Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

2016v1 

19 


 

XIV.  Təqdim  edilən  sənədlərdə,  dövlət  qeydiyyat  nişanlarında  saxtakarlıq  əlamətləri  aşkar  edildikdə,  nəqliyyat 

vasitələrinin  mühərrik,  ban  və  şassi  nömrələri  dəyişdirildikdə,  aqreqat  nömrələrinin  və  qeydiyyat  məlumatlarının 

təqdim  edilən  sənədlərə  uyğunsuzluğu,  habelə  nəqliyyat  vasitələrinin  və  ya  təqdim  edilən  sənədlərin  axtarışda 

olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar 

aparılır. 

XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, 

nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin  və  ya  dövlət  qeydiyyat  nişanının  verilməsi  üçün  nəqliyyat 

vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. 

XVI.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  nəqliyyat  vasitəsini  qeydiyyata  almaqdan  imtina 

etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. 

XVII. Azərbaycan Respublikasının ərazisində: 

1)  dövlət  qeydiyyatından  keçməyən  və  yaxud  nəqliyyat  vasitəsinin  geri  qaytarılması  barədə  öhdəçiliyə  əməl 

etməyən; 

2)  dövlət  qeydiyyat  nişanı  və  ya  onlardan  biri  yerində  olmayan,  eləcə  də  saxta  və  ya  başqa  nəqliyyat 

vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə 

edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

XVIII. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya 

dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri 

tələb  edən,  nəqliyyat  vasitəsinin  qeydiyyata  alınmasında  və  ya  qeydiyyatdan  çıxarılmasında  süründürməçiliyə  yol 

verən  və  ya  onların  həllindən  qanunsuz  olaraq  imtina  edən  bu  maddənin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə 

tutulmuş  orqanların  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

XIX.  Nəqliyyat  vasitəsinin  sahibi  nəqliyyat  vasitəsinin  qeydiyyata  alınması  və  ya  qeydiyyatdan  çıxarılması  zamanı 

süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından inzibati qaydada və (və ya) məhkəməyə 

şikayət edə bilər. 

 

Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 

I.  Nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsi  Azərbaycan  Respublikasının  ərazisində  və  onun  hüdudlarından 

kənarda  yol  hərəkətində  olan  nəqliyyat  vasitəsi  və  onun  sahibi  haqqında  məlumatları  təsdiq  edən  vahid  sənəddir. 

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol 

hərəkətində  fərqlənmə  nişanı  —  “AZ”,  bu  sənədi  verən  orqanın  adı,  onun  verilmə  tarixi  və  aşağıdakı  məlumatlar 

göstərilir: 

1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”; 

2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”; 

3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”; 

4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”; 

5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”; 

6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”; 

7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”; 

8)  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin  etibarlılıq  müddəti  (bu  müddət  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”. 

II. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində 

(“Certificat  dimmatriculation”),  bu  maddənin  birinci  hissəsinin  1-ci—8-ci  bəndlərində  göstərilən  məlumatların  adı 

Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. 

III.  Nəqliyyat  vasitəsi  qeydiyyat  üzrə  uçota  alındıqda,  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  hissəsində  nəzərdə 

tutulmuş  orqan  tərəfindən  nəqliyyat  vasitəsinin  sahibinə  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsi  verilir. 

Nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin  verilməsi  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. 

IV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat 

şəhadətnaməsi  itdikdə  və  ya  yararsız  hala  düşdükdə,  bu  maddənin  üçüncü  hissəsində  nəzərdə  tutulmuş  qaydada 

onlara  verilmiş  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsi  dəyişdirilir.  Qeydiyyat  şəhadətnaməsinin  dublikatını 

almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə 

müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 

V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat 

şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat 

vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir. 

VI.  Bu  Qanunun  27-ci  maddəsinin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanları  nəqliyyat  vasitələrinə  verilmiş  qeydiyyat  şəhadətnamələrindəki  məlumatların 

mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər. 

 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə