Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

2016v1 

20 


 

Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 

I.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanı  Azərbaycan  Respublikasının  ərazisində  və  ya  onun  hüdudlarından 

kənarda  yol  hərəkətində  olan  hər  bir  nəqliyyat  vasitəsini  fərqləndirən,  onun  qabaq  və  arxa  hissələrində 

(motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi 

lövhədir.  Azərbaycan  Respublikasında  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanı  ərəb  rəqəmlərində  və  latın 

əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. 

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə 

tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat 

vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

məbləğdə dövlət rüsumu ödənilir. 

II-I.  Dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin  kombinasiyası  üzrə  dövlət  qeydiyyat 

nişanlarının  verilməsinə  görə  dövlət  rüsumunun  məbləği,  mövcud  olan  rəqəm  və  ya  hərf  kombinasiyaları  barədə 

məlumatlar  müvafıq  icra  hakimiyyəti  orqanının  internet  səhifəsində  yerləşdirilir.  Mövcud  olan  rəqəm  və  ya  hərf 

kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə 

olan  elektron  avadanlıqlar  həmin  orqanın  imtahan-qeydiyyat  məntəqələrində  və  digər  yerlərdə  quraşdırılır,  habelə 

hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks 

etdirən lövhələr yerləşdirilir. 

III.  Azərbaycan  Respublikası  ərazisində  dövlət  qeydiyyatına  alınmış  nəqliyyat  vasitəsi  özgəninkiləşdirildikdə  dövlət 

qeydiyyatı  üzrə  daimi  uçota  alınması  zamanı  həmin  nəqliyyat  vasitesinin  dövlət  qeydiyyat  nişanı  saxlanılır.  Belə 

nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi  ilə və nəqliyyat vasitəsini 

alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə 

tutulmuş  qaydada  verilir.  Nəqliyyat  vasitəsini  satan  və  alan  şəxs  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanını 

saxlamaq  istəmədikdə  həmin  dövlət  qeydiyyat  nişanı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təhvil  alınır  və 

nəqliyyat  vasitəsini  alan  şəxsin  nəqliyyat  vasitəsinə  bu  maddənin  II  hissəsində  nəzərdə  tutulmuş  qaydada  digər 

dövlət qeydiyyat nişanı verilir. 

IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam 

vermək  hüququ  olan  digər  şəxs  nəqliyyat  vasitəsinin  həmin  dövlət  qeydiyyat  nişanının  yenisi  ilə  (rəqəmlərin  və 

hərflərin  kombinasiyası  saxlanılmaqla)  əvəz  edilməsi  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət  etməlidir. 

Həmin  dövlət  qeydiyyat  nişanının  yenisi  ilə  əvəz  edilməsi  bu  maddənin  II  hissəsində  nəzərdə  tutulmuş  qaydada 

həyata keçirilir. 

V.  Dövlət  qeydiyyat  nişanı  itdikdə  və  ya  oğurlandıqda,  dövlət  qeydiyyat  nişanı  itmiş  və  ya  oğurlanmış  nəqliyyat 

vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının 

alınması  üçün  bu  maddənin  II  hissəsində  nəzərdə  tutulmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət 

edir.  İtmiş  və  ya  oğurlanmış  dövlət  qeydiyyat  nişanı  tapıldıqda,  həmin  dövlət  qeydiyyat  nişanı  ilk  olaraq  onun 

sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir. 

VI.  Bu  maddənin III,  IV  və  V  hissələrində  nəzərdə tutulmuş  hallarda  dövlət  qeydiyyat  nişanının  əvvəlki  (sonuncu) 

sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs "Dövlət rüsumu haqqında" 

Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir. 

 

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi 

I.  Azərbaycan  Respublikasının  ərazisində  yol  hərəkətində  iştirak  edən  nəqliyyat  vasitələrinin  texniki  vəziyyəti  və 

avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən 

olunmuş  tələblərə  uyğun  olmalıdır.  Texniki  cəhətdən  nasaz  olan  nəqliyyat  vasitələri  yol  hərəkətinə 

buraxılmamalıdırlar. 

II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:  

1)  nəqliyyat  vasitələrinin  istismarı  zamanı  onların  texniki  vəziyyətinə  dair  müəyyən  edilmiş  tələblərə  riayət 

etməlidirlər; 

2)  nəqliyyat  vasitələrinin  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlanılması  üçün  onlara  vaxtlı-vaxtında  texniki 

xidmət göstərməlidirlər; 

3)  texniki  vəziyyəti  dövlət  standartlarının,  yol  hərəkəti  qaydalarının  tələblərinə  uyğun  gəlməyən,  habelə 

müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı 

dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına 

yol verməməlidirlər. 

III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik 

olan  şəxslər  və  yaxud  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 

texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər 

nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər. 

IV.  Nəqliyyat  vasitəsinə  təminatlı  texniki  xidmət  göstərilməsi  qaydası  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  qəbul  edilən  “Nəqliyyat  vasitələrinə  və  onların  qoşqularına  dövlət  texniki  baxışının 

keçirilməsi  qaydaları  haqqında”,  “Nəqliyyat  vasitələrinə  təminatlı  texniki  xidmət  göstərilməsi  haqqında”,  “Nəqliyyat 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə