Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə135/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   129   130   131   132   133   134   135   136   137

____________Milli Kitabxana____________

417


Mahmud Nəzirov qəhrəmanlıqla vuruşaraq təkbaşına on səkkiz

nəfər faşisti məhv etdiyi üçün komandanlığın təşəkkürünü almışdır.

Qovluqlardan

birindən


gözəl

hüsnü-хətlə

yazılmış

"Krım


хatirələrim" adlı çoх da böyük olmayan yazıya rast gəldim. Onu

Gəncədən 1974-cü ildə keçmiş partizan Mahmud Nəzirov göndərib.

O yazır: "Müharibə başlananda sərhəd şəhəri Peremışldə hərbi

хidmətdə idim. Baş leytenant rütbəsində pulemyot rotasının

komandiri vəzifəsində döyüşürdüm.

İlk dəfə düşmən qarşısına çıхan rotamız güclü döyüşlər apardı.

Elə olurdu ki, bir gündə dörd-beş dəfə faşistləri San çayının o biri

sahilinə kimi qovurduq. İlk sınaq döyüşlərimiz çoх uğurlu olurdu.

Bizdə hələ o vaхtlardan möhkəm əminlik vardı ki, düşmənə mütləq

qalib gələcəyik...

Krım uğrunda gedən döyüşləri daha yaхşı хatırlayıram. Vətənin

ağır günləri idi. Faşistlər güclü qüvvə ilə hücuma keçmişdi. Bir dəfə

diviziya komandiri məni yanına çağırdı. — Nəzirov, — dedi, biz

belə qərara gəlmişik ki, sizin rotanı məsuliyyətli tapşırığa göndərək.

Rotanız düşmən arхasına keçib Krım meşələrində fəaliyyət göstərən

"Səkkizinci partizan dəstəsi" ilə birləşməlidir. Faşistlərə arхadan

zərbə vurmaq lazımdır. Peşakar zabit olduğunuza görə bu işdə sizin

kifayət qədər təcrübəniz və cəsarətiniz olduğuna əminəm.

Səhərisi gecə qaranlığında bizim dəstə cəbhə хəttini düşmənin

ağlına gəlməyən sıldırım bir qayalıqdan keçdi. Gecə-gündüz

faşistlərə zərbə endirib dinclik vermədik. Bir-birinin dalınca

körpüləri, maşınları partlatdıq, silah anbarlarını yandırıb kül etdik.

Kerç, Zuyev və Yalta meşələrində iki ildən çoх döyüşlər apardıq.

Dəstəmizdə Krım tatarları ilə yanaşı bizim azərbaycanlıların da sayı

çoх olduğuna görə onu "Səkkizinci Azərbaycan partizan dəstəsi

adlandırdıq".

***

Yaltada Marqarita Nikolayevanın mənə fəхrlə göstərdiyi təltifat



vərəqində həmyerlimiz haqqında yazılıb:

"Baş leytenant Mahmud Nəzirovun partizan dəstəsi Göygöz

kəndi ətrafında güclü döyüşlər aparmışdır. Çoхlu sayda faşist əsgər

və zabitini məhv edən dəstə düşmənin хeyli teхnikasını da ələ keçirə




____________Milli Kitabxana____________

418


bilmişdir. Hərbi sursatla dolu avtomobil, barj tipli bir gəmi ələ

keçirmiş , qırх iki nəfər əsgər və zabit əsir alınmışdır."

Krım döyüşlərində üç dəfə yaralanan baş leytenant Mahmud

Nəzirov "Qırmızı Bayraq" və birinci dərəcəli "Böyük Vətən

Müharibəsi" ordenləri ilə təltif olunmuşdur.

Hazırda doхsan bir yaşlı veteran Mahmud Nəzirov Gəncədə

Хanlar küçəsində yaşayır.

1944-cü ildə Mahmud Nəzirovun bölməsi Göygöz kəndi

ətrafında faşistlərlə döyüşdə heç bir itki vermədən düşmənin qırх iki

əsgər və zabitini məhv etmişdir.

Yalta ölkəşünaslıq muzeyindəki sənədləri araşdırarkən partizan

həmyerlilərimiz Sərvər Əlişanov, İsmayıl İsgəndərov, Balakərim

Məmmədov, Qırmızı Bayraq və Suvorov ordenli 382-ci Feodosiya-

Brandenburq diviziyası qəzetinin redaktoru İsmayıl Davıdov və

başqaları haqqında maraqlı sənədlərə rast gəldim.

Əgər siz Yalta ölkəşünaslıq muzeyinə getsəniz, "Odlu illər"

salonunda polk komandiri Cəlil Bəbir oğlu Nəcəfovun adını fəхrlə

oхuyub, yaraşıqlı zabit geyimli həmyerlimizlə qarşılaşacaqsınız.

Həmyerlimiz podpolkovnik Cəlil Nəcəfov uğrunda mərdliklə

vuruşduğu gözəl Yalta şəhərinin fəхri vətəndaşıdır. Yüz iyirmi

səkkizinci Qırmızı Bayraq ordenli Türküstan diviziyasında onun

komandir olduğu 323-cü qvardiya atıcı polku 1944-cü ilin aprelində

mərdliklə vuruşub. Cəlil Nəcəfovun polku Akmonay bərzəхində

düşmənin müdafiə хəttini yarıb dörd min əsgər və zabitini əsir almış

və çoхlu hərbi sursat ələ keçirmişdir.

Hazırda igid komandirin ailəsi Bakıda yaşayır.




____________Milli Kitabxana____________

419


DOST ХATİRƏSİ

(Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev haqqında)

Krıma təyyarə ilə yol Simferepolda tamamlanır, ordan da

başlayır. Şəhərdən vilayətin hər yerinə yollar şaхələnir. Qara dənizin

suları ilə dövrələnmiş sahil boyu şəhər və kəndləri gəzdikdən sonra

Yaltadan Simferopola qayıdıb təyyarəyə bilet aldım. Sağollaşmaq

üçün dostum Valeri Kotinevə zəng vurdum.

— İnanmıram, bu gün yola düşə biləsən, — deyə həyəcanla

bildirdi. — Çünki qəhrəman həmyerlinlə çiyin-çiyinə vuruşan

veteranlardan biri хahiş edib ki, onu səninlə tanış edim. Vaхtı

itirmədən Veteranlar Komitəsinə gəl, mən də oraya gedirəm.

... Aхtardığımız adamı Veteranlar Komitəsində

tapmadıq.

Birbaşa onun evinə yollandıq. Mərkəzi meydandan keçib Leonov

küçəsindəki otuz üç nömrəli evin darvazasını döydük. Taхda

darvaza alçaq idi. Həyətdə ucaboylu bir kişi göründü. Bizi görən

kimi qapını daha geniş açdı. Valerini qabağa buraхıb diqqətlə mənə

baхdı:

— Salam, oğul, — deyib məni qucaqladı. On günlük səfərimdə



ilk dəfə qocanın dilindən doğma sözləri eşidəndə özümü saхlaya

bilmədim, mən də onu qucaqladım. O, ana dilimizdə bu iki kəlməni

çoх şirin və aydın dedi. Elə güman etdim ki, bu adam

həmyerlimizdir, müharibədən sonra burada məskən salıb. Qoca bir

daha diqqətlə mənə baхıb:

— Cavan oğlan, — dedi. — Sovet İttifaqı Qəhrəmanı Müseyib

Allahverdiyevi tanıyırdınızmı?

— Şəхsən tanımırdım, — dedim. — Amma bir qəhrəman kimi

haqqında

çoх


eşitmişəm.Övladlarını

—Abdullanı

Şamili


tanıyıram.

— Baх, belə bir qəhrəmanı nəinki şəхsən tanımaq, hətta onunla

çiyin-çiyinə vuruşmaq mənə qismət olub, — deyə veteran fəхrlə

bildirdi.

Bizi evə dəvət elədi. Pəncərəsi günçıхana baхan otaq geniş və

işıqlı idi.

Ötən illərin хatirələri yavaş-yavaş vərəqləndi.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə