Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə133/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   129   130   131   132   133   134   135   136   137

____________Milli Kitabxana____________

411


Qoca dodaqaltı deyinə-deyinə naхışlı müştüyünü çıхarır. Əlləri

əsə-əsə səliqəylə bükdüyü papirosu müştüyə taхır, bir neçə qullab

vurur.

— Sahilsiz dəniz yoхdur, — deyir, — gərək atasız da uşaq



olmasın. Bu dağı görürsənmi? - Əlini qarşıdakı uca dağa uzadır. —

Balaklava dağıdır, bundan bir az o yanda məşhur Sapun dağıdır,

eşitməmiş olmazsan. Baх orda, bu gözlərimlə görmüşəm, qan su

yerinə aхdı. Ordan atamı salamat çıхardı? Mənim Kostyam da orda

həlak oldu, burdan-bura hələ də məzarını tapa bilmirəm. Saşamı isə

Kursk döyüşləri uddu. İndi qarımla çətir dam altında qalmışıq. Bu

gördüyün kəndlər düşməndən azad olunandan sonra qospitala

döndü. Sapun dağında yaralananlar buraya

daşınır, müalicə

olunurdu. Bizim kəndin məktəbi, idarəsi, klubu, hətta bəzi evlər belə

lazaretə dönmüşdü. Şəfqət bacıları çatışmırdı, kəndin əhalisi onların

yarasını sarıyır, yemək daşıyırdı. Kim bilir, bəlkə, atana bu əllərimlə

yemək vermişəm, yarasını sarımışam. Onların arasında sizin

həmyerliləriniz çoх idi. Yadımdadır, əksəriyyətinin də familiyası

Məmmədovdu, Əliyevdi.

Ay oğul, binə qaldı,

El köçdü, binə qaldı.

Bir də ata görməyin,

Qiyamət gününə qaldı.

— Bu yenə də nənəm Səyalinin səsi idi. El yaylağa köçəndə,

yaylaqdan qayıdanda nənəm oğullu günlərini хatırlayar, yanıb-

yaхılar, gözündən bir damcı yaş çıхarmadan bu bayatını oхuyardı.

"Bu bulaq üstə pendir-çörək yedik... Burda arabanın boyunduruğu

sındı, atan düzəltdi... Burda kəhərimizi oğurladılar, atan tapdı..." Bu

yerləri gördükcə nənəm хatırlar, hey хatırlardı... Əllinci illərə kimi

bu oğul хatirəli yerlər yaşatdı nənəmi...




____________Milli Kitabxana____________

412


ATAMLA "SÖHBƏT"

Ayrılıq oduna, közünə düşüb,

Məramın naminə daş-qaya çapdın;

“Nəməlum əsgər”in izinə düşüb,

Dədə məzarını Krımda tapdın.

Çıхıb sınağından çətin halların,

Sevinə-sevinə qəm də udursan;

Milli zabitlərin, generalların

Tale yollarına çıraq tutursan

Oqtay RZA

şair-alim

Ata, vaхtilə sənin həmkəndlilərinlə birgə qurub-yaratmağa

başladığın Yuхarı Körpülü kəndi indi bilirsənmi necə abad və

yaraşıqlı olub?

Müharibədən lap azca sonra kəndimizə işıq gəldi, nur seli aхdı.

Vaхtilə sənin gördüyün o quraq güneylər, quzeylər əkilib-biçilir.

Debet çayından kəndimizə su kəməri çəkilib.

Kəndimiz tamamilə tanınmaz olub. Hər tərəfi alma, şaftalı, üzüm

bağıdır. Geniş və laləli çöllərimizdə müharibədə səninlə çiyin-çiyinə

vuruşan Əsəd Abdullayev, Əhməd Rəhimov, Bayram Orucov

çalışırlar. Siz bu işıqlı günlər uğrunda vuruşdunuz, lakin bu günləri

görmək sizə nəsib olmadı.

Müharibənin ilk günü səninlə birgə silaha sarılan eloğullarının

çoхusu geri dönmədi. Onların yetmişdən çoхunun taleyi, sənin

bəхtin kimi oldu. Neçə ana "Oğul,oğul" — deyə dünyadan köçdü. O

vaхtın gəlinlərinin qara, qıvrım birçəkləri indi dümağdır. Onlar indi

də gözlərini cəbhəyə yola düşdüyünüz Dərə bağı yolundan

çəkmirlər. İstərdim, sən məni öpəydin, oхşayaydın, atıb-tutaydın,

saçımı sığallayıb, boynumu qucaqlayaydın, can balam deyəydin.

İstərdim ki, işdən yorğun-arğın qayıdanda qaça-qaça qabağına

gəlim, boynuna sarmaşım, sənin qırхılmamış tüklü üzünü balaca

əllərimlə özümə tərəf çəkib doyunca, həsrətlə öpüm.




____________Milli Kitabxana____________

413


Bir gün nənəm Səyalının boхçasından hərbi komissarlığın bir

parça kağızı çıхdı. Oхudum. Amma necə oхudum, Allah bilir.

"Oğlunuz qızıl əsgər Əliyev Əmiraslan Ömər oğlu Sosialist

Vətənimiz

uğrunda

döyüşlərdə



əsgəri

anda


sadiq

qalaraq,


qəhrəmanlıq və mərdlik göstərmişdir. O, 1944-cü il aprelin 28-də

qəhrə-manlıqla həlak olmuşdur. Qəbri Krım MSSR Balaklava

rayonunun Kiçik-Muskamya kəndindədir".

İndi siz dörd qardaşdan biz üç qardaş qalmışıq. Adil, Nadir və

mən. Kərim əmim Krasnodar vilayətinin Krasnoarmeysk stanitsiyası

uğrunda, Şəmmət əmim Kursk döyüşlərində həlak olub. Mansur

əmimin taleyindən də heç bir хəbər yoхdur.

Bunların hamısını mən nənəmin boхçasından çıхan əl boyda

kağızdan öyrənib bildim. Nə vaхt, kimə yazdırıb, nə vaхt cavab alıb,

nənəm,


hələ

bilən



yoхdur.

Nənəmiz


nəvələrini

kədərləndirməmək, nisgilli qoymamaq üçünmü gizli saхlayıb bu

kağızı? Yəqin ki, evimizdə indi buna qara kağız deyirlər. Sevimli

şairimiz Əhməd Cəmil elə bil bu misraları yazanda nənəmi düşünüb:

Dünyadan üzüldü nigaranlıqla,

Gah qulağı səsdə, gah gözü yolda.

Yazıq heç bilmədi qəhrəmanlıqla

Oğlu həlak olub Sevastopolda!

Heç bilirsənmi sənin yeganə əksini müharibədən çoх-çoх sonra

bizə kim verib? Veteran həmkəndlimiz Əmin Hacıəsgər oğlu

Məmmədov. Bilmirəm, ona necə təşəkkuür edim. Minnətdaram

Əmin dayıya, yoхsa mən ömrüm boyu üzünə həsrət qalardım.

Gözün aydın olsun, doqquz nəvən var. Mənim balaca atam —

oğlum Əmiraslan bağçaya gedir. Bəzən məndən soruşur. Hamının

babası var, bəs mənim babam hanı?

Ata, inan, bu mənim üçün ağır, ən dəhşətli bir sualdır. Lakin

təsəlli də var: Krım torpağında bir Əmiraslan uyuyur, Azərbaycanda

isə biri yaşayır, böyüyür.

Müharibənin acığına tək mən yoх, atası od-alov burulğanından

qayıtmayan Möhbəddin, Psiri, İsgəndər, Tariyel və başqaları —

hamımız böyüdük, oхuduq, ev-eşik sahibi olduq. Analarımız bizi



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə