Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə48/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   40   41   42   43   44   45   46   47   48

2016v1 

91 


 

manat  məbləğində  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  1  ildən  2  ilədək  müddətə 

məhdudlaşdırılır. 

342.9.  Nəqliyyat  vasitələrinin  müvafiq  icazə  olmadan  xüsusi  (çoxavazlı)  səs  və  ya  sayrışan  işıq  siqnalları  və  ya 

operativ  nəqliyyat  vasitələri  üçün  müəyyən  edilmiş  rənglənmə  sxemləri,  yazılar  və  tanınma  nişanları  ilə  təchiz 

edilməsinə,  yaxud  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının  görünüşünü  çətinləşdirən  örtüklərdən  və  ya 

qurğulardan,  nəqliyyat  vasitəsinin  sürətini  ölçməyə  maneçilik  törədən  və  ya  ölçmə  cihazlarının  işinə  mane  olan 

antiradar  və  digər  texniki  vasitələrdən,  yaxud  əhalinin  dincliyini  nümayişkaranə  şəkildə  pozan  səs  siqnallarından 

istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet 

müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir. 

 

Qeyd:  



Bu  Məcəllənin  342.2  və  342.5-ci  maddələrində  nəzərdə  tutulmuş  nasazlıqlar  “Yol  hərəkəti  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  hallarda  keçirilməli  olan  texniki  baxış  zamanı  aşkarlandıqda,  şəxs 

məsuliyyətə cəlb edilmir. 

 

Maddə 343. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina 



343.1. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 

tibbi  müayinəyə  aparılmış  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  şəxsin  tibbi  müayinədən  imtina  etməsinə 

görə - 400 manat məbləğində cərimə edilir + 5 bal və ya nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək 

müddətə məhdudlaşdırılır. 



343.2. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən 

edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina 

etməsinə  görə  -  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə  məhdudlaşdırılmaqla,  400  manatdan  700 

manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə 

məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  15  gündən  1  ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 



343.3.  Bu  Məcəllənin  333.4  və  333.5-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  sərxoşluq  vəziyyətinin  müəyyən 

edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina 

etməsinə  görə  -  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə  məhdudlaşdırılmaqla  1  aydan  3  ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 



343.4. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 

tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə 

görə  -  500  manat  məbləğində  cərimə  edilir  və  ya  işin  hallarına  görə,  pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə 

alınmaqla, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. 



343.5. Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün 

tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə 

görə - 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

343.6.  Bu  Məcəllənin  334.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi 

üçün  tibbi  müayinəyə  aparılmış  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxsin  tibbi  müayinədən  imtina 

etməsinə görə - 800 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə 

alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. 



343.7.  Bu  Məcəllənin  334.4  və  334.5-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  sərxoşluq  vəziyyətinin  müəyyən 

edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən 

imtina etməsinə görə - 2 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

 

Maddə 344. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi 

“Yol  hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  qaydada  tibbi  müayinədən 

keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə - 30 manat məbləğində cərimə edilir. 

 

Maddə 345. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması 

345.1.  Nəqliyyat  vasitələrinin  saxlanca  qəbul  edilməsi  və  saxlanılması  qaydalarının  pozulmasına  görə  -  vəzifəli 

şəxslər 60 manat məbləğində, hüquqi şəxslər 150 manat məbləğində cərimə edilir. 



345.2. Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna 

görə - 250 manat məbləğində cərimə edilir. 

 

Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması  

346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə - 20 manat məbləğində cərimə edilir. 



2016v1 

92 


 

346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 

 5.12, 


 5.13 yol 

nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - 40 manat 

məbləğində cərimə edilir. 

346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi 

olaraq  müəyyən  edilmiş  dayanacaq  meydançalarından  və  ya 

  5.12, 

  5.13  nişanları  ilə  işarələnmiş 

dayanacaq yerlərindən kənarda dayandırmağa görə - 100 manat məbləğində cərimə edilir + 4 bal. 

 

Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi 

Hüquqi  şəxsin  mülkiyyətində  və  ya  istifadəsində  olan  nəqliyyat  vasitəsini  inzibati  xətanın  törədilməsi  zamanı  idarə 

etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 

gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxs 300 manat məbləğində 

cərimə edilir. 

 

Maddə 348. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması  

Nəqliyyat  vasitələri  ilə  təhlükəli  yüklərin  daşınması  qaydalarının  pozulmasına  görə  -  fiziki  şəxslər  100  manat 

məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. 

 

Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması 



356.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə - 10 

manat məbləğində cərimə edilir. 

 

Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması 

469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta 

etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin 

bağlanmamasına görə - fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 

300 manat məbləğində cərimə edilir. 

 

Maddə 511. Avtoxuliqanlıq 



511.1.  Avtoxuliqanlıq,  yəni  nəqliyyat  vasitəsinin  sürücüsü  tərəfindən  ictimai  qaydanı  və  əhalinin  dincliyini 

nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla 

davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il 

müddətinə  məhdudlaşdırılmaqla  500  manatdan  750  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini 

idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə 

alınmaqla, 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 



511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi 

gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə 

məhdudlaşdırılmaqla, 750 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 

hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 

aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

511.3.  Bu  Məcəllənin  511.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hərəkətlərin  aşkar  surətdə  iki  və  ya  daha  artıq 

nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan 

artıq aşmaqla törədilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000 

manatdan  4000  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə 

məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  1  aydan  2  ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 

 

Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra 

edilməməsi 

529.3.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  törədilməsinə  görə  inzibati  cərimə  növündə  inzibati 

tənbeh  tətbiq  etmə  haqqında  qərarın  qanuni  qüvvəyə  mindiyi  gündən  3  ay  müddətində  qanunla  müəyyən  edilmiş 

əsaslar  olmadan  icra  edilməməsinə  görə  -  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  6  aydan  1  ilədək  müddətə 

məhdudlaşdırılır. 

 



2016v1 

93 


 

Qeyd: Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə 

pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında 

iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. 

 

Maddə 27. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması 

27.3. Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat 

vasitələrindən  əlilliyi  ilə  əlaqədar  istifadə  edən  şəxslərin  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  məhdudlaşdırıla 

bilməz. 

27.4. Bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər 

bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək 

hüququ məhdudlaşdırılır. 

 

Maddə  428.5.  Müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  olmadan  və  ya  nəqliyyat  vasitələrində  reklamın 

yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə - fiziki şəxslər 30 manatdan 50 

manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 

manatadək məbləğdə cərimə edilir. 

 

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada 

sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) 

qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 

 

Maddə 9. Ədalətlilik prinsipi 



9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, 

onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 



9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. 

 

Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə 



38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, 

gömrük  qaydaları,  ətraf  mühitin  qorunması  qaydaları,  xarici  dövlətlərin  qeyri-hökumət  təşkilatlarının  filial  və  ya 

nümayəndəliklərinin  fəaliyyət  göstərməsi  qaydaları,  qrant  müqavilələrinin  (qərarlarının)  qeydə  alınması  qaydaları, 

eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi 

şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu 

ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı 

mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il 

keçənədək verilə bilər. 



38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin 

aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati 

məsuliyyətə cəlb oluna bilməz. 

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın 

törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda 

yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 

 

Maddə 76. Sübutlar 

76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli 

olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik 

məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati 

xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin,  zərər  çəkmiş  şəxsin,  şahidlərin  izahatları  ilə,  digər  sənədlərlə,  xüsusi 

texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş 

digər protokollarla müəyyən edilir.  



76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 

 

 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə