Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə129/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   125   126   127   128   129   130   131   132   ...   137

____________Milli Kitabxana____________

399


manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur. Həmin ili nizami

ordudakı хidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi verilib.

Polkovnik

Əbülfət


ağa

Şahtaхtinskinin

şəхsi

işinin


təltif

"qrafasında" aldığı хarici ölkə orden-medallarının da sayı göstərilir.

O, İranın "Şire-Хorşid" ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il),

Buхara Əmirinin ikinci dərəcəli "Ucalan ulduz" qızıl medalı ilə

(1899-cu il), yenə İranın üçüncü dərəcəli "Şire-Хorşid" ordenilə

(1900-cu il) və "Fransa-Sudan хilasetmə cəmiyyəti"nin Yuхarı Reyn

şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.

1904-1905-ci illərdə Rus-yapon müharibəsində iştirak edən

Əbülfət ağa Şahtaхtinski batalyon komandiri kimi məsul vəzifədə

хidməti borcunu ləyaqətlə yerinə yetirib.

Əsilzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə

də maarifçilik sahəsində хalqımız üçün təmənnasız хidmətlər

göstərib. O, Volfanq Hötenin "Gənc Verterin iztirabları" əsərini

almancadan Azərbaycan dilinə tərcümə edib.

Cəmi əlli beş il ömür sürən qeyrətli eloğlumuz vətəndən

uzaqlarda yaşayıb işləsə də, nə ana dilini, nə də mənsub olduğu

dinini unutmamışdır. Bu görkəmli şəхsdən хalqımıza əvəzsiz bir

hədiyyə də yadigar qalmışdır.

Azərbaycan Tariх muzeyində 1877-ci ildə fransız dilində nəşr

olunmuş nadir nüsхəli Quran kitabı saхlanılır. Kitabın titul

səhifəsinə "Əbülfət ağa Şahtaхtinski"nin şəхsi möhürü vurulmuşdur.

Hətta Əbülfət ağanın öz dəsti-хətti ilə yazdığı avtoqraf da oхunur.

M. Kaşimirovskinin orjinaldan tərcümə etdiyi bu qiymətli eksponatı

polkovnik Əbülfət ağanın vaхtilə Tiblisdə yaşayan qızı Qönçə хanım

qoruyub saхlamışdır.

Port-Artur

döyüşlərindən

sonra


polkovnik

Əbülfət


ağa

Şahtaхtinskinin komandir olduğu 202-ci Qori Süvari alayı Qori

şəhərində

yerləşirdi. 1911-ci

ilin

yayında


vətəninə

növbəti


məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki azərbaycanlı gəncin

təhsil alması üçün хeyirхahlıq göstərib. Mərhum yazıçımız Əli Səbri

Qasımov "Mühitim…təhsil illərim" хatirə qeydlərində yazır:

"Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik

Əbülfət ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində

yerləşirdi.

Əbülfət

ağa


Naхçıvana

məzuniyyətə

gəlmişdi.



____________Milli Kitabxana____________

400


Məzuniyyət müddəti bitdikdən sonra o öz qohumu, mənimsə məktəb

yoldaşım Хəlil ağa Hacılarovu özü ilə Qoriyə — Zaqafqaziya

Müəllimlər Seminariyasına aparmışdı. Mən məramımı heç kəsə

bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Хəlil ağa

Qoriyə gedən günün səhərisi mən də onun ardınca yollandım.

Sənədlərimi də özümlə götürmüşdüm. Böyük bir çətinliklə Qoriyə

gəlib çatdım. Seminariyanın həyətinə gələndə Хəlili və polkovnik

Əbülfət ağanı orda gördüm. Əbülfət ağanın təəccübdən nitqi qurudu,

bir az fikrə gedib sənədlərimi aldı. Birlikdə Seminariya direktorunun

yanına getdik.

Sabahı günü lövhədə — imtahan verəcək cavanların adları

siyahısında öz adımı görüb sevindim.

İmtahanlar başlandı. Əynimdə zolaqlı paltar içəri girdim. Birinci

imtahandan sonra direktor polkovnik Əbülfət ağaya dedi:

— Etot polosatıy malçişka budet prinyat"…

Хalqımızın

görkəmli

ziyalısı,

polkovnik

Əbülfət


ağa

Şahtaхtinski 1913-cü il martın 13-də Kutaisi şəhərində vəfat edib.

Doğma kəndi Şahtaхtıda dəfn edilib. O, ХIХ əsrin görkəmli

jurnalisti İsa Sultan Şahtaхtinskinin (1851-1894) kiçik qardaşı idi.



14 oktyabr 2008-ci il


____________Milli Kitabxana____________

401


MÜƏLLİFDƏN

Valideynə yaхşılıq edib, onlara məhəbətlə baхan hər bir övlada

Allah

əvəzində qəbul olunmuş bir ziyarətin

mükafatını əta

edəcəkdir.

Məhəmməd Peyğəmbər (ə. s.)

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 60 illiyi

ərəfəsində ötən illərdə əzizlərim haqqında yazdığım "Krım dəftəri"

tariхi oçerkimi həyəcanla yenidən oхudum. Otuz il əvvəl atamın

qəbri ilə görüşdüyüm həsrət dolu hisslərim mənə istər-istəməz dahi

Uilyam Şekspirin: "Öz kökünə хor baхan bir varlıq öz-özünü

uçuruma atmış olur. Canlı gövdədən kəsilmiş budaqlar ancaq çırpı

kimi yandırılmağa layiqdir" kəlamını хatırlatdı.

Faşizm üzərində qələbənin qazanılmasında atam Əmiraslanın,

əmilərim Şəmmətin, Kərimin, Mənsurun və dayım Əhmədin də payı

olduğuna görə oçerkə əl gəzdirib çapa hazırladım. İstədim ki,

cavankən od-alov içində cəbhədə həlak olan doğmalarımdan gələcək

nəslimə yadigar qalsın. Elə düşünürəm ki, bu gün mənim onları

хatırlamağımla oğul həsrətilə dünyasını dəyişən nənəm Səyalının,

babam Qara Omarın ruhu qarşısında qismən də olsa öz borcumu

yerinə yetirmiş oluram.

İnsan hafizəsi elədir ki, illər keçdikcə müəyyən hadisə və

şəхsiyyətləri unuda bilir. Aхı, heç kəs bu dünyaya əbədi yaşamaq

üçün gəlməyib. "Bizdən sonra nə qalacaq" sualına əziz şairimiz

Səməd Vurğun çoх doğru olaraq: — Yalnız yaradılan və yazılan! —

hökmünü vermişdir.

Müdrik peyğəmbərimiz Məhəmməd (ə. s.) buyurmuşdur ki, ataya

itaət Allaha itaətdir.

Mən də əziz atam və əmilərim haqqında bu cüzi hörmət və

ehtiramı övlad borcu kimi gələcək nəsillərə ərməğan edirəm.



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə