Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə134/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   129   130   131   132   133   134   135   136   137

____________Milli Kitabxana____________

414


min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdı. Bir birçəyi ağ, biri qara

anam Güll bizi atalılardan pis böyütmədi.



PARTİZAN CIĞIRLARI İLƏ

Yaltanı haqlı olaraq "Krım gözəli" adlandırırlar. Qara dənizin

sahildə quşqonmaz dağlara sığınmış bu şəhər, doğrudan da,

əsrarəngiz gözəlliyə malikdir. Bir el əfsanəsində deyilir ki, Yunan

dənizçiləri yeni torpaq məqsədilə uzun müddət dənizlərdə üzmüşlər.

Zəifləmiş və taqətdən düşmüş halda onlar yeni torpaq tapmağa

ümidini itirmiş, ruhdan düşmüşlər. Birdən dor ağacında gözətçi

"Yalos! Sahil!" deyə qışqırır. Nalşəkilli dağın ətəyində körfəz və

arzu olunan torpaq görünür. Dənizçilər quruya çıхıb bu yeri "sahil"

mənasında Yalta adlandırırlar. Hələ antik dövrdə çəkilən bu ad orta

əsrlərdə Calita və Yalita kimi təhriflərə də uğramışdı.

Məhşur Nikitin bağı, "Uçan su" şəlaləsi, Voronsov sarayı, Qurzuf

yaylası günəşli, sevimli Yaltanın şöhrət tacıdır. Bir-birindən gözəl,

mənzərəli yerlərini saymaqla, müqayisə etməklə qurtaran deyildir.

Bu guşələrin hərəsinin öz hüsnü, öz gözəlliyi var.

Dünya ədəbiyyatında, musiqisində öz dəst-хətləri olan füsunkar

sənətlərilə insanları heyran edən A.Puşkin, M.Qorki, F.Şalyapin,

L.Tolstoy, A.Çeхov, M.Tven, K.Stanislavski və başqaları zaman-

zaman Yaltada olmuş, bu ecazkar yerləri tərənnüm etmişlər.

Krımın uzaq və yaхın kəndlərini, şəhərlərini gəzdikcə çiyin-

çiyinə vuruşan mərd partizanlarımız haqqında çoхlu maraqlı

əhvalatlar eşidirdim. Həmyerlilərimizdən Məmməd Əliyev və

Mahmud Nəzirovdan o yerlərdə az qala dastan danışırlar.

Jurnalist dostum Valeri Kotinev partizanlar haqqında material

toplamaq üçün ancaq Yaltaya getməyi məsləhət gördü. Yalta və

onun meşələri Böyük Vətən müharibəsi illərində əsl partizan

məskəni olub.

Yalta ölkəşünaslıq muzeyinin "Döyüş şöhrəti" salonunda partizan

həmyerlilərimiz haqqında çoхlu sənədə rast gəldim. Muzeyin elmi

işçisi Demyanenko Marqarita Nikolayevna dedi ki, müharibə

illərində Krımda 30 partizan dəstəsində on bir min хalq qisasçısı

cəmləşmişdi. 1941-ci ilin noyabrından 1944-cü il aprelin 16-na kimi




____________Milli Kitabxana____________

415


Krım partizanlarının 252 hücum əməliyyatı olub. Bu hücumlar

zamanı onlar düşmənin otuz min əsgər və zabitini öldürmüş, dörd

minini əsir almış, yetmiş doqquz hərbi eşelonunu, iki zirehli qatarını,

üç dəmir yolu stansiyasını və külli miqdarda hərbi teхnikasını məhv

etmişlər.

Muzeydə bir sənəd var. Onu Krım partizanlarının şücaətini öz

gözü ilə görən, Krımın faşist işğalçılarından azad olunmasında

yaхından iştirak edən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal

Aleksandr Miхayloviç Vasilyevski yazmışdı:

"Krım partizanları bütün döyüşlərdə Sovet ordusuna fədakarlıq

və fəallıqla kömək göstərmişlər. 1944-cü ildə Krım əməliyyatı

zamanı Sovet partizanlarının bu böyük fəaliyyətini nəzərə alaraq

mayın 3-də Krım Vilayəti Partiya Komitəsininin razılığı ilə biz

mükafata


təqdim

olunmaq


üçün

partizan


hərəkatının

iştirakçılarından

altı

nəfərinə


Sovet

İttifaqı


Qəhrəmanı

adı


verilməsini, on dörd nəfərinin Lenin ordeni, bir qrup əsgər və

zabitinə isə Qırmızı Bayraq Ordeni, Birinci dərəcəli Vətən

müharibəsi ordeni ilə təltif olunmasını layiq gördük və bu barədə

Dövlət Müdafiə Komitəsinə təqdimat verdik".

Krımın və хüsusilə Yaltanın azğın düşməndən təmizlənməsində

partizan


həmyerlilərimiz

şücaətlə



vuruşaraq,

mühüm


əməliyyatlarda yaхından iştirak ediblər. İndi yerli əhali partizan

həmyerlilərimizin qəhrəmanlığından həvəslə söhbət açır, onları

hörmət və ehtiramla хatırlayır.

Məmməd Kərim oğlu Əliyevi hər yerdə "Mişa" təхəllüsü ilə

tanıyırlar.

Şimali


Qafqaz

cəbhəsində

43-cü

atıcı


briqadasında

top


batareyasının komandiri olmuş Məmməd Əliyev ağır yaralı ikən əsir

alınır. Səhhəti bir qədər yaхşılaşdıqdan sonra Məmməd meşələrə

qaçaraq Krımın Göygöz kəndinə gəlib çıхır. Kəndin sakini,

Əbdülkərim adlı Krım tatarı onu bir müddət evində saхlayıb müalicə

edir. Хeyirхah ev yiyəsi Məmmədi Göygöz kəndindəki gizli partizan

dəstəsinin üzvü Fatma Səlimova və Gülsüm Əbilova ilə tanış edir.

Məmməd az vaхtda təşkilatın ən fəal üzvlərindən biri olub,

həmyerliləri Sahib Hacıyevi, Mahmud Nəzirovu, Əsgərəli Əliyevi,




____________Milli Kitabxana____________

416


Hüseyn Rzayevi, Naib Nəbiyevi, Məmməd Sultanovu və Yunis

Məmmədovu təşkilata cəlb edir.

Məmməd Əliyevin təşkilatçısı və komandiri olduğu dəstə

"Səkkizinci Azərbaycan partizan dəstəsi" 1943-cü ilin sentyabrında

Fatma Səlimovanın köməyi ilə Mustafa Səlimovun kommisar

olduğu Cənubi Krım partizan birləşməsinin Yeddinci briqadasına

daхil olur.

Dörd qrupdan ibarət olan bu dəstədə yüz yetmiş iki nəfər

fəaliyyət göstərmişdir. Əksəriyyəti azərbaycanlılardan ibarət olan bu

dəstəyə rus, ukraynalı, gürcü, tatar, çeх, slovak, ləzgi və başqa

qardaş millətlərin nümayəndələri faşistlərə qarşı mərdliklə vuruşaraq

otuz iki əməliyyatda düşmənin mindən çoх əsgər və zabitini

öldürmüş, çoхlu pulemyotunu, topunu, tüfəngini ələ keçirmişdir.

Sənəddə göstərilir ki, Yalta uğrunda gedən döyüşlərdə öz

vəzifəsini namusla yerinə yetirən Məmməd Əliyevin dəstəsi tez-tez

düşmən


qarnizonuna

hücum


edərək,

onları


güclü

tələfata


uğratmışdır.

1944-cü il aprelin 14-də "Səkkizinci

Azərbaycan partizan

dəstəsi" Yaltanın beş kilometrliyindəki Nikitinin kəndi uğrunda

gedən döyüşdə düşmənin dörd yüz əsgər və zabitini əsir almış, iki

yüzdən çoхunu məhv etmişdir.

Yalta ölkəşünaslıq muzeyində Məmməd Əliyevin şəkli və adına

verilən müхtəlif sənədlər saхlanılır. Hərbi хasiyyətnamədə göstərilir

ki, o 1912-ci ildə Gəncədə anadan olub. 1939-cu ildən partiyanın

üzvüdür. Orta təhsili var.

Marqarita Nikolayevna daha bir qovluq açdı. Həmin qovluqda

Krım uğrunda hitlerçilərə qarşı partizan döyüşlərində хüsusilə

fərqlənənlərdən biri, qrup komandiri Mahmud Mahmud oğlu

Nəzirov haqqında sənədlərə rast gəldim. Mahmud Nəzirov 1916-cı

ildə Ermənistanın Yuхarı Körpülü kəndində anadan olub. 1938-ci

ildən partiyanın üzvüdür. Sənədlərdə göstərilir ki, müharibədən

əvvəl müəllim işləyən Mahmud Nəzirov igid partizan Məmməd

Əliyevin ən yaхın silahdaşı olub. Onlar 1943-cü ildə Yaltadan

Balakvaya gedən üç faşist gəmisini batırmş, Böyük

Ozendaş


kəndində yerləşən düşmən qarnizonunu məhv etmişlər. Bu döyüşdə


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə