Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

2016v1 

17 


 

1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət 

qeydiyyat  nişanının  alınması  ilə  bağlı  internet  vasitəsilə  elektron  formada  müraciət  etmə  imkanı  ve  həmin  şəxsin 

növbəsi barədə (tarix və vaxt göstərilməkle) eyni qaydada məlumatın verilməsi; 

2)  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatını  və  daimi  uçota  alınmasını,  qeydiyyat  şəhadətnamesi  və  dövlət 

qeydiyyat  nişanının  verilməsi  ilə  bağlı  həmin  fəaliyyəti  həyata  keçirən  dövlət  orqanında  "bir  pəncərə"  prinsipinin 

təşkili; 

3)  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatı  və  daimi  uçota  alınması,  qeydiyyat  şəhadətnaməsinin  və  dövlət 

qeydiyyat  nişanınm  verilməsi,  habelə  nəqliyyat  vasitəsinin  müayinəsi  ilə  bağlı  hərəkətlərin  fasiləsiz  olaraq  həyata 

keçirilməsi; 

4) nəqliyyat vasitəsinin müayinəsinin növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz 

olunmuş yerlərdə aparılması; 

5)  dövlət  rüsumunun  yalnız  bank,  poçt,  plastik  kart,  elektron  ödəmə  sistemləri  və  ya  İnternet  vasitəsi  ilə 

ödənilməsi; 

6)  növbələrin  yaranmasını  istisna  edən,  sənədlərin  qəbulu  və  verilməsinin,  dövlət  qeydiyyat  nişanlarının 

verilməsinin elektron idarəetmə sistemi

7)  dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin  kombinasiyası  üzrə  dövlət  qeydiyyat 

nişanlarmın  verilməsinə  görə  dövlət  rüsumunun  məbləğinin,  mövcud  olan  rəqəm  və  ya  hərflərin  kombinasiyaları 

barədə  məlumatların  açıqlanması,  habelə  dövlət  qeydiyyat  nişanında  əks  olunmuş  rəqəmlərin  və  ya  hərflərin 

kombinasiyalarını  xüsusi  terminallar  vasitələrlə,  o  cümlədən  internet  vasitəsi  ilə  sərbəst  seçmək  və  sifariş  etmək, 

həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. 

V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam 

vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi 

nömrələri,  habelə  rəngini  tutuşdurmaq  məqsədilə  müayinəyə  təqdim  edildiyi  vaxtdan  30  dəqiqə,  sənədlərin 

həqiqiliyinin  şübhə  doğurduğu  müstəsna  hallarda  bir  gün  ərzində  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının 

aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı 

nişanının  verilməsini  həyata  keçirməlidirlər.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıqlar  aşkar  edildikdə  ərizəçiyə 

məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 

V-I. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatı, 

habelə  qanunla  müəyyən  edilmiş  hallarda  ipotekanın  əlavə  qeydiyyatı  “İpoteka  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  qaydada  bu  Qanunun  27-ci  maddəsinin  ikinci  hissəsində  nəzərdə 

tutulmuş  orqanlar  tərəfindən  daşınar  əmlakın  müvafiq  rəsmi  reyestrində  aparılır  və  reyestrdən  çıxarış  ipoteka 

saxlayana  təqdim  edilir.  Forması  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  çıxarışda  ipotekanın 

dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan 

və ipoteka qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi üçün zəruri məlumatlar göstərilir. İpotekanın 

dövlət  qeydiyyatı  ipoteka  saxlayanın  ərizəsi  və  ya  məhkəmənin  qərarı  əsasında  qeydiyyat  orqanı  tərəfindən  ləğv 

edilir. Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd edilir və 

ipotekaya xitam verildikdə bu qeyd ləğv edilir. 

VI.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması,  nəqliyyat  vasitəsinin  qeydiyyat 

şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək 

hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən 

edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 

1) ərizə; 

2)  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi  (müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi 

üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 

3)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  onun  sahibliyini  təsdiq  edən 

müvafiq sənəd və ya məhkəmənin qərarı; 

4)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  rüsumların  (nəqliyyat  vasitələrinin  təkrar 

qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd

5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş 

nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin 

daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. 

VI-I.  Bu  Qanunun  27-ci  maddəsinin  II  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  dövlət 

qeydiyyatından  (həmçinin  təkrar  dövlət  qeydiyyatından)  keçirərkən  fiziki  şəxslər  qeydiyyatda  olduğu  və  yaşadığı 

ünvanı,  mobil  telefon  nömrəsini  və  olduğu  halda  elektron  ünvanını  və  sürücülük  vəsiqəsinin  nömrəsini,  hüquqi 

şəxslər  isə  nəqliyyat  vasitəsinin  idarə  edilməsini  həvalə  etdiyi  şəxsin  müvafiq  məlumatlarını  dövlət  qeydiyyatını 

həyata  keçirən  orqana  verməli  və  həmin  məlumatlar  dəyişdikdə  onları  üç  gün  ərzində  yeniləməlidirlər.  Həmin 

məlumatlar  verilmədiyi  halda  nəqliyyat  vasitəsi  dövlət  qeydiyyatına  alına  bilməz.  Müvafiq  icra  hakimiyyəti  orqanı 

məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların 

olmasını təmin etməlidir.  



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə