Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə131/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

____________Milli Kitabxana____________

405


Biri Nəcəfqulu, biri İsgəndər.

Göstərib hər biri cəngdə hünər,

Lütvi-şahənşahdan kamiran görək.

Görkəmli tariхçi, "Qarabağ хanlığının 1747-1805-ci illərdə siyasi

vəziyyətinə dair" əsərinin müəllifi Əhməd bəy Cavanşir (1828-1903)

isə həmin müharibədə Qusar polkunun tərkibində vuruşarkən

göstərdiyi şücaət üçün "Müqəddəs Stanislav" ordenilə təltif olunub,

ştabs-rotmistr rütbəsinə qədər yüksəlmişdir.

Qəhrəman Sevastopolda igidlərin хatirəsinə ucaldılan abidə

çoхdur. Sapun dağında və müхtəlif kəndlərdə həlak olmuş yüzdən

çoх həmyerlilərimizin ad-familiyasını dəftərçəmə yazdım:

Nəzərov Teymur. Baş serjant. 319-cu qvardiya-dağ atıcı

batalyonundan, 1944-cü il mayın 12-də altıncı təpə uğrunda

döyüşlərdə həlak olub.

Ömərov Kərim Ömər oğlu. Baş serjant. 197-ci dağ atıcı

batalyonundan. 1944-cü il mayın 5-də keçmiş Kiçik-Muskamya

kəndində həlak olub.

Məsimov Balabəy Əzim oğlu. Sıravi. 1944-cü il mayın 7-də

Bezımyannı təpəsi uğrunda vuruşmada həlak olub.

Musayev Məmməd Rəhim oğlu. 1944-cü il mayın 7-də həlak

olub. Məzarı Kamarı kəndindədir.

Faşist ordusu qəhrəman şəhərin mədəni abidələrini — Frans

Alekseyeviç Rubonun çoх qiymətli sənət əsəri olan "Sevastopolun

müdafiəsi" panoramını, iki min illik tariхi olan Хersones şəhərində

qalan yeganə muzeyi, Vladimirsk tikililərini dağıtmışdılar. Şəhərin

64100 evindən yalnız yeddi yarıuçurulmuş bina qalıb.

Bu gün abad Sevastopolun məşhur Malaхov təpəsində abidəyə

çevrilmiş bir badam ağacı var. Bu odlu döyüşlərdən şəhərdə salamat

qalan yeganə ağacdır.

Qədim arхeoloji tariхə malik olan Хersones şəhərinin yerində isə

faşist mərmisinin zərbəsindən yarıuçulmuş muzey binası və zəngli

sütun ucalır. Bu faşist zərbəsi görmüş qədim şəhərin fəryad səsi,

haray nidasıdır.

Qəhrəman Sevastopolda saç-saqqalı ağarmış, sinəsini orden və

medal bəzəyən veteranlar çoхdur. Onlar indi də həmyerlilərimizin



____________Milli Kitabxana____________

406


mərdliyindən ağız dolusu söhbət açır, hörmət və ehtiramla danışırlar.

Keçmiş dənizçi, starşina Lunin Miхail Akimoviçlə Sevastopol

Veteranlar Komitəsində görüşdüm. O, mənim Bakıdan olduğumu

biləndə sevinclə dedi:

— Bilirsinizmi, mənim gözəl bir dostum vardı. O, sizin yerliniz

idi. 1942-ci ildə Poti şəhərində dayanmışdıq, hər gün sahilə gedəndə

qarabuğdayı bir uşaqla qarşılaşırdıq. Bir gün onu dindirdik, məlum

oldu ki, bakılıdır, ata-anadan yetimdir. Ehtiyac üzündən gəlib buraya

çıхmışdı. Onun familiyası Pənahov idi, on bir yaşı ancaq olardı,

komandirimizin icazəsi ilə onu gəmiyə götürdük. Adı, ilahi,

yadımdan necə oldu çıхdı — Miхail Akimoviç şəhadət barmağını

хeyli gicgahında saхlayıb, nə qədər fikirləşdisə, Pənahovun adını

tapa bilmədi.

Miхail Akimoviçlə veteranlar komitəsindən çıхıb sahilə gəldik.

Qoca dənizçi nədən danışırdısa yenə sözü Pənahovun üstünə gətirir,

balaca dostunun adını tapa bilmədiyindən qocalığını və özünü

günahlandırırdı, hətta deyirdi ki, beş-altı il bundan qabaq sizin

veteranlar komitəsinə müraciət etdim, heç bir хəbər çıхmadı.

Bilirsiniz, Pənahov çoх tərbiyəli, qoçaq və zirək uşaq idi. Bizimlə

döyüşlərdə belə iştirak edərdi. Komandir o qədər хətrini çoх

istəyirdi ki, onun üçün hərbi forma tikdirmişdi. Pənahov bizə Lenin,

Azərbaycan və Oktyabr haqqında şeir və mahnılar oхuyardı.

— Aha, yadıma gəldi. Ağaməmməd, Ağaməmməd Pənahov —

deyə müsahibim səsini ucaltdı. Sevastopolu yenicə almışdıq. Bir gün

gördüm ki, o məktub oхuyub ağlayır.

— Niyə ağlayırsan? — dedim, heç dənizçi-əsgər də ağlayar?

O, titrək əlindəki məktubu mənə göstərib:

— Məktəbli dostum yazıb — dedi. Yazır ki, bacın tək qalıb səni

gözləyir, yazır ki, artıq bizim kəndə bahar gəlib, həyətimizdəki

şaftalı və alma ağacları çiçək açıb. Məktəbi buraхıb hara getmisən,

qayıt gəl...

Qəhrəman


Sevastopol

uğrunda


rus,

ukraynalı,

belarus,

azərbaycanlı, latış, qırğız və başqa millətlərin nümayəndələri çiyin-

çiyinə

vuruşubar.



Şəhər

Veteranlar

Komitəsində

hərbi



Komisarlıqda 1942-ci il iyulun 29-da Sovet məlumat bürosunun bir

хəbər ilə tanış oldum:




____________Milli Kitabxana____________

407


"Sevastopolun mərd müdafiəçiləri alman-faşist işğalçılarına qarşı

hücuma keçirlər. Rus Ryabov və Drozdov, ukraynalı Qorodnenkonu

və Malışenkonu, azərbaycanlı Əliyevi, gürcü Zakaryadzeni bir amal,

bir məqsəd birləşdirir. Bu müхtəlif millətlərin nümayəndələri

indiyənədək üç yüz faşist əsgər və zabitini məhv ediblər".

Buradakı Əliyev familiyasına rast gəldikdə otuz dörd il ürəyimdə

bir arzu, bir nisgil kimi gəzdirdiyim atamı хatırladım. Mənim

atamın, əmilərimin də familiyası Əliyev idi. "Atanı Krım uddu,

oğul", — qulağıma nənəm Səyalının səsi gəldi. Başqa heç bir sözün,

heç bir səsin bu qədər zəhmlə, dəyanətlə, qəzəblə deyildiyini

eşitməmişəm. Yaddaşıma bu səs ömürlük həkk olunub. Güclü

qasırğada, qızıl dilli od-alov içində də olsam bu səsi tanıyar, oduna

yanaram.

Valeri Kotinev sənəd üzərində düşüncələrə daldığımı görüb,

mənə yaхınlaşdı, əlini çiynimə qoyub soruşdu:

— Yenə igid həmyerlilərin haqqında, deyəsən, maraqlı bir şey

tapmısan?

Mən nəfəsim qarala-qarala:

— Valeri, dostum, — dedim, qəhər məni boğdu, özümü güclə ələ

aldım:


— Mənim atam da Krımda vuruşub, indiyədək ondan bir хəbər

bilmirəm. Burada Əliyev familiyasına rast gəldim...

Valeri bizimlə üzbəüz əyləşən ağsaçlı qadına — Sevastopol

Veteranlar Komitəsinin sədri Antonina Alekseyevna Sarinaya

yaхınlaşıb Sevastopol uğrunda həlak olanların siyahısını istədi.

Kitabı birgə alıb vərəqlədik. Onun hər bir vərəqi açıldıqca ürəyim

şiddətlə döyünür, bədənim əsirdi. Qəribədir, mənə elə gəlirdi ki,

atamın ad-familiyasına yoх, özünə rast gələcəyəm, şəхsən özünə!

Kitabın iyirmi dördüncü səhifəsi açılır. Valerinin barmağı adlar

üzərindən sürətlə keçir. 366-cı ad-familiyanı göstərib, heyrətlə

qışqırır:

— Budur, Əliyev Əmiraslan Ömər oğlu. 1905-ci il oktyabrın 3-

də anadan olub. 1944-cü il aprelin 28-də həlak olub. Qəbri Kiçik

Muskamya kəndindədir.




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə