Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

2016v1 

22 


 

süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki 

məlumatların  həqiqətə  uyğun  olmamasına  görə  nəqliyyat  vasitəsinə  təminatlı  texniki  xidmət  göstərən  təminatlı 

texniki-təmir  sahəsinin  və  ya  stansiyasının  müvəkkil  edilmiş  şəxsləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

 

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması 

I.  Nəqliyyat  vasitələrinin  sahibləri  və  ya  sürücüləri  nəqliyyat  vasitələrini  duracaqlarda  və  qarajlarda,  habelə  yol 

hərəkəti  təhlükəsizliyi,  ətraf  mühitin  mühafizəsi  və  ictimai  təhlükəsizliyin  tələblərinə  cavab  verən  yerlərdə 

saxlamalıdırlar.  “Nəqliyyat  vasitələrinin  duracaqları  və  qarajlar  haqqında”  nümunəvi  Əsasnaməni  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları: 

1)  yaşayış  məntəqələrinin  layihələşdirilməsi  zamanı  nəqliyyat  vasitələri  duracaqlarının,  habelə  qarajlarının 

yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar; 

2)  qarajların və  ya  duracaqların tikintisi  üçün  torpaq  sahələrini  bu  barədə  müraciət etmiş  şəxslərin  olduqları 

ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar. 

III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə 

saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara 

uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri: 

1)  nəqliyyat  vasitəsinin  sahibindən  və  ya  sürücülərindən  nəqliyyat  vasitəsinin  saxlanılma  qaydasına  əməl 

olunmasını tələb etməlidirlər

2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda 

isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları 

hökmən qeydə almalıdırlar; 

3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi 

sənəd verməlidirlər; 

4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat 

vasitəsini saxlanca qəbul etməməlidirlər

5)  nəqliyyat  vasitəsi  oğurlandıqda  və  ya  qaçırıldıqda,  müvafiq  icra  hakimiyyəti  orqanlarına  təcili  məlumat 

verməlidirlər. 

V.  Nəqliyyat  vasitələrinin  icazə  verilməyən  yerlərdə  saxlanılması  üçün  sürücülər  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası 

I.  Bu  Qanunun  27-ci  maddəsinin  ikinci  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulan  nəqliyyat  vasitələrinin 

özgəninkiləşdirilməsində  və  girov  qoyulmasında  maraqlı  olan  şəxs,  müvafiq  əqd  bağlamazdan  əvvəl,  nəqliyyat 

vasitəsini  müayinədən  keçirilməsi  üçün  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 

etməlidir.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  nəqliyyat  vasitəsinin  qeydiyyat  sənədlərini, 

onun  mühərrik,  ban  və  şassi  nömrələrini,  rəngini  informasiya-axtarış  bazasının  məlumatları  əsasında  yoxlayır  və 

yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. 

II.  Nəqliyyat  vasitəsinin  özgəninkiləşdirilməsi,  girov  qoyulması  yalnız  nəqliyyat  vasitəsinin  müayinədən  keçirilməsi 

haqqında  arayış  təqdim  edildikdən  sonra,  Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq  olaraq,  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. 

4 FƏSİL 

Nəqliyyat vasitələrini idarəetmə hüququ 

 

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ 

I.  Bu  maddənin  ikinci  hissəsində  nəzərdə  tutulan  yaş  həddinə  çatmış,  sağlamlıq  cəhətdən  sürücülüyə  yararlı,  yol 

hərəkəti  qaydalarını  bilən,  sürmə  vərdişi  və  sürücülük  vəsiqəsi  olan  hər  bir  fiziki  şəxs  Azərbaycan  Respublikasının 

ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. 

II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan 

yaranır:  

1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;  

2) asma mühərrikli velosipedi, mopedi və “A1” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə 

hüququ - 16 yaşdan;  

3) “A”, “B” və “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;  

4) “BE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;  



2016v1 

23 


 

5) tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 

21 yaşdan;  

6) “DE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.  

“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər “BE” 

kateqoriyasına, “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik 

olan şəxslər isə müvafiq olaraq “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək 

hüququna malikdirlər.  

Hərbi  qulluqçular  “CE”,  “D”  və  “DE”  kateqoriyasına  daxil  olan  nəqliyyat  vasitələrini  idarəetmə  hüququnu 

qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.  

III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini 

idarə  etməsinə  mane  olan  xəstəliklərin  və  ya  fiziki  qüsurların  siyahısını  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  müəyyən  edir  və  sürücülüyə  yararsız  hesab  edilən  şəxslər  barədə  məlumatları  müvafiq  icra 

hakimiyyəti orqanlarına göndərir. 

IV. Velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki 

yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. 

V.  Azərbaycan  Respublikasının  ərazisindəki  yollarda  hər  hansı  fiziki  şəxsin  nəqliyyat  vasitələrini  idarəetmə  hüququ 

yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək

2)  şəxs  tərəfindən  yol  hərəkətinin  qaydaları  bu  Qanunla  müəyyən  edilmiş  hallarda  kobud  surətdə 

pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan 

müddətin qurtarmasınadək; 

3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə 

— xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. 

VI.  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  siyahıda  nəzərdə  tutulmuş 

xəstəliklərlə  əlaqədar  psixiatriya  və  ya  narkoloji  dispanserlərin  uçotunda  olan,  yaxud  nəqliyyat  vasitələrini  idarə 

etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların 

ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə 

görə  sürücülük  hüququndan  məhrum  olunmuş  şəxslər  avtobusları,  tramvayları  və  trolleybusları  idarə  etməyə 

buraxılmırlar.  



 

Maddə 34. Sürücülük vəsiqəsi 

I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. 

II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin 

aşağıdakı növləri vardır: 

1) motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün

2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. 

III.  Növündən  asılı  olmayaraq  hər  bir  sürücülük  vəsiqəsində  ellips  işarəsi  daxilində  Azərbaycan  Respublikasının 

beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: 

1) sahibinin soyadı; 

2) sahibinin adı və atasının adı; 

3) sahibinin doğum tarixi və yeri; 

4) sahibinin yaşayış yeri; 

5) vəsiqəni vermiş orqanın adı; 

6) vəsiqənin verilmə tarixi və yeri

7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; 

8) vəsiqənin nömrəsi; 

9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; 

10) sahibinin qan qrupu və imzası; 

11) xüsusi qeydlər. 

IV. Avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində 

nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin 

aşağıdakı kateqoriyaları göstərilir: 

1) “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri 

idarə etmək üçün;  

2) “A” - bütün növ motosikletləri idarə etmək üçün;  

3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:  

“A”  kateqoriyasına  aid  edilməyən,  icazə  verilən  maksimum  kütləsi  3.500  kq-dan,  oturacaq  yerlərinin  sayı 

sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;  

qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;  



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə