lazım olan şəkildə tərtib edilməsi və çıxış qurğusuna

göndərilməsi nəzərdə tutulur. 



Microsoft Access sisteminin interfeysi. Access verilənlər bazasında minlər-

lə cədvəl ola bilər, hər bir cədvəldə olan yazıların sayı isə ilk növbədə kompü-

terinizin sərt diskində qalan boş yerin həcmindən asılıdır. 

Verilənlər bazası [database, DB] və VBİS  [Database Mana gement

Sys tem,  DBMS] anlayışları ötən əsrin 60-cı illə ri nin or ta larında, elekt -

ron hesablayıcı maşınların idarəetmə sahə 

lərində aktiv istifadə

edilməyə başladığı zamanlarda meydana çıxmışdır.  

1981-ci ildə Amerika Milli Kosmik Agentliyinin (NASA) mühəndisi

Ueyn Retliff [Wayne Ratliff] boş vaxtlarında futbol statistikasını

aparmaq üçün sadə VBİS hazırlamaqla məşğul olurdu. Bu sistem o

dövrün fərdi kompüterləri üçün nəzərdə tutulduğundan çox pri mi tiv

idi və yalnız bir neçə yüz yazını emal edə bilirdi. Retliff “Vulkan”

adlandırdığı bu sistemi satmağa başladı, lakin elə bir uğur qazana

bilmədi.


“Vulkan”ın reklamı proqram biznesi ilə məşğul olan Corc Teytin

gözünə sataşır və o, Retliffdən həmin sistemin satışının müstəsna

hüququnu alır. O zamanlar  “Vulkan” markası başqa firmaya məxsus

olduğundan yeni ad düşünmək lazım gəlir. Ticarət agentinin təklif

etdiyi dBase II adı çox uğurlu olur: o, həm sanballı səslənirdi, həm də

əvvəllər guya bu proqramın versiyasının çıxmasına işarə vururdu.     

Tezliklə dBase II proqram məhsulları bazarında öz yerini tutdu, onun

dBase III, dBase III+, dBase IV versiyaları yarandı. Sonradan isə

çoxsaylı bənzər sistemlər meydana çıxdı və cədvəllər üçün istifadə

olunan “dbf” formatı standarta çevrildi.

Ueyn Retliff  

(1946)

2.

VERİLƏNLƏR



BAZASI


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə