Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 4, Beynalxalt] xüsusi hiiqııc|im lüiquq sistcmindo yeri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə6/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   2   3   4   5   6   7   8   9   ...   124

§ 4, Beynalxalt] xüsusi hiiqııc|im lüiquq sistcmindo yeri 
İkinci  hissəsinə  görə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq  müqavilələr  Azərbaycan  Respublikasının  qanunvericilik 
sisteminin  ayrılmaz  tərkib  hissəsidir.  Beynəlxalq  müqavilə  döv- 
lətdaxili  hüquq  sisteminin  tərkib  hissəsinə  çevrildikdən  sonra  onda 
ifadə olunan normaların dövlət daxilində hüquqi qüvvəsindən söhbət 
gedə bilər. 
Kollizion  normalara  gəldikdə  isə,  bu  noniıalar  da  beynəlxalq 
müqavilə  ilə  müəyyən  edilməsindən  və  ya  beynəlxalq  adət  kimi 
formalaşmasından  asılı  olmayaraq  dövlətdaxili  hüquq  sisteminin 
tərkib  hissəsi  kimi  nəzərdə  tutulmalıdır.  Əks  halda,  dövlətdaxili 
qanunvericilikdə  nəzərdə  tutulmayan  kollizion  nonnalara  istinad 
edilmir. 
İkincisi, dövlət və hüquq nəzəriyyəsində hüquq sistemi ənənəvi 
hüquq sahələrinə bölünür. Bu zaman hüquq sahələrinin sırasında, bir 
qayda  olaraq,  beynəlxalq  xüsusi  hüququn  adı  çəkilmir.  Bu  da 
müəyyən  səbəblərdən  irəli  gəlir.  Belə  ki,  hüquq  sisteminin  hüquq 
sahələrinə bölünməsinin əsası kimi hüquqi nizamasalma prcdmeti və 
metodu  götürülür.  Beynəlxalq  xüsusi  hüququ  hüququn  müstəqil 
sahəsi  kimi  ayırmaq  üçün  göstərilən  əsaslardan  əlavə  beynolxalq 
xüsusi  hüququn  mülki  dövriyyə  ilə  bağlılığı  və  beynəlxalq  xüsusi 
hüququn  mühüm  bir  hissəsinin  kollizion  hüquq  nomıaları  təşkil 
etməsi kimi meyarları da nəzərə almaq lazımdır. Digər tərəfdən, bu 
son  vaxtlara  qədər  beynəlxalq  xüsusi  hüquq  normalarının  tiöv- 
lətdaxili  hüquqda  məcəllələşdirilməməsi  ilə  birbaşa  əlaqəli  idi. 
Bildiyiniz  kimi,  hər  bir  hüquq  sahəsinin  əsasında  müəyyən  sistemə 
salınmış  -  məcəllələşdirümiş  normativ  hüquqi  aktlar  durur. 
Azərbaycan Respublikasının hüquq sistemində isə beynəlxalq xüsusi 
hüquq  normaları  son  dövrləro  qədər  digər  hüquq  sahələrinin 
bilavasitə  mənbəyi  olan  məcəllələrdə  (2000-ci  ilə  qədər  qüvvədə 
olmuş  Mülki  Məcəllə,  Nikah  və  Ailə  Məcəlləsi,  Mülki-Prosessual 
Məcəllə və s.) təsbit edilmişdir. Təqdirəlayiq haldır ki, 6 iyun 2000-ci 
il  tarixdə  Respublikamızda  “Beynəlxalq  xüsusi  hüquq  haqqında’’ 
Qanun qəbul edilmiş və beynəlxalq xüsusi hüquq nomıala- rınm bir 
qismi orada sistemli şəkildə verilmişdir. 
19 


Fasil 1. Beynəlxalq xüsusi hüququn anlayışı, prcdmeti və sistemi 
Dünyanın  bir  sıra  dövlətlərində  (Avstriya,  Macarıstan,  Polşa, 
Türkiyə, AFR, İsveçrə, İtaliya və s.) analoji qanunlar xeyli əvvəl qəbul 
edilmişdir.  Bu  qanunlar  bir-birinin  təkrarı  deyildir  və  kifayət  qədər 
məzmun baxımından da bir-birindən fərqlənirlər. Bundan irəli gələrək 
qeyd etmək lazımdır ki, dünya üçün vahid beynəlxalq xüsusi hüquq 
mövcud  deyildir.  Əksinə,  Avstriyanın,  Macanstanın,  Polşanın, 
Türkiyənin,  Azərbaycanın  və  s.  beynəlxalq  xüsusi  hüquq  üzrə 
qanunvericilikləri vardır. 
Beləliklə,  bütün  bunlar  bir  daha  göstərir  ki,  beynəlxalq  xüsusi 
hüquq dövlətdaxili hüquq sisteminin tərkib hissəsidir və onun ayrıca, 
müstəqil bir sahəsini təşkil edir. 
§ 5. Beynəlxalq ümumi və xüsusi hüquq 
Dövlətdaxili  hüququn  bir  sahəsi  kimi  xarakterizə  etdiyimiz 
beynəlxalq xüsusi hüququn beynəlxalq ümumi hüquqla sıx əlaqələrini 
inkar  etmək  də  qeyri-mümkündür.  Obyektiv  xarakter  daşıyan  belə 
əlaqələrin mahiyyətini düzgün dərk etmək üçün beynəlxalq ümumi vo 
beynəlxalq  xüsusi  hüquq  arasında  oxşar  və  fərqli  məqamları 
göstərmək vacibdir. 
Beynəlxalq xüsusi hüquq ıionnalan ilə tənzimlənən münasibətlər 
beynəlxalq  xarakter  daşıdığından  beynəlxalq  ümumi  hüququn 
hazırlamış olduğu bir sıra başlanğıclar onun üçün xüsusi önəm kəsb 
edir. Bura, hər şeydən əvvəl, beynəlxalq ümumi hüququn prinsipləri 
aiddir, Məsələn, beynəlxalq xüsusi hüququn əsas anlayışlarından olan 
"dövlət  immuniteti"  birbaşa  beynəlxalq  ümumi  hüququn  əsas 
prinsiplərindən biri olan suveren bərabərlik prinsipindən irəli gəlir və 
ona  əsaslanır.  Və  yaxud,  əsas  insan  hüquq  və  azadlıqlarına  hörmət 
prinsipi beynəlxalq xüsusi hüququn ana xəttini təşkil edir. Beynəlxalq 
öhdəlikləri  vicdanla  yerinə  yetirmək,  bir-birinin  daxili  işlərinə 
qarışmamaq,  dövlətlərin  əməkdaşlığı,  ayrı-seçkiliyin  qadağan 
olunması  kimi  prinsiplər  də  bu  qəbildəndir.  Bir  sözlə  beynəlxalq 
ümumi və beynəlxalq xüsusi hüququn ümumi başlanğıcları eynidir. 
20 


§ 5. üeynolxalq ümumi və xüsusi hüquq 
Digər oxşar məqam isə beynəlxalq ümumi və beynəlxalq xüsusi 
hüququn  ifadə  forması  olan  beynəlxalq  müqavilə  ilə  bağlıdır. 
Bildiyimiz  kimi  beynəlxalq  ümumi  hüququn  əsas  mənbəyi  kimi 
beynəlxalq  müqavilələr  çıxış  edir.  Beynəlxalq  müqavilələrdə,  eyni 
zamanda,  beynəlxalq  xüsusi  hüquq  nomıaları  (kollizion  və  unifıka- 
siya  edilmiş  maddi  hüquq  normaları)  da  nəzərdə  tutula  bilər.  Belə 
beynəlxalq müqavilələr dövlətdaxili hüquq sisteminə daxil edildikdən 
sonra beynəlxalq xüsusi hüququn mənbəyinə çevrilir. Maraqlı cəhət 
burasındadır ki, beynəlxalq xüsusi hüququn mənbəyi kimi beynəlxalq 
müqavilələrin əhəmiyyəti artır. Dövlətlər arasında getdikcə dərinləşən 
hərtərəfli, xüsusən mülki dövriyyədə gedən inteqrasiya proseslərinin 
hüquqi  tənzimlənməsi  zamanı  meydana  çıxan  hüquqi  boşluğun  ən 
səmərəli həllİ məhz beynəlxalq müqavilələrin bağlanmasından keçİr. 
Beynəlxalq  ümumi  və  beynəlxalq  xüsusi  hüquq  arasında  oxşar 
məqamları  axtaranlar  həm  də  onların  tənzimlədiyi  münasibətlərin 
beynəlxalq  xarakter  daşıdığına  istinad  edirlər.  Beynəlxalq  xüsusi 
hüquq mülki dövriyyədə baş verən münasibətləri tənzimləsə də, belə 
münasibətlər bir dövlətin hüdudlarından kənara çıxan münasibətlərdir 
və sözün geniş mənasında beynəlxalq münasibətlər hesab edilir. 
Beynəlxalq  ümumi  və  beynəlxalq  xüsusi  hüquq  arasında  fərqli 
məqamlar isə aşağıdakılardır: 
Birincisi, onlar, hər şeydən əvvəl, bir-birindən tənzimləmə pred- 
metinə  görə  fərqlənirlər.  Beynəlxalq  ümumi  hüquqla  tənzimlənən 
münasibətlər  daha  çox  siyasi  xarakter  daşıyan  dövlətlərarası 
münasibətlərdir;  onun  predmetini  əsasən  beynəlxalq  sülhün  təmin 
edilməsi, beynəlxalq təhlükəsizlik, tərk-silah, dövlət suverenliyi və s. 
bu kimi məsələlər təşkil edir. Beynəlxalq xüsusi hüququn predmetini 
isə  xüsusi  hüquq  xarakterli  münasibətlər  təşkil  edir.  Bu 
münasibətlərin  əsas  hissəsini  əmlak  və  şəxsi  qeyri-əmlak 
münasibətləri təşkil edir; 
İkincisi,  onlar  bir-birindən  subyektlərinə  görə  fərqlənirlər. 
Beynəlxalq  ümumi  hüququn  əsas  subyekti  kimi  dövlət  çıxış  edir. 
Digər 
21 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə