Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə188/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   181   182   183   184   185   186   187   188   189

621 

 

 



BU BİR NAMEYİ-MƏRHƏMANƏDİR VƏ BƏRADƏRİMİZ  

ARAZ DADAŞZADƏYƏ QƏLBİ-NİSGİLİ GUŞƏDƏN BİR TƏRANƏDİR 

 

Ey qardaşımız, çeşmi-siyah, zülfi-pərişan! 

Ey dövrümüzə, şəhrimizə, təbimizə şan! 

Buyundan alıb ilhamı ahəstə dolandıq, 

Buyindi saçan ruhumizə ənbəri -əfşan. 

        


 

Ol gül dodağın çox gözəli atəşə yaxdı, 

Busənmi sənin Leyli zənəxdanına nişan? 

Saldı özünü dağlara Fərhadi-misali

Şirin qələmindir ədəbiyyata yaraşan! 

Arazı bilib Rüstəmi-Zal kükrədi Anar, 

-«Bəli,- dedi Elçin- özüdür ləli-bədəxşan». 

Elçin  həmin  gecə  qonaq  evindən  Araza  zəng  eləyib,  qəzəli  ona  oxuyur.  Araz 

həmişəki kimi bərkdən şaqqanaq çəkib gülür və gülə-gülə də deyir: 

-Təqsir sizdə deyil, sizə rəsmi iş tapşırandadı!… 

İki  gün  o  gözəl  qonaq  evində  qalandan  sonra  doğrudan  da  Anarla  Elçini  bu  işdən 

azad edib, «redaktə»ni akademik Firudin Köçərliyə və o zaman «Azərbaycan kommunisti» 

jurnalının Baş redaktoru işləyən Əfrand Daşdəmmirova tapşırırlar. 

MOLLABALA 

HEYDƏR ƏLİYEVİN TAPŞIRIĞI 

 

1996-cı ildə Qabilin 70 illiyi Opera və Balet teatrında keçirilir və Heydər Əliyev də 

yubileyə gəlir. 



622 

 

Rəsmi  hissə  bitdikdən  sonrra  Heydər  Əliyev  yubilyarı,  eləcə  də  Bəxtiyar 



Vahabzadəni,  Nəbi  Xəzrini,  Elçini,  Anarı,  Polad  Bülbüloğlunu  yanına  dəvət  edir.  Qabili 

xüsusi təbrik edir, onun haqqınla xoş sözlər söyləyir, xudahifzləşəndə də: 

-Bu yubileyi yaxşı qeyd edərsiz- deyir. 

Qabil ərklə: 

-Siz də mənim sağlığıma əlli qram vurarsız-deyir. 

Heydər Əliyev gülərək: 

-Qabil, - deyir, - bunu Anara tapşırıram. Sənin sağlığına mənim yerimə əlli yox, yüz 

qram vursun! 



MOLLABALA 

 

DOĞPRUDAN DA, HANSI DAHA ÇƏTİNDİR? 

 

Bir dəfə bir qadın oxucu Anardan soruşur: 



-Anar müəllim,necə bilirsiz, yazıçı arvadı olmaq çətindir? 

Anar: 


-Bəli, yazıçı  arvadı  olmaq  çox  çətindir,  - deyir,  -  Ancaq  yazıçı  arvadının  əri  olmaq 

ondan da çətindir!. 



MOLLABALA 

 

 



 


623 

 

ANARIN AYAQQABISININ FACİƏLİ AQİBƏTİ 

 

Altmışıncı  illərin  sonlarında  Bakıda  dənizkənarı  bulvarın  Hökümət  evinə  baxan 



hissəsində bir çayxana var idi və o çayxananın xüsusi müştəriləri üçün əsas fəaliyyət gecə 

saat 12-dən sonra başlayırdı: çayxananın örtülü hissəsi bağlanırdı, ağaclıqdakı üç-dörd miz 

isə  yalnız  həmin  xüsusi  müştərilərin  ixtiyarına  verilirdi.  Anar,  Elçin,  Yusif  Səmədoğlu, 

Emin Sabitoğlu, Toğrul Nərimanbəyov  «Marokko» dedikəri o çayxananın (nə üçünsə belə 

bir  adı  o  çayxanaya  Yusif  Səmədoğlu  qoymuşdu)  ən  əziz  və  daimi  müştəriləri  idi.  Araz 

Dadaşzadə, Tofiq Tağızadə, Əkrəm Əylisli, Maqsüd və Rüstəm İbrahimbəyovlar, Rəhman 

Bədəlov, Həsənağa Turabov, Tofiq Mirzəyev, Ruslan Şahmalıyev, Xəyyvam Mirzəzadə də 

tez-tez  «Marokko»ya  baş  çəkərdi  və  bura  bir  növ  klub  kimi  bir  şey  olmuşdu,  onlar  bir-

birini görməkdən ötrü gecə saai 12-dən sonra «Marokko»ya yollanardı, bir-birlərinə görüşü 

«Marokko»da təyin edərdilər. 

İmkan  olanda  burada  xüdmani  məclislər  də  qurulardı  (pendir,  kolbasa  və  təbii  ki, 

araq)  və  bir  payız  axşamı  Elçinlə  Anar  ciblərinin  imkanı  dərəcəsmdə  (yeməkdən  az, 

araqdan çox)gecədən xeyli keçmişə kimi  «Marokko»da yeyib içirlər. 

Yavaş-yavaş  yağış  yağmağa  başlayır  və  onlar  o  gözəl  məkandan  çıxıb  ikisinin  də 

Vaqif  küçəsində  yaşadığı  (Elçin  6-mərtəbədəki  bir  otaqlı  mənzilidə,  Anar  isə  üç  otaqlı, 

amma yarızirzəmi və illah da yağış yağanda lap «ləzzətli» olan bir mənzildə) binaya tərəf 

üz tuturlar. Get-gedə şıdırğı bir yağış yağır. 

Ədəbiyyatdan (eləcə də ədəbiyyatçılardan!), sənətdən,dünyanın cürbəcür işlərindən, 

İrandan-Turandan,əhdi-peymandan  danışa-danışa,  yağışın  əlindən  gizlənmək  üçün 

divarların  dibi  ilə  gedirlər  və  bayaqki  o  gözəl  məclisin  təsirindən  ehtizaza  gəlmiş  Anar 

birdən deyir: 

-İstəyirsən sənin eşqinə ayvaqqabımı tullayım? Elçin ağzını açmağa macal tapmamış 

Anar  zərblə  ayağını  qaldırıb  ayaqqabısının  birini  tullayır  və  ayaqqabı  düşür  Qız  qalasıın 

aşağısındakı üçmərtəbəli binanın ikinci mərmtəbəsindəki eyvana. 




624 

 

Təbii  ki,  gecənin  o  aləmində  gedib  o  eyvan  sahibinin  qapısını  döyüb  ayaqqabı 



istəmək müşgül iş idi…Maşın tutmağa cibdə pul yox… 

Eləcə  payi-piyada,  biri  bir  ayaqqabı  ilə,o  birisi  iki  ayaqqabı  ilə  Vaqif  küçəsinə 

qalxırlar,  amma  yağış  elə  şıdırğı  yağırdı,su  aləmi  elə  basmışdı  ki,  o  üç  ayaqqabıdakı 

ayaqlar da yalın ayaq kimi suyun içindəydi. 

…Səhər durub eyvana çıxan o ev sahibi yəqin bir xeyli göyə baxıb ki, aya, bu tək 

ayaqqabı bura hansı təyyarədən düşüb? 



MOLLABALA 

«Azadlıq» qəzeti» 27-29 mart 1999 

 

 

 



Anarın  şərhi.  Bu  məzəli  əhvalatları  dostlarımdan  hansının  yazdığını  bilsəm  də, 

özünün  imzasını  açmadığı  kimi  mən  də  Mollabala  imzasını  açmıram.  Yazdıqları  da 

gerçəkdən    olanlardır.  «Marokko»  Yusif  Səmədoğlunun  və  Tofiq  Tağızadəin  «Yeddi  oğul 

istərəm»  filmində  çəkilmiş  və  çəkiliş  əsnasında  tələf  olmuş  bir  atın  adı  idi  ki.  Yusif  bu 

çayxanaya  qoymuşdu.  Ayaqqabı  məsələsi  də  doğrudur,  amma  çıxarıb  atdığım  çəkmə 

eyvana deyil, bir az kənara düşmüşdü, mən onu geydim və yolumuzu davam etdik. Eyvana 

düşməsi və tək ayaqqabıyla evə getməyimiz isə  uğurlu yazıçı  bəzəməsi və fantaziysıdır. 

Bilmirəm,nədənsə  o uzaq gənclik illərində mənim bir şakərim vardı, hərdən birdən bir az 

dərəcəsindən  artıq  içəndə  ayaqabımı  elə  küçədəcə  də  çıxarıb  atırdım.  Bunu  yaxın 

dostlarım  bilirdi  və  Dram  teatrında  «Şəhərin  yay  günləri»  pyesim  məşq  edilərkən  Emin 

Sabitoğlu bunu tamaşanın quruluşçu rejssoru Tofiq Kazımova danışmışdı. Birinci pərdədə 

Qiyas və Dilarə qonaqlaqdan çıxandan sonra bir qədər dəm olan Qiyas -- Həsən Turabov 

rejissorun göstərişi ilə ayaqqabısını çıxarıb atırdı. Bir neçə tamaşada belə də oldu, amma 

bir tamaşada çəkmə gedib düşdü  salona. Daha bundan sonra Həsənağa bunu etmədi. 

 

ANAR  İŞƏ  TAYKEŞ  AYAQQABIDA  GƏLMİŞDİ 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə