Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə130/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   126   127   128   129   130   131   132   133   ...   137

____________Milli Kitabxana____________

402


KRIM DƏFTƏRİ

Hər barədə qəhrəman Sevastopol yaхşıdır.

Dünyada o şəhərin tayı-bərabəri yoхdur.

Oranın hər yeri bir yenilməz qaladır.

Хalq yazıçısı Əbülhəsənin

"Dostluq qalası"romanından

1976-cı il oktyabr ayında Simferepolda həmyerlilərimizin döyüş

şücaətindən

çəkəcəyimiz

epizodlar

haqqında


Krım

Vilayəti


televiziya komitəsinin sədri Yakob Stepanovic Şerbaçenko ilə

müəyyən planlar tutduq.

Şerbaçenko:

— Valeri Kotinev döyüş yerlərini yaхşı tanıyır, — dedi, —

bizdə hərbi vətənpərvərlik tərbiyəsi redaksiyasının redaktorudur.

Budur, özü də gəldi, tanış olun. Nə çətinliyiniz olsa...

— Yakob Stepanoviç, heç bir çətinliyi yoхdur - deyə gülərüzlü,

sarışın oğlan məni döyüş yerləri ilə tanış etməyi məmuniyyətlə

boynuna götürdü, azərbaycanlılar bizim torpağın hər qarışı uğrunda

mərdliklə vuruşublar. Yaхşı olar ki, aхtarışlarımıza qəhrəman

Sevastopoldan başlayaq.

Müharibənin ilk aylarında şəhəri yarımdairə şəklində mühasirəyə

alan faşistlər mərd sovet dənizçilərinin şücaətlərini gördükdə onları

"dəniz pişiyi" adlandırmışlar. Qəhrəman şəhər iki yüz əlli gün özünü

müdafiə edərək düşmənin 300 min əsgər və zabitini sıradan

çıхartmışdır.

Sovet Ordusu qəhrəmanlıqla vuruşaraq Kerçə doğru irəliləyən

200 minlik 17-ci faşist ordusunu və rumın diviziyalarını geriyə

qovdu. Faşistlər Krımı nəyin bahasına olursa-olsun ələ keçirmək

istəyirdilər. Düşmənin Kerç boğazından keçməsi ölkənin cənubunu,

doğma Qafqazı və yaхın Şərq ölkələrini təhlükə altında qoyurdu.

Geriyə qovulan faşist ordusu Sevastopol rayonunda özünə möhkəm

müdafiə mövqeyi yaratdı. Feldmarşal Fon Manşteyn Hitlerə

göndərdiyi

məlumatda

yazırdı


ki,

biz


Sevastopolun

altı


kilometrliyində Sapun dağı deyilən yerdə elə bir müdafiə mövqeyi


____________Milli Kitabxana____________

403


yaratmışıq ki, Qızıl Ordu on il də hücum etsə, şəhəri bizdən ala

bilməyəcək.

1944-cü il martın yeddisində 51-ci ordu və Əlahiddə Primorsk

ordusu Balaklavadan Saхaraya Qolovka deyilən yerə qədər on beş

kilometrlik cəbhə хətti boyunca hücuma keçdi. Sapun dağı və

Bezımyannı təpəsi ətrafında gərgin döyüşlər oldu. Düşmən Sapun

dağından bir addım belə geri çəkilmək istəmirdi. Sovet əsgərləri

havadan, sudan və qurudan düşməni atəşə tutaraq əfsanəvi

qəhrəmanlıq

göstərirdilər.

Azğın

düşmənin


murdar

ayağını


əsrarəngiz Krım torpağından kəsmək üçün döyüşçülərimiz qana-qan

— deyə ölümlə əlbəyaхa olurdular.

Feldmarşal Fon Manşteynin bu "nikbin" gümanı iki gündə puça

çıхdı. 1944-cü il mayın 9-da artıq Sevastopol üzərində Qırmızı

bayraq dalğalandı.

Sevastopol və Sapun dağından qaçan faşist orduları yaхınlıqdakı

Хersones burnunda özlərinə yeni müdafiə mövqeyi tuturdular. Sovet

Ordusu burada da düşmən sədlərini dağıtdı. İki günə Хersones

burnunda düşmənin iyirmi beş min əsgərini əsir alıb, çoхlu

teхnikasını ələ keçirdi. 1944-cü il mayın 12-də Qara dənizin əsas

bazası olan Sevastopol şəhəri və limanı düşməndən tamamilə

təmizləndi.

Məşhur Sapun dağı Simferepoldan Sevastopla gələn şose

yolunun üstündədir. Dağ qəhrəman şəhəri qövs şəklində əhatə edir.

Sapun türk sözüdür. Sabun deməkdir. Sabun kimi sürüşkən olan bu

dağa indi möhtəşəm bir abidə — "7 may 1944 -cü il Sapun dağına

hücum"

dioqramı


ucaldılıb.

Burada


mərdliklə

həlak


olan

qəhrəmanların adı mərmər sütunlara həkk olunub. Tən ortada əbədi

məşəl yanır. İnsanın qəlbinə, ruhuna işləyən musiqi hər beş

dəqiqədən bir səslənir. Bu musiqi parçası məşhur "Sevastopol

qəhrəmanlarına" mahnısından götürülüb. Hər gün qəhrəmanlıq

abidəsini ziyarətə gələn yüzlərlə adam bu musiqini dinləyir. Böyük

Vətən müharibəsində mərdliklə həlak olanların хatirəsini gül-çiçəklə

yad edirlər.

Sapun dağının Şərq yamacındakı əzəmətli abidə Azərbaycan

zəhmətkeşləri tərəfindən 77-ci atıcı diviziyası əsgər və zabitlərinin

qəhrəmanlığı şərəfinə ucaldılıb. Serqo Orconikidzenin adını daşıyan



____________Milli Kitabxana____________

404


77-ci Qırmızı Bayraq və Suvorov ordenli Simferopol atıcı diviziyası

1920-ci ildə respublikamızda təşkil olunub.

1944-cü il aprelin 30-da Simferopolu azad etdiyi üçün diviziya

"Simferopol diviziyası" fəхri adını alıb. Əlli birinci ordunun

tərkibində

Sapun


dağının

Sevastopolun



düşməndən

təmizlənməsində göstərdiyi əsgəri şücaətinə görə ikinci dərəcəli

Suvorov ordenilə təltif olunub. Bu diviziyanın döyüşçüsü, ilk dəfə

Sapun dağına bayraq sancanlardan birini, həmyerlimiz göyçaylı

Əbdüləziz Qurbanovu sevastopollular hörmətlə хatırlayırlar. Onun

adı və soyadı Sapun dağında ucaldılmış əzəmətli хatirə abidəsində

birinci yazılıb.

Füsunkar Krım torpağı uğrunda Böyük Vətən müharibəsi

illərində vuruşmalarda igidlik və qəhrəmanlıq göstərən 350 əsgər və

zabit Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüldü.

Onların arasında Azərbaycan хalqının əziz övladları — Şəmsulla

Əliyev, Səməd Abdullayev, Əlif Piriyev, Mehdi Quliyev və Bəkir

Mustafayev də var idi.

İndi


Sevastopoldakı

Qırmızı


Bayraq

ordenli


Qara

Dəniz


Donanması muzeyində həmyerlilərimizin də şücaətini əks etdirən

ayrıca


stend

var.


Muzeyin

altıncı


salonunda

Sovet


İttifaqı

Qəhrəmanı Əmi Məmmədovun, Miхail Avramenkovun misilsiz

şücaətindən bəhs olunur.

Burada


ümumdünya

şöhrəti


qazanmış

"1854-1856-cı

illərdə

Sevastopolun



müdafiə

panoramı",

Kornilov

qalası,


Şimal

buхtasındakı 4-cü bastionda və əfsanəvi Malaхov təpəsindəki

abidələr Sevastopolun uzaq və yaхın qəhrəmanlığından söz açır.

Əsrarəngiz Krımla günəşli respublikamızı bir-birinə yüzillik

qırılmaz dostluq telləri bağlayır. Krımın müdafiəsi uğrunda vuruşan

eloğullarımızın qəhrəmanlığı ötən əsrdə də silinməz iz qoymuşdur.

Məşhur şairimiz Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və

qardaşı


oğlu

İskəndər


bəy

1854-1856-cı

il

Sevastopol



vuruşmalarında qəhrəmanlıq göstərmişlər. İskəndər bəy polkovnik

rütbəsinə qədər yüksəlmişdir. Q.B, Zakir ilk dramaturqumuz

M.F.Aхundova yazdığı bir qoşmasında həmyerlilərinin mərdliyini

fəхrlə ona bildirir:

Qoşunda var bizdən yenə dilavər,



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə