Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

2016v1 

21 


 

vasitələrinə  təminatlı  texniki  xidmət  göstərən  texniki-təmir  sahələri  haqqında”  və  “Nəqliyyat  vasitələrinə  təminatlı 

texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir. 

V.  İstismarda  olan  nəqliyyat  vasitəsinə  həmin  modelin  normativ-texniki  sənədlərində  nəzərdə  tutulmayan  hissələr 

quraşdırmaq  yolu  ilə  onun  konstruksiyasının  parametrlərinin  dəyişdirilməsi  beynəlxalq  normativlərə  və  standartlara 

uyğun  gəlməlidir.  Nəqliyyat  vasitəsinin  tam  kütləsinin  və  bu  kütlənin  oxlar  üzrə  paylanmasının,  ağırlıq  mərkəzinin, 

təkər  bazasının  və  ya  təkər  düsturunun  pozulmasına,  habelə  tormoz  və  sükan  idarə  sisteminin  əvəz  olunmasına 

səbəb olan dəyişikliklər edilməsi qadağandır. 

VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda 

aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş 

nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat 

vasitələrinə,  təhlükəli  yüklərin  daşınması  üçün  xüsusi  təyinatlı  texniki  təhlükəsizlik  üzrə  uyğunluq  sertifikatı  olan 

nəqliyyat vasitələrinə - ildə bir dəfə; 

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu 

maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): 

istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə

istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə. 

VI-I. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 

1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə 

və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı 

və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi

2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi

3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə 

keçirilməsi; 

4)  dövlət  rüsumunun  yalnız  bank,  poçt,  plastik  kart,  elektron  ödəmə  sistemləri  və  ya  İnternet  vasitəsi  ilə 

ödənilməsi; 

5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi. 

VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur: 

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş 

nəqliyyat  vasitələri,  həmçinin  avtobuslar,  icazə  verilən  maksimum  kütləsi  3,5  tondan  artıq  olan  yük  avtonəqliyyat 

vasitələri,  təhlükəli  yüklərin  daşınması  üçün  xüsusi  təyinatlı  texniki  təhlükəsizlik  üzrə  uyğunluq  sertifikatı  olan 

nəqliyyat vasitələri - istehsal olunduğu vaxtdan bir il müddətində

2)  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitələri  (bu 

maddənin  VI-II  hissəsinin  1-ci  bəndində  göstərilənlər  istisna  olmaqla)  -  istehsal  olunduğu  vaxtdan  dörd  il 

müddətində. 

VII.  Texniki  baxış  keçirilməsi  üçün  nəqliyyat  vasitəsinin  sahibi  və  ya  sərəncam  vermək  hüququ  olan  digər  şəxs 

müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: 

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini

3)  nəqliyyat  vasitəsinin  istismarının  qadağan  edilməsinə  səbəb  olan  nasazlıqların  aradan  qaldırılması  barədə 

təminatlı  texniki  xidmət  göstərən  texniki-təmir  sahəsinin  və  ya  stansiyasının  sənədini  (əgər  belə  xidmət  həmin 

stansiya və ya sahə tərəfindən göstərilmişdirsə); 

4)  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  məbləğdə  dövlət 

rüsumunun ödənilməsi barədə sənədi;  

5)  avtonəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin  icbari  sığortasının  və  sərnişin  daşımaları  xidmətini 

həyata  keçirən  avtonəqliyyat  vasitələri  ilə  daşınan  sərnişinlərin  (şəhərdaxili  və  ya  qəsəbədaxili  daşınan  sərnişinlər 

istisna  olmaqla)  fərdi  qəza  sığortasının  "İcbari  sığortalar  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 

olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini. 

VIII.  Nəqliyyat  vasitəsinin  sahibi  və  ya  sərəncam  vermək  hüququ  olan  digər  şəxs  tərəfindən  müvafiq  sənədlər  və 

nəqliyyat  vasitəsi  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulmuş  orqanlara  təqdim 

edildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi 

nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir. 

IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki 

baxışdan  keçirməməyə  görə  nəqliyyat  vasitəsinin  sahibləri  nəqliyyat  vasitəsinin  texniki  vəziyyətinə  cavabdeh  olan 

şəxslər  və  ya  sürücüləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyırlar.  

X.  Nəqliyyat  vasitəsinin  sahibindən  və  ya  sərəncam  vermək  hüququ  olan  digər  şəxslərdən  bu  Qanunla  nəzərdə 

tutulmayan  sənədləri  tələb  etməyə,  nəqliyyat  vasitələrinə  texniki  baxışın  keçirilməsində  süründürməçiliyə  yol 

verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü 

hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə