Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

2016v1 

36 


 

5) girişin, habelə darvaza qarşısında; 

6) 

 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 



 1.10 nişanlanma xəttinin təsir 

zonalarında. 

VII.  Dayanacağın  qadağan  edildiyi  yerlərdə  məcburi  dayandıqda  sürücü  nəqliyyat  vasitəsinin  həmin  yerlərdən 

aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. 

VIII.  Nəqliyyat  vasitəsi  qapılarının  açılması  yol  hərəkətinin  digər  iştirakçıları  üçün  maneə  yaradarsa,  onları  açmaq 

qadağandır. 

IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri 

gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. 

 

Maddə 53. Parklanma 

I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa 

icazə verilir. 

II.  Yol  hərəkətinin  təhlükəsizliyini  təmin  etməyən  yerlərdə  və  yolun  hərəkət  hissəsində  nəqliyyat  vasitələrinin 

parklanması qadağandır. 

 

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması 

I.  Nizamlanan  piyada  keçidlərində  svetoforun  icazə  siqnalı  yandırıldıqda,  sürücü  imkan  verməlidir  ki,  həmin 

istiqamətin  hərəkət  hissəsindəki  piyadalar  yolu  keçməyi  başa  çatdırsınlar.  Əgər  piyada  keçidində  nəqliyyat 

vasitələrinin  hərəkəti  nizamlayıcı  tərəfindən  və  ya  svetofor  vasitəsilə  nizamlanmırsa,  sürücü  keçidə  yaxınlaşarkən 

sürəti  lazımınca  azaltmalıdır  ki,  yolu  keçməyə  başlamış  piyadaları  təhlükəyə  məruz  qoymasın.  Əgər  piyada  keçidə 

daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. 

II.  Əgər  nəqliyyat  vasitəsi  nizamlanmayan  piyada  keçidinin  qarşısında  dayanmışdırsa  və  ya  sürətini  azaltmışdırsa, 

qonşu  zolaqlarda  hərəkət  edən  digər  nəqliyyat  vasitələrinin  sürücüləri  yalnız  dayanmış  nəqliyyat  vasitəsinin 

qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. 

III.  Əgər  piyada  keçidindən  o  biri  tərəfdə  tıxac  yaranıbsa  və  bu,  sürücünü  piyada  keçidində  dayanmağa  məcbur 

edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. 

IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir. 

V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada 

yerləşən  minik  meydançasında  aparılırsa,  sürücü  dayanacaqda  duran  ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinə 

doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən). 

VI.  “Uşaqlar”  tanınma  nişanı  olan  dayanmış  nəqliyyat  vasitəsinə  yaxınlaşarkən,  sürücü  sürəti  azaltmalı,  lazım 

gəldikdə dayanmalı və uşaqlara yol verməlidir. 

 

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması 

I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda 

səkinin  bordürünün  (hərəkət  hissəsilə  bir  səviyyədə  və  ya  ondan  hündür  olan  yol  örtüyünün  konstruktiv  yan 

məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, 

texniki yardım xidmətinə məlumat verməlidir. 

II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması 

yol  hərəkətinin  digər  iştirakçılarına  maneə  yaradırsa,  sürücü  qəza  dayanması  işıq  siqnalını  yandırmalı  və  ya  qəza 

dayanması nişanını quraşdırmalıdır. 

III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin 

zolaqda,  nəqliyyat  vasitəsindən  ən  azı  30  metr  məsafədə  elə  quraşdırılır  ki,  yaxınlaşmaqda  olan  nəqliyyat 

vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, 

qəza  dayanma  nişanı  daha  yaxın  məsafədə  və  ya  bilavasitə  nəqliyyat  vasitəsinin  üstündə  elə  qoyula  bilər  ki, 

yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. 

IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı 

və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər 

bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. 

V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 

1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir; 

2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi 

olan başqa şəxs əyləşməlidir

3)  yedəyə  alan  nəqliyyat  vasitəsinin  sürücüsü  hərəkətə  başladıqda,  gündüz  vaxtı  yaxın  işıq  faralarını 

yandırmalıdır; 

4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun 

siqnallar verməlidir




2016v1 

37 


 

5)  nəqliyyat  vasitəsi  öz  kütləsindən  artıq  olan  nəqliyyat  vasitəsini  yedəyə  almamalıdır  (yedəyə  almaq  üçün 

xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir); 

6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 

7)  yedəyə  alma  zamanı  yedəyə  alınan  avtobusda,  trolleybusda  və  yük  avtomobilinin  bort  platformasında 

sərnişin daşınması qadağandır; 

8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi 

yolu ilə həyata keçirilməlidir

9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 

4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər 

metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. 

VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: 

1) buzlu yol şəraitində

2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 

3) ikitəkərli motosikletlərlə və ya onları; 

4) birdən artıq nəqliyyat vasitəsini. 



 

Maddə 56. Adamların daşınması 

I.  Banında  adamlar  daşınan  yük  avtomobillərini  yalnız  “S”  kateqoriyalı  (kabinədəki  sərnişinlər  də  daxil  olmaqla  8 

nəfərədək adam daşındıqda), habelə “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə 

icazə verilir. 

II.  Yük  avtomobilinin  bort  platformasında  gedərkən  hərəkət  vaxtı  ayaq  üstə  durmaq,  bort  və  ya  yükün  üstündə 

oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır. 



Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata 

keçirilir. 

III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz edildikdə onun banında adamların daşınmasına yol 

verilir: 

1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən ən azı 

0,3 metr aşağıda bərkidilməlidir;  

2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm olmalıdır. 

IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır. 

V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında 

sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan 

sonra hərəkətə başlamaq olar. 

VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət 

edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş 

olduqda, gedə bilərlər. 

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin 

önündə və arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır. 

VIII.  Sürücü sərnişinləri  yalnız nəqliyyat  vasitəsi  tam  dayandıqdan  sonra  mindirməli  və  ya  düşürməli,  hərəkətə  isə 

yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. 

IX. Adamların daşınması: 

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), 

traktorun,  digər  özügedən  maşınların  kabinəsindən  kənarda,  yük  qoşqusunda,  qoşqu-yaylaqda,  yük  motosikleti 

banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə

2)  12  yaşından  kiçik  uşaqları  hesaba  almadan,  nəqliyyat  vasitəsinin  texniki  xarakteristikasında  nəzərdə 

tutulduğundan  artıq  sayda  (nəqliyyat  vasitəsinin  faktik  kütləsi  istehsalçı  müəssisənin  müəyyən  etdiyi  icazə  verilən 

maksimum  kütlənin  kəmiyyətindən  artıq  olmamalıdır)  habelə,  motosikletin  arxa  oturacağında,  minik  avtomobilinin 

qabaq  oturacağında  uşağı  saxlayan  xüsusi  qurğu  olmadıqda,  12  yaşınadək  uşaqları  həmin  nəqliyyat  vasitələrində 

daşımaq; 

3)  yük  avtomobillərinin  bort  platformasında,  ban  furqonlarında  uşaqların  qrup  halında  daşınması  qadağan 

edilir. 

X. Sərnişinlərə: 

1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq 

ya güclə açmaq

2)  hərəkət  vaxtı  tramvayların,  trolleybusların,  avtobusların  və  ya  digər  nəqliyyat  vasitələrinin  pillələrində 

dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq

3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını 

açmaq; 


4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq; 

5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə