Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə5/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   2   3   4   5   6   7   8   9   ...   124

Fəsil I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi 
votəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", 15 yanvar 
I  992-ci  il  tarixli  “İnvestisiyaların  qorunması  haqqında”,  15  dekabr 
1992-ci 
il  “Sahibkarlıq  fəaliyyəti  haqqında”  Azərbaycan 
Respublikasının Otımmlarında, Azərbaycan Respublikasının Gömrük 
Məcəlləsində  və  s.  qanunvericilik  aktlarında  belə  normalara  rast 
gəlmək mümkündür. 
Bıı  növ  nonnalar  özü-özlüyündə  kollizion  problemi  həll 
etmədiyinə və adi  halda  onların  tətbiqi kollizion nonnalar vasitəsilə 
mümkün olduğuna görə əksər müəlliflər tərəfindən beynəlxalq xüsusi 
hüquq  norması  kimi  qəbul  edilmir.  Lakin  İ.S.Pereterskiy, 
M.M.Baquslavs-  kiy,  V.P.Zvekov  kimi  əks  mövqedə  duranlar  da 
mövcuddur. 
§ 4. Beynəlxalq xüsusi hüquqim hüquq sistemində yeri 
Beynəlxalq  xüsusi  hüququn  hüquq  sistemində  yeri  məsələsi 
tarixən beynəlxalq hüquq elmində əsas müzakirə mövzularından biri 
olmuş və bu istiqamətdə diskussiyalar bu gün də davam etməkdədir. 
Fikrimizcə, bu problemin öyrənilməsi iki mərhələdən keçməlidir. İlk 
növbədə  beynəlxalq  xüsusi  hüququn  hansı  hüquq  sisteminə:  milli 
(dövlotdaxili)  və  ya  beynəlxalq  hüquq  (beynəlxalq  ümumi  hüquq) 
sistemlərinə  aid  edilməsini  müəyyən  etmək  lazımdır.  İkinci 
mərhələdə  i.sə  artıq  beynəlxalq  xüsusi  hüququn  onun  aid  olduğu 
hüquq  sistemində  yerini  konkretləşdirmək,  aydınlaşdırmaq  lazım 
gələcəkdir. 
Hüquq  ədəbiyyatında  beynəlxalq  xüsusi  hüququn  hansı  hüquq 
si.stcmİnə  aid  edilməsi  ilə  bağlı  müxtəlif  mövqelər  vardır.  Bu 
istiqamətdə mövcud olan mövqeləri üç qrupa bölürlər. 
Bir  qnıp  müəlliflər,  o  cümlədən  C.B.Krılov,  M.S.Straqoviç 
A.M.LadiJenskiy, F.C.Kojevnikov, İ.P.Blişenko, L.N.Qalenskaya be 
lə  hesab  edirlər  ki,  beynəlxalq  xüsusi  hüquq  beynəlxalq  ümumi  hii 
ququn tərkib hissəsidir. Bu mövqe əsaslandırılarkən müəlliflər əsa sən 
aşağıdakı cəhətləri xüsusi qeyd edirlər: birincisi, beynəIxal 
16 


§ 4. Beynəlxalq xüsusi hüququn hüquq sistemində yeri 
XÜSUSİ hüquq normaları ilo tənzimlənən münasibətlər beynəlxalq 
xarakter  daşıyır  və  hər  bir  halda  konkret  dövlətin  hüdudlarından 
kənara çıxır. Fəaliyyət sferası baxımından beynəlxalq xüsusi hüquq 
beynəlxalq ümumi hüquqla üst-üstə düşür. Bu zaman xüsusi olaraq 
göstərilir ki, beynəlxalq xüsusi hüquqla tənzimlənən münasibətlərlə 
bağlı mübahisələr son nəticədə dövlətlərarası konfliktə qədər böyüyə 
bilər; ikincisi, beynəlxalq xüsusi hüququn əsas mənbələrindən biri də 
beynəlxalq  müqavilədir.  S.B.Krılov  1930-cu  ildə  çapdan  çıxan 
“Beynəlxalq  xüsusi  hüquq”  dərsliyində  qeyd  edir  ki,  yalnız 
beynəlxalq  müqavilələri  öyrənmək  yolu  ilə  beynəlxalq  xüsusi 
hüququn  həqiqi  məzmunu  ilə  tanış  olmaq  mümkündür;  üçüncüsü, 
beynəlxalq  xüsusi  hüquq  nonnalarımn  bir  hissəsini  kollizion  hüquq 
nomıalan  təşkil  edir.  Bu  nonnalar  da  mənşə  etibarı  ilə  beynəlxalq- 
hüquqi xarakter daşıyır. Belə ki, bir tərəfdən bu və ya digər kollizion 
hüquq  norması  dövlətlərarası  beynəlxalq  müqavilə  ilə  müəyyən 
edilir,  digər  tərəfdən  isə  kollizion  hüquq  nomıalannm  əsasında  yüz 
illərlə fonnalaşan beynəlxalq adət dunır. 
İkinci  qrup  müəlliflər  beynəlxalq  xüsusi  hüquqa  milli  (dövlət- 
daxili) hüquq sisteminin tərkib hissəsi kimi baxırlar. İ.S.Pereterskiy. 
M.M.Boquslavskiy, İ.A.Quryev, L.A.Lunts, A.A.Rubanov, O.N. Sa- 
dikov və s. bu mövqedən çıxış edirlər. 
İ.S.Pereterskiy  özünün  "Beynəlxalq  xüsusi  hüququn  sistemi’" 
məqaləsində  göstərirdi  ki,  beynəlxalq  ümumi  hüquq  və  beynəlxalq 
xüsusi hüquq nonnalan ilə tənzimlənən münasibətlər mahiyyət etibarı 
ilə  bir-birindən  fərqlənir.  Beynəlxalq  xüsusi  hüquq  mülki-  hüquqi 
münasibətləri  tənzimləyir.  Beynəlxalq  ümumi  hüquqla  tənzimlənən 
münasibətlər isə daha çox dövlətlərarası, siyasi xarakter daşıyır. Hər 
İki  ifadədə  işlədilən  "beynəlxalq"  termini  müxtəlif  mənaları  verir. 
"Beynəlxalq ümumi hüquq" ifadəsində bu, dövlətlər- arası mənasım 
verirsə, İkincidə isə bu xarici elementə işarədir. 
I C«B. rtxryiiapL'TBo ıı npaHo. 1946, N'.’S, 9, c. 12-30 
17 


Fosii I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi 
Bu mövqeyi tək sivilistlər deyil, həm də beynəlxalq ümumi hüquq 
elmində  fundamental  tədqiqatlara  malik  olan  E.T.Usenko,  A.R. 
Müvçan, İ.İ.Lukaşuk və s. alimlər də müdafiə edirlər. 
Üçüncü qrupun fikrinə görə beynəlxalq xüsusi hüquq ikili təbiətə 
malikdir. Beynəlxalq xüsusi hüququn mənbələrinin müxtəlifliyindən 
(beynəlxalq  müqavilə  və  dövlətdaxili  qanunvericilik)  irəli  gələrək 
bəzi  alimlər  (A.N.Makarov,  R.A.Müllcrson,  K.L.Razumov, 
V.V.Qav- rilov) göstərirlər ki, beynəlxalq xüsusi hüquq nonnalan iki 
qmp  nomıalardan  ibarət  olduğundan  bu  hüquq  sahəsi  kompleks 
xarakter daşıyır. T.İ. Tunkin qeyd edirdi ki, beynəlxalq xüsusi hüquq 
bir his.səsi ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərinə, digər hissəsi 
beynəlxalq hüquq sisteminə aid olan hüquq normalarının kompleksi 
olub,  onu  nə  xüsusi  hüquq  sistemi,  nə  də  hüquq  sahəsi  kimi  qəbul 
etmək otar'. 
Hüquq  ədəbiyyatında  yuxanda  sadalanan  mövqelərlə  Üst-Üstə 
düşməyən  fikirlərə  də  rast  gəlinir.  Bütün  bunlara  baxmayaraq, 
qətiyyətlə  qeyd  etmək  olar  ki,  artıq  beynəlxalq  xüsusi  hüquq  məhz 
dövlətdaxili  hüquq  sistemində  “vətəndaşlıq  hüququ”  qazanmışdır. 
Yəni  beynəlxalq  xüsusi  hüquq  dövlətdaxili  hüququn  müstəqil  bir 
sahəsidir. Bununla bağlı olaraq bir sıra məsələlərə aydınlıq gətirmək 
lazımdır.  Əvvəla,  beynəlxalq  müqavilələrin  beynəlxalq  xüsusi 
hüququn  mənbəyi  olması  haqqında.  Beynəlxalq  xüsusi  hüquq 
nonnalarınm  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulması  təbiidir. 
Müasir  dövrdə  elmi-texniki  tərəqqinin  sürətli  inkişafı,  hərtərəfli 
inteqrasiya  prosesləri  onların  rolunu  və  əhəmiyyətini  bir  az  da 
artırmışdır.  Lakin  beynəl.xalq  müqavilənin  bu  və  ya  digər  formada 
(öz- özünə və ya bilavasitə) dövlət daxilində icrası üçün ilk növbədə 
onun dövlətin hüquq sisteminin tərkib hissəsinə daxil olması vacibdir. 
Bunun  üçün  dövlət  beynəlxalq  müqaviləyə  hansısa  formada 
(imzalama,  qoşulma,  ratifikasiya  və  s.)  tərəfdar  çıxmalıdır. 
Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 
I Me;.Kiiyıuıpo.muw rıpuKo. Q
IB
. peü. r.H.TyıiKUiı. M., 1982, c. 12 
18 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə